نخست آزرم آن كرسي نگه داشت بر او تمثال هاي نغز بنگاشت
به تيشه صورت شيرين بر آن سنگ چنان برزد كه ماني نقش ارژنگ
پس آنگه از سنان تيشه ي تيز گزارش كرد شكل شاه وشبديز
Fərhad incə qəlbli, bir insandr. Onun incəliyi, kövrəkliyi nəhəng gövdəsinə heç cür uyğun gəlmir. Fərhad Şirinlə ilk dəfə görüşərkən pərdə arxasından onun xoş səsinin, Şirin sözlərinin təsirindən huşunu itirib yıxılır. Xosrovun elçisi ona yalandan Şirinin ölüm xəbərini çatdıranda isə Fərhad buna dözə bilməyib ölür.
چوبگرفت آن سخن فرهاد در گوش زگرمي خون گرفتش در جگر گوش
برآورد از جگر آهي شغبنا ك چو مصروعي زپاي افتاد در خاك
چو افتاد اين سخن در گوش فرهاد زطاق كوه چون كوهي در افتاد
صلاي درد شيرين در جهان داد زمين بر ياد او بوسيد و جان داد
Fərhadın faciəsinin təsvir edildiyi bu dastanın iki yerində onun nəfsi bütünlüyündən bəhs olunur. Əsərdə Fərhadın heç nəyə və heç kəsə ehtiyac duymaması, nəfsi bütövlüyü, təmənnasızlığı onun Şirinə aşiq olmasından sonrakı dövrə aiddir. Süd arxının və hövuzunun tikintisi qutardıqdan sonra Şirin Fərhadın əsərinə baxmağa gələndə ona muzd yerinə qulağındakı çox qiymətli gövhərdən sırğalarını vermək istəyir. Fərhad isə bu sırğaları alıb Şirinin ayağı altına atır. Sonra Xosrov onu Şirinin eşqindən çəkindirmək üçün yanına çağırtdırır:
Dostları ilə paylaş: |