Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə222/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   218   219   220   221   222   223   224   225   ...   232
Kərimulla Məmmədzadə

(Əlyazmalar İnstitutu)
Bəhrül-Maarİf” əsərİnİn əlyazma nüsxələrİnİn elmİ-paleoqrafİk təsvİrİ
Orta əsr türk ədəbiyyatının tanınmış alimi Gelibolulu Müslihəddin Mustafa Sürurinin m. tarixlə 1549-cu ildə qələmə aldığı bu əsər poe­ti­kaya daha dəqiq desək ədəbiyyat nəzəriyyəsinə aid yazılmış əsərlərin ən samballısıdır. Düzdür Süruriyə qədər bu mövzuda bir neçə əsər yazılmış olsa da bunların heç biri “Bəhrül-maarif” qədər geniş, zəngin və poetikaya aid məsələləri ən xırda detallarına qədər incələyən əsərlər olmamışlar. Süruri də məhz öz əsərinin əvvəlində buna işarə olaraq qeyd etmişdir: “Amma billah bu əbdi-fəqir, Süruriyi-səqir zəmani-hə­vanı və o an şadimani və baisi-eşq məcazi və duayə suzi-güzarı birlə elmi-əruz və əqvafi və təəmmimi-faidə tətbinə əzimət idüb və marifi-cü­ziy­yə tərəbbinə niyyət qılub vü tətmimi-aidə içün Türki dil ilə müsəv­vədə qılub amma tədvin olunmayub, qalub bədə guşəyi-fərağətdə mü­təvət­tən və künci-uzlətdə mütəməkkin olmuş idi” yəni buna qədər Türk dilində bir neçə belə əsər yazılsa da həmin yazılmış bu əsərlər o qədər də yetərli olmayıb və buna görə də Süruri əruz və poetika elmini daha ge­niş bir şəkildə ehtiva edən bir əsər yazmaq qərarına gəlib. Süruriyə qədər bu səpkidə bir neçə əsər yazılmışdı və təbii ki, o, da bu əsərlərin mövcudluğundan xəbərsiz deyildi amma həqiqətən diqqət yetirsək görərik bu mövzuya aid yazılmış olan Əlişir Nəvainin “Mizanül-öv­zan”, Babur Şahın “Əruz-risaləsi” kimi əsərlər yalnız əruz və əruzun Türk şeirində tətbiqi ilə bağlı bilgilərdən ibarət olmuşdur. Amma Süru­ri­nin “Bəhrül-maarif”inə nəzər saldıqda görürük ki, müəllif öz əsərində əruzla yanaşı nəzm və onun janrlarına, ədəbi sənətlərə və hətta o za­man­lar ədəbiyyatda çox da yayqın olmayan nəsrə aid çox dəyərli bil­gilər vermiş, ədəbiyyata aid terminləri açıqlamış, onların lüğəvi məna­larını qeyd etmişdir. Əsəri tədqiq edərkən müasir ədəbiyyatşünaslıqda mövcud olan ədəbi bilgilərin hələ dörd əsr bundan əvvəl Süruri tərəfin­dən qələmə alınmasını müşahidə etmək çox heyrətvericidir. Belə ki, gü­nümüzdə bu mövzuda qələmə alınmış əsərlərə diqqət etdikdə “Bəhrül-maarif”in nəinki onlardan geri qaldığını hətta sahib olduğu geniş şə­kildə açıqlamalarla, misallarla onlardan daha zəngin olduğunu müşa­hidə edirik.

“Bəhrül-maarif”in əsas mövzusu əruz və əruzun Türk şeirində tət­bi­qidir. Əsər bir müqəddimə, üç məqalə və xatimədən ibarəttir. Müqəd­di­mədə əsərin yazılmasına səbəb olan zərurətlərdən söz açılmış, əruzun öyrənilməsinin çox vacib olması vurğulanmışdır. Birinci məqalə əruz və onun bəhrlərindən bəhs edir, ikinci məqalə isə nəzm qaydaları, nəzm­də mövcud olan ədəbi ifadə vasitələi və nəsrlə bağlı müəyyən mə­lumatları, nəsrin növləri haqda bilgiləri ehtiva edir. Üçüncü məqalə isə Rami Təbrizinin “Ənisül-üşşaq” əsəri ilə bağlıdır və müəllif bu əsərdən misallar gətirərək klassik poetkada işlənən bütün bədii nümunələr, onla­rın işlənmə yerləri, mənaları ilə bağlı geniş şərhlər, izahlar vermişdir.

Məlumdur ki, zamanında və sonralar da çox qiymətli sayılan bu əsə­rin yüzlərcə nüsxəsi köçürülmüşdür. Əsərin bu qədər üzünün köçü­rül­məsi onun nə qədər gərəkli, qiymətli olmasına dəlalət edən sübutlardan biridir. Belə ki, günümüzə qədər əsərin təxminən qırxdan artıq əlyazma nüsxəsi gəlib çatmışdır və bu nüsxələr dünyanın müxtəlif əlyazma xə­zi­nələrində qorunur.

Əsərin əlyazma nüsxələri ilə bağlı məlumatlar toplayarkən müraciət et­diyimiz mənbələr kimi müxtəlif vaxtlarda çap olunmuş kataloqlarala yanaşı nüsxələrin qorunduğu kitabxanalrın, muzeylərin internet saytla­rından da istifadə etdik. Belə ki, bu imkandan istifadə edərək əlyaz­ma­nın bir çox nüsxələri ilə internet vasitəsi ilə tanış olaraq əlyazmalarla bağ­lı geniş məlumatlar əldə etdik. Çox mütərəqqi bir haldır ki, bir çox Avropa və Türkiyə kitabxanalarında qorunan əlyazma əsərlərinin nüs­xə­ləri ilə rəqəmsal texnalogiyanın yardımı sayəsində internet vasitəsi ilə tanış olmaq, bu əsərlərdən istifadə etmək və geniş məlumatlar top­lamaq mümkündür. Biz də mövcud şəraitin bizə vermiş olduğu bu im­kan­dan istifadə edərək çox qiymətli məlumatlar əldə etdik.

İndiyə qədər çap olunmuş kataloqlarda “Bəhrül-maarif”in bir neç əlyazma nüsxəsi ilə bağlı məlumatlar olsa da bizim əldə etdiyimiz bu bilgilər daha genişdir. Belə ki, kataloqlarda əsərin yeddi cəmi səkkiz nüs­xəsinin adı çəkilirdisə geniş və hərtərəfli araşdırmalar nəticəsində əsə­rin dünyanın müxtəlif əlyazma xəzinələrində qorunan qırxdan artıq nüsxəsi ilə bağlı məlumatlar topladıq.

Tədqiqatlar zamanı maraqlı bir faktla qarşılaşdıq. Məlumdur ki, “Bəhrül-maarif” əsərinin əsas mövzusu poetikaya dair təməl bilgilərdir. Amma qarşımıza çıxan müxtəlif mənbələrdə əsərin mövzusu fərqli qeyd edilmişdir. Belə ki, bir neçə yerdə əsərin mövzusu ritorika, Türk dili və ədəbiyyatı, təsəvvüf və din elmləri, ümumi ensklopediya və hət­ta Ərəb dilini qrammatikası olaraq göstərilmişdir ki, bu qeydlər tama­milə yanılışdır.

Nüsxələrlə bağlı topıadığımız məlumatların əsəsı isə əlyazmanın qo­run­duğu yer, şifrəsi, köçürülmə tarixi, katibi, həcmi, ölçüləri v.s. kimi məlumatlardan ibarət olmaqla yanaşı bəzi əlyazmaların qorunduqları muzey və kitabxanalarda mövcud olan dvd disqlərinin şifrələrindən iba­rətdir. Bütün bu məlumatları sistemləşdirərəkən nüsxələrin köçürülmə tarixləri ilə bağlı xronoloji ardıcıllıq gözlənilmişdir.

1) İstanbul Süleymaniyyə Əlyazma Əsərlər Kitabxanası. Şifri: 808. I. 34 Sü-Tarlan 113. Yzılma Tarixi h.956/m.1549 Rebiyüləvvəl, katibi məlum deyildir, köçürülmə yeri Amasyadır. Hər səhifədə 19 sətr ol­maq­­la nəstəliq xətti ilə samanı kağıza yazılmışdır. Ölçüsü 19,8x11,6 sm, həcmi 142 vərəqdir. Söz başları qırmızı rəngli mürəkkəblə verilmişdir. Əlyazma köçürülmə tarixi baxımından orijinala çox yaxındır. Əlyaz­ma­nın 12a-17b vərəqlərində əruz bəhrləri, 133a-134b-dən başlayaraq beyt, rübai, qitə v.s. ilə əlaqəli mövzular yer almaqdadır. Əlyazmada əsərin Sul­tan Süleyman adına yazılması qeyd edilir. Qara rəngli bezlə üz­lənmiş cildi vardır.

Başlanır: ... بسم...الحمدﷲ الذی جعل الانسان اهل اللسان و صیره عالما ببدیع

(Bismillah…Əl-həmdüllah əl-ləzi cələl-insan əhləl-lisan və səyrə alima bebədi..)

Bitir: یا الهی ایله مصطفی یی مستدام جاننه اولسن سلامتله محصل واسلام


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin