Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə228/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   224   225   226   227   228   229   230   231   232
İbrahim Qulİyev

(Bakı İslam Universiteti)
ƏLLAMƏ MƏHƏMMƏD BAĞIR MƏCLİSİNİN

BİHARÜL-ƏNVAR” ƏSƏRİNDƏ DİN VƏ TƏBİƏTŞÜNASLIQ PROBLEMLƏRİ


Əllamə Məhəmməd Bağır Məclisi XVII əsrin ən görkəmli ilahiy­yat­çı alimlərindən və filosoflarından biridir. Onun qələmə aldığı coxcildlik “Bi­harül-ənvar” əsəri islam elmləri ilə yanaşı bir çox dünyəvi elmləri də əhatə etməkdədir. “Biharül-ənvar” əsərində din və təbiətşünaslıq prob­­lemlərinin öyrənilməsi, müasir ictimai həyatın aktual məsələlə­ri­nin, xüsusilə islam maarifinin inkişaf edib yayılması qanunauyğunluq­la­rının və o dövr üçün təbiətşünaslığın əldə etdiyi nailiyyətlərin ilahi qüdrətə aid olub, aləmlərin boş yerə yaradılmadığına inam bəsləmək üçün mühüm əhəmiyyətə malikdir.

Müəllif adı çəkilən əsərində dinin mənşəyi və mahiyyəti, onun idrak kökü, dinin yer üzərində insanın əmələ gəlməsinə münasibəti və bir söz­lə din və təbiətşünaslıq problemlərinə aid məqamlara toxunmuş və bun­ları islam fəlsəfəsi çərçivəsində izah etməyə çalışmışdır. O, dinin necə və nə zaman əmələ gəlməsini doğru-düzgün başa düşmək və onun icti­mai həyatdakı rolunu təyin etmək üçün hər şeydən əvvəl elmə mü­raciət etməyin zəruri olduğunu vurğulamışdır. Buna görə də müəllif əsə­rə ilk öncə elmə aid xüsusi fəsil açmış, orada Qurani-Kərimin ayələ­rini, daha sonra isə hədisi-şərifləri yazmaqla başlamış, islamın elmə ver­diyi dəyəri ön plana çəkmişdir (1, c.I, s.162, I fəsil). Əllamə Məclisi adı çəkilən əsərində din və təbiətşünaslıq arasında olan münasibəti is­lam təfəkkürü çərçivəsində işıqlandıraraq elmlə dinin arasında heç bir zid­diyyətin olmadığını, əksinə elmlə dinin vəhdət təşkil etdiyini xalq kütlələrinə göstərmişdir.

Əllamə Məclisi əsərdə yerin və göyün yaradılması haqqında böyük fəsillər açaraq əsərin 54-cü cildindən 63-cü cildinə qədər olan məlumat­ları tam olaraq təbiətşünaslıq problemlərinə həsr etmişdir. O, yerin və göyün yaradılmasını mütləq ilahi qüdrətə bağlayaraq (1, c.54, s.2, c.60, s.95, 130) Onun izni olmadan heç bir varlığın yarana bilməyəcəyini qeyd etmişdir. Həmçinin o, elmin insanlara Allah tərəfindən verildiyini və onun ilahi xarakterə malik olduğunu bildirmişdir. O, hər bir səmavi dinin elm üzərində qurulduğunu, elmsiz heç bir ibadətin fayda vermə­yə­cəyini qeyd etmişdir. Müəllif elmin təbiət və cəmiyyətin inkişaf qa­nunlarını üzə çıxardığını, insanı maarifləndirdiyini və onun mənəvi gö­rüş dairəsini genişlətdiyini yazır. Elmlə yanaşı dini ideologiyanın da insanlara müsbət biliklər verdiyini, din vasitəsilə cəhalət və nadanlığın ara­dan götürüləcəyini və nəhayət, elmsiz insanın əşyadan da dəyərsiz bir varlıq olduğunu vurğulayan müəllif insanlara elm öyrənməyin zəru­rətini anlatmışdır (1, c.I, s.150).


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   224   225   226   227   228   229   230   231   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin