Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu


Çağdaş Azərbaycan postmodern romanı



Yüklə 1,04 Mb.
Pdf görüntüsü
səhifə18/93
tarix18.03.2023
ölçüsü1,04 Mb.
#88717
1   ...   14   15   16   17   18   19   20   21   ...   93
Çağdaş-Azərbaycan-postmodern-romanı

Çağdaş Azərbaycan postmodern romanı 
21 
olunmur. Məsələn, müasir Azərbaycan romanları haqqında 
xülasə məqaləsində Tehran Əlişanoğlu Həmid Herisçinin 
«Nekroloq» romanında xarakter və süjetin olmamasını 
onun nöqsanı və zəif cəhəti kimi qiymətləndirmiş, dialo-
qizmin, fraqmentarlığın, epizodluğun aşağı olmasını, ob-
razların sadələşdirilmiş şəkildə açılmasını və s. qeyd et-
mişdir 
12
. «Nekroloq»un romana aid olmasını şübhə altına 
qoyaraq, T. Əlişanoğlu əsərin janrına aid münasibət bildir-
mir. «Nekroloq»un romana aid olması özünü aydın şəkildə 
göstərir. T. Əlişanoğlunun subyektiv mövqeyi onunla bağ-
lıdır ki, yazıçı romanın bəzi təhkiyə əlamətlərindən imtina 
etməsinə qiymət vermir. «Nekroloq» hekayə təsirinə mə-
ruz qalıb. T. Əlişanoğlu tərəfindən qeyd olunanlar «Nekro-
loq» əsərinin janr təbiətinə hekayənin təsiri ilə əlaqəlidir. 
Həmid Herisçinin «Nekroloq» əsərində ənənəvi müəllif 
təhkiyəsi, süjet və xarakterin aradan qalxması kimi post-
modern estetikanın vacib şərtləri özünü göstərir. 
Azərbaycan ədəbiyyatı və mədəniyyətində «postmo-
dernizm» termini tənqidçi və yazarlar arasında müzakirələ-
rə səbəb olmuşdur. Postmodernizm ətrafında müzakirələr 
yarandığı ilk gündən başlamış və bu gün də davam etmək-
dədir. Konkret postmodernist əsərlərin təhlili nəticəsində 
Azərbaycan postmodernizminin əsas əlamətlərini araşdır-
maq, tənqidinin əsas aspektlərini göstərmək zərurətə çev-
rilmişdir. 
Postmodernizmə həsr olunmuş tədqiqat işlərində tədqi-
qatçılarımız əsasən, xarici postmodernizmə fikir verirlər. 
Leyla Hacızadənin «Postmodernizm dövrünün qəhrəmanı 
12
Əlişanoğlu T. Yeni ədəbi nəsil: axtarışlar, problemlər //http: 
//bizimasr.media-az.com/arxiv_2002/may/113/tengid_romani.html 


S

Yüklə 1,04 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin