Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,35 Mb.
Pdf görüntüsü
səhifə247/403
tarix26.12.2016
ölçüsü2,35 Mb.
#3719
1   ...   243   244   245   246   247   248   249   250   ...   403
__________________________________ Nübar Həkimova 
 
 
185 
mq% xrom, 0,02 mq% alüminium, 5 mq% selen, 0,06 mq% 
nikel, 0,01 mq% qurğuşun, 0,40 mq% bor və selen elementi 
də tapılmışdır.  
Acı  soğan  sortlarına  «Arzmas»,  «Bessonov»,  «Mi-
terski»,  «Rostov»,  «Striqunov»,  «Poqar»,  «Ufa»,  yarımacı 
soğan  sortlarına  «Danilov»,  «Qızıl  şar»,  «Maykov»,  «Qri-
bov»,  «Sitaus»,  «Belozer»,  şirin  soğan  sortlarına  «Barleta», 
«Krasnodar-35»,  «Marcelan»,  «Yalta»,  «Conson»,  «Sarı 
ispan» və s. daxildir. 
Soğan  təzə  halda  kulinariyada,  sirkəyə  qoymada  və 
tərəvəz  konservlərinin  hazırlanmasında  istifadə  olunur.  Ət 
xörəklərinin  hazırlanmasında  işlədilir.  Soğan  iştahanı  artırır 
və başqa qidaların həzminə müsbət təsir göstərir. Bakterisid 
xassəyə  malik olduğundan bir çox  mikroorqanizmləri  məhv 
edir. 
Soğan  ən  kütləvi  tərəvəz  bitkisi  olmaqla  yanaşı,  şəfa 
verici  keyfiyyətə  malikdir.  Dioskorad  özünün  «Dərman  va-
sitələri» əsərində soğanı iştahaaçan və təmizləyici bir vasitə 
kimi göstərmişdir. Qədim Romada hesab edirdilər ki, xörəyə 
çoxlu soğan qatdıqda adam qorxmaz və güclü olur. Soğanın 
tərkibində  olan  efir  yağı  ona  kəskin  iy  və  acı  dad  verir.  Bu 
da  göz  bəbəyinin  selikli  qişasına  və  yuxan  nəfəs  yollarına 
qıcıqlandırıcı təsir göstərir. Soğanda efir  yağının miqdarı nə 
qədər çox olarsa, onun dadı bir o qədər acı olur. Efir yağının 
çox  olması  soğanı  uzun  müddət  saxlamağa  imkan  verir. 
Soğanı yağda qızartdıqda belə tərkibindəki efir yağı itmir. 
Göy  soğan  iştahanı  artırır,  şirələrin  axmasını  güclən-
dirir  və  həzm  orqanları  tərəfindən  qida  maddələrinin  yaxşı 
mənimsənilməsinə  kömək  edir.  Soğandan  elmi  təbabətdə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com



Yüklə 2,35 Mb.

Dostları ilə paylaş:
1   ...   243   244   245   246   247   248   249   250   ...   403




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin