Azərbaycan miLLİ elmlər akademiyasi


گشاد از گوش با صد عذر چون نوش شفاعت كرد كاين بستان و بفروش



Yüklə 6,47 Mb.
səhifə116/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   112   113   114   115   116   117   118   119   ...   232
گشاد از گوش با صد عذر چون نوش شفاعت كرد كاين بستان و بفروش

چو وقت آيد كزين به دست يابيم زحق خدمتت سر بر نتابيم

برآن گنجينه فرهاد آفرين خواند زدستش بستد و در پايش افشاند

Məhəmmədəli Tərbiyət yazır ki, rəssam Şapur və dağ yaran Fərhad Xosrov Pərvizlə Büzüngümid dövrünün tanınmış sə­nət­karları olmuşlar (11). Zərrinkub göstərir ki, Fərhadla Şahur Çində bir sinifdə oxumuşlar. Şirinə qırx və hovuz çəkən Fər­had ona olan eşqindən dağlara çəkil­dik­dən sonra adı dillərə düş­müşdür (12).

Bəl’əlmi yazır ki, bəzi mənbələr («Mücməlüt-təvarix vəl qisəs») Fər­hadı Sipəhbüd-qoşun başçısı, sərkərdə adlandırırlar. Bisütun yazı­larının onun adına çıxılması isə səhvdir.

Nizamidən sonra bəziləri onu Həkim Fərhad da adlandır­mış­lar. Bə­ziləri isə onun Kəlhor tayfasına aid edirlər (14).

Aşiqlik, sədaqət, güc, qüvvət, şücaət, iradə, sənətkarlıq, şədr­şü­naslıq Fərhadın ən diqqətəlayiq cəhətlərindəndir. «Kuh­kən» («dağ çapan») kimi də tanınan Fərhadın şöhrəti bütün dün­yaya yayılmışdır (15).

Əşkani şahlarından 5-cisinin adı yunanca «Fra ates» kimi tələffuz olunur ki, bu da pəhləvicə «Frhat», farsca Fərhad for­ma­sına düşmüşdür. Bəzi tədqiqatçılar onu adı epik rəvayətlərə yol tapmış qədim dövrün şahlarından biri hesab edir (16).

Fərhadın aşiqliyi əhvalatı Nizamidən öncəki farsdilli şifahi ədə­biyyatda mövcud olmuşdur. Lakin bu eşq əhvalatı yalnız Ni­zamidən son­ra geniş miqyasda yayılmışdır. «Hind səbki»n­də yazan şairlər bu mövzuda maraqlı obrazlar yaratmışlar (17).

İran tədqiqatçısı Xanləri Nizaminin Fərhadı ilə Səfəvilər dövrünün böyük şairi Vəhşi Bafqinin Fərhadını müqayisə edə­rək yazır: «Nizami­nin Fəhadı arif və ədibanə bir şəxsiyyət olsa da, sadəlövh bir işçidir. Vəhşinin Fərhadı isə öz dəyərini yaxşı bilən bir sənətkardır» (18).

Qeyd etmək istərdik ki, bu poemasında Nizami Xosrov Pər­vizin məcazı eşqinə qarşı Fərhadın arifanə eşqini qoymuqşdur ki, tədqiqatçı İqbal Lahuri demişkən, məcazı eşqləri həqiqi eşq­lərdən fərqləndirsin (19).


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin