Partiyasının lideri olan Mir Cəfər Bağırov “xalq düşməni” kimi
edam edilmişdi. Sovet tarixçiləri bilirdilər ki, onlar Stalin, Beriya
və ya Bağırov kimi müəyyən rəhbərləri və ya Stalin dövrü kimi
müəyyən tarixi dövrləri tənqid edə bilərlər, lakin onlar heç vaxt
Sovet sistemini, marksizm nəzəriyyəsini və Vladimir Leninin
şəxsiyyətini tənqid etməyə cəsarət etmirdilər. Bunlar Sovet
ideologiyası və tarixində müqəddəs yer tuturdu.
Azərbaycanın ilk kommunist lideri olan Nəriman Nərima-
nov (1870-1925) barədə tarixi əsərlərdə yeni məlumatlar üzə çıxır.
Onun Radekə (Kommunist rəhbəri) olan nəşr olunmamış məktubu
ilk dəfə Yenidənqurma dövründə nəşr edilmişdi. Belə məlum olur
ki, Nərimanov Rus rəsmilərinin Azərbaycanda şovinist siyasətinə
qarşı çıxış edirdi. O, Moskvaya məktublar göndərərək Azərbaycan
Respublikasının maraqlarına toxunan, heç bir haqq ödəmədən və
işçiləri incidərək Azərbaycanın neft və digər təbii sərvətlərindən
istifadə edən emissarlardan şikayət edirdi.
Nərimanov “Şərqin Lenini” adlandırılırdı və çox məşhur bir
insan idi. O, Azərbaycanda müstəqil siyasət yürütməyə cəhd gös-
tərirdi. Bu dövrdə Leninin özü çox xəstə idi, Stalin isə hələ kifayət
qədər güclü deyildi. Məhz bu zaman Nərimanov Moskvaya dəvət
olunmuş və Sovet Ittifaqında yüksək bir vəzifəyə təyin olunmuşdu.
O, Mərkəzi Icraiyyə Komitəsinin 3 üzvündən biri olmuşdu. Çox
qısa bir müddətdən sonra o, 1925-ci ildə qəflətən ürək tutmasından
vəfat etdi. Azərbaycana rəhbərlik etmək üçün Nərimanovun yerinə
Sergey Kirov göndərildi.
Sovet Yenidənqurmasından sonra (1985-ci ildə başlamış)
və müstəqillik dövründə Stalin Repressiyası zamanı (1937-1938)
həbs olunub, edam edilmiş ziyalıların siyahısı qəzetlərdə nəşr
olundu. Azərbaycanın DTK-sı Milli Təhlükəsizlik Nazirliyinə
çevril-miş və yeni yaradılmış nazirlik Stalin dövrünün bütün
cinayətlərini aşkara çıxarmaq fikrində olduğunu bəyan etmişdi.
Repressiyaya məruz qalan insanların nəşr olunan adları içərisində
Vəli Xuluflu və Salman Mümtaz kimi alimlər, Mikayıl Müşfiq və
Hüseyn Cavid kimi şairlər var idi. DTK-nın xələfi olan NKVD-nin
(Narodnıy Kommisariat Vnutrenix Del) Stalin dövründəki
67
canilərinin adları da aşkar edildi. Bunlar Qriqoryan, Markaryan,
Topuridze, Atakişiyev və başqaları idilər.
NKVD-nin canilərinin hamısı Azərbaycan xalqının ən yaxşı
nümayəndələrini öldürməyi onlara əmr etmiş Mir Cəfər Bağırovun
başçılığı altında çalışırdılar. Bağırovun öz məhkəməsində söylədiyi
sözlər də maraqlıdır. O deyirdi: “Bəli, mən günahkaram. Lakin əgər
mən yeganə günahkaramsa, onda məni güllələmək kifayət deyil, siz
gərək məni tikə-tikə parçalayasınız.” Bağırov demək istəyirdi ki,
minlərlə Sovet məmurları və Sovet sistemi bütövlükdə onun kimi
günahkardır, lakin onlar buna baxmayaraq cəzalandırılmırlar.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni nəşr
olunmuş tarixi kitablar Bağırovu qanlı zülmkar və öz iş yerində
həbs olunmuş insanları döyən və öldürən şəxs kimi xarakterizə edir.
Lakin Bağırov eyni zamanda müsbət işlər də görmüşdür.
Məsələn, II Dünya Müharibəsindən öncə Stalin bütün Azərbaycan
xalqını Orta Asiyaya köçürmək istəyirdi. O qorxurdu ki, azər-
baycanlılar həmin dövrdə Almaniyanın müttəfiqi olan qonşu Tür-
kiyəyə yardım edəcəkdir. Bağırov Stalinə zəng edərək demişdi:
“Yoldaş Stalin! Bunu etməyin. Mən sizə söz verirəm ki, sizin bu
xalqla problemininz olmayacaq.”
“Sən bu işdə məsuliyyəti öz üzərinə götürürsən?” Stalin
soruşmuşdu. “Bəli”, deyə Bağırov cavab vermişdi. Nəticədə isə
Azərbaycanlılar yerlərindən köçürülməmişdilər.
Son dövrlərdə Sovet zamanı gizli saxlanılan başqa bir
epizod da aşkarlanıbdır. Erməni rəhbəri Arutinov Stalinə məktub
göndərərək, Dağlıq Qarabağın Ermənistana birləşdirmək istədiyini
bildirmişdir. Stalin isə öz növbəsində Bağırova bu barədə məktubu
göndərmiş və onun fikrini soruşmuşdur. Bağırov cavab vermişdi ki,
o bu məsələni müzakirə etməyə hazırdır, lakin əvvəlcə ermənilər
Zəngəzur, Vedi və Göycəni Azərbaycana qaytarmalıdır. Arutinov
bunula razılaşmamış və beləliklə Qarabağ Azərbaycanın tərkibində
qalmışdır.
ELMƏ QARŞI REPRESSİYA. Hətta ən məşhur genetika
üzrə Azərbaycan mütəxəssisləri də Stalin dövründə ÇK və NKVD
tərəfindən işgəncələrə məruz qalmışlar. Genetika “burjua elmi”
adlandırılmış və bütün genetiklər “xalq düşməni” elan edilmişdi.
Genetika elminin baniləri olan Yohan Qreqor Mendel, Tomas Hant
Morqan və Avqust Veysman “kapitalizmin agentləri” adını
qazanmışdılar. Qəzetlər aşkarlamışdılar ki, məşhur Azərbaycan
68
genetiki olan Mirəli Axundov DTK rəsmiləri onun qapısını döy-
məyə gə-ləndə pəncərədən qaçmışdı. Bundan sonra o uzun müddət
Şəkinin dağlıq kəndində gizlənmişdi.
Azərbaycan müstəqillik əldə edəndən sonra, bir çox alimlər
Stalin dövrünün represiyaları barədə həqiqətləri söyləməyə
başladılar. Mənim babam, professor Ağaxan Ağabəyli genetika üzrə
mü-təxəssis idi 1930-cu illərdə genetikaya aid dərsliklər nəşr
etdirmişdi və buna görə də NKVD dəvət olunmuşdu.
“Siz Mendelçisiniz?”, deyə NKVD nümayəndəsi ondan
soruşmuşdu.
“Mən genetikəm”, deyə babam cavab vermişdi.
“Onda siz Morqançı və ya Veysmançısınız?” rəsmi hirsli
şəkildə tələb etmişdi.
“Bayaq da dediyim kimi mən aliməm, genetikəm və başqa
heç bir şey yox”, deyə o yenidən cavab vermişdi.
“Yaxşı, onda indi gedin evə. Biz sizi sabah yenidən
çağıracağıq” NKVD nümayəndəsi bildirmişdi.
Mənim babam və onun ailəsi babamın həbs olunacağı və
edam ediləcəyi qorxusu ilə bir neçə gün yuxusuz qalmışdılar. O,
hətta özünə həbs ediləcəyi təqdirdə özü ilə götürmək üçün lazımlı
əşyalardan və paltarlardan ibarət kiçik bir çanta hazırlamışdı.
Xoşbəxtlikdən, NKVD bir daha onlara zəng etməmişdi. Bəlkə onlar
sadəcə olaraq onu qorxutmaq istəmişdilər və ya babam onların
yadından çıxmışdı. Kim bilir?
TARİXİN YENİDƏN YAZILMASI. 10 ildən bundan əvvəl
Azərbaycan öz müstəqilliyini qazanan kimi azərbaycanlılar öz
tarixlərini yenidən araşdırmağa başladılar. Biz aşkarlaya bildik ki,
Sovet təbliğatı tərəfindən o qədər fakt qarışıq salınmış, gizlədilmiş
və ya dəyişdirilmişdir ki, bütün detalları dəqiqləşdirmək çox çətin
olmuşdur. Bəzi məsələlər hələ də dumanlı görünür və sual doğurur.
Azərbaycanlıların həqiqətdə nə baş verdiyini öyrənmək
haqları vardır. Lakin həqiqət nədir və obyektiv tarixi necə yazmaq
olar? Azərbaycan tarixi dərsliklərinin yenidən yazılmasına
baxmayaraq, tarixin bir sıra sahələrinə aid hələ də ziddiyyətli
məqamlar qalır.
Məsələn, qədim dövrü araşdıran Azərbaycan alimləri
arasında acı mübahisələr mövcuddur. Onlardan bəziləri, məsələn
Iqrar Əliyev düşünür ki, qədim dövrlərdə (1500 il bundan öncə)
Azər-baycanlılar türk dilində deyil, Qafqaz və Iran mənşəli dillərdə
69
danışırdılar. Digər alimlər isə düşünürlər ki, azərbaycanlılar hər
zaman türk dilində danışmışlar. Onlardan bəziləri deyir ki,
midiyalılar, şumerlər, Qafqaz albanları və digərləri türklər olmuşlar
və Yaxın Şərqi türklərin ən qədim vətənidir.
Bu iki tərəf arasında antaqonizm getdikcə artır. Mən
“debat” ifadəsi yerinə ona görə “antaqonizm” ifadəsindən istifadə
etdim ki, təəsüflər olsun ki, Azərbaycanda debat mədəniyyəti hələ
də tam mövcud deyil. Sovet hakimiyyəti dövründə rəsmi tarix
barədə debatlar aparılmasına icazə verilmirdi. Rəsmi şüar belə idi:
“Bizim-lə razılaşmayan insan bizim düşmənimizdir.”
Təəsüflər olsun ki, biz hələ də bolşevik psixologiyasından
tamamən qurtula bilməmişik. Normal elmi müzakirələrin yerinə
antaqonizm və ad-hallandırılması mövcuddur. Bəzi alimlər, xüsu-
silə də yaşlı nəlsin nümayəndələri, onlarla razılaşmayan həmkar-
larını günahlandırır, “xain” adlandırır və hətta onları Rusiyanın,
Türkiyənin, Iranın və ya Ermənistanın agentləri olmaqda suç-
landırırlar. Bu səbəbdən gənc alimlərdən bəziləri sual doğuran
məsələrdə öz fikirlərini bildikmədəkdən çəkinirlər, çünki hədəfə
çevrilmək istəmirlər.
Bundan əlavə unutmaq lazım deyil ki, hal-hazırda yüksək
vəzifələrdə olan tarixçilərin çoxu bir zamanlar Kommunist
Dostları ilə paylaş: |