Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   19   20   21   22   23   24   25   26   ...   49
Romeo və Cülyettaya bənzər Leyli və Məcnun hekayəsi haqda 
daha  ətraflı  məlumat və  şəkillər üçün bax: Jan Pyer Ginyunun “Həddən 
Artıq Sevən bir şəxs: Leyli və  Məcnun rəvayəti” məqaləsi, AI 6.3, Payız 
1998, səhifə 33.
) 
Səhnələrə daxildir: “Dilənçi qadın Məcnunu Leylinin 
yanına gətirir,” “Leyli və  Məcnunun görüşməsi,” “Leyli səhrada 
Məcnuna baş  çəkir,” “Xosrovun Şirini çimərkən görməsi” və 
“Xosrov və  Şirinin qızın nağılına qulaq asması”. “Ov” adlanan 
minatür isə  şahın və onun böyük atlı  dəstəsinin iri ov sürüsünü 
(ceyran, maral və vəhşi at) izləməsini göstərir. 
TİBBİ ƏLYAZMALAR. Institutda mövcud olan ən dəyərli 
tibbi əlyazma Avisennanın “Tibb qanunları” əsərinin 12-ci əsr nü-
munəsidir. Avisenna (Əbu Əli Ibn Sina) (980-1037) indiki Özbəkis-
tanda yerləşən Buxara şəhərinin  Əfşana qəsəbəsində anadan olub. 
O, sonrakı tibbi tədqiqatlarının çoxunu Iranda etmişdi. 
1030-cu illərdə yazılmış “Tibb qanunları” tibb tarixində 
yeganə  ən məşhur kitab sayılan tibbi biliklərin ensiklopediyasıdır. 
Əlyazmanın Institutda olan nümunəsinin üzü 1143-cü ildə – mətnin 
yazıldığı vaxtdan təxminən 100 il keçdikdən sonra köçürülüb. Bu 
əlyazma dünyada Ibn Sina əlyazmalarının ən qədimlərindən biridir 
və ən etibarlı əlyazma hesab edilir. 
12-ci  əsrdə Kremonalı Qerard (1140-1187) “Qanunlar”ı 
ərəb dilindən latın dilinə tərcümə etdi və Avropa universitetlərində 
ondan dərslik kimi istifadə etməyə başladılar. Bu kitaba o qədər 
ehtiramla yanaşılırdı ki, Mikelanjelo onun haqda demişdi: “Başqa-
larının ardınca gedib düzgün olmaqdansa, Avisennanın ardınca 
gedib səhv olmaq daha yaxşıdır.” 
“Qanunlar” kimi qədim  Şərq tibbi mətnləri profilaktik 
təbabəti əsas sayır və heyvan piyindən çox istifadə etməməyi məs-
ləhət görür. Belə sayılırdı ki, sağlam qalmağın  əsas səbəblərini 
dərman otları və aromaterapiya təşkil edir. 
Təəssüflər ki, bu mətnlərdə adı çəkilmiş biliklərin çoxu ya 
itirilib ya da unudulub. Məsələn, Ibn Sina tərəfindən adı  çəkilən 
 47


726 dərman bitkisindən Azərbaycanda bu gün yalnız 466-sı bitir. 
Onlardan 252-si müasir təbabətdə heç istifadə olunmur. 
Institutda olan digər vacib farsdilli tibbi əlyazması  Şəm-
səddin ibn Kəmaləddin Kaşaninin “Bədənlərin ruhları”dır (Ərvah 
əl-Əcsad). Bu tibbi ensiklopediyanın üzü 17-ci əsrdə su nişanları 
olan yüksək keyfiyyətli Avropa kağızına köçürülmüşdü. Kaşani öz 
kitabında sadədən mürəkkəbə doğru hər bir dərman və  xəstəliyin 
geniş şərhini verir. 
Bu kitabı yazmamışdan  əvvəl Kaşani qədim və orta əsrlər 
təbibləri Hippokrat, Qalen, Zəkəriyə Razi, Ismayil Qurqani və Ibn 
Baytar da daxil olmaqla öz sələflərinin  əsərlərini diqqətlə öyrən-
mişdi. Onun ensiklopediyası çox böyük əhəmiyyətə malikdir, çünki 
bu  əsər dünyanın heç bir kataloq və arayışlarda öz əksini tapma-
mışdır. 
NADİR MƏN MƏTNLƏR. Məhəmməd bin Əbubəkr  əş-
Şəfi tərəfindən yazılmış 15-ci əsr mətni hüquqa aiddir. “Irşad  əl-
Mühtac ilə  Şarh  əl-minhac”  əsərində  Əbubəkr “Minhac ət-Tibin” 
kimi tanınan müsəlman qanununa dair ən geniş  və  məşhur  əsərin 
izahını verir. “Minhac ət-Tibin” əsəri 13-cü əsr tanınmış hüquqçusu 
olan Imam Muhiəddin Əbi Zəkəriyə Yəhya bin Şərəf ən-Nəvai əş-
Şəfii tərəfindən yazılmışdır. 
“Əl-Irşad”ın Bakı əlyazması böyük maraq doğurur, belə ki, 
o, yazıçının öz əli ilə köçürülmüşdür. Bu əlyazma bizə bəzi kataloq 
və  mənbələrdə yazıçının və onun əsərinin adına dair səhvlərə son 
qoymağa imkan verir. 
Diqqəti cəlb edən digər bir nadir əsər də 15-ci əsr astrologi-
yaya dair Azərbaycan  əlyazması olan “Kitab ət-Tancım”dır. Onun 
müəllifi olan azərbaycanlı alim Hoca ibn Adili Ibray müxtəlif bürc-
lər haqda, ulduz və planetlərin insan taleyinə olan təsiri haqda və 
ulduz falını hazırlamaq və oxumaq haqda məlumat verir. Bu əlyaz-
ma göstərir ki, artıq 15-ci əsrdə Azərbaycan dili çox yaxşı inkişaf 
etmişdi. Hətta o vaxt da bu dildə astronomik, astroloji, coğrafi, fəl-
səfi və etik anlayışları ifadə etmək üçün terminlər var idi. 
Yuxarıda adlarını  çəkdiyim bir neçə  qədim mətn  Əlyaz-
malar Institutunda mövcud olan mətnlərin çox kiçik bir hissəsini 
təşkil edir. Daha müasir daşbasma və çap kitablarından orada həm-
çinin A. A. Bakıxanovun “Qanuni Qüdsi” (Tiflis, 1831), Mirzə Ka-
zımbəyin “Tatar əlifbası kitabı” (Qazan, 1839), Həsən ibn Meh-
dinin “Ana dili” (Təbriz, 1894), Mirzə Şəfi Vazehin “Müntəxəbati-
 48


Türki” (Təbriz, 1855), Mirzə  Həsən  əl-Qədərinin “Məşhur Qafqaz 
və Azərbaycan şairlərinin şerlər toplusu” (Leypsiq, 1867), “Dağıs-
tan tarixi” (Sankt Peterburq, 1894) və Həsən Bəxərlinin “Azərbay-
can tarixi” (Bakı, 1921) kimi litoqraflar (köhnə çap kitabları) da 
var. 
Institut həmçinin 19-cu əsrin sonundan 20-ci əsrin 
əvvəlinədək olan qəzet və jurnalların toplusuna malikdir. Bu nəşrlər 
tarixi hadisələri olduğu kimi təsvir edir: Rusiyada inqilab, Azər-
baycanın ilk dəfə müstəqilliyinin elan edilməsi, Azərbaycan-erməni 
münaqişəsi, ingilis ordusunun Bakıya daxil olması, rus qoşunlarının 
Azərbaycanı işğal etməsi, Stalin repressiyaları, müxtəlif əlifba dəyi-
şiklikləri və Azərbaycanda sənaye və təhsilin inkişafı. 
  

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin