Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə231/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   227   228   229   230   231   232   233   234   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
172 
mürəbbələrdən  ürək  xəstəliklərində,  mədə  turşuluğunun 
aşağı salınmasında istifadə edilir.  
Qarağatdan  yüksək  keyfiyyətli,  müalicəvi  təsirə  malik 
mürəbbə  və  şəkər  tozu  ilə  basdırılmış  ətirli  tutma  (qarışıq), 
cem,  kompot,  konfet,  çaxır,  likör,  spirtsiz  içkilər,  təbii 
rənglər və s. hazırlanır. Bu mürəbbə və tutmanı uzun müddət 
saxlamaq mümkündür. 
Qarağatın  yalnız meyvəsindən deyil, həm də tumurcu-
ğundan,  yarpağından  da  istifadə  edilir.  Qarağatın  tumur-
cuğunu qışda və  yaxud erkən yazda toplayırlar. Bu qiymətli 
xammaldan yeyinti sənayesində meyvə essensiyası və şərbət 
hazırlanır.  Tumurcuğun  tərkibində  çoxlu  miqdarda  C  vi-
tamini və efir yağı tapılmışdır. Yarpaqlarından turşu və kvas 
hazırlanır  ki,  bundan  da  ədviyyat  kimi  istifadə  edilir.  Yar-
pağından həmçinin surroqat çayı hazırlanır. 
Meyvə və yarpaqlarını bənövşə yarpaqları ilə qarışdırıb 
alınan  cövhərindən  uşaqlarda  baş  verən  vərəm  xəstəlik-
lərində istifadə edilir. Hipertoniya və aterosklerozda işlədilir. 
Nektar bitkisidir. Bəzək bitkisi hesab edilir. 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin