Azərbaycan miLLİ elmlər akademiyasi


(Bismillah...əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səyərə alima bebədiil-mani vəl-bəyan əmma bəəd bu əbdi-fəqir Süruri... )



Yüklə 6,47 Mb.
səhifə225/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   221   222   223   224   225   226   227   228   ...   232
(Bismillah...əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səyərə alima bebədiil-mani vəl-bəyan əmma bəəd bu əbdi-fəqir Süruri... )

Bitir: حق رفیقی ذاتنه سعدی سروری ایلسون ایکی عالمه تصبهی اوله هم خیر الانام بو دعایه هرکه ﺁمین دیرسه صدق قلب یله جاننه اولسون سلامتلر محصل و السلام



(Həqq rəfiqi zatinə sədi Süruri eyləsün iki aləmə təsbihi ola həm xeyrül-ənam bu duayə hər ki amin dirsə sidqi-qəlblə caninə olsun sə­lamətlər mühəssəl vəssəlam)

12) İstanbul Yapı Kredi Sermet Çifter Araşdırma Kitabxanası. Şifri: 211. Katibi Mahmuddur, h.1004/m.1595-ci ildə köçürülmüşdür. Hər sə­hi­fədə 19 sətr olmaqla təliq xətti ilə axərli kağıza yazılmışdır. Ölçü­ləri 19x11,5 sm, həcmi 108 vərəqdir.

13) Bəyazit Xalq Kitabxanası, Amasya. Şifri: 05 Ba 622. Katibi Mə­­həmməd bin Yusif, köçürülmə tarixi m.1596, köçürülmə yeri Çorum­dur. Hər səhifədə 13 sətr olmaqla nəsx xətti ilə filiqranlı kağıza yazılmışdır. Ölçüləri 20,2x13,4 sm, həcmi 186 vərəqdir. İlk vərəqlərdə Bəyazit Camisi Kitabxanasına aid vəqf möhürü vardır. Qara meşin cil­də tutulmuşdur. Kəlimə başları qırmızı mətn özü isə qara mürəkkəblə yazılmışdır.

Başlanır: ..بسمﷲ...الحمدﷲ الذی جعل الانسان اهل السان... اما بعد بو عبد فقیر سروری

(Bismillah... Əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan... əmma bəəd bu əbdi-fəqir Süruri...)

14) Ərzurum Xalq Kitabxanası. Şifri: 25 Hk 24047. Katibi məlum deyil, m.1598-ci ildə köçürülmüşdür. Hər səhifədə 19 sətr olmaqla nəsx xətti ilə tac filiqranlı avropa kağızına yazılmışdır. Ölçüləri 21x15 sm, həc­mi 124 vərəqdir. Əlyazmaya sonradan müxtəlif qeydlər olan əvvəl­dən 2 sondan isə 1 vərəq əlavə edilmişdir.

Başlanır: بسم...الحمدﷲ الذی جعل الانسان اهل اللسان و صیره عالما ببدیع المعانی والبیان

(Bism... Əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səyyərə alima bebədil-mani vəl-bəyan... )

15) Manisa Xalq Kitabxanası. Şifri: 45 Hk 1637. Katibi Həsən, kö­çürülmə tarixi h.1068/m.1657-ci il, köçürülmə yeri İstanbuldur. Hər sə­hifəd 17 sətr olmaqla təliq xətti ilə krem rəngli fliqranlı kağıza yazıl­mışdır. Ölçüləri 20,2x 14 sm, həcmi 144 və sonradan əlavə olunmuş 3 və­rəqdir. Şəmsəli, qəhvəyi meşin cildi vardır. Kəlimə başları qırmızı rəngli mürəkkəblə verilmişdir. 1a-3b vərəqləri arasında şeirlər, digər vərəqlərdə isə “Kitabi-nəqavə” dən götürülmüş qeydlər və müxtəlif söz­lərin açıqlamaları vardır. Başlanğıcı və sonu yuxarıda qeyd edilmiş nüsxə ilə eynidir.

16) Bratislava Universiteti Kitabxanası Ərəbcə, Türkcə, Farsca əl­yaz­malar bölməsi. Şifri: TF 75. Katibi məlum deyil, XVII əsrdə köçü­rül­­düyü ehtimal edilir. Təliq xətti iə qələmə alınmışdır. Ölçüləri 21x14 sm, həcmi 143 vərəqdir. 3a səhifəsindən müqəddimə, 8b-dən bi­rinci məqalə, 23a-dan ikinci məqalə, 44a-dan üçüncü məqalə, 127b-dən “تتمه باب مذکور” adlı bir bölmə, 138a səhifəsindən isə əlyazmanın xati­mə hissəsi başlayır. Əlyazma 143b səhifəsində bitir.

17) Ankara Milli Kitabxanası. Şifri: 06 Hk 1312, dvd nömrəsi 1272. Katibi Mustafa bin Xəlil Əyyubi, köçürülmə tarixi h.1169/m.1754-cü ildir. Hər səhifədə 21 sətr olmaqla noxudu rəngli marka fliqranlı kağıza yazılmışdır. Ölçüləri 21,8x15,5 sm, həcmi 132 vərəqdir. Çəharguşə me­şin miqləbi, əbru kağızla üzlənmiş cildi vardır. Əksər nüsxələrdə oldu­ğu kimi kəlimə başları qırmızı mürəkəblə verilmişdir. Birinci və so­nun­cu vərəqdə Qazi Evrenos Bəyə aid h. 1225 tarixli vəqf möhürləri var­dır. Əlyazma ilə bağlı məlumat verilərkən yalnışlıqla əsərin ərəb di­li­nin qrammatikasına aid olduğu qeyd edilmişdir.

Başlanır: بسمﷲ...الحمدﷲ الذی جعل الانسان اهل السان و صیره عالما ببدیع المعانی والبیان اما بعد بو عبد فقیر سروری...

(Bismillah... Əlhəmdülillah əlləzi cəələl-insan əhləl-lisan və səy­yərə alima bebədil-mani vəl-bəyan əmma bəəd bu əbdi-fəqir Süruri... )

Bitir: بو دعایه هرکه ﺁمین دیرسه صدق قلب یله جاننه اولسون سلامتلر محصل و السلام تم استنساخ کتاب سنه ١١٦٩



(Bu duayə hər ki amin dirsə sidqi-qəlbilə canınə olsun səlamətlər mü­həssəl vəs-səlam timi-istintinsaxi-kitab sənə 1169)

18) Türk Dil Qurumu əlyazmalar kitabxanası. Şifri: Yz. A 400. Ka­tibi Əbdülhəmid, köçürülmə tarixi h.1188/m.1775-ci ildir. Hər səhi­fədə 17, 19, bəzən də 20 sətr olmaqla təliq xətti ilə tac fliqranlı kağıza yazılmışdır. Ölçüləri 21,5x 16 sm, həcmi 113 vərəqdir.

19) Uppsala Universitet Kitabxanası. Şifri: Pertesch, TH. 489. Nüs­xədə qeyd olunan h. 13 Rəbiüləvvəl h.1293 (m. 1885) tarixi var ki, əl­yaz­masının köçürülmə tarixidir. Nüsxənin katibi məlum deyil. Hər sə­hi­fədə 19 sətr olmaqla təliq xətti ilə qələmə alınmışdır. Ölçüləri 21,5x14,5 sm, həcmi 143 vərəqdir. Əlyazmasının 1a səhifəsində belə bir yazı var: هر کم بو کتابی بو قطعده بو مسطور یازوب سترن ستره راست گتورسه نظملر سطرده واقع اولوب نظم و نثر بربرندن ممتاز اولور و بعض یرنده نظملر و نثرلر سطر عددنده موافق دوشر که بو کتابگ بو اسلوب اوزره یازلماسی جمله صنایع لطیفهدن در و بو کتابی تالیف ادوب ووجه مسطور اوزره یازنه حق تعالی رحمت ایلسون


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin