Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə4/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   2   3   4   5   6   7   8   9   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 

tika, poststrukturalizm, dekonstruktivizm (ierarxiyaların 
desentrasiya və dekonstruksiyası) istiqamətləri dayanır. 
Postmodernizm Qərb fəlsəfəsinin dərin transformasi-
yası ilə əlaqəlidir. XIX əsrin sonu XX əsrin əvvəllərində 
maarifçilik hərəkatı, elmi-texniki tərəqqi və sənayeləşmə 
nəticəsi kimi cəmiyyətdə modernləşmə prosesi gedir. XX 
əsrin ikinci yarısından başlayaraq rasional düşüncənin tən-
qid olunmasını müşahidə edirik. Postmodern tarix fəlsəfəsi 
və fəlsəfi ontologiya önəmli yeniliklər ilə əlaqəlidir. 
Postmodernizm tarixi prosesə yeni yanaşma ilə səciy-
yələnir. Maraqlıdır ki, Arnold Toynbi 1947-ci ildə nəşr et-
dirdiyi «A study of History» («Tarixin öyrənilməsi») əsərin-
də O. Şpenqlerin sivilizasiyaların hermetik şəkildə bir-bi-
rindən təcrid olunması zəminində süquta uğraması konsep-
siyasını sübuta yetirməklə «postmodernizm» anlayışına 
müraciət edir. Postmodernizm tarixi və inkişafı düz xətt 
boyu olan proses kimi qəbul etmir. Tarixi dalğavarı inkişaf 
prosesi kimi anlayır. Tarixə münasibət bildirən postmoder-
nistlər vurğulayırlar ki, tarix dağınıq, bir – biri ilə əlaqəsi 
olmayan hadisələri süni şəkildə bir araya gətirməyə cəhd 
göstərən mifdən başqa bir şey deyildir. 
Postmodernistlərə görə tarixilik ideyası təkcə zamanın 
xəttilik prinsipinin təsdiqi deyildir. Onların fikrincə bu 
konsepsiya tarixi gedişin mütləq bir sonu olması prinsiplə-
rinin təsbit olunmasına, yəni zamanın vahid tarixi məntiqə 
malik olması ideyasına gətirib çıxarır. Postmodernistlərə 
görə insanların tarixi proseslərə düşünülmüş və məntiqi şə-
kildə müdaxilə etmək cəhdləri, prosesləri istədiyi istiqa-
mətə yönəltmək niyyətləri heç bir nəticə vermir. 
Postmodernizm keçmişi inkar etmir. Bir sıra postmo-
dernistlər irəli sürdükləri konsepsiyalarda postmodernizmə 



Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin