İştahanın olmaması. İştahanı tənzimləmək üçün bir qədər
ədviyyəli şərab, əsasən də balla içmək məsləhət görulürdü. İnanılır-
dı ki, rahiyəlı şərab mədə şirəsinin əmələ gəlməsini tənzimləyir və
bu da öz növbəsində həzm prosesini yüngulləşdirir. Reyhani şərab
növündən də iştahanı tənzimləmək üçün istifadə edilirdi.
Tibbi şərablar heç də mütləq alkoqolik içki deyildilər, onlar
müasir apteklərdə satılan spirtlərdən hazırlanmış valerian və nanə
aşqarları kimi bitki aşqarlarına bənzəyirdi. Ümumiyyətlə, bir vaxt-
lar Azərbaycanda çox geniş yayılan tibbi şərablar bu gün əsasən
yaddan çıxıb. Lakin mən əminəm ki, onları yenidən canlandırmaq
və lazımi elmi tədqiqatlar və sınaqlar apardıqdan sonra qüvvədə
olan müasir tibbi təcrübədə istifadə etmək olar.
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən
tərcümə etdi: Gülnar Aydəmirova
SAĞLAM QİDALANMA VƏ UZUNÖMÜRLÜK
Mənbə: Azerbaijan International jurnalı - AI 8.3 (2000) © 2000.
Azerbaijan International AZERI.org
33
zun ömür sürmək hər bir insanın arzusudur. Buradan sual
doğa bilər: insan üçun son yaş həddi neçədir? Yaş həddi
varmı? 100 il yaradıcı, fəal ömür surmək mümkündürrmü?
Əlbəttə. Bəs 150 necə? Yenə də cavab “bəli”dir.
U
Azərbaycan uzunömürlülərinin sayına görə dünyada ilk
yerlərdən birini tutur. 1981-ci il siyahıya almaya görə Azərbay-
canda yaşı 100 və 100-ü ötmüşlərin sayı 14486 nəfər idi. Başqa
sözlə desək hər 100000 nəfərdən 48,3-ü yaşı 100 və ya 100-ü
ötmüşlərdir.
Uzunömürlülük əsasən nəsildən nəslə keçir, lakin, əlbəttə
ki, burada düzgun qidalanmanınn da rolu boyükdür. Bəs Azər-
baycanda yaşayan uzunömürlülər nə yeyir? Onların yedikləri müa-
sir elmin sağlamlıq və uzunömürlük haqda biliklərinə uyğundurmu?
Müasir diyetoloqlar deyərdi: "Onlar həddən artıq heyvan piyi və
kərə yağından isrifadə edir."
Doğrudan da Azərbaycanlıların əksəriyyətinin quzu və qo-
yun əti çox xoşuna gəlir. Lakin daha çox uzunömürlü yaşayan kənd
yerlərində ət həftədə bir-iki dəfədən çox yeyilmir. Kənd yerlərində
əhali ətdən çox, süd məhsulları ilə qidalanır.
Azərbaycan kəndlisinin yediyi əsasən yumurta, pendir, yağ,
qatıq, süd, şor, xama, çörək, müxtəlif növ meyvə, tərəvəz və göyər-
tidən ibarətdir. Göyərtidən dovğa və lobya, noxud və ya buğdadan
şorba hazırlamaq üçün istifadə edirlər. Qədim zamanlarda uzun-
ömürlülər yeməklərində çörək və ya un məmulatlanndan çox isti-
fadə etməzdilər.
HEYVAN PİYİNDƏN İSTİFADƏ. Tarix boyu Azərbay-
canlılar pəhrizlərində müasir alimlərin birinci dərəcəli düşmən
saydığı heyvan piyindən va kərə yağından çox isrifadə ediblər. Bəs
onda niyə bu düşmən Azərbaycanın Lerik rayonunun kəndlərində
yaşayan uzunömürlülərə təsir etməyib? Axı burada yaşayanlann
çoxunun yaşı 120-ni ötür.
Ətin Azərbaycanlılara ziyanı yoxdur. Çünki, onlar orta
əsrlər Azərbaycan loğmanlarının miras qoyduğu qidalanma
qaydalarına riayət edirlər. Loğmanlar tamamilə sağlam və ya
sağlam olmayan qida məhsulunun varlığını qəbul etmirdilər.
Onlann fıkrincə bu, qidanın miqdarından və düzgün
uygunlaşdırılmasından asılıdır.
Məsələn, “Tibbnamə”yə görə (1712-ci il) heyvan piyi və
kərə yağından istifadə etmək olar, amma qədərində və sonra da
34
piyin mənfi təsirinin qarşısını almaq uçün ispanaq, kərəviz, şüyud,
soğan, göy soğan, keşniş, nanə, reyhan, yovşan, cəfəri kimi göy və
tərəvəz növləri yemək lazımdır. Müasir alimlər təsdiq edir ki,
tərəvəzin və göyərtilərin tərkibinə daxil olan qida lifləri mədədə
piyin həzm olmasını asanlaşdınr.
Müasir elmi təbabətə görə doğrudan da az miqdarda olsa
belə heyvan piyindən istifadə etmək lazımdır, çünki, o, hormonlann
əmələ gəlməsi və qara ciyər, ürək və beynin normal işləməsi üçün
lazımlı faktordur.
Əgər biz insan dişlərini müayinədən keçirsək, görərik ki,
onların həm yırtıcılara, həm də otyeyənlərə məxsus xüsusiyyətləri
var. Bu sübut edir ki, bizim ulu əcdadlarımız ət yemişlər və insan
orqanizmi tarix boyu heyvan piyi ilə qidalanmağa uyğunlaşıb.
Lakin ətlə birgə ilk insanlar böyük miqdarda meyvə və tərəvəz də
yeyiblər. Orta əsrlər Azərbaycan loğmanları da eyni şeyi təklif
ediriər: Yalnız ət yeməyin. Yalnız tərəvəz də yeməyin. Onlan birgə
yeyin və düzgün uyğunlaşdırın. Sanki müasir dövrün vegeterianizm
kimi birtərəfli nəzəriyyələrinə qarşı çıxan bu orta əsrlər yanaşması
insanın bioloji xüsusiyyətlərinin müşahidəsinə əsaslanır.
Heyvan piyindən çox istifadə yalnız Azərbaycan uzunö-
mürlülərinə xas olan xüsusiyyət deyil. 15 il əvvəl "Vokruq Sveta"
(Dünya ətrafında) jurnalının əməkdaşları Abxaziyada yaşlı
adamlardan müsahibə almış və onlardan pəhrizləri barədə
soruşmuşlar. Məlum olmuşdu ki, uzunömürlülərin çoxunun yağlı ət,
əsasən də qoyun əti xoşuna gəlir. Azərbaycanlılardan fərqli olaraq
gürcülər hətta 100 yaşlarında belə şərab içir.
Buna baxmayaraq, Qafqazda yaşayan uzunömürlülərin ək-
səriyyəti ilk növbədə çox ət yemir və adətləri uzrə piyin mənfi təsi-
rini neytrallaşdırmaq üçün böyük miqdarda qatıq, eləcə də meyvə
və tərəvəzlə qidalanırlar. Piyin mənfi təsirlərinin qarşısını almaq
üçün sarımsaq qatıqla bərabər çox miqdarda soğan, limon şirəsi, nar
şirəsi, sumaqdan istifadə etmək olar. Bütün bu sadalanan qida
məhsulları həzm prosesini yüngülləşdirir və piylərin parçalanması-
na kömək edir.
ŞƏKƏR YA BAL? Baxmayaraq ki, Azərbaycan mətbəxi
şirniyyatla zəngindir, Azərbaycanlılar bu şirniyyatdan qədərində
istifadə ediblər. Paxlava, şəkərbura və halva kimi milli şirniyyat
növlərini hazırlayarkən onlar şəkərdənsə bala üstünlük veriblər.
Məsələn, Azərbaycanlı alim Yusif Xoyi özünün "Bağdad toplusu"
35
(1311) əsərində mürəbbə və şirniyyatı balla hazırlamağı tövsiyə
edir. Müasir elm müəyyən etmişdir ki, balım tərkibinə vitamin və
fermentlər daxildir və o, şəkərdən olduqca xeyirlidir. Professor
M.Sultanovun fikrincə baldan müntəzəm istifadə və şəkərdən isə
imtına edilməsi sağlamlığa və uzun ömrə səbəb olar.
London Umversitetinin professoru Con Yudkin göslərir:
"Ürək-damar xəstəliklərinə piy deyil, şəkər səbəb olur. Bizim qəhvə
və ya çayla yediyimiz, tort, konfet və ya şokoladın tərkibində olan
şəkər buna gətirib çıxarır."
Şəkər həddən artıq istifadə olunduqda orqanizmdə piy və
xolesterola çevrilir. Əvvəllər Azərbaycan kəndlərinin kasıb sakin-
ləri şəkəri ləziz şirniyyat sayır və ondan yalnız nadir hallarda
istifadə edirdilər.
Kəndlilərin gündəlik yeməklərinə şirniyyat deyil, süd mə-
mulatlan və bitkilər daxil idi. Varlı adamlar isə bala üstünlük
verirdilər. “Tibbnamə”də olan reseptlərə görə Azərbaycan
halvasının bütün növləri baldan düzəldilməii idi. Beləliklə, müasir
cəmiyyətdə mübarizə apardığımız "ağ ölümün” (şəkərin) mənfi
təsirindən qaçılmış olurdu.
Müasir insan deyə bilər: "Balı ucuz şəkərlə əvəz etmək
mümkün oldugu şəraitdə, niyə bahalı baldan istifadə etməliyəm?"
Təəssüf ki, indi Azərbaycanda milli şirniyyatın çoxu şəkərdən
düzəldilir. Lakin boyük zaman intervalında belə qənaət etmə insan
sağlamlığına zərərdir.
Məhəmməd Hüseyn xan (18-ci əsr) da göstərir ki, su
qatılmış baldan müntəzəm istifadə insan ömrunü uzadır. Bununla
belə, baxmayaraq ki, bal şəkərdən xeyirlidir, onu da həddən artıq
işlətmək olmaz.
QATIQ VƏ UZUNÖMÜRLÜLÜK. Qədimdən bəri hesab
edilir ki, müntəzəm olaraq qatıq yemək uzunömürlülüyə səbəb olur.
Belə ki, o, həzmə kömək edir və orqanizmi cavanlaşdırır. "Tibb-
namə" bişmiş xörəklərə qatıq qatmağı məsləhət görür. Ətin yaxşı
həzm olunması üçün onu içinə nanə çilənmiş qatıqla yemək məs-
ləhət görülür. Əgər qatığı tək yeyirsinizsə içinə sarımsaq doğrayın.
Azərbaycanda məşhur içki sayılan ayranı duzlu qatığa su qatmaq
vasitəsilə düzəldirlər. Bu içki qan təzyiqini aşağı salır və ishalı
sağaldır.
"Yoğurt" (qatıq) sözünün özü türk mənşəlidir (Azərbaycan
və Türk) və “yoğun”, “yoğurmaq” feillərindən əmələ gəlib. Qatığın
36
təsirinin tibbi izahı odur ki, onun tərkibində laktobakteriya kimi
xeyirli mikroorqanizmlər var.
Bağırsaqda tullanu maddələrinin yığılması və bağırsaqların
iltihabı orqanizmin bütün orqanlarına zərər olduğu üçün qidanın
normal həzm olunması sağlam və uzun ömrə səbəb olur. Müasir
dövrdə də Yapon alimləri kəşf ediblər ki, müntəzəm olaraq qatıq
yemək orqanizmi radioaktiv şüaların zərərli təsirindən qoruyur və
xərçəng xəstəliyinin əmələ gəlməsinin qarşısını alır.
SARIMSAQ — CAVANLIQ MƏNBƏYİDİR. Bir çox qə-
dim Azərbaycan, Ərəb, Fars, Tibet və Çin təbibbrinin kitablarında
sarımsağın sağaldıcı xüsusiyyəti göstərilir.
"Tibbnamə"yə görə müntəzəm olaraq sarımsaqdan istifadə
saçın ağarmasının qarşısını alır, yaddaşı, görməni möhkəmlədir və
ürəyə xeyirdir. Tibetdə sarımsaq və spirtdən hazırlanmış içki
"cavanlıq eliksiri" kimi tanınırdı. Azərbaycanda həkimlər spirtin
içinə sarımsaq və zəfərandan hazırlanmış qatışıq tökürdülər.
Müasir alimlər də təsdiq edir ki, sarımsaqdan müntəzəm
istifadə orqanizmdə xolesterolun səviyyəsini aşağı salır və qan
dövriyyəsini yaxşılaşdırır. Nəticə eıibarilə bütün orqanla qanla yax-
şı təchiz olunur. Məsələn, baş lazım qədər qanla təchiz olduqda saç-
ların ağarmasının qarşısı alınır, üz təravətlənir, yaddaş möhkəm-
lənir. Qanın ürək damarlarında yaxşı dövrə vurması miokard
infarktın qarşısını alır.
Azərbaycanlılar bu iki yeməyi - qatıq və sarımsağı
qarışdırıblar və bu, uzunömürlülərin səciyyəvi yeməyidir. Onlar
sarımsa-ğı qatığın içinə doğrayaraq "sarımsaqlı qatıq" düzəldirlər.
"Tibbnamə" də sarımsağı qatığa qatmağı məsləhət görür. Bu
birləşmə yarpaq dolması, xaş, xingal və s. kimi ət və ya xəmir xö-
rəklərinin yanında süfrəyə verilir.
ÇÖRƏK YEMƏYİ AZALDIN. Həddən artıq çörəkdən
istifadə etmək müasir Azərbaycan mətbəxinə xasdır və buna səbəb
də rus mətbəxinin təsiridir. Qədimdə Azərbaycanlılar çörək və un
məmulatlarından çox istifadə etmirdilər. Onlar heç vaxt, necə de-
yərlər, çörəyə ibadət etmirdilər. Plov heç vaxt cörəklə yeyilməzdi,
çünki düyü buğda əvəzi sayılırdı. Lakin indi çox adam plovu və
həmçinin xingal, gürzə, əristə, düşbərə, umac və bu kimi digər
xəmir xörəklərini çörəklə yeyirlər.
Orta əsrlər Azərbaycan təbibləri çox çörək yeməyi məsləhət
görmürdülər, əsasən də isti yay günlərində. Müasir tədqiqatlar da
37
sübut edir ki, çörək, un məmulatları və karbohidratlardan çox istifa-
də edilməsi orqanizmdə xolesterolun əmələ gəlməsinə, ürək-damar
xəstəliklərinə və piylənməyə gətirib çıxarır. Onlar bildirirlər ki,
həddən artıq çörək yemək müntəzəm heyvan piyindən istifadə
etməkdən daha pisdir.
Qeyd etmək lazımdır ki, azərbaycan milli çörəyi (təndir
çörəyi) rus çörəyinə bənzəmir: o, yumru kömbə deyil, nazik, yastı
çörəkdir. Lavaş - kağız kimi nazik milli çörəkdir. Bu iki çörək növü
qədərində yeyildikdə həzmə ağurlıq törətmir.
BİTKİ MƏHSULLARINDAN İSTİFADƏ. Hələ ta qədim-
dən bəri azərbaycanlılar bilir ki, zəfəran və biyan həyatı uzadır,
dərini və üzü təravətləndirir, qara ciyər, ürək və böyrəyi sağlam
edir. Həm də bir adət üzrə uzunömürlülər alma da daxil olmaqla
çoxlu meyvə və tərəvəz yeyir. Azərbaycan loğmanı Yusif İbn
İsmayıl Xoyi (1311) yazır: "Əgər müntəzəm olaraq alma yesəniz,
bu, iştahanı açar, ürək, mədə, qara ciyər, bağırsağı möhkəmlədər və
orqanizmi cavanlaşdırar. Bu, həmçinin yaşlı şəxslərdə ağır nəfəs-
almamın və tez ürək döyünməsinin qarşısını alır. Alma beyni möh-
kəmlədir və onun səmərəliliyini artırır."
Meyvələr, tərəvəzlər, müxtəlif müalicəvi yabanı bitkilər və
onlardan hazırlanan ərzaq məmulatları - mürəbbələr, şirələr, şər-
bətlər, şərablar, qurudulmuş meyvələr və ədviyyatlar Azərbaycan
mətbəxində böyük rol oynayır. Əsasən də isti yeməklərə müxtəlif
meyvə, tərəvəz, göy və ədviyyat qatılır. Müasir tədqiqatlar göstərir
ki, meyvə və tərəvəzlərin tərkibinə xolesterolu neytrallaşdıran çox
sayda mikroelementlər, vitaminlər və liflər daxildir. Əlbəttə ki, orta
əsrlərdə alimlərin bu maddələr haqda heç bir biliyi yox idi, lakin
onlar müşahidələr apararaq indiki elm tərəfindən sübut olunan
nəticələrə gəlmişlər.
QƏHVƏ YOX, ÇAY. Müntəzəm olaraq çay içmək Azər-
baycanda uzun ömür surən şəxslərə xas xüsusiyyətdir. Məhəmməd
Hüseyn xanm (18-ci əsr) fikrincə çay qəhvədən xeyirli içkidir. O,
yazır: "Çay sidik qovucudur. O, spazma və soyuqdan əmələ gələn
başağrılarını yüngülləsdirir. Həmçinin çay ürək, mədə və beyni
saflasdırır və üzü təravətləndirir. Qədərində içildikdə çay ürəyin tez
döyünməsinin qarşısını alar, nəfəsalmanı nizama salar.
Ümumiyyətlə çay ürəyə xeyirdir. Bu içki məyusluq, kədər
və ruh düşgunlüyünü azaldır."
38
Müasir müşahidələr də sübut edir ki, çay ömrü uzadır.
Onun tərkibinə əsəb sistemini stimullaşdıran kofein və qan
damarlarını genişləndirən, spazmaları aradan qaldıran, ürəyin
fəaliyyətini yaxşılaşdıran teofilin daxildir. Həmçinin çayın tərkibinə
qan damarlarını möhkəmlədən və qanaxmanın qarşısını alan tanin
daxildir. Qəhvədən fərqli olaraq çay nəinkı miokard infarktının
əmələ gəlmə təhlükəsini artırmır, o, hətta bu təhlükəni azaldır.
Çünki teofilin ürəyin qan damarlarını genişləndirir. Lakin çayı
acqarına və çox qaynar içmək olmaz. Süd kofeinin mənfi təsirlərini
neytrallaşdınr. Süd qatılmış çay daha xeyirlidir. Lakin bu,
Azərbaycanda məşhur deyil.
Tarix boyu Azərbaycanda çay Lənkəranda yetişdirilib.
Maraqlıdır ki, bu ərazi öz uzunömürlülüyünə görə tanınıb.
UCUZ, SAĞLAM QİDA. Məşhur Azərbaycan neft maqnatı
Hacı Zeynalabdin Tağıyev uzun ömür sürüb (1823-1924). Lakin
Azərbaycanda yaşlı adamların çoxu onun kimi dövləli deyil. On-
ların pəhrizinə nəzər saldıqda görürük ki, onlar nisbətən ucuz ərzaq
növləri ilə qidalanırlar: yumurta, qatıq, meyvə, tərəvəz və lobya.
Həm də onların çoxu həddən artıq yemir. Onlar heç də normal
çəkidən artıq gəlmirlər, çünki fiziki işlə məşğuldurlar.
Qədimdə ölkəmizdə uzun ömür sürən şəxslər çox gec-gec,
yalnız xususi hallarda milli mətbəximizin qiymətli yeməklərindən
dada bilirdilər.
Şirniyyat, kabab, qarası ilə plov və qurudulmuş meyvə
yalnız Novruz bayramı, Qurban bayramı və toy mərasimlərində
yeyi-lərdi. 19-cu əsr ərzində hətta dövlətli şəxslər belə hər gün ət və
şirniyyat yemirdi, çünki bu, zərərli hesab edilirdi.
Azərbaycanda uzun ömür sürən adamların çoxu xolesterol,
karbohidratlar və ya vegeterianizm haqda heç nə bilmir. Onlar sa-
dəcə olaraq 100 ildən artıq yaşamış ata və babalarının qidalandığı
kimi qidalanırlar. Bu sübut edir ki, əsrlər və minilliklər boyu
sınaqdan keçmiş Azərbaycan milli pəhrizi sağlam qidalanma haqda
müasir nəzəriyyələrə uygun gəlir və hətta, bəlkə də, onlardan
üstündür.
Dostları ilə paylaş: |