Azərbaycan miLLİ elmlər akademiyasi


Başayax (Gəncəbasar)//başyaq//başşaq//başşəğ (Lerik, Quba)// başəyax (Qax)// başyax (keçid ş.)



Yüklə 6,47 Mb.
səhifə70/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   66   67   68   69   70   71   72   73   ...   232
Başayax (Gəncəbasar)//başyaq//başşaq//başşəğ (Lerik, Quba)// başəyax (Qax)// başyax (keçid ş.). Göstərilən şivə­lər­də qeydə alinan bu söz biçin zamanı kövşənliyə tökülüb qalan sünbül, başaq mənasında işlənir. Təbii ki, başayax sözü quruluşca mürəkkəbdir. Başaq sözünün isə bu formadan ya­randığını demək olar. Aq burada ayaq sözünün de­for­masiyaya uğramış, şəkilçiləşmiş variantıdır. Biçin zamanı sünbül­lərin ye­rə, doğrudan da, baş-ayaq şəklində töküldüyünü nəzərə al­saq, başaqın başayaxdan yaranmasını daha qətiyyətlə demək olar. Görün­dü­yü kimi, müasir ədəbi dilimizdə sadə söz hesab edilən başaq, öz ilkin for­masını (başayax) Gəncəbasar şivələ­rində saxlamışdır.

Məlum olduğu kimi, iki və daha artıq sözün birləşərək sadə sözə doğru inkişaf etməsi hadisəsi türk dillərində cox qədim tarixə malikdir. Belə halları şivə materialları üzərində daha çox müşahidə edən B.Əh­mə­dov bu hadisənin səbəbini belə izah edir: ”Mürəkkəb sözlərin sa­dələş­məsinin bir çox səbəbləri var. Onlardan bəziləri aşağıdakılardır: iki söz uzun zaman bir yerdə işləndikdə, həmin sözlərin mənalarından fərq­li olaraq yeni mənanın ayrılıb dərk edilməyə başladığı zamandan dilin təbiətindən irəli gələn çoxhecalılıqdan azhecalılığa meyl; tələf­füz çətinliyinin aradan qaldırılması; az enerji və az vaxt sərf etməklə az mü­qavimətli yolla getməyə səy edilməsi nəticəsin­də sözlərdə ellip­tik­lik, fonetik sıxılma baş verməsi. Bütün bunlar kompleks halda iki və daha çox sözün tərəflərinin fo­netik qabığında yanaşı deyim zamanı bəzi dəyişmələrə səbəb olur: səs və ya səslər düşür, əvəzlənir, səs artımı və yerdəyiş­məsi baş verir ” (10, s.126).



Xarman. Ədəbi dilimizdəki xırman sözü əksər şivələrdə ı-a keçidi ilə eyni mənada, yəni yığılmış sünbülün döyülməsi üçün süpürülüb təmizlənmiş xüsusi yer mənasında işlənir. Qeyd edək ki, xarman// xır­man türk mənşəli sözdür. Xır// xar+ man hissələrindən ibarətdir.Xır sö­zü şivələrdə müxtəlif mə­na­larda işlənir.”Xır” Oğuzda bostan ləki, Ağ­daş, Bakı, Qu­bada bostan, bu sözün xiy variantı Göyçay şivələrində çəltik ləki mənasında işlənir. Qazax şivələrində isə xırda mənasınıı ifa­də edir. Ədəbi dilimizdəki xırda sözü də məhz xır kökü ilə bağlı­dır. Xır kö­kü ilə şivələrdə xırda, kişik məzmununu ifadə edən çox sayda söz işlənir. Məsələn: Borçalı, Gədəbəy, Daşkəsən, Goranboy, Xanlar, Qa­zax şivələrində qısaboy adam mənasında xıra, Sabirabad şivələrində bu mənada xirpə, Biləsuvar, Cəb­rayıl, Cəlilabad, Füzuli və s.şivələrdə ba­la­ca qovun mənasında xıra, Lənkəran şivələrində xırış qumla xırda da­şın qaışığı, xı­rış­damax Daşkəsən şivələrində odunu xırda-xırda doğ­ramaq sözlərində xır kökü aydın görünür. Göründüyü kimi, bu söz­lə­rin məzmununda narın, kiçik mənaları birikmişdir. Sözün -man hissəsi isə türk dillərində bir sıra sözlərin yaranmasında iştirak edir: orman, xır­man, dəyirman. Bu sözlərdə -man ancaq mə­kan mənalı sözlər yarat­mış­dır.

Yeri gəlmişkən dilimizdə həm məkan, həm də insan anla­yışı ilə bağ­lı bir çox sözlərin yaranmasında iştirak edən –man şəkilçisinə münasi­bət bildirək. Qeyd edək ki. bu morfemin di­li­mizdə -ban//-man//-van al­lo­morfları işlənməkdədir (burada həm ədəbi dil, həm də şivələr nə­zərdə tutulur). Məlum olduğu kimi, normativ qrammatikalarda -man şə­kilçisi haqqında belə yazılır: “Ancaq bir fonetik variantı olan bu şəkilçi vasitəsilə üs­tünlük dərəcəsi keyfiyyətinə malik sözlər düzəldilir; məsə­lən, qocaman, qəhrəman, şişman, dəyirman və s.”(6, s.178). Müa­sir ədə­bi dilimizdə peşə, sənət məzmunu yaradan –ban morfemi fars mən­şəli hesab edilir və buna aid yalnız bağban sözü nümunə verilir. –ban mor­femi müasir ədəbi dilimizdə ço­ban sözünün tərkibində də işlənir. Bu morfemin –man//-mən //-men//-van variantlarını nəzərdən keçirək. Qeyd edək ki, hə­min sözlər (bağban, çoban) qərb qrupu şivələrində bağvan, çovan variantında özünü göstərir. Çoban sözü fars dilində şu­ban, ərəb dilində covban şəklindədir. Eyni zamanda, İraq-türk­man ləh­cə­sində, eləcə də türk dilində bağban sözü bağçe­van (ban>van) şək­lin­də işlədilir. Türk dilində otelçi mənasını ifadə edən sarayven sözündən də eyni əlamət müşahidə olu­nur. Azərbaycan dilinin Salyan, Lənkəran, Masallı, Şahbuz şi­vələrində malavan//malvan (maldar mənasında), Naxçıvan qrupu şivələrində su işlərinə nəzarət edən adam mənasında cu­van sözləri işlənir sözü var. Müasir ədəbi dilimizdə qocaman, azman, ataman, türkmən sözlərində, Osman, Qılman, Elman, Telman, Bağman kimi şəxs adlarında bu morfemin –man va­riantı işlənir. Qeyd edək ki, ingilis dilində man müstəqil mor­fem kimi daha geniş mənada adam, kişi anlamını ifadə edir. Elə həmin dildə qadın mənasında woman sözü işlədilir. Dili­mi­zə Avropa dillərindən keçmiş centlmen, biznesmen, polis­men sözlərinin, türkcədə işlənən ögretmen sözünün tərkibində men aydin görünür. Göründüyü kimi, qeyd edilən nümunələr­də sözüge­dən morfem eyni funksiyanı daşıyır. Demək, araş­dır­malar bu morfemin alınma deyil, müxtəlif sistemli dillərdə mü­əyyən səs dəyişmələri ilə (m>b, b>v, a>e, a>ə) özünü gös­tərən, lakin eyni məna daşıyıcısı kimi çıxış edən, dil əlaqə­lə­rini müəyyənləşdirmək baxımından maraq doğu­ran qədim bir mor­fem olduğunu sübut edir.




Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin