Nəzakət Qazıyeva
(Dilçilik İnstitutu)
BƏZİ GEYİM ADLARININ TARİXİ-DİALEKTOLOJİ TƏHLİLİ
Dilin lüğət tərkibi fonetik və qrammatik normalara nisbətən daha sürətlə inkişaf edir və təkmilləşir. Insanların – dil daşıyıcılarının həyatında baş verən yeniliklər, dəyişikliklər dilin lüğət tərkibində əks olunur. Dialekt leksikası və ədəbi leksika eyni dilə aid olmalarına baxmayaraq, bir sıra xüsusiyyətlərinə görə fərqlənir. Ədəbi dil müasir dövrdə əhalinin ünsiyyət ehtiyaci ilə bağlı bütün tələblərə cavab verməli, həyatın müasir inkişaf tempindən geri qalmamalı olduğu üçün, müəyyən “qəlib” və “çərçivə”lərə uyğunlaşmalı olduğundan onda sanki gələcəyə hesablanmış yönəlmə hiss olunur. Bu baxımdan dialekt leksikası daha konservativ xarakter daşıyır ki, bu da dilin tarixi inkişaf xüsusiyyətlərinin araşdırılması və inkişaf meyilinin müəyyənləşdirilməsi üçün çox əhəmiyyətlidir. Dialekt leksikasının digər fərqli və üstün xüsusiyyəti burada anlayışların ədəbi dildə olduğundan daha çeşidli və şaxələnmiş ifadə variantlarına təsadüf olunmasıdır. Dilin qədim leksik qatına aid sözlər şivələrin lüğət tərkibində daha çox qorunub saxlanır. K.Musayevin qeyd etdiyi kimi, türk dillərinin öz arasında və müxtəlif dillərə münasibətdə oxşar və fərqli cəhətlərin üzə çıxarılması məhz dialektlərin leksikasının diqqətli tədqiqi nəticəsində mümkündür .
Dialekt leksikasının digər türk dilləri və dialektləri ilə müqayisədə tədqiqi mühüm əhəmiyyət kəsb edir. Dialekt leksikasının yalnız ədəbi dillə müqayisədə tədqiqi türk dilləri və dialektlərinin fopmalaşma dövrünə xas olan mürəkkəb inkişaf prosesini anlamağa imkan vermir. Dilin leksik xüsusiyyətlərinin tarixi inkişaf xüsusiyyətlərinin araşdırılmasında dialekt faktlarının tədqiqata cəlb olunmasının başqa bir üstünlüyü dialektlərin ədəbi dillə müqayisədə daha konservativ xarakterə malik olmasıdır. Burada digər faktı da diqqət mərkəzində saxlamaq lazımdır: ünsiyyət vasitəsi kimi dialektlər ədəbi dilə nisbətən daha böyük kütləni əhatə edir və burada dil vahidlərinin variantlılığı və zənginliyi faktını da inkar etmək olmaz. A.Baskakov bununla bağlı olaraq qeyd edir ki, “Türk dillərində ədəbi dil daşıyıcılarının sayı 10-12%-dən artıq olmadığı halda, əhalinin böyük hissəsi dilin dialekt formasından istifadə edir” [1.5-7].
Araşdırmalar göstərir ki, bəzi hallarda qədim elementlər şivələrdə qorunduğu halda, ədəbi dildə saxlanmamışdır. Odur ki, dialekt leksikasının diqqətli tədqiqi dil tarixi ilə bağlı araşdırma üçün daha çox material verə bilər. Məsələn, xakas dilində ənənəvi geyim adlarının tədqiqi bir sıra ümumtürk səciyyəli sözlərin xakas dilinin dialektlərində ilkin mənada işləndiyini göstərir: kip – paltar, kbqenek – don, niin/ts – paltarın qolu, çaqa saq – vorotnik (yaxalıq), port – papaq, ux – corab (чулок), teer – dəri, ton – şuba, paltar, don[2]. Bu baxımdan diqqətimizi cəlb edən bəzi sözləri nəzərdən keçirək:
Dostları ilə paylaş: |