Azərbaycan miLLİ elmlər akademiyasi


جواهر جمع اولوبدر معرفتدن نولا نامی اولا بحرالمعارف



Yüklə 6,47 Mb.
səhifə226/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   222   223   224   225   226   227   228   229   ...   232
جواهر جمع اولوبدر معرفتدن نولا نامی اولا بحرالمعارف

(Hər kim bu kitabı bu qtədə bu məstur yazub sətrin sətrə rast gətürsə nəzmlər sətrdə vaqe olub nəzm və nəsr birbirindən mümtaz olur və bəz yerində nəzmlər və nəsrlər sətr ədədində müvafiq düşər ki bu kitabın bu üslub üzrə yazılması cümlə sənayi-lətifhədəndir və bu kitabi talif idüb və vəchi-məstur üzrə yazana Həqq-təala rəhmət eyləsün

Cəvahir cəm olubdur məifətdən,

Nə ola namı ola Bəhrül-maarif )

Bitir:فی ١٣ ربیع الاول سنه ١٢٩٣



(Fi 13 rəbiüləvvəl sənə 1293)

20) İstanbul Süleymaniyyə Əlyazma Əsərlər Kitabxanası. Şifri: 808. 34 Sü-Hü 455. Katibi və yazılma tarixi məlum deyil. İlk vərqində Əbdülhəlim Kırıminin mülkiyyət qeydi və Amcazadə Hüseyin Paşanın vəqf möhürü vardır. Türk diıində incə təliq xətti ilə hər səhifədə 19 sətr olmaqla filiqranlı kağız üzərində qələmə alınmışdır. Mətn xırda ulduz­lar­la çərçivəyə alınmış, kəliməbaşıları qırmızı mürəkkəblə yazılmlşdır. Başda 16a vərəqində geniş şəkildə bir mündəricat yer alır. Şahzadə Sul­tan Mustafa bin Süleyman adına yazıldığı qeyd edilmişdir. Ölçüləri 19,7x11,3 sm, həcmi 142 vərəqdir. Meşin cildə tutulmuşdur.

Baş.: بسم...الحمدﷲ الذی جعل الانسان اهل اللسان و صیره عالما ببدیع المعانی ...

(Bismillah... Əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səyyərə alima bebədil-mani... )

Bitir: ...بو دعایه هر که آمین درسه صدق قلبله جاننه اولسن سلامتله متصل واسلام



(Bu duayə hər ki amin dirsə sidqi-qəlbilə canınə olsun səlamətlər mütəssəl vəs-səlam)

21) Bəyazit Xalq Kitabxanası, Amasya. Şifri: 05 B 1365. Katibi və kö­çürülmə tarixi məlum deyil. Hər səhifədə 19 sətr olmaqla təliq xətti ilə qələmə alınmışdır. Ölçüləri 19,9x12,6 sm, həcmi 142 vərəqdir. Şəmsəli qəhvəyi meşin cildi var. Kəlimə başları qırmızı mürəkkəblə verilmişdir.

Başlanır: بسمﷲ...الحمدﷲ الذی جعل الانسان اهل السان و صیره عالما ببدیع المعانی والبیان اما بعد بو عبد فقیر سروری...

(Bismillah... Əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səyyə­rə alima bebədil-mani vəl-bəyan əmma bu əbd-fəqir Süruri... )

22) Avstriya Milli Kitabxanası, Türkcə əlyazmalar bölməsi. Şifri: N.F. 36. Katibi və istinsax yeri məlum deyildir. Hər səhifədə 21 sətr ol­maq­la nəsx xətti ilə qələmə alınmışdır. Ölçüləri 17,8x 12,7 sm, həcmi 114 vərəqdir.

Başlanır: بسمﷲ...الحمدﷲ الذی جعل الانسان... المعانی والبیان اما بعد بو عبد فقیر سروری...

(Bismillah... Əlhəmdülillah əlləzi cəələl-lisan...əlmani vəəlbəyan əmma bu əbdi-fəqir Süruriş... )

Bitir: حق رفیقی ...سروری... دیرسه صدق قلب یله جاننه اولسون سلامتلر محصل و السلام



(Həqq rəfiqi…Süruri… dirsə sidqi-qəlbilə canına olsun səlamətlər mühəssəl vəs-səlam)

23) İzmir Milli Kitabxanası əlyazmalar bölməsi. Şifri: 1232. Katibi və köçürülmə tarixi məlum deyil. Hər səhifdə 19 sətr olmaqla təliq xətti ilə yazılmışdır. Ölçüləri 20,5x13 sm, həcmi 142 vərəqdir. Başlanğıcı və sonu digər nüsxələedə olduğu kimidir.

24) İstanbul Hüseyin Kocabaş Kitabxanası. Şifri: S.H.M.H.K.Yaz. 265. köçürülmə tarixi və katibi məlum deyil. Hər səhifədə 21 sətr ol­maq­la təliq xətti ilə yazılıb. Ölçüləri 20x14 sm, həcmi 50 vərəqdir. Əl­yazmanın əvvəli və sonu naqisdir.

25) Diyarbəkir Milli Xalq Kitabxanası. Şifri: 21 Hk 1571/2. Katibi və köçürülmə tarixi məlum deyil. Hər səhifədə 17 sətr olmaqla nəstəliq xətti ilə taclı, üzüm salxımlı filiqranlı kağıza yazılmışdır. Ölçüləri 21,5x15 sm, həcmi 112 vərəqdir. Nüxənin əvvəli və sonu naqisdir.

26) Balıkesir Xalq Kitabxanası. Şifri: 10 Hk 19/5. Katibi və yazılma tarixi məlum deyil. Nüsxənin əvvəli və sonu naqisdir. Rüqə xətti ilə qələmə alınmışdır. Ölçüləri 20,5x14,3 sm, həcmi 51 vərəqdir. Cildi yox­dur.

27) İstanbul Topkapı Saray Kitabxanası. Şifri: 2135 H. 660. Köçü­rülmə tarixi və katibi məlum deyildir. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə qələmə alınmışdır. Ölçüsü 22x13,5, həcmi 146 vərəq. Başlanğıcı və sonu yuxarıda verilmiş nüsxə ilə eynidir.

28) İstanbul Yapı Kredi Sermet Çifter Araşdırma Kitabxanası. Şifri: 809. köçürülmə tarixi və katibi məlum deyil. Hər səhifədə 17 sətr olmaqla təliq xətti ilə ahərli kağıza yazılmışdır. Ölçüləri 19,8x12 sm, həcmi 108 vərəqdir.

29) Misir Milli Kitabxanası, Qahirə. Şifri: Aruzı Turki 2. Katibi və istinsax tarixi məlum deyil. Hər səhifədə 19 sətr olmaqla təliq xətti ilə qələmə alınmışdır. Ölçüləri 13x 20 sm, həcmi 143 vərəqdir.

30) Misir Milli Kitabxanası, Qahirə. Şifri: Aruzı Turki Talat 3. Katibi və istinsax tarixi məlum deyil. Hər səhifədə 19 sətr olmaqla təliq xətti ilə qələmə alınmışdır. Ölçüləri 11,7x 19,5 sm, həcmi 143 vərəqdir.

31) Misir Milli Kitabxanası, Qahirə. Şifri: Aruzı Turki Talat 4. Katibi və istinsax tarixi məlum deyil. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə qələmə alınmışdır. Ölçüləri 14,5x 21 sm, həcmi 143 və­rəqdir.

32) Misir Milli Kitabxanası, Qahirə. Şifri: Aruzı Turki Talat 5. Katibi və instinsax tarixi qeyd edilməyib. Hər səhifədə 21 sətr olmaqla nəsx xətti ilə qələmə alınmışdır. Ölçüləri 14x20,8 sm, həcmi 237 və­rəq­dir. Onu da qeyd etmək yerinə düşər ki, bu nüsxə məlum olan nüsxələr içərisində həcminə görə ən çox vərəqli nüsxədir.

33) Misir Milli Kitabxanası, Qahirə. Şifri: Arızı Turki Talat 6. Ka­tibi və istinsax tarixi qeyd edilməmişdir. Hər səhifədə 19 sətr olmaqla divani xətti ilə yazılmışdır. Ölçüləri 14,5x 22,5 sm, həcmi 143 vərəqdir.

34) Misir, Qahirə Hidiv Kitabxanası türkcə əlyazmalar bölməsi. Şifri: 9060. Köçürülmə tarixi və katibi məlum deyil (Daha doğrusu qeyd edilməyib). Hər səhifədə 17 sətr olmaqla təliq xətti ilə qələmə alı­nıb, həcmi 186 vərəqdir.

35) Misir, Qahirə Hidiv Kitabxanası türkcə əlyazmalar bölməsi. Şifri: 9061. Bu nüsxənin də katibi və köçürülmə tarixi göstə­rilmə­miş­dir. Hər səhifədə dəyişik sayda sətrlərlə təliq xətti ilə qələmə alınmışdır, həcmi 143 vərəqdir.

36) Misir Milli Kitabxanası, Qahirə. Şifri: Aruzi Turki Talat 1. Ka­tibi və istinsax tarixi qeyd edilməyib. Hər səhifədə 19 sətr olmaqla təliq xətti ilə qələmə alınmışdır. Ölçüləri 10x18,5 sm, həcmi 69 vərəqdir. Əlyazmanın əvvəli və sonu naqisdir.

37) Avstriya Dukalık Kitabxanası Gotha Kolleksiyası. Şifri: pt. 324: Seetzen: Nr. 80. Katibi və yazılma tarixi göstərilməmişdir. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə qələmə alınmışdır, həcmi 143 vərəqdir.

Sonda onu əlavə edək ki, biz “Bəhrül-maarif” əsərinin dünyanın müxtəlif əlyazma xəzunələrində qorunan 37 əlyazma nüsxəsi ilə bağlı məlumatlar verərkən hər bir nüsxənin poleoqrafik xüsusiyyətləri, yer­ləri, köçürülmə tarixləri v.s. kimi qeydləri istinad etdiyimiz mənbələrə əsasən müfəssəl bir şəkildə verməyə çalışdıq. Ola bilsin ki, gələcək təd­qiqatlarımız zamanı “Bəhrül-maarif” əsərinin yeni əlyazma nüsxələri üzə çıxdı. Nəzərə alsaq ki, dünya əlyazma xəzinələrində qorunan əsər­lə­rin çox hissəsi kataloqlaşdırılmayıb, onlar haqqında məlumatlar veril­məyib o zaman yeni nüsxələrin ortaya çıxma ehtimalı daha da güclənir.

Qarşıda duran priaritet məsələ isə bizim araşdırma işimizin əsasını təşkil edən bu əsərin dünyanın digər əlyazma xəzinələrində qorunan nüs­xələrini əldə etmək və əsərin incələməsini daha geniş, hərtərəfli şəkildə təşkil etməkdir.



Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   222   223   224   225   226   227   228   229   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin