Azərbaycan miLLİ elmlər akademiyasi


Qalabaşmağı – qadın ayaqqabısı



Yüklə 6,47 Mb.
səhifə57/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   53   54   55   56   57   58   59   60   ...   232
Qalabaşmağı – qadın ayaqqabısı

Şahbuz rayonu Biçənək kənd şivəsində qeydə alınmış bu sözün ikinci hissəsi müasir ədəbi dil üçün müəyyən mənada arxaizm hesab olunan və demək olar ki, bütün türk dillərində işlənən (türk., türkm., az., kum., kbal., noq., tat., [5; 94]), hətta slavyan dillərinə də keçmiş “baş­maq” leksik vahididir. Müx­təlif türk dillərində sözün işlən­mə­sin­də fərqli məna incəlikləri özünü göstərir. Türk dili dialektlərində “başmak” “gecə ayaq­qabısı”, Azərbaycan dilində “alçaq dabanlı arxasız şərq ayaq­­qabısı”, tatar dilində “ev ayaqqabısı” mənalarında isləndiyi mə­lum­dur [5; 94]. “Başmaq” sözünün etimologiyası ilə bağlı fikirlər müx­təlifliyi ilə diqqəti cəlb edir. L.Budaqov “başmak” sözünün “bir illik bu­zov” ifadə edən sözdən törədiyini yazır. Q.Ramstedt bu sözün “ayaq” mənasını ifadə edən “pal” kö­kün­dən olduğunu yazır. A.Zayançkovskiy bu sözü “bağla­maq” mənalı “ba” feli ilə əlaqələndirir. Müəllif bunu rus dilin­də ayaqqabı növünün adı olan “baxilı” ilə bağlayır. E.Se­vortyan “başmaq”sözünün “ba” – bağlamaq feli ilə əlaqələn­di­ril­məsinin əsassız olmadığını yazaraq tatar dili dialektlərində ev ayaqqabısı mənasını ifadə edən “baymak” birbaşa “bağ”la bağlıdır, belə ki, “ba:y” yakut dilində bağlamaq, toxumaq mə­nasını ifadə edir[5; 94]. Lakin müəllif M. Kaşğarinin əsərində ayaqqabının digər formasının adı kimi verilən, oğuz və qıp­çaqlarda işlənən “başak” və “başmak”ın törədiyi “baş” kö­kü­­nün hələ ki formal və semantik baxımdan aydınlaşdırılmamış qal­dı­ğını yazır [5; 94]. XVI əsrdən rus mənbələrində müntəzəm olaraq işlə­nən “başmak” sözünün tatar və türk dillərindən alınma olması qənaə­tin­də olan M.Fasmerlə razılaşmayan E.Sevortyan onun daha qədim dövr­lərdən poloves dilindən alınma olduğu fikrindədir[5; 94]. “Başmak” sözü müəyyən fo­netik fərqlərlə şərqi slavyan dillərinə də keçmişdir: baczmag – çəkmə növü (polyak d.), başmak, paşmak (bolqar d.), paşmag, paşmaga (serb d.), paşmak (rumın d.), paçmaq (xorvat d.). Sözün p- ilə olan variantına türk dilində və bu dilin abidələ­rində təsadüf olunduğunu qeyd edən E.Sevortyan məhz bu va­riantın çeçen dilindəki paşmaq və ingiloy dilindəki paşmoeq sözlərinin mənbəyini təşkil etdi­yini yazır [5; 95]. Bir sıra türk dillərində, eləcə də onların yazılı abidə­lə­rin­də p-lı variantın olması corab və ayaqqabı ilə bağlı bəzi şivələri­mizdə işlənən papuş (Quba) – köhnəlmiş corab, pəsə (Qazax)- çust, pəs­nik (Or­dubad) – corabın dabanına yamamaq üçün gön parça, pa­tava (Salyan)– uzunboğaz çəkmə kimi sözlərin “başmaq”la bir kökdən ol­ması fikrini doğurur. Eləcə də bir-birinə yaxın, lakin fərqli mənalarda iş­lənən badıc sözünün eyni kökdən olması [(Bakı)– uzunboğaz corab, badış (Qazax)– baldıra geyilən bo­ğazlıq, badış (Salyan)– nazik corab, badış (Hamamlı)– təndirə çörək yaparkən qola geyilən qolçaq] inan­dırıcı görünür.

Qalabaşmağı qadın ayaqqabısı mənasında Culfa şivələrində də işlə­nir.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin