Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə28/100
tarix30.12.2021
ölçüsü1,04 Mb.
#25143
1   ...   24   25   26   27   28   29   30   31   ...   100
Çağdaş Azərbaycan postmodern romanı 
 
 
31 
Audioromanda  məlumatların ötürülməsinin verbal (şi-
fahi)  forması ilə  yanaşı, oxucu  səslərin  bütün spektrlərin-
dən istifadə edir (ifaçıların səsləri, səs tembri və bu səslə-
rin  tonallığı,  musiqi,  səs,  təbiət  səsləri,  hadisələrin  səsləri 
və s.). Səs tərtibatı paralel olaraq süjet xəttinin inkişaf aləti 
kimi çıxış edir: verbal (şifahi) informasiya bu və ya digər 
səslərlə  müşayiət  olunur  (qəhrəmanın  gedişi  –  nəqliyyat 
səsi, əsərdə münaqişənin gərginləşməsi – həyəcanlı musiqi 
və s.). Səs montajı səs obrazını yaratmaqda xüsusi əhəmiy-
yət kəsb edir. 
Audiodisk şəklində buraxılmış ilk Azərbaycan romanı 
Elxan  Xanəlizadənin «Yol»  (2009)  əsəridir.  Təhkiyə  öz 
həyatını nəql edən ağsaqqal İbrahim İmanov adından apa-
rılır. Süjet xətti «yol motivi» əsasında qurulub. Baş qəhrə-
manın  taleyində  nəsillərin  taleyi  cəmləşir:  epik  başlanğıc 
baş personajın uzun monoloqunda dəyişdirilir. Roman mu-
siqi  ilə  müşayiət  olunur.  (bəstəkar  Gövhər  Həsənzadə  və 
Ülviyyə Vəliyeva) Musiqi vasitəsi ilə baş qəhrəmanın da-
xili vəziyyəti vurğulanır, əlavə olaraq, romanın fabulasının 
əsas  hadisələri  ətrafında  emosional  mühit  yaradılır.  Ro-
manda vokal-əlavələr  də iştirak edir ki, romanı  yalnız vo-
kal-musiqi  janrları  ilə  yaxınlaşdırmır,  həm  də  romanda 
gücləndirilmiş lirik başlanğıcı əks etdirir. 
Hafiz  Mirzənin  «Son  və  başlanğıc»  (2010)  romanı 
özünəməxsusluğu ilə seçilir. Bu romanı audioroman janrı-
na aid etmək olmaz. Belə ki, roman ilk dəfə mətbuatda his-
sə-hissə dərc olunub. Lakin sonradan müəllif romanı ayrı-
ca kitab şəklində nəşr etdirir. Maraqlıdır ki, kitaba musiqi 
parçaları yazılmış CD diski əlavə olunur. Müəllifin fikrin-
cə,  oxucunun  müəllif  əsərini  qavramasını  təmin  etmək 
üçün musiqi müşayiəti mütləqdir. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin