186
«Allilçen» və «Allilqliser» adlı preparatlar hazırlanır ki,
bunlardan bir sıra xəstəliklərdə, son illərdə isə mədə-ba-
ğırsaq xoralarına, qrip və anginaya qarşı, eləcə də avita-
minoz zamanı geniş istifadə edilir. Bundan əlavə, bu prepa-
ratlar ümumi əhval-ruhiyyəni yaxşılaşdırır, bağırsaqların
sekretor fəaliyyətinə təkan verir və əzələləri hərəkətə gətirir,
zərərli bakteriyaları məhv edir. Tez-tez qəbzliyə tutulan
adamlara gündə üç dəfə yeməkdən qabaq «allilçen»dən 15-
20 damcı içmək faydalıdır. Bu dərmanı həmçinin ateres-
kleroz və hipertoniya xəstəliklərinin silerotik formalarında
gündə üç-dörd dəfə, hər dəfə 20-40 damcı üç həftə müd-
dətinə qəbul etmək olar.
Soğan xalq təbabətində də geniş istifadə edilir. Soğanın
tərkibində olan fitonsid maddələri göbələkləri və xəstəlik
törədən mikrobları məhv edir.
Qripli zökəm zamanı soğan şirəsi hopdurulmuş pam-
bığı gündə üç dəfə 10-15 dəqiqə burun deşiklərində saxla-
maq yaxşı nəticə verir. Qulaqda iltihab prosesi olduqda bu
üsulla müalicə etmək mümkündür. Angina zamanı təzəcə ha-
zırlanmış soğan şirəsini iyləmək, ağız nahiyəsinin selikli
qişasında yaracıqlar olduqda soğan şirəsindən istifadə etmək
xeyirlidir. Dəridə səpki, sızanaq, piqment ləkələri, yanıq,
ziyil və çil olduqda soğandan istifadə olunur. Bütün üçü
soğanı əzərək həmin yerə qoyurlar. Suda pörtlədilmiş
soğandan isə irinləyən yaraların tezliklə deşilməsində və
barmaqlarda olan döyənəklərin yumşaldılmasında istifadə
edilir. Vitamin çatışmazlığı nəticəsində diş ətində baş verən
sinqa xəstəliyinə qarşı soğan əsas vasitədir. Soğan qabığının
tərkibində 1-3 %-ə qədər boyaq maddə: vardır. Bir qədər
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com