Gəmə//cəmə//kəm//kem//gəm. Borşalı şivələrində 3-4 çəngəlik biçilmiş taxıl mənasında bu sözün gəmə variantı işlənir. Həmin şivələrdə bu sözün kem variantı da özünü göstərir. –Cil ot biçib kem düzəldirdilər.Qeyd edək ki, bu sözün cəmə variantı Lerik şivələrində də eyni mənada işlədilir.Belə düşünmək olar ki, şivələrdə , eləcə də ümumxalq danışıq dilində işlədilən kom//koma//komalamaq, yəni nəyi isə bir yerə toplamaq, cəmləmək sözləri də bu qəbildəndir.Müasir ədəbi dilimizdə işlədilən və ərəb mənşəli hesab edilən cəm sözü də məhz bu kökdəndir.
Gəmələməg. İmişli şivələrində bafalardan dərz düzəltmək mənasında işlədilən bu sözün də kökündə yuxarıda bəhs etdiyimiz gəm//kəm// kem kökü dayanır. - Bafaları yığallardı, gəməliyəllərdi.
Dostları ilə paylaş: |