Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə8/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   4   5   6   7   8   9   10   11   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
11 
mosferə daxil edilmiş; müxtəlif hadisələr növbələşərək bir 
neçə planda təsvir edilir. 
Dekanonizasiya, simvolik səthilik, ironiya Rolan Bar-
tın «S/Z» (1970) essesində öz əksini tapmışdır. R. Bartın 
«S/Z» əsəri Balzakın «Sarrazin» hekayəsinin sətirbəsətir 
araşdırılması, «nitqin sistemsizliyi», lakoniklik, nömrələ-
mə, müxtəlif başlıqlı ayrı-ayrı fəsillər, «mətnin mürəkkəb-
likləri» fəslində fantastik ünsürlərlə pozulması, «Sarra-
zin»in ədəbi mənasından doğan «Başqa hekayələr» bölü-
mü və s. xüsusiyyətlər aşkarlanır. Bart «S/Z» əsərinin hətta 
təhlili hissələri də tənqidi üslubdan uzaqlaşır. 
Səhv buraxmaların kultu, oyunun əsas məqsəd olması, 
metonimiyadan geniş istifadə edilməsi, tarixin və inkişafın 
spiral xarakter daşıması, insanın varlığın və həqiqətin so-
nadək öyrənməyə qadir ola bilmədiyi U. Ekonun «Qızılgü-
lün adı» romanında əksini tapmışdır. U. Eko ikili qiymət-
ləndirmə, mərkəzin kənar üzərində, mütləqin nisbi qarşı-
sında, həqiqətin həqiqətlər üzərində, əminliyin şübhə qar-
şısında, ehkamın təhlil üzərində ağalığından imtina, pastiş, 
intertekstuallıq, semiotika və s. kimi problemləri əsərində 
qaldırmışdır. Bu xüsusiyyətlərinə görə, U. Ekonun «Qızıl-
gülün adı» əsəri postmodern ədəbiyyatın ağır artilleriyası 
hesab olunur. U. Ekonun özü əsərini «kitablar haqqında ki-
tab» kimi dəyərləndirir 
4
. Vitorio Strada «Qızılgülün adı» 
əsərini keçmişi və indinin müxtəlif mədəniyyətlərini özün-
də cəmləşdirən bu günkü mədəniyyətin tələbi kimi qiymət-
ləndirmişdir 
5

4
Eco U. Postscript to the Name of the Rose. NY.: Harcourt, 1985, 91 
p. P. 11; 
5
Страда В. Модернизация и постмодернизация // Окно в свет
1999, № 2, с. 71-89. 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin