Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə236/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   232   233   234   235   236   237   238   239   ...   403
Nübar Həkimova ___________________________________  
 
 
176 
ağız  yarasını sağaldır. İnnab qanı təmizləyir, ciyərin, böyrəyin 
və sidik kisəsinin ağrısını sakitləşdirir. 
 
Üzüm 
 
Üzümün dünya florasının tərkibində 70-ə qədər növünə 
təsadüf  edilir.  Qafqazda,  o  cümlədən  Azərbaycanda  üzüm 
cinsinin  2  növü  yayılmışdır.  Üzüm  ən  qədim  çiçəkli  bit-
kilərdən  sayılır.  90  milyon  il  bundan  əvvəl  Vitis  vinifera  – 
mədəni  növə  daxil  olan  üzüm  üçüncü  dövrdə  (70  milyon  il 
bundan əvvəl) əmələ gəlmişdir. 
Üzümün tərkibində A, C, K, PP, B
1,
 B
2
, provitamin  A 
vitaminiləri, üzvi turşulardan alma, çaxır, limon, quzuqulağı, 
qarışqa  və  salisil  turşuları,  mineral  maddələrdən  kalium, 
kalsium, natrium, fosfor, dəmir, kobalt, manqan, toxumunda 
4-19%-ədək  piyli  yağ,  1,8-8%-ə  qədər  aşı  maddəsi  və  s. 
aşkar  edilmişdir.  Üzümün  tullantısından  etil  spirti,  sirkə, 
üzüm turşusu alınır. 
Üzüm qiymətli qida məhsulu olmaqla bərabər, eyni za-
manda  müalicəvi  əhəmiyyətə  malikdir.  Üzümün  tərkibində 
olan  əsas  mənimsənilən  şəkər,  qlükoza  və  fruktoza  əzələ 
sistemi, xüsusilə ürək əzələsi üçün ən qiymətli qida maddəsi-
dir.  Qlükoza  insan  orqanizmində  toxumaların  oksigeni  mə-
nimsəməsini  yüksəldir  və  bakteriyaları  məhv  etmək  qabi-
liyyətinə  malikdir.  Bir  çox  yoluxucu  xəstəliklərin  əmələ 
gəlməsinin qarşısını alır. Üzümün tərkibində olan dəmir qida 
əmələ gətirən orqanların fəaliyyətinə və oksidləşmə prosesinə 
yaxşı təsir göstərir. Üzvü turşularda bakteriyaları məhv etmək 
xüsusiyyəti daha güclüdür. Həmçinin onlar orqanizmdə turşu-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin