Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə73/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   69   70   71   72   73   74   75   76   ...   232
Xarxar. Dərbənd şivələrində taxıl zəmisində bitən alaq otu məna­sında işlədilir. Mingəçevir şivələrində əkin sahəsin­dən ikinci il cücərən, yaxşı inkişaf etməyən ot mənasında xora işlədilir. Qədim türk dili lü­ğə­tində da ziyan, itki mənalarında xar//qor sözünə təsadüf edirik. Bu leksik vahidin əsasında xor// xar//qor kökünün dayandığını söyləmək olar. Demək, Dərbənd şivəsində özünü göstərən xarxar eyni sözün tək­rarı ilə düzələn isimdir və təbii ki, bitişik yox, defislə yazılmalıdır. Müasir ədə­bi dilimizdə faydasız, yararsız mənalarını ifadə edən “xor bax­­maq” (əməyə xor baxmaq) ifadəsində də məhz həmin mə­na çaları ya­şamaqdadır. Fars dilində tikan mənsında işlənən xar sözünü, eyni za­manda, dilimizdə yara sözünün sinonimi olan xora sözlərinin də bu kök­lə bağlı olduğunu demək olar.

Tıjğərməğ (Ler.)//dişərmax(Şəki)//dişəranmağ(Qub.)//dişərməg(Sab.)//dişərti

(Qafan). Müxtəlif fonetik variantlarla özünü göstərən bu leksik va­hid şivələrdə cücərmək, göyərmək mənasını ifadə edir. - Havələr yaxçi keçey, buğdələr də tışğərıbdu (Ler.).

Tıjğərməğ//dişərmax sözünün mənşəyindən bəhs edərkən bəzi dilçi­lər onu diş ismi ilə əlaqələndirirlər.F.Məmmədli bu haqda yazır: “Dişər­mək diş kökü ilə bağlı olub, digər türk dil­lərində tiş//teş//diş//tiğ fonetik tər­kibində işlənir. Sözün dişər formasında hərəkət mənasını ifadə etmə­si toxumun ilk cücər­ti­sinin ağ diş şəklində qabığın içində qabarması ilə bağlıdır. An­layışlarla bağlı məna köçürülməsi hadısəsi baş vermişdir. Ha­disələrin əsasında zahiri oxşarlıq durur.”(12, s.231). B.Əh­mə­dov da dişə sözündən bəhs edərkən onu diş ismi ilə əlaqə­lən­dirir.”...dişə hey­va­nın dişlə qoparıb yediyi yeni cücərən ot və ya taxıldır. Hətta taxıllar fəsilə­sindən çoxillik bitki cinsi də dişə (qırtıc) adlanır” (10, s.72). Göründüyü kimi, B.Əhmədov bu morfemi dişlə qopartmaq hərəkəti ilə əlaqələndirir.

Qeyd edək ki, Lerik, Ağdam şivələrində çöl, bayır məna­sında dışğa­rı sözü də işlənir. – Otur evdə dışğaruya çıxma (Ağ.); -Mən çağırəndə dışğaruvə qalərsən(Ler.).

Heç şübhəsiz, bu leksik vahid dış//tış//tıj, yəni çöl, bayır və ğaru his­­sələrindən ibarətdir. Sözün birinci dış hissəsi bu gün türkcədə ümumiş­ləkdir (çöl, xaric mənasında), ğaru isə qədim yönlük hal şəkil­çisi­dir. Bu leksik vahidlə bağlı Ağdam və Le­rik şivələrindən gətirdi­yi­miz nümunələrdə ikiqat yönlük hal şə­kilçisini də müşahidə edirik -garu+ya//va. Demək, bəhs etdi­yimiz tıjğərməğ//dışərmk feli (dış+ğaru+ məğ //məg) isimdən dü­zələn feldir və torpağın altında cücərən toxumun çölə can at­ması prosesini ifadə edir. Ağdam şivələrində bu söz frazeo­loji ifadənin yaranmasında da iştirak edir. Dışğaru iş tutmağ, yəni el adətindən kənara çıxmaq. – Dışğaru iş tutmax da siz törəmiyə qalıf dayna (Ağ.) (2, s.137). Bu ifadə də çıxmaq, ayrıl­maq məzmununu ifadə edir. Müasir ədəbi dilimizdə mü­əy­yən səs keçidləri ilə (t-ç, t-d, x-k) çıx, turkcədə çık felləri, Qazax şivələrində çiş (diş) ismi, ingilis dilində diş anlamında tooth, dental, fars dilində dəndan də məhz bu köklə bağlıdır.
ədəbİyyat:
1.Azərbaycan dialektoloji lüğəti. Bakı,2007

2. Azərbaycan dilinin izahlı lüğəti, I, II, III, IV cild, B., 2006

3. Bülent Gül, Tarı Fiili ve Türevleri Üzerine, BAHAR 2012 / SAYI 61

4. Cəlilov F. Praazərbaycan teonimləri. Azərbaycan tarixi üzrə qay­naq­ların öyrənilmə problemləri. Bakı, 1988.

5.Cəfərsoy İ., Türk dillərində teonim və etnonimlər, 2010

6.Cəfərov S. Müasir Azərbaycan dili. Bakı, 1982

7.Kazimov Q. Azərbaycan dilinin tarixi. Bakı, 2004

8. Sevortyan E.B., Etimoloqiçeskiy slovar tyurkskix yazıkov, M., 1978

9. Sevortyan E.B., Etimoloqiçeskiy slovar tyurkskix yazıkov, M., 1980

10. Əhmədov B.

11.Türk mifologiyası ensiklopediyası, 1998

12.Məmmədli F. Seçilmiş əsərləri, ııı c., Azərbaycanın şimal-şərq bölgəsinin etnolinqvistik vahidləri. Bakı,




Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin