Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 6,47 Mb.
səhifə78/232
tarix30.12.2021
ölçüsü6,47 Mb.
#20521
1   ...   74   75   76   77   78   79   80   81   ...   232
Lalə Bayramova

(Şərqşünaslıq İnstitutu)




SİRƏ JANRININ İLK TƏDQİQATÇILARI




Çox təəssüf hissi ilə demək olar ki, qədim ərəb ədəbiy­yatı­nın ədəbi janrları sırasında adı çəkilən sirə janrının tədqiqi, məs, ərəb şərq­şü­nas­la­rının deyil, Avropa şərqşünaslarının adı ilə bağlıdır. Qədim şərq tarixinin ağır yükünü öz çiyinlərində da­şıyan ərəb xalq romanlarının hər birinin tədqiq tarixinə mü­raciət etsək, mütləq Avropa müəlliflərinin adı ilə qarşılaşa­ca­ğıq. Bu da çox güman ki, ərəb filoloqlarının zaman-za­man xalq ədəbiyyatı nümunələrinə biganə yanaşmaları, romanlarda ön plana çəkilmiş islam dininə zidd saydıqları açıq məhəbbət səhnələri, xəyanət xarakterli motivlər, harama sürükləyən şə­rab məclisləri səbəbi ilə mənfi rəyləri formalaşırdı. Qatı din­darlar hətta “Min bir gecə” nağıl­la­rı kimi xalq ədəbiyyatı nü­mu­nələrini aşağı səviyyəli ədəbiyyat nümu­nələri hesab etdik­lə­rindən, onları tədqiq etməyə ehtiyac duymurdular. La­kin, Av­ropalıların ərəb xalq mədəniyyətinin salnaməsi sayılan əs­ra­rəngiz xalq romanlarını tədqiq etmələri ərəb filoloqlarını qey­ri-ciddi fikirlərindən əl çəkməyə sövq etdi.

Həqiqətən də, ərəb xalq sirələrinin hər biri şərq ədəbiyyatı­nın, tari­xi­nin, coğrafiyasının bədii salnaməsidir. Romanlarda ve­ril­miş islam əx­la­qına zidd obrazlar, cəmiyyətin mənfi sima­sı­nı öz obrazında canlan­dı­ra­raq müsəlman xalqını doğru yola, yüksək islami dəyərlərə səsləyirdi (L. B).


Sirələrin tədqiqi XIII əsrdən etibarən Avropa müəlliflə­ri­nin bir­lik­də səyi nəticəsində reallaşmağa başlamışdır. Xüsu­sən, XVIII əsrin ilk minilliklərində xalq ədəbiyyatı sahəsində ciddi araşdırmalar aparıl­mağa başlanmiş, XIX əsrin əvvəllə­rin­də Avropa səyahətçiləri sadə xalqın həyat və yaşayış tərzləri ilə tanışlıq baxımından, ərəb sirələri haqqında çoxlu məlumat­lar əldə etmişdilər (11, 5 ).

1798-1799-cu illər Napaleon Bonapartın Misirə yürüşü za­manı onu yaxından təqib edən Fransanın paytaxtı Paris şəhə­rin­də mərkəzi muze­yin müdiri vəzifəsində çalışan məşhur ərəb səyyahı Denon ərəb xalq ədə­biyyatı ilə tanış olmuş, xüsusilə sirə janrı ilə yaxından maraqlan­mış­dır. Denon “General Bona­par­tın yürüşü zamanı Misir” adlı məşhur əsə­rində ərəb ravilə­ri­nin repertuarı haqqında ətraflı məlumatlar vermişdir. Ravilə­rin ərəb xalq sirələrindəki rolundan danışan Denon qeyd edir ki:

«Eyni məzmunda olan sirələri müxtəlif ravilərin dilindən bir neçə dəfə eşitməyə hazıram. Çünki, hər bir ravi nəql etdiyi sirələri istədiyi yöndə dəyişə bilir: biri daha maraqnan, hiss və sevincilə çıxış edir, di­gə­ri qorxu-dəhşət hissi ilə emosional çı­xış edərək, dinləyicilərini hər han­sı qəbilələrarası döyüşün ağ­rı­lı-acılı səhnələrinin ağuşuna alır, üçün­cüsü yumor hissi, sa­tirik elementləri ilə dinləyicilərini güldürür» (7, 29).

Fikrimizcə akademik Denonun xalq nümunələri haqqında olan də­yər­li fikirləri sirələrin məşhur olmasında ravilərin rolu­nun əvəzsiz ol­masının təsdiqi kimi qiymətləndirmək olar.

Denonun Misirə səyahətindən dərhal sonra Avropanın kü­bar təbəqə­si (intiligentləri) Misirə səyahət etməyə başladılar. Çox­saylı səyahətlər sayəsində sadə xalqın qədim ədəbi irsinin öyrənilməsi sahəsində mü­hüm addımlar atılmağa başladı.

Denonun səyahətindən sonra - 1922-ci ildə Misirə səyahət edərək, ərəb ədəbiyyatı ilə maraqlanan şəxs, misir hökmdarı Məhəmməd Əlinin ha­kimiyyəti dövründə Misirdə tibb məntə­qə­sinin müdiri vəzifəsində çalışan avropalı A.B.Klotbəy ol­muş­dur. Misiri ikinci vətəni hesab edən bu şəxs 1840-cı ildə iki cilddən ibarət «Klot bəy Misirdə» adlı Misirin təsvirinə dair maraqlı bir əsər nəşr etdirir. Və əsərin əsas fəslini ərəb xalq sirələrinə həsr etmişdir (7, 30).

Avropa mütəxəssisləri sirə janrının tədqiqindən savayı, sirə janrında yazılmış məşhur əsərlərin hər birini ayrıca tədqiq et­mə­yə müvəffəq ol­muşlar.

Sirələrdən ən çox şöhrət qazanan, dünya mədəniyyəti xəzi­nə­sinə daxil olaraq, monumental abidələr zirvəsinə qalxmış “Min bir gecə na­ğılları” 1703-1713-cü illər arasında Antuan Qal­land tərəfindən fransız dilinə tərcümə edilərək Parisdə nəşr olunmuşdur. Avropa oxucularının sirə nümunələrindən biri sa­yılan bu məşhur abidə ilə ilk tanışlığına şə­rait yaradan və uzun müddət bu əsər haqqında təsəvvür formalaşdıran bu tərcümə əslində bu günki anlamda “Min bir gecə”ni deyil, abidənin dörd­də birini əhatə edir. Qallandın tərcüməsi sonrakı Avropa mütər­cimlə­rinin tənqidi ilə üzləşmişdir. Buna səbəb Qallandin tərcümə pro­se­sində sərbəst davranişlari olmuş, şəxsi fikir və meyarlarını mətnə əlavə etmişdir. Qalland əvvəlcə «Sindbad»ı müstəqil əlyazma əsasında tərcü­mə etmiş, sonra Suriyadan əl­də etdiyi XV əsrə aid əlyazmadan fay­da­lan­mışdır. 1709-cu il­də Parisdə Hələbdən olan Hənna adli bir ərəblə taniş olan Qal­land qalan nağılları onun danışdığı və ya ərəbcə yazdığı he­ka­yət­lərdən tərcümə etmişdir. Beləliklə, Qallandın tərcümə etdi­yi iyir­mi bir nağıldan yalnız doqquzu «Min bir gecə» əlyaz­ma­sından götü­rülmüş, qalanları isə başqa mənbələrdən əxz olun­muşdur. Abidə ilə bu cür sərbəst davranış sonralar da, hətta az-çox mötəbər sayıla biləcək nəşrlər işıq üzü görəndən sonra da davam etmişdir.

Ərəb alimi Suhir Qaləməvi qeyd etmişdir ki, “Min bir gecə nağıl­ları”nın ilk elmi tərcüməsi 1921-1928-ci illərdə alman ali­­mi Enno Littmann tərəfindən tərcümə olunaraq 6 cilddən iba­rət tərcümə kitabı nəşr olunmuşdur (17, 17) .

“Min bir gecə nağılları”nın əsasında həm yazılı mənbələr, həm də folklor dayanmışdır. Buna uyğun olaraq, abidə müəllif ədəbiyyatının xalq içərisinə endirilməsi və xalq epik yaradı­cı­lı­ğı­nın əyan qəsrlərinə qaldırılması (8, 4) kimi ikili funksiya da­­şı­mışdır. Belə funksional vüsət və ədəbi klassika ilə müqa­yi­sədə dövrün bədii normalarından nisbi sərbəstlik ilk növbədə abi­dənin janr çeşidinin rəngarəngliyinə, onun özü­nəməxsus janr polifoniyasına gətirib çıxartmışdır.

Ümumiyyətlə, “Min bir gecə nağılların”da roman element­ləri yetə­rin­cədir.

1835-ci ildə Almanaxda O. Cenkovskinin “Əntərə” adlı et­noqrafik uğur­suz şərq fantaziyası hesab olunan bir əsər nəşr olunmuşdur (8 ).

“Əntərə” romanının bir xalq ədəbiyyatı nümunəsi kimi tə­za­hür et­məsi, XIX əsrin birinci onilliyində Qahirədə oxucular sırasında əyləşib, onu maraqla dinləyən orientalist-etnoqraf Leynin şahidliyi nəticəsində baş vermişdir.

İngilis tədqiqatçısı, səyahətçi E.Y.Leyn (1801-1876) Qahi­rə­də ərəb xalq sirələrini dinləyərkən əsas diqqətini sadə şəhərli əhalisinin təyin olunduğu təqdimatın demokratik xarakterinə yö­nəldərək qeyd edir ki: “Müsəlmanlar müqəddəs Ramazan ayında öz evlərində adətən, yığın­caq­lar təşkil edir, yaxın döst-ta­nışın evlərində maraqlı zaman keçirir­dilər. Çoxları axşamlar qəhvəxanalara xalq romanlarını ifa edən ravi­lərin bir-birindən maraqlı ifalarına qulaq asmaq üçün gedirdilər. Əlbəttə ki, din­ləyicilər sadə xalq nümayəndələri idilər. Demək olar ki, bir ay Ra­mazan boyu insanların kütlə şəklində iştirak etdikləri məc­lis­lərdə, qəh­vəxnaların səhnəsində, yığıncaqlarda ərəb xalq sirə nümunələri din­lənməkdə idi” (10, 70).

XIX əsrin əvvəllərində xalq ədəbiyyati nümunələrinin oxun­ması ənənəsi yalniz Misirdə deyil, digər ərəb əyalətlərin­də də davam etdi­ri­lir­di.

Avropada isə bu əsər XIX əsrin əvvəllərində ilk dəfə ola­raq, İngil­tərədə T.Xamiltonun (1819-1820) “Əntərə ” sirəsini ix­tisarla tərcümə et­diyi dörd cildlik tərcüməsi ilə tanınmağa başlamışdır (19 ). Bu tər­cümə O.Cenkovskinin uğursuz tərcü­mə­sin­dən fərqli olaraq, orijinala uy­ğun gəlir. Yalnız əsərin epi­­zodik məqamlarının orijinalla uyğunlaş­ma­dığı nəzərə çar­pır.

“Əntərə” sirəsi 1832-1833-cü ildə Fransa akademiyasının üzvü olan şair Lamartinin əlyazmaya əsasən, tərcüməsi ilə məş­hurlaşdı və oxu­cu­lar arasında xalq romanlarının mühüm ədəbi rolunu bir daha sübut etdi. Tanınmış fransız şairi Yaxın Şərqə səyahətinin hər bir incəliyinə toxu­nan Lamartin dörd cild­lik «Şərqə səyahət» əsərində “Əntərə” sirəsi haq­qında təəs­ürat­larını bölüşmüşdür (7 , 64-65). Məşhur əsərində “Əntərə” romanının spesifik xüsusiyyətlərindən söz açan Lamartin ya­zır: “Əntərə Homer kimi epik, İov kimi mərhəmətli, Teokrit kimi idillik məhəbbətlə dolu, Solomon kimi xeyirxahdır”. Gün­dəliyinin ikinci hissəsi “Əntərə” ro­manının tədqiqinə yö­nəldilmiş və romana verilən ümumi rəylər də­yər­ləndirilmişdir (lamartine, 264-269s). Hətta qeyd etmişdir ki, “Əntə­rə” dasta­nı, “Min bir gecə nağılları”ndan daha maraqlıdır. Çox güman ki, Lamartin “Əntərə” dastanını real şəxsiyyət şair Əntərənin epik ob­ra­zını canlandırması baxımından, “Əntərə” sirəsini “Min bir gecə” nağıl­larından daha maraqlı olduğunu vurğu­la­mış­dır.

1838-ci ildən etibarən beş il davamlı şəkildə “Min bir gecə nağıl­ları”nın tərcüməsi ilə məşğul olan Hammer də “Əntərə” si­rəsinin ərəb xalq sirələri arasında ən maraqlı və səviyyəli xalq ədəbiyyatı nümunəsi olduğunu söyləmişdir.

Lakin qeyd etmək istərdik ki, “Əntərə” dünyada məşur ərəb xalq ro­manlarından olmasına baxmayaraq, “Min bir ge­cə” abidəsinin misil­siz şöhrətinə ünü yetməz. Mətninin sanbal­lığı ilə seçilən “Əntərə” ro­manı ərab xalq romanlari arasında ən səviyyəli roman oduğu fikri ilə ra­zı­la­şırıq. Hər halda məş­hur muallaqçı-şair Əntərənin epik obrazının sadə xalq tərəfin­dən əbədiləşdirilərək roman qəhrəmanı Əntərənin si­ma­sında canlandıran “Əntərə” romanı sıradan olan xalq ədəbiyyatı nü­munəsi təbii ki, ola bilməzdi. “Əntərə” romanı həcm etibarı ilə də “Min bir gecə” nağıllarından böyükdür, lakin insanların ma­­raq dairəsi “Min bir gecə” nağılları ilə tam üst-üstə düş­mək­dədir (L.B).

Orta əsr mənbələrindən – Əbü-l-Fərəc əl-İsfahaninin “Nəg­mələr kita­bında” Əntərə sirəsi haqqında verilmiş dəyərli fikir­lər Ənərə roma­nının səlib yürşlərində göstərilən qəhrəmanlıq şücaətlərindən bəhs edən, tam mətni olmayan kiçik mətndən iba­rət toplu oldugunu təsdiq etməkdədir (12 ) .

1853-cü ildə alman alimi Duqat Əntərə sirəsinin tədqiqatına həsr etdiyi uzun illərin araşdırmalarına söykənərək geyd edir ki: “Əntərə insan ruhuna xitab edən əsas əsərlər (Qrekərin “İlliada və Odisseyası”, italyanların “Dəhşətli komediyası”, in­gilislərin “İtirilmiş cənnət”, al­man­ların “Nibelunqi və Messia­da”sı, hindlilərin “Maxabxarata”sı, fars­ların “Şahnamə”si) sı­ra­sında olmalıdır ” (9, 9 s.). Bugün “Əntərə” ro­ma­nı adları dün­ya ədəbiyyatı irsinə həkk olunmuş qiymətli əsərlər sıra­sın­da çəkilməkdədir.

“Əntərə” sirəsini Avropa tərüməçiləri tədqiq eməklə yanaşı, ingilis, alman, fransız və bir çox Avropa dillərinə tərcümə et­mişlər. Romanın tərcümələri üzərində bir çox alimlər - Kossen de Perseval (1833-1834), Karden de Kardon (1834-18370, Per­ron (1840), Şerbonyu (1840), Dyuqa (188-1849, 1853), De­vik (Pars-1864), Pujula Hammer (Paris-1868) işləmişlər (Şo­ven, Biblioqrafi, t.III, 120-126s).

“Əli Zibək” sirəsi ərəb xalq romanı nümunələrindən biri ola­raq, məişət­də baş verən kələkbazlıqdan, dövrün fırıldaq iş­lərindən bəhs edir. Bu tip süjetlər təkcə sirə yaradıcılarının bə­dii təxəyyülünün məh­su­lu deyildi, həm də konkret tarixi-icti­mai şəraitin inikası kimi mey­dana çıxırdı.

Tədqiqat əsərlərindən­ - XVIII əsrdə orta əsr ərəblərinin is­tər tarix və istər ədəbiyyatına xüsusi maraq oyandıran, orta əsr ərəb ədəbiy­ya­tı­nın bir çox münaqişəli suallarına, xalq ədəbiy­yatının mübahisəli məsə­lə­­lərinə işıq salan alman şərqşünasları arasında U.Y.Reyskinin (1716-1774) dəyərli araşdırması diq­qətə­la­yiq­dir.

1975-ci ildə “Asiya və Afrika xalqı” (N-2 ) jurnalında B.Y.Şidfa­rın “Hekayətdən romana” adlı məqaləsi nəşr olun­muş­dur və burada ərəb xalq romanının özəllikləri işıqlan­dı­rıl­­mışdır. Bu məqalədə sirə kom­­ponentlərindən söz açılmış, bir sıra süjetlərin və folklora xas per­so­najların sirələrdə rolu işıq­lan­dırılmışdır (8).

Sirə janrını ümumi xarakterizə edən Şidfar sirələri böyük ölçüdə yazılmış xalq ədəbiyatı adlandıraraq, onun məlum süjet xəttinə malik olduğunu söyləyir. O, qeyd edir ki, əsəri qüvvətli edən döyüş zamanı müsəlmanların xristianlara qarşı apardıq­la­rı amansız döyüşləri təşkil edir (8, 3 ).

1974-cü ildən başlayaraq öz yaradıcılığını “xalq romanına” həsr edən N.Ibrahimov bir şox dəyərli əsərlər yazmışdır. O, ərəb xalq roma­nı­na həsr etdiyi əsərlərində ərəb xalq sirə­ləri­nin əsas mərhələlərini izlə­miş, janrın yaranma tarixi haqqında (4), sirələrin qurluşu (5), ərəb xalq romanının nümunələri (6), əsə­rin kompozisiyasına (4) dair maraqlı təd­qiqat əsərləri mey­dana çıxartmışdır.

1981-ci ildə V.V. Lebedev orta əsrlər ərəb folklor nümunə­lə­ri və xalq romanına öz doktorluq işini həsr etmişdir (11, 46).

Ərəb xalq sirələri haqqında yazılmış maraqlı əsərlər içəri­sin­də bu janrın mühüm suallarına cavab verən, gərgin müba­hi­sə yaradacaq prob­lemlər baxımından İ.M.Filştiniskinin əsərləri təqdirəlayiqdir ( 9 ).

1974-cü ildə rus ərəbşünası D.İ. Onoyeva öz tədqiqat əsə­rini “Əbu Zeyd”, “Bəni Hilal” sirələrinə həsr etmişdir. Tədqi­qat əsərində D.İ.Onoyeva sirə janrının XII-ci əsrdən əvvəl ya­ran­madığını qeyd edir. Lakin, onun bu sözünün dəqiq sübutu olmadığından ərəbşünaslar bu fikrini müəyyən mənada düz­gün hesab etmirdilər.

A.E.Krımskinin “Yeni ərəb ədəbiyyatı tarixi” adlı əsərində ərəb sirələrinə həsr etdiyi bölümdə sirələrin XVI-XVIII əsr­lər­də “sadə xalq ərəb ədəbiyyatı” adlandığını qeyd etilmişdir və bir sıra məşhur sirələrin - “Əntərə”, “Taqribat Bəni Hi­lal”, “Zət əl –Himmə”, “Seyf ibn zu Yazan”, “1001 gecə na­ğıl­ları”, “ Əli – Zibək ” və sairələrinin adları çəkil­miş, onlar haq­qın­da müfəssəl, maraqlı məlumatlar verilmişdir (7). A.E.Krım­skinin ərəb sirələrinə ayırdığı bu bölüm bütün şərq dün­ya­sının si­rələr haqqında məlumatlandırılması baxımından dəyərli işlər­dən biri kimi dəyərləndirilməkdədir.

1860-cı ildən başlayaraq, ərəb xalq sirə janrının öyrənilmə­sin­də çox böyük işlər görülmüş və əsərlərdən bir çoxunun tər­cüməsinə bir sıra V.H.Kirpiçenko, İ.M.Filştinski, B.Y.Şidfar kimi tanınmış ərəbşünaslar təşəbbüs göstərmişlər.

“Əntərə” sirəsinin 8 cilddən ibarət qısaldılmış tərcüməsi, “Min bir gecə nağılları”nin dörd cilddən, “Seyf ibn Zu Yazan” dörd cilddən ibarət, “Əz-Zahir Beybars”, "Əli-z-Zibək” və sairə məşhur sirələrin tərcümələri nəşr olunmuşdur. Bu tər­cü­mələrin ən mükəmməli hədsiz ağır zəhmət hesabına başa gə­lən, epizodları düzgün seçilərək eyni tip obraza malik tərcümə əsərlərinin ən uğurlusu sayılan “Seyf ”əsəridir. B.Y.Turayev “Seyf” sirəsindəki baş qəhrəman Seyfin Efiopiyada 1344-1372-ci illərdə hakimiyyətdə olmuş tarixi şəxsiyyət şah Seyf Areda olduğunu sübut etmişdir. Ərəb alimlərindən Abbas İh­san “sirə” janrında yazılmış əsərlərdə real və fantastik obraz­lar­dan bəhs edərkən qeyd etmişdir ki, “Seyf” sirəsinin bir çox epi­zodları dəqiq tarixi hadisələrlə bağlıdır.

Mütəxəssislər sirələri əlyazmadan istifadə edərək tərcü­mə etdik­də, tədqiqat əsəri yaratdıqda çalışmışlar ki, sirənin adın­da, mətnində ciddi dəyişikliklər baş verməsin. Orada işti­rak edən tarixi şəxsiyyətlərin si­ma­sın­da, hadisələrin cərəyan et­diyi məkanlar, xüsusən toponomiya heç bir dəyişikliyə uğ­ra­masın.

Artıq deyildiyi kimi, Avropa şərqşünaslığında ərəb xalq ro­manına olan qeyri-adi maraq ərəb alimlərinə də təsir gös­tərmiş və onlar da istər bütövlükdə ərəb xalq ədəbiyyatının, istərsə də sirələrin tədqiqi sa­hə­sin­də müəyyən təşəbbüslər göstərmiş, ye­ni-yeni tədqiqat əsərləri meydana çıxartmişlar. Ən əsası, Av­ropalıların ilk olaraq sirə nümunələrini tədqiq etməsi, ərəblərin qədim milli adət-ənənələrini, yaşayış tərzlərini, icti­mai-siyasi həyatını günümüzə çatdıran ərəb şifahi xalq ədəbiyyatı inci­lə­rinə sahib çıxmalarına vəsilə oldu.


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin