Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə12/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   8   9   10   11   12   13   14   15   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
15 
ma) nailiyyət əldə etməsi kommunikativ imkanların janrla-
rın inkişafı və ya onun yeni janra dəyişməsi vasitəsi ilə hə-
yata keçirilir. Bu kontekstdə janrlar kommunikativ tələbat-
ların formasından asılı dinamik və tezdəyişən kimi çıxış 
edirlər. Bu janrın kommunikativ anlamıdır ki, K. Berken-
kotter və T. Xukin kimi tərəfdarları olmuşdur. 
Postmodernizmin yayılması fonunda janrlara dair 
kommunikativ konsepsiyaların yayılması baş verir. Kom-
munikativ konsepsiyalar postmodernizm ruhuna yaxınlığı 
ilə diqqəti cəlb edir. XX əsrin 90-cı illərindən başlayaraq, 
xüsusilə də qərb nəzəriyyəsində, kommunikativ janr nəzə-
riyyəsi geniş yayılmağa başlayır. K. Bxatya janrı kommu-
nikativ hadisə kimi təqdim edir. T. Erikson janrı kommu-
nikativ pattern (şablon) kimi müəyyən edir. 
Qeyd etmək lazımdır ki, janrın kommunikativ anlayışı 
M.M. Baxtin mövqeyi ilə uyğundur, hansı ki, janrı mətnin 
dayanıqlı növü kimi qəbul edir, vahid kommunikativ funk-
siyalarda birləşir və oxşar kompozisiya və üslub əlamətlə-
rinə malikdir. Kommunikativ funksiya kompozisiya və bə-
dii üslub vasitəsi ilə həyata keçirilir. Bu kontekstdə üslubu 
«bədii metod, obrazın quruluşu, tərzindən kənarda göstəri-
lən: hansı ki, məzmun obrazın dilində həyata keçirilərək
həmişə yeni səslənmə qazanan, kompozisiyanın aydın gö-
rünən elementləri, əsasən də əhval-ruhiyyədə» başa düş-
mək məqsədəuyğundur 
8
. Kommunikativ funksiya janrının 
əsas funksiyalarından biri kimi seçilir. L.V. Çerneç, janrın 
xüsusiyyətlərini fərqləndirərkən, onun sırasına həmçinin 
8
Палиевский П.В. Постановка проблемы стиля // Теория литера-
туры: Основные проблемы в историческом освещении: Стиль. 
Произведение. Литературное развитие. М.,1965. С. 7-8; 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin