Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə229/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   225   226   227   228   229   230   231   232   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
170 
edilir. M.A.Nosal, I.V.Nosal 1959-cu ildə qeyd etmişdilər ki, 
qarağatdan  hazırlanan  şirəyə  şəkər  qarışdırıb  udlaq,  xroniki 
xırıltıların,  göy  öskürəyin,  mədə  yaralarının,  bağırsaqların, 
katarakt xəstəliklərin  müalicəsində  istifadə  edilir. Belə hesab 
edilir  ki,  qarağatın  yarpaqlarından  hazırlanan  çay  və  cövhəri 
orqanizmdə  toplanıb  qalmış  sidik  və  quzuqulağı  turşularının 
təmizlənib  kənar  edilməsində  qəbul  edilir.  B.Q.Vohnski  və 
başqaları  1978-ci  ildə  qeyd  edirdilər  ki,  qarağatdan  ürək-
damar sisteminin tonusunun artırılmasında, infeksiya xəstəlik-
lərinin müalicəsində daxili qanaxmalarda, mədə turşuluğunun 
aşağı salınmasında və s. istifadə olunur. 
Qarağatın  meyvəsindən  təzə  halda  qida  kimi  istifadə 
edilir. Bundan başqa meyvəsindən konserv-qənnadı və likör, 
spirtsiz  içkilər  sənayesində  geniş  istifadə  edilir.  Daha  sonra 
meyvəsindən  mürəbbə,  marmelad  və  müxtəlif  şirniyyat 
növləri,  pastila,  sərinləşdirici  içkilər,  kisel,  cem,  şirə, 
müxtəlif şərbət növləri və s. hazırlanır. 
Elmi təbabətdə qarağatın meyvələri və yarpaqları poli-
vitaminli  maddə  kimi  skorbitda  və  digər  hipo-  və  avitami-
nozlarda,  diatezlərdə,  mədə-bağırsaq  xəstəliklərində,  qan-
azlığında  istifadə  edilir  ki,  bu  da  onların  tərkibində  olan 
vitaminlərlə, mikro- və makroelementlərlə əlaqədardır. Təzə 
meyvələrindən  alınan  şirədən  səs  tutulmalarında,  göy 
öskürəkdə, quru öskürəkdə istifadə edilir. 
15-20  ədəd  qarağat  meyvəsi  insanın  gündəlik  C  vita-
mininə olan tələbatını ödəyir. Qarağatın meyvə və yarpaqla-
rından hazırlanan dəmləmə, cövhər,  yaxmalardan kosmetika 
sahəsində  geniş  istifadə  edilir.  Belə  ki,  meyvəsini  əzib 
sürtgəcdən  keçirib,  alınan  ətli  hissəsindən  sifətin  dərisinə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   225   226   227   228   229   230   231   232   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin