PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
184
İspanaq (şomu)
Sarımsaq-qatıqla yedikdə iştahanı artırır, dişdibi yuva-
ları möhkəmləndirir, mədə-bağırsaq xəstəliklərinə, qurd
tökməyə, daxili qanaxmaya müalicəvi təsir göstərir.
Soğan
Dünya florasında soğanın 500-ə qədər kökümsov və
soğanaqlı növlərinə rast gəlmək olar. Yabanı soğan növləri-
nin içərisində qida əhəmiyyətli, ədviyyat xüsusiyyətli, mü-
alicə və bəzək üçün yararlı nümayəndələrinə tez-tez rast
gəlmək olar.
Soğanın tərkibində insan orqanizmi üçün faydalı olan
qiymətli maddələrdən, 13-20% quru maddə, 3-4% zülal,
18%-dən çox amin turşusu, 2-14% şəkər, 12-16 mq% efir
yağı, inulin, fıtin, saponin, 2-13,9% C vitamini, 1,3-5,9 mq%
provitamin A, B, B
2
, PP, E, H, D, D
2
, B
6
vitaminləri, foli və
pantanen turşuları və s. aşkar edilmişdir. Soğanda həmçinin
az miqdarda raffinoza, ksiloza, arabinoza, riboza və bəzi
polifruktozanlar aşkar edilmişdir ki, bunlar da hidroliz
olunduqda fruktoza və qlükozaya çevrilir. Daxili qatlarda
şəkərin miqdarı xarici qatlara nisbətən 2-3% çoxdur. Acı
soğanda orta hesabla 10%, şirin soğanda isə 5% şəkər vardır.
Soğanın tərkibində olan 0,3-0,15% üzvi turşuların əsa-
sını limon, alma və kəhraba turşuları təşkil edir. Quru qa-
bıqlarda antiseptik xassəli protokatexin turşusu vardır.
Soğanın tərkibində 1,20mq% maqnezium, 0,4mq% dəmir,
0,02mq% manqan, 0,35 mq% mis, 0,24 mq% sink, 0,01
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
|