Azərbaycan miLLİ elmlər akademiyasi


Qədİm və orta əsr kİtabələrİndə azərbaycandİllİ yazılar



Yüklə 6,47 Mb.
səhifə80/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   76   77   78   79   80   81   82   83   ...   232
Qədİm və orta əsr kİtabələrİndə azərbaycandİllİ yazılar
Qədim yazılı abidələrin tədqiqi hər bir xalqın tarixi keçmi­şi­ni öyrən­məyə, onun müasir sivilizasiyada yerini müəyyən­ləş­dir­məyə imkan ve­rən amillərdəndir.

Şübhəsiz ki, tarixin dərin qatlarından gələn yazılı abidə o vaxt dəyər qazanır ki, bu yazıların mənası başa düşülsün. Əks təqdirdə bunlar sa­dəcə dəyəri bilinməyən daş parçası, sümük və metal parçasıdır, üzə­rində işləmələr olan perqament, kətan, yaxud kağız nüsxələridir. Şifrəsi açılan, oxunma qanunauy­ğun­luğu müəyyənləşdirilən yazı isə dövrün dü­şüncə və həyat tərzi haqqında gələcəyə çox şey deyə bilir.

J.Şampolyonun 1822-ci ildə qədim Misir yazılarının, B.Tom­senin və B.Radlovun 1892-1894-cü illərdə orxon kita­bə­­lə­rinin oxunması sa­hə­sində etdiyi kəşflər bu cəhətdən xarak­te­rikdir.

Həm Şampolyonun, həm də B.Tomsenin və B.Radlovun ta­pın­tıları gös­tərmişdir ki, heroqlif, piktoqrafik işarə, yaxud əlif­ba­nın yazı üslu­bunun deşifrovkası qədim yazıların oxunmasın­da əsas amillərdən biri­dir­sə, ikinci əsas amil sözün, ifadənin ya­zıl­dığı dildir. Qədim türk-şu­mer dünyagörüşü əsasında ya­ranış və varlıq haqqında mifoloji təsəv­vür­ləri tədqiq edərkən is­tər-istəməz qədim mətnlərin, şəkillərin, qayaüs­tü təsvirlərin kodlaşdırılmış sistemləri ilə üzləşməli olursan. Bu sırada mənası heç bir dildə başa düşülməyən onomastik terminlər də vardır.

Belə terminlərdən bir neçəsini nəzərdən keçirmək yerinə dü­şərdi:

NAMMÜ - Şumer yaranış modelində ilahə adıdır.

Zurvan - Mifoloji yaranışın başlanğıcını qoyan zaman və tale allahı­nın adıdır.

Köküdey – Türk yaranış təsəvvürlərində yer alan onomastik termin­lər­dəndir.

Tukulka - Etrusk miflərində yer alan demon adıdır.

Xufu - Şərəfinə ən uca ehram tikilmiş Misir Fironunu adı­dır.

Bu siyahını uzatmaq da olar, lakin qədim dünyanın geniş coğ­rafi­ya­sını əhatə edən bu terminlərin açılış mexanizmini diq­qətə çatdırmaq üçün əvvəlcə formalaşdırılmış mifoloji ya­ra­nış modelinin əsas prinsip­ləri və ondan irəli gələn güzgü qay­dası nəzərdən keçirilməlidir. Çünki ya­ranış haqqında türk xalq­larının dini-fəlsəfi, mifik-kosmoqonik təsəv­vürləri əsasın­da apardığım modelləşdirmə nəinki bir çox mifoloji ter­min­lə­rin semantikasını müəyyənləşdirməyə imkan verir, həm də bü­töv­lük­də mifoloji kodun açılmasına gətirir.

Modelləşdirmədə əsas yeri Mirəli Seyidovun “Qam Şaman və onun qaynaqlarına ümumi baxış” əsərində (Bakı,”Gənclik” 1994) ümumiləş­dir­diyi:



  1. Dual təfəkkür prinsipi;

  2. Əksiliklər prinsipi tutur.

Bu prinsiplərə əlavə etdiyim İnikas prinsipi modelləşdir­mə­ni ta­mam­layır. Həm qədim türk, həm də şumer mifologi­ya­sın­da yaranışın ilkin substansiyaları başlanğıc ünsürləri hesab edi­lən Göy, Su, Hava və İşıq (Şumerlərin allahları panteonu­nun ali şurası Su-Enki, Göy-An, Hava-Enlil, İşıq-Nusku) vəh­dəti ilkin kosmosu yaradır.

İlkin kosmos sferasında Su güzgü rolunu oynadığından ka­hin və qam­ların formalaşdırdığı bu model belə nəticəyə gətirir ki: Kainat güz­gü simmetryasına malikdir. Yaxud: “Yer üzərin­də nə varsa hamısı Yu­xarı dünyanın, allahlar dünyasının (ul­duz­lu göyün) şəkli, əksi, yaxud surətidir.

Araşdırmalarımız göstərir ki, qədim dünyanın yaranış haq­qındakı bu təsəvvürləri onların həyatında geniş yer tutmuş, qa­yaüstü təsvirlərdə, relyefli şəkillərdə, sümük, güzgü və digər pred­metlər üzərində çəkilmiş təsvirlərdə kodlaşdırma üsulu kimi istifadə olunmuşdur.

Bu üslub onomastik terminlərin formalaşdırılmasında, indi­yə­dək oxunması müşkülə çevrilən sirli Etrusk yazılarında da özünü göstərir.

Etrusk yazılarından bir neçə nümunəni nəzərdən keçirməklə yuxa­rı­da bəhs etdiyimiz gizli yazı üslubunu əyani şəkildə gör­mək və güzgü üzərindəki yazını asanlıqla oxumaq mümkün­dür.

Rus tədqiqatçı A.E.Naqovitsının “Etruskların mifologiyası və dini” ki­ta­bında (A.E.Haqovitsın Mifoloqiya i Reliqiya Et­rus­­kov Refl-buk 2000 səh.363) verilən şəkil 1-dəki təsvir üzə­rində sağ tərəfdəki yazı asan­lıqla oxunan “Mars” sözüdür.



Soldakı yazını isə güzgü vasitəsilə oxumaq mümkün­dür- “Me­ner­va”. Bu üsulla güzgüüstü təsvirlərdəki inikas üsulu ilə kodlaşdırılmış “At­lanta melekko”, “Aidda” ifadələri (səh. 315) sözləri asanlıqla oxu­nur. (şəkil 2, 3)


İndi əvvəlcə bəhs etdiyimiz mifoloji terminlərin Hammü, Zurvan, Kögüdey, Tuxulxa, və Xufu adlarının güzgü qaydası ilə açılışını nəzər­dən keçirək. Yəni, bunların hər birini əksilik prinsipi əsaında sağdan sola oxuyaq:

Hammü-Ümman (dəniz), Zurvan-Navruz, Köküdey-yed­dikök, Tu­xul­­xa – Ağlı küt (Demon), Xufu- Üfüq mənasına gəlir. Həmin termin­lərin məna açımının doğruluğu təkcə sadə mexa­niki əks oxunuşda deyil. Bunların hər birinin izahı və əsaslan­dırılması, müxtəlif vaxtlarda çap etdirdiyim “Oğuz dünyanı dərk­etmənin açarıdır” (Bakı, Ziya- Nur­lan 2000), “Məxvilik qrifi, yaxud Mif, Fəlsəfə, din və dil düyünü” (Ba­kı, Ziya-Nur­lan 2002), “Türk-şumer dünyagörüşü və dil” (Bakı, Ziya-Nur­lan 2005-ci il kitablarımda verilmişdir.

Lakin bunların hər birinə dair qısaca şərh də vermək müm­kündür. Mə­sələn, Nammü ilahəsi şumer əsatirlərində Okean su­yunun dərin­li­yində yaşayan bütün varlığın böyük anası ad­landırılır. Göründüyü kimi termin kimi işlənən Nammü adı okeanla, Su ilə bağlıdır və “Ümman” dual yanaşmada onun əsl səciyyəsini göstərir.

Zurvan zamanın, yaranışın başlanğıcını qoyan allah adıdır. Əks oxu­nuşdakı Novruz da yaranışla, ilin yeni tsiklinin baş­lan­ması ilə bağlıdır. Bunların hər ikisi isə 4000 il qabaq Sur bür­cünün mart ayının 21-də, gecə-gündüz bərabərliyi zamanı sə­ma­dan çıxması əlaməti ilə əlaqəli tə­səvvürlərlə bağlıdır.

Xufu adının Üfüqlə bağlılığını əks etdirən dəlil isə qəbrüstü yazıdır.

“Misir piramidaları necə tikilmişdir” kitabında X.A.Kink ya­zır: “Pi­rami­danı öyrənən arxeoloqların rast gəldikləri yazı be­lə­dir: «Xуфу естъ тот кто принадлежит горизонту» (Mos­kva, Nauka 1967 səh 26). Yəni “Xufu o kəsdir ki, üfüqə məx­sus­dur. Maraqlıdır ki, göstərdiyimiz çox qədim kökə malik hə­min terminlərin şifrəsi açıldıqda bu gün də Azər­baycan dilində işlənən sözlərə gəlir. Müstəsna ad vermə, ad qoyma sə­la­hiy­yət­lərinə malik Qam və kahinlərin vaxtilə kodlaşdırdığı jarqon sözlərin mənasının unudulması, düzgün başa düşülməməsi Azər­baycan tarixinin və mədəni irsinin öyrənilməsi və təbli­ğin­də yanlışlıqlara nəin­ki orta əsrlərdə, elə indinin özündə də zəmin yaradır. Bir misalla fikrimi aydınlaşdırmaq istərdim.

Elmi ədəbiyyatda və tədris vəsaitlərində bir tərəfdən Babə­kin başçı­lıq etdiyi xürrəmilər hərəkatı Azərbaycan xalqının azadlıq mübarizə­sinin şanlı səhifəsi kimi təsvir olunur, digər tərəfdən xürrəmilər şad, şən, kefcil və şəhvətpərəstlər kimi təq­dim edilir. Bu cür yanaşma təbii ki, yanlışdır. 20 il müddə­tində güclü xilafət ordusuna kefcil və şəh­vət­pərəstlərin mütə­şək­kil bir qüvvə kimi layiqli müqavimət göstərə bil­məsi heç bir məntiqə sığmır.

Yanlışlığın əsası qam jarqonu kimi formalaşdırılan “xür­rəm” ter­mi­ninin düzgün başa düşülməməsi ilə əlaqədardır. “Xür­rəm” əkslik və ini­kas prinsipinə uyğun sağan sola oxun­duq­da “Mərrux” ifadəsi alınır. Bu çoxallahlılıq dövründə mü­ha­ribə və şücaət allahının adıdır. Onu şumer­lər Marduk, farslar Bəhram adlandırmışdır. Xürrəmilərin qırmızı ge­yim­ləri və qır­mı­zı bayraqları da müharibə və şücaət allahı Mərrixin, Marsın rəngləridir. Tarixən, elə indinin özündə də Marsın qırmızı rəngli olması barədə təsəvvürlər məlumdur.

Qədim dünyagörüşə bələd olan Ə.Xaqani “Şirvanşahın tə­ri­fi” qəsi­dəsində yazır:

Zöhrə-Əsəddə gövhəri, Bəhram əlində xəncəri

Ulduzlar olmuş ləşgəri, fəthində Turan görünür.

(Ə.Xaqani, seçilmiş əsərləri səh. 100 Azərb. EA nəşriyyatı Bakı 1956)

Bu misralarda ifadə olunan fikrin Etrusk təsvirinə uyğunlu­ğu da fik­rimizi tamamlayır. (şəkil 1)

Beləliklə Xürrəm ifadəsinin kodununun açılması həm də Xür­rəmilər haqqında kök salmış yalnış fikirləri aradan götür­mə­yə imkan verir.

Etrusk mətinlərini araşdırarkən çox sayda Azərbaycan di­lin­də indi də işlənən söz və ifadələrə rast gəlmək müm­kündür.

Etruskları- qədim sirli xalq adlandıran rus tədqiqatçısı A.E.Nav­qo­vitsın yazır: “Etrusk xalqının sirliliyi praktiki ola­raq hər şeydə təzahür edir. Onların dili məlum deyil, yazıları açılmamışdır, etnik mənsubiy­yət­lərinin mənşəyi aydın deyil...” (A.E.Navoqitsın, “Etruskların mifolo­giyası və dini” Moskva, Refl-buk, 2000, səh 12).

A.E.Navqovitsının həmin kitabındakı Alpna (alpan) və Kul­su mə­qa­lə­sində miladdan əvvəl V-III əsrlərə aid edilən iki­si­fət­li allah təsviri üzə­rində “alpan türke” yazıldığı qeyd edil­sə də nədənsə bu ifadəyə diq­qət yetirilmir. (Yenə orada səh. 379).

Güzgü qaydası ilıə oxuya bildiyim yazıların ən əhəmiy­yət­lisi Lem­nos adasından tapılmış daş sütün üzərindəki yazı­dır. (şəkil 3)

Əlində qalxan və iki ağız­lı balta tut­muş dö­­yüşçü təs­virini döv­­rələyən ya­zı bir çox təd­qi­­­qat­çılar tərəfindən araş­dı­rıl­mış və nəticə əl­də edilmə­miş­dir. Qə­dim İtal­yan əlifbası ilə ya­­zı­lan həmin yazı­ları oxu­maq ona görə müm­­­­kün ol­ma­mış­dır ki;



  1. Yazı güzgü üsulu ilə ya­zıl­­mış­dır.

  2. B.e.ə VII əsrə aid edi­lən bu yazı əksər qə­dim dil­lərdə araş­dırılsa da, türk­cə ola bil­mə­si fikri yaxına bura­xıl­ma­mış­­dır.

Görünür türklərin həmin dövr­də Anadolu ya­rıma­da­sın­­da, Av­ropa ilə Asiyanın qov­şa­ğın­­da mövcudluğunu qə­bul etmə­yən kon­sep­siya bu yazının da oxun­ma­sına ma­neçilik tö­rət­­miş­dir. Dö­yüş­çü təsvirini əhatələyən ya­­zı­nın aşağı sətrində “Qan alam mi­nim ul” söz­ləri yazıl­mışdır. Sü­tunun sol tərəfində dö­yüş­çü təs­virinin önündəki yazı belədir:

“ Ukan ike hücum aparsn axşam”.

Sağ tərəfdə yuxarıdan aşağı yazılan sətirin axırı zədə­lən­diyindən tam oxunmur. Başlanğıc hissə isə belədir.

“Aklem gel üzge...”

Bu kitabədəki yazının dəyəri ondadır ki, buradakı yazılar Azərbay­can dilində, ümumiyyətlə türk dillərində məlum olan yazıların ən qə­di­midir.

Belə ki, türk dillərində məlum olan yazılı abidələrin ən qə­dimi Al­tun döyüşçü qəbrindən tapılan yazı hesab olunur. Cam üzərində yazılan “Eşik xan öldü, başın sağ olsun” yazısı mi­laddan öncə V əsrə aid edilir. Güzgü üsulu ilə oxuduğum bu ya­­zının tarixi isə həmin yazıdan 200 il qabağa m.ö.VII əsrə aid­dir.

Yazıdakı bütün kəlmələr müasir Azərbaycan dilində başa düşülən sözlərdir. Təkcə “Ukan” kəlməsindən başqa.

“Ukan” ifadəsi görkəmli mifoloq alim M. Seyidov tərə­fin­dən ətraflı təhlil edilmişdir. Qədim türk dillərində “ oğan”, “uğan” şəklində işlənən bu ifadənin “ qüdrətli”, “bacarıqlı”, “qa­dir xan” mənalarında işləndiyi M.Se­yidov tərəfindən vur­ğu­lanır (M. Seyidov, Azərbaycan mifik təfək­kürün qaynaqları. B. Yazıçı 1983, səh. 235).

Bunu nəzərə alsaq döyüşçü təsviri ətrafındakı yazı “Qüd­rət­li xan iki hücüm aparsın axşam” mənasını verir.

Bir elementə də diqqət yetirilməlidir: Qədim türklərin bir çox tay­fa­larının dilində “hücum” ifadəsi “akın” şəklindədir. “Hücun” ifadəsinin ha­zırda da dilimizdə eynilə işləndiyini, Etrusk yazılarında “Alban tür­kü” kəlməsinin yer alamsını nəzərə alsaq, Egey dənizindəki Lemnos ada­sında fransız ar­xeo­loqları Kuzen və Dyurbaxın tapdığı, hazırda Afi­na Milli muzeyində saxlanan həmin daş üzərindəki yazının sırf Azər­baycan dilində olmasını tam əsasla söyləmək olar. Bu yazının Etruskla­rın dilinə qohum dildə olması barədə mülahizə irəli sü­­rən qərb təd­qi­qat­çılarının da fikrini nəzərə alsaq yazının müa­­sir azərbaycanlıların sələfi Qafqaz Albanlarına etrusk mətnin­dəki ifadə ilə desək Alban-türklərinə məxsusluğu barə­də fikir söyləmək olar.

Bəs Qafqaz Albanlarına məxsus kitabələrin dili necədir. İn­diyədək təd­qiq olunmuş kitabələrdə Azərbaycan dilli ifadələrə təsadüf olunur­mu?

Belə yazıların olduğunu araşdırmalarımız təsdiq edir. Min­gə­çevir ya­­xınlığında arxeoloji qazıntılar zamanı tapılmış şam­dan üzərindəki yazı Azərbaycan dilindədir. (Şəkil 4)




Üç rəqəmdən və iki sözdən ibarət yazı belə oxunur:

“774 (dən) 324 (ə) qibi 450 il”


Bu 774-cü ildən 324-cü ilə kimi 450 il deməkdir. Həmin ya­zı Alban ta­rixinin bəzi qaranlıq məqamlarına da aydınlıq gə­tirməyə imkan verir. Lakin bu yazının başlıca cəhəti ondan iba­rətdir ki, yazıda latın qrafika­sından istifadə olunmuşdur, həm də o Azərbaycan dilində başa düşülür. Latın qrafikası ilə ya­zılan “qibi” və “il” ifadələri bu kitabənin Alban əlif­basının ya­radıldığı dövrdən əvvələ məxsusluğunu sübüt edən də­lil­dir. Yazı M. Kalankatlının Alban tarixi kitabında göstərilən “Ya­fəs­dən Tiq­rana qədər 450 il müddətində 44 çar olmuşdur fik­rini əks etdirən ya­zı­dır. Həm də, burada mətnşünaslıqla işlə­məyə üstünlük verən tarix­çilərin nəzərindən qaçan mühüm bir məqam da vardır. M. Kalankatlının “Alban tarixində” 450 il müd­dətində 44 çar olduğu göstərilsədə kitabda 45 çar adı var­dır. Buradan aydın görünür ki, Tiqranın adının (erməni çarı II Tiq­ran nəzərdə tutulur) mətnə əlavə edilməsi zamanı çar si­yahı­sı­nın 44 olduğuna diqqət yetirilməmişdir. Təəssüf ki, qeyd etdiyimiz Alban kitabəsinə hələ 2005-ci ildə həsr etdiyim “Al­ban kitabəsi ilk dəfə türkcə oxundu məqaləsi Yeni Azərbaycan qəzetində çap edilsə də, onun elektron variantı Azərbaycan Respublikası Prezidentinin idarəsinin ki­tab­xanasında saxlansa da, Milli Tarix Muzeyimizdə qorunan şamdanın üzərindəki ki­ta­bənin oxunmadığı barədə muzeyə gələnlərə məlumat veri­lir.

Latın qrafikalı qədim yazılara Azərbaycanın digər ərazilə­rində də təsadüf olunur. Gəmiqaya qayaüstü təsvirlərində keçi şək­li ətrafında latın qarafikası ilə yazılmış “keçi”, at üstündə oxatan pozasında daya­nan insan fiquru ətrafında “ovço“ söz­lərinin yazıldığını müəyyən et­miş­dim. (Şəkil 5,6)




Bu təsvirlərin tarixini AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu b.e.ə. II minilliyə aid edir. ( Həcər Müseyibli Gəmi­qaya rəsmləri, Bakı 2002-ci il )

Latın qrafikalı əlifbadan Qafqaz Albaniyası ərazisində hələ cox qə­dim zamanlardan istifadə edildiyi barədə M.Kalan­kat­lı­nın məlumatını yada salmaq yerinə düşər: “Yazısı olan xalqlar bunlardır: yəhudilər və latınlar, hansı ki, /bu yazıdan/ roma­lı­lar, ispanlar, yunanlar, midiyalılar, ermənilər, aluanlar istifadə edir.”( I kitab, III fəsil)

Bu fakta M.Kalankatlının “ Tarix” əsərinə istinadən baş re­daktoru akademik F.K.Köçərli, redaksiya heyəti Azərbaycanın tanınmış filosof­ları olan alimlərimizin 2002-ci ildə çap etdir­diyi “Azərbaycan Fəlsəfə tarixi “ kitabının I cildində (səh 59) diq­qət yetirilmişdir. Burada qeyd olu­nur ki, “Latın yazısının an­­tik dövrdə və ilkin orta əsrlərdə Şimali və Cənubi Azər­bay­canda (albanlarda və midyalılarda) yayılmasına həmin abi­də şə­hadət verir. Bu Azərbaycanın o dövrdə latın yazılı qrekofil mə­dəni sferasına daxil olduğunu təsdiq edən arqumentlər­dən­dir. (Bakı, Elm 2002-ci il səh. 59)

Qobustan qayaüstü təsvirlərindəki bir piktoqrafik yazıya da konfrans iştirakçılarının diqqətini yönəltmək istərdim.( şəkil 7)

Bu şəkil simvolla ifadə olun­muş yazıdır. Yuxarıda öküz şə­ki­li, aşağıda balıq, yaxud bali­na şəkili, ikisinin arasında isə insan şəkili verilmişdir. Rəmz­lər məna açımına görə belədir:

Öküz göyü, səmanı sim­vol­laş­dırır, balıq isə təbii ki, suyu simvollaş­dı­rır.

Yaranış haqqında Orxon-Ye­ni­sey abidələrində ifadə olunan qədim türk təsəvvürləri belə ifadə olu­nur: “ Üzə tənri, asra yaqız yer kılıntukda ekin ara kisi oqlı kılınmış...” (Ə.Rə­cəbov, Y.Məmmədov Orxon-Yenisey abidələri Bakı 1993, səh. 71).

Bu indiki anlamda “Üstə mavi göy, altda qonur yer ya­ra­dıl­dıqda iki­sinin arasında insan oğlu yaranmış...” şəkilində başa düşülür. (yenə ora­da səh. 78)

Qayaüstü təsvirin rəmzlərə görə açımını verdikdə “Üstə GÖY (öküz), altda SU (balıq) yarandıqda ikisinin arasında insan (kişi oğlu) yaranmışdır.

Gül Tikin abidəsindən yuxarıda misal gətirdiyimiz cümlə ilə mü­qaisə apardıqda fərqin “altda qonur yer” ifadəsi əvəzinə “altda su “ ifa­dəsi olduğu aydınlaşır. Bu tamamilə yaranış mo­de­linə uyğundur. Çün­ki, mifologiyada yer, torpaq suyun törəməsi hesab edilir. Bu model Orxon-Yenisey abidəsindəki ya­ranış modelindən daha qədimdir. Təsvirin özü isə mütəxəs­sis­lər tərəfindən Mezolit dövrünə aid edilir. Yəni, 15 min il əvvələ.

Yuxarıda göstərilən faktların hamısı Azərbaycanın mədəni tarixi irsinin öyrənilməsində əhəmiyyətli rol oynaya bilər.

Bir problemi konfrans iştirakçılarının diqqətinə çatdırmaq istərdim. Hər hansı tədqiqatçının üzə çıxardığı, tapdığı, oxuya bildiyi milli mənə­vi dəyərlər baxımından əhəmiyyət kəsb edən qədim kitabələrin respub­likamızda vahid qeydə alma yeri və sistemi olmadığından bu sahədə bir pərakəndəlik var.

Yaxşı olardı ki, qədim kitabələrin, əlyazmaların nə vaxt, hansı dildə oxunmasını qeydə alan, belə məlumatların cəmləş­diyi, kataloqlaşdırıldığı vahid bir struktur müəyyənləşdirilsin.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin