Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə31/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   27   28   29   30   31   32   33   34   ...   100
S
S
a
a
l
l
i
i
d
d
ə
ə
 
 
Ş
Ş
ə
ə
r
r
i
i
f
f
o
o
v
v
a
a
 
 
 
 
34 
Postmodern ədəbiyyat intertekstual əlaqələri ilə xüsusi 
seçilir. Azərbaycan postmodern romanında da güclü inter-
tekstual  əlaqələrə  rast  gəlirik.  Məsələn,  Şəmil  Sadiqin 
«OdƏrlər» romanında Hüseyn Cavidin və İsa Hüseynovun 
əsərləri  ilə  sıx  intertekstual  əlaqələr  müşahidə  olunur. 
H. Cavidin qələminə aid «Ölüm var ki, həyat qədər dəyər-
li…»  ifadəsinin  epiqraf  kimi  verilməsi  də  təsadüfi  deyil. 
Şəmil  Sadiq  İsa  Hüseynov  tərəfindən  formalaşdırılmış 
SafAğ konseptual sistemə tez-tez müraciət edir. Digər tə-
rəfdən  isə,  «OdƏrlər»  romanında  Şəmil  Sadiqin  əvvəlki 
romanları ilə intertekstual əlaqələri müşahidə etmək olar. 
Postmodern yazarlar tərəfindən pastiş geniş vüsət tap-
mışdır.  1979-cu  ildə  Jak  Rivenin  «A  xanımları»  adlı  ro-
man-sitatı işıq üzü gördü. Romanda 480  müəllifin 750 si-
tatından ibarət olan əsər pastiş nümunəsi kimi maraq doğu-
rur. 
İlkin mərhələlərində pastiş ədəbiyyat təcrübəsində nə-
zəriyyəçilər  tərəfindən  parodiyanın  xüsusi  bir  forması  və 
ya  da  özünü  parodiya  kimi  şərh  edilirdi.  Məsələn,  «Qrup 
63»  neoavanqard  hərəkatının  üzvü,  italiyan  nəzəriyyəçisi 
A. Qulyelmi  yazırdı:  «eksperimental  roman  poetikasının 
həyatında ən ardıcıl təcəssüm pastiş - fantaziya və eyni za-
manda parodiyadır». Amerika tənqidçisi R. Poyrier yazırdı 
ki, parodiya ənənəvi olaraq isbat etməyə çalışırdı ki, həyat 
təcrübəsindən çıxış edən, ədəbi üsullar tarixi və reallıq ba-
xımından  köhnəlmiş  görünür,  özünüparodiya  ədəbiyyatı 
isə həmin qaydalar etibarlılığına kifayət qədər əmin olma-
dığından,  hətta  onların  həqiqiliyini  müəyyən  etmək  üçün 
akt və məktublar vasitəsi ilə ələ salır. Amerika nəzəriyyə-
çisi F. Jeymson pastiş anlayışının sanballı tərifini verir. O, 
pastişi  postmodern  sənətin  əsas  modusu  kimi  xarakterizə 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin