Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR


partiyasının üzvləri olmuşlar və onların obyektiv olmasını



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə29/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   25   26   27   28   29   30   31   32   ...   49

partiyasının üzvləri olmuşlar və onların obyektiv olmasını 
gözləmək ol-maz. Əgər onlar Sovetlər dövründə yazılmış tarixi 
tənqid etsələr, demək özlərinin də günahlandırmış olacaqlar. Bu 
səbəbdən onların bəziləri belə məsələrdə susmağa üstünlük verirlər. 
Bugün bizim bəzi xadimlər Sovet dövrünü ideallaşdırmağa 
başlayıblar. Müasir Azərbaycan Kommunist Partiyasının rəhbəri 
mərhum Ramiz Əhmədov deyirdi: “Sovet hakimiyyətindən öncə, az 
qala bütün azərbaycanlılar savadsız idilər və özlərinin universitet-
lərinə malik deyildilər. Sovetdən öncəki dövrdə Azərbaycanda çox 
az sayda həkim, müəllim və alim var idi. Bolşeviklərin səyi nəticə-
sində  əhalimizin demək olar ki, hamısı  təhsilli oldu, universitetlər 
və akademiyalar yaradıldı, səhiyyə xidməti pulsuz elan edildi və 
insanlar kifayət dərəcədə yaxşı yaşamağa başladılar. O zaman 
Azərbaycanda evsiz və işsiz insan tapmaq çətin idi. Bəs bugün? Bir 
çox azərbaycanlılar yenidən savadsız və kasıb olmuşdur.” 
Demokratik ideologiyanı müdafiə edən və kommunizmin 
opponentləri olan tarixçilər isə adətən deyirlər: “Bütün bu müvəf-
fəqiyyət qanlı repressiyalar və insan haqlarının pozulması hesabına 
 70


əldə edilmişdi. Ən yaxşı ziyalılar güllələnmişdi. Biz öz dinimizdən, 
əlifbamızdan və adət-ənənələrimizdən məhrum edilmişdik. Brejnev 
dövründə insanların  əxlaqı  tənəzzülə  uğramağa başlamış  və rüş-
vətxorluq bütün təbəqələr arasında yayılmışdı. Bizim məhsullar 
ucuz, amma keyfiyyətsiz idi və tibb xidmət pulsuz olsa da çox aşağı 
səviyyəli idi. Indi biz müstəqil bir dövlətik. Mövcud çətinliklərə 
gəldikdə isə, onlar müvəqqətidir. ” 
Mən inanıram ki, bu gün də olmasa, nə vaxtsa Azərbay-
canın müfəssəl, obyektiv, ideologiyadan kənar tarixi yazılacaqdır. 
Belə bir imkan var, lakin bütün bu materialları  nəzərdən keçirib, 
təmkinli və rasional elmi müzakirə mədəniyyətini inkişaf etdirmək 
müəyyən zaman aparacaqdır. Elm ideologiyadan uzaq olmalıdır. 
 
 
 
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Aytən Əliyeva 
Redaktə edən: Ülviyyə Məmmədova, Aydan Nəcəfova 
 
 
XIII ƏSRİN DARVİNİ? TUSİNİN TƏKAMÜL 
BARƏDƏKİ FİKİRLƏRİ 
 
Mənbə: Azerbaijan International jurnalı - AI 9.2 (Yay 2001) © 2004. 
Azerbaijan International AZERI.org 
 
N
 
əsirəddin Tusi  1201-ci ildə indiki Iran ərazisində yerləşən 
Xorasan  əyalətinin Tus şəhərində (bəzi müəlliflərə görə - 
Həmədanda) anadan olmuşdur. O, bir alim və dahi şəxsiy-
yət kimi çox şeylərə görə  məşhurdur. Nəsirəddin Tusi Marağa rə-
sədxanasını (Marağa şəhəri, indiki Cənubi Azərbaycan ərazisindəki 
Təbriz  şəhərindən  şərqdə yerləşən qədim bir mədəniyyət mər-
kəzidir) yaratmış, Evklid riyaziyyatınının anlamını izah etmiş  və 
inkişaf etdirmiş, triqonometriya elmini yaratmış, Atlantik okea-
nının qərb hissəsində  ərazilərin olması barədə fikirlər söyləmiş, 
ərəb və fars dillərində astronomiya, həndəsə, coğrafiya, fizika, hü-
quq, tarix, tibb, fəlsəfə, məntiq və  əxlaqa aid 80-dən artıq önəmli 
kitab yazmışdır. Bu gün Azərbaycanda Tusi çox yüksək dərəcədə 
yad edilir və ona böyük hörmət bəslənilir. Bakıdakı Tusi adına 
 71


Pedoqoji Institut da daxil olmaqla, bir sıra təhsil müəssisələri onun 
adını daşıyır. 
Lakin çox az adam Tusinin Çarlz Darvindən 600 il əvvəl ilk 
təkamül nəzəriyyələrindəb birini inkişaf etdirdiyini bilir. 
Bu nəzəriyyə Tusinin məşhur elmi əsəri olan “Əxlaqi 
Nasiri” də üzə  çıxır. Qədim yunan adət-ənənsindən bəhrələnən bu 
elmi əsəri Tusi dini-terrorist qruplaşma olan ismaillilər  tərəfindən 
tutulub  Əlamut qalasında saxlandığı vaxt, 11-ci əsrə aid İbn 
Miskəvey-hin “Təhdid  əl-Əxlaq”  əsəri  əsasında yaratmışdır. Daha 
sonra o bu əsəri Azərbaijanı idarə edən Elxani monqol hakiminə 
həsr edərək ona dəyişikliklər etmişdir (monqol işğalı nəticəsində o 
həbsdən azad olmuşdur). “Əxlaqi-Nasiri”  əsəri ingilis dilinə C.M. 
Vikens tərəfindən tərcümə edilmiş  və 1964-cü ildə  nəşr 
olunmuşdur. 
“Əxlaqi-Nasiri” insanların kamilliyi barədədir. Tusi 
kamilliyi iki hissəyə bölür—mənəvi və maddi kamillik. O bu zaman 
ərəb dilində “kamillik” anlayışını verən “təkamül” ifadəsini istifadə 
edir. Müasir Azərbaycan dilində bu elə təkamül anlayışını verir. 
TƏKAMÜL NƏZƏRİYYƏLƏRİ.  Babillər, Misirlilər, Mi-
diyalilar da daxil olmaqla bəzi Şərq xalqlarının folklorunda və dini 
inanclarında Tusiyə  qədər müxtəlif təkamül nəzəriyyələrinə rast 
gəlinir. Lakin bütün bunlara baxmayaraq, bu fikirlər elmdən çox 
mifik xarakter daşıyırdı. Bu fikirləri daha sonra qədim Yunan 
alimləri olan Empedokl (e.ə. 490-430) və Aristotel (e.ə. 384-322) 
kimi alimlər qəbul etmiş və onları inkişaf etdirmişdi. 
Aristotel yazırdı: “Təbiət tədricən, addım-addım cansız 
maddələrdən canlı  məxluqlara doğru inkişaf edir.” Əbu Reyhan 
Biruni (972-1048), Ibn Bəcca (1070- 1138), Ibn Tüfeyl (1110- 
1185) kimi müsəlman alimləri daha sonralar Aristotelin təkamül 
fikir-lərinin inkişaf etdirməyə çalışmışdılar. 
Tusi onların  əsərlərini “Əxlaqi-Nasiri” kitabının yazışında  
əsas  mənbə kimi istifadə etmişdir. Bununla o, Jan Batist Lamark 
(1744-1829) və Çarlz Darvin (1809-1882) kimi Avropa alimlərinin 
nəzəriyyələrini qabaqlamışdır. 
Tusinin yanaşma tərzi və Darvinin “Növlərin Mənbəyi” ba-
rədəki fikirləri arasında  əsaslı  fərqlər mövcuddur. Darvin onu 
faktlardan nəzəriyyəyə aparan yolda bitki və heyvan nümunələri 
yığmaqla deduktiv mühakimədən istifadə etmişdirsə, Tusi daha çox 
nəzəri yanaşmaya üstünlük vermişdir. O, nəzəriyyəni inkişaf 
 72


etdirmiş, sonra isə bu nəzəriyyə əsasında faktları izah etmişdir. Tusi 
tə-kamülü ümumı fəlsəfi nəzəriyyə kimi inkişaf etdirmişdi və buna 
görə  də detallara çox fikir vermirdi. Məsələn o, yaşamaq uğrunda 
mübarizədə təbii seçmə barədə xüsusi olaraq yazmırdı. Müasir za-
manın tələbləri ilə o alimdən daha çox filosof idi. 
MADDƏNİN SAXLANILMASI. Tusi inanırdı ki, maddi 
cisim dəyişə bilər, lakin tamamilə yox ola bilməz. O yazırdı: 
“Maddi cisim tamamilə yox ola bilməz. O yalnız forma, şərait, 
tərkib, rəng və digər xüsusiyyətlərini dəyişə bilər və digər bir mü-
rəkkəb və ya ibtidai maddəyə çevrilə bilər.” Onun bu fikirləri qədim 
yunan filosofu Heraklitin (e.ə. 530-470) fikirlərinə bənzəyirdi. 
500 il sonra Lomonosov (1711-1765) və Antoni-Loren 
Lavozye (1743-1794) maddənin saxlanılması qanunu ixtira etmiş və 
bununla da eyni ideyaları təsdiqləmişlər. 
TƏKAMÜLÜN  İLKİN MƏRHƏLƏSİ. Tusi inanırdı ki, 
dünya bir zamanlar oxşar elementlərdən ibarət idi. O yazırdı: “On-
lar bir-birinə  bərabər və oxşar idilər. Onlardan heç biri digəri 
üzərində üstünlüyə malik deyildi, çünki onların hamısı ümumi ilkin 
maddədən ibarət idi.” 
Müasir təsəvvrlərə görə Tusinin ən ilkin hissəciklərinin 
atomlar və ya elementar hissəciklər olduğunu müəyyənləşdirmək 
olar. Tusiyə görə, bu ilkin mərhələdə bütün bu hissəciklər oxşar və 
hərəkətsiz idi. Daha sonra bu hərəkətsiz dünyanın içində daxili zid-
dyətlər yaranmışdı. Tusi yazırdı: “Nəticədə tarazlıq pozulmuş və bu 
ilkin dünyada əsas ziddiyyətlər yaranmağa başlamışdır. Buna görə 
də  bəzi maddələr digərlərindən daha tez və yaxşı inkişaf etməyə 
başladı.” 
Tusi deyirdi ki, ilkin maddə təkamül zəncirinin ilk  xalqa-
sıdır. Təbiətin 4 elementi (od, su, hava və torpaq) bu ilkin 
maddədən yaranmışdır. Öz növbəsində minerallar elementlərdən, 
bit=-kilər minerallardan, heyvanlar bitkilərdən, insanlar isə 
heyvanlardan yaranmışdır. 
DƏYİŞKƏNLİK. Tusi izah edirdi ki, irsi dəyişkənlik 
təkamülün  əsas hərəkətverici qüvvəsidir. O yazırdı ki, bütün canlı 
organizmlər dəyişmək qabiliyyətinə malikdilər və canlı orqanizmlər 
öz irsi dəyişkənlik xüsusiyyətləri nəticəində inkişaf etmişlər. “Daha 
tez yeni keyfiyyətlər qazana bilən orqanizmlər daha çox dəyişkən-
dir. Nəticədə onlar digər varlıqlar üzərində üstünlüyə malik 
 73


olurlar.” Bu fikirlər Darvinin mutasiya barədəki fikirlərinin  sadə 
formasına bənzəyir. 
Bəs bu maddi cisimlər nəyə görə dəyişirlər? Tusi belə hesab 
edirdi ki: “Cisimlər daxili və xarici qarşılıqlı  əlaqələr nəticəsində, 
yəni ətraf mühitin təsiri nəticəsində dəyişirlər”. 
Tusiyə görə, maddələr bir-biri ilə rəqabət aparırlar və bunun 
nəticəsində onların bəziləri daha yüksək səviyyəyə çatmışdır. Bəzi 
cisimlər isə demək olar ki, inkişaf etmirlər. Buna görə də təbiətdə 
inkişafın müxtəlif səviyyələri mövcuddur. 
ADAPTASİYA. Tusi dərk edirdi ki, canlıların  təbiətdə sağ 
qalması üçün çox nadir yolları vardır.  Əgər orqanizmin strukturu 
siəbiətə uyğundursa, onda həmin orqanizm kamil orqanizmdir. Tusi 
inanırdı ki, dünyadakı bütün bitkilər və heyvanlar kamildir, çünki 
onlar sağ qalmaq üçün lazım olan keyfiyyətlərə malikdirlər. Tusi 
yazır: “Heyvanlar və quşlar dünyasına baxın. Onlar güc, cəsarət cə 
uyğun alətlər (orqanlar) daxil olmaqla müdafiə və gündəlik həyatda 
gərəkli olan hər şeyə malikdirlər.” 
Tusi yazırdı ki, canlı orqaninzmlər  ətraf mühitiə müxtəlif 
yollarla uyğunlaşır.  İlkin olaraq, onlar bədənlərinin rəngini və 
strukturunu dəyişirlər. Beləliklə, bədənin hər bir hissəsinin öz 
funksiyası var. “Bu orqanlardan bəziləri həqiqi silahdırlar.”, 
deyərək Tusi yazır. - Məsələn, buynuzlar, zoğ, dişlər və caynaqlar 
bıçaq və iynə, ayaqlar və dırnaqlar isə dəyənək rolunu oynayır. Bəzi 
heyvanların tikan və iynələri oxa bənzəyir”. 
Bu yolla bəzi heyvanlar ətraf mühitə uyğunlaşmaq üçün öz 
bədən quruluşunu təkmilləşdirmişdir. Bəzi heyvanların davranışları 
də  dəyişmişdir. Tusi yazırdı: “Digər müdafiə vasitələri olmayan 
heyvanlar (ceyran və tülkülər) özlərini cəld qaçmaq və hiyləgər-
likləri ilə qoruyurlar. 
Tusi eyni zamanda ətraf mühitin təsirindən özlərini 
qorumaq üçün bir yerdə yaşamağa məcbur olan ictimai 
heyvanlardan da söhbət açırdı. O yazırdı: “Onlardan bəziləri, 
məsələn arılar, qarış-qalar, və  bəzi quş növləri özlərini müdafiə 
etmək üçün birliklər şəklində toplaşmağa məcbur olmuşlar.” 
BİTKİ VƏ HEYVANLARIN MƏNŞƏLƏRİ.  Tusi təbiətdə 
olan 3 qrup canlı varlıq müəyyən edir: bitkilər, heyvanlar və 
insanlar. Onları bir-birindən nə ayırır? Tusiyə görə, “heyvanlar bit-
kilərdən daha yüksəkdə dururlar, çünki onlar şüurlu olaraq hərəkət 
 74


edə, yemək arxasınca getmək, onu tapmaq və faydalı şeylər yemək 
qabiliyyətinə malikdirlər.” 
Inkişaf etmiş heyvanlar (ən yüksək dərəcədə) həmçinin 
(primitiv də olsa) mühakimə yeritmək qabiliyyətinə malikdirlər və 
ətraf mühitə asanlıqla uyğunlaşırlar.  Əgər  ətraf mühitdə  şərait 
dəyişərsə, onda bu heyvanlar da öz hərəkətlərini dəyişirlər. 
Tusi yazır: “Heyvan və bitki növləri arasında çoxlu fərqlər 
var. Hər  şeydən öncə, heyvanlar aləmi daha mürəkkəbdir. Buna 
səbəb heyvanlarım daha yararlı keyfiyyətlərə malik olmasıdır. 
Bunun nəticəsində onlar yeni şeylər öyrənə  və yeni, irsi olmayan 
keyfiyyətlər  əldə edə bilirlər. Məsələn,  əhilləşdirilmiş at və ya ov 
şahini heyvanlar aləmində inkişafın  ən yüksək həddinə çatmışlar. 
Insan kamilliyinin ilk mərhələsi məhz buradan başlayır.” 
INSANLARIN MƏNŞƏYİ. Tusi inanırdı ki, insanlar ali 
heyvanlardan törəmişlər. O, insan və heyvan aləmi arasındakı müx-
təlif keçid formaları barədə belə yazırdı, ki “belə insanlar” (çox 
güman ki, insanabənzər meymunlar) Qərbi Sudan və dünyanın 
digər ucqar ərazilərində yaşayır. Onlar öz vərdişləri, hərəkətləri və 
davranışlarına görə heyvanlara yaxındırlar. 
Tusi deyirdi ki, insanlar təbiətdə mövcud olan bütün canlı 
və cansız məxluqlarla əlaqədədirlər. “Insanı digər varlıqlardan fərq-
ləndirən keyfiyyətlər mövcuddur, lakin eyni zamanda onun elə 
keyfiyyətləri də vardır ki, bu keyfiyyətlər onu heyvanlar aləmi, bitki 
aləmi və hətta cansız cisimlərlə birləşdirir. ” 
Fərqli keyfiyyətlərə gəldikdə Tusi yazırdı ki, insanlar yalnız 
bioloji deyil, həm də social varlıqdırlar. Əvvəllər (insanların yaran-
masından öncə) orqanizmləri arasındakı bütün fərqlər təbii mən-
bəyə dayanırdı. Sonrakı mərhələ  mənəvi kamillik, iradə, müşahidə 
və biliklə xarakterizə olunur. Tusiyə görə, insanlar heyvanlardan 
onunla fərqlənir ki, on-lar əmək alətləri hazırlaya bilirlər. Son 
olaraq Tusi yazırdı: “Bütün bu faktlar göstərir ki, insanlar təkamül 
pilləkanının ortasında yer-ləşirlər. Irsi təbiətinə uyğun olaraq insan 
aşağı səviyyəli varlıqlarla əlaqəlidir, və yalnız öz iradəsi nəticəsində 
yüksək inkişaf səviy-yəsinə nail ola bilər.” 
ALLEQORİYA, YOXSA ELM? Bəs niyə görə Tusi təka-
mül nəzəriyyəsini inkişaf etdirdiyinə görə tanınmır? Bu yalnız onun 
Şərqdən olduğuna və farsca yazdığına görə deyil. Tusinin nəzəriy-
yəsi fəlsəfə və Islam üzərində qurulub. O inanırdı ki, Allah dünyanı 
 75


yaradıb və bu yaranışdan sonra dünya öz gücünə inkişaf etmişdir. 
Allah isə bu prosesə rəhbərlik etmişdir.  
Nəticədə isə, Tusinin dünyanın kamilliyi barədə fikirləri ilə 
tanış olan Şərq alimləri həmin fikirləri din və ya fəlsəfi nöqteyi nə-
zərdən izah edirdilər. Bir çox xristianlar kimi, müsəlmanların da 
çoxu təkamül nəzəriyyəsi ilə razılaşmırlar, çünki bu nəzəriyyə 
rəsmi teologiyaya qarşıdır. Tusinin Darvinin inkişaf etdirdiyi bəzi 
prisniplərə  işarə etməsinə baxmayaraq, Şərq alimləri Tusinin fi-
kirlərini təbiət elmindən çox, insan ruhu barədə allegoriya kimi 
qəbul edirlər. 
 

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin