Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə249/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   245   246   247   248   249   250   251   252   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
187 
soğan  qabığını  bir  stəkan  isti  suda  dəmləyib,  saçı  həmin 
mayedə yaxaladıqda saç samanı-qızılı rəngə çalır. Başda ola 
kəpəyi  təmizləmək,  saçı  uzatmaq  və  bir  qədər  də  möh-
kəmləndirmək  üçün  soğan  əzintisini  başın  dərisinə  sürtmək 
lazımdır. 
Soğan  qabığı  (köynəyi)  müalicə  edir.  Soğan  qabığın-
dan bir sıra dərman və vitamin preparatları hazırlanır. Soğan 
qabığı çoxlu darda kversetin saxladığından ondan P vitamini 
hazırlanır.  Bundan  da  hipertoniya  xəstələrinin  müalicəsində 
istifadə olunar. Soğan qanın sulu məhlulu sidikqovucu, eləcə 
də ürək əzələlərinin normal nəmləməsinə şərait yaradır. 
Xalq  təbabətçiləri  soğan  qabığının  ekstraktının  orqa-
nizmin  «təmizlənməsində»,  bir  sıra  damar  xəstəliklərinin 
müalicəsində  işlədirlər.  Təcrübəli  evdar  qadınlar  xörək  ha-
zırlayan  zaman  soğanı  bütöv  halda  qabıqla  birlikdə  xörəyə 
atar, xörək hazır olan zamanı xörəyin tərkibindən çıxarırlar. 
Soğanın dəmləməsini mikrob və əleyhinə olan təsirindən is-
tifadə  edərək  irinli  yaraların  yuyulub  təmizlənməsində,  bo-
ğazın qar-qara edilməsində geniş  istifadə edirlər. Cövhəri P 
vitaminini  aktivliyinə  malik  olduğundan  ondan  qan-damar 
sistemi divarlarının möhkəmləndirilməsində istifadə edilir. 
 

Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   245   246   247   248   249   250   251   252   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin