Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən
tərcümə etdi: Aytən Əliyeva
Yoxladı: Gülnar Aydəmirova
Redaktə edən: Aydan Nəcəfova
BAKI: NEFTİN TİKDİYİ ŞƏHƏR
Mənbə: Azerbaijan International jurnalı - AI 10.2 (Yay 2002) © 2004.
Azerbaijan International AZERI.org
zərbaycan uzun zamanlardan bəri zəngin neft ehtiyatlarına
görə tanınmışdır. Azərbaycanın quru ərazisində ən ilkin
neft yataqlarının kəşfiyyatı ən azından eramızdan əvvəl 7-ci
əsrə aid edilir. Bu zaman Azərbaycan ərazisində Midiya dövləti
yerləşirdi. Hal-hazırda bu dövlətin torpaqları Cənubi Azərbaycanın
(Iranın) ərazisinə təsadüf edir. Midiyanın Assuriya ilə sərhəd ərazisi
dünyada quyudan neft çıxarılan ilk ərazi olmuşdur. Eramızdan
əvvəl 5-ci əsrdən başlayaraq neft quyulardan dəri vedrələrdə
çıxarılırdı.
A
Neft midiyalılar, kaspilər və digər qədim Azərbaycan
tayfalarının həyatında önəmli rol oynamışdır. Onlar neftdən
yanacaq kimi gil və metal lampaları doldurmaqda istifadə edirdilər.
Neft həm də yararlı silahlar hazırlanmasında istifadə olunurdu.
84
Midiya döyüşçüləri nefti ox, nizə uclarına və katapult mərmilərinə
sürtür-dülər. Yandırıldıqdan sonra bu silahlar düşmən gəmilərinə və
ya-şayış yerlərinə atılırdı. Qədim yunanlar bu qədim alov yağdıran
si-lahlara “Midiya nefti” deyirdilər.
Orta əsrlərdə Azərbaycanda, xüsusilə də Abşeron
yarımadasında neft çox geniş miqyasda çıxarılırdı. 10-13-cü
əsrlərdə “yün-gül neft” Balaxanı kəndində, “ağır neft” isə
Suraxanıda çıxarılırdı.
Azərbaycanılar nefti necə saflaşdırmağı hələ eramızın ilk
əsrlərindən bilirdilər. 13-cü əsr coğrafiyaçısı Ibn Bekran deyir ki,
Bakıda nefti onun pis qoxusunu azaltmaq və tibbi istifadə üçün da-
ha yararlı hala salmaq üçün saflaşdırırdılar.
Marko Polo 13-cü əsrdə yazırdı ki, əla Bakı nefti evləri
işıqlandırmaq və dəri xəstəliklərini müalicə etmək üçün istifadə
olunurdu. Azərbaycan coğrafiyaçısı Əbd ər-Rəşid Bakuvi (14-15-ci
əsrlər) yazırdı ki, hər gün Bakıdan xaricə 200 dəvə neft xurcunu
ixrac olunurdu. Bir “dəvə xurcunu” 300 kq neftə bərabər
olduğundan, bu hər gün 60, 000 kq neft ixracı demək idi.
Həmdullah Qəzvini (14-cü əsr) yazırdı ki, neft fəhlələri neft
quyularını su ilə doldururdular ki, neft səthə qalxsın. Daha sonra
neft Xəzər dənizi suitilərinin dərisindən hazırlanan dəri torbalara
doldurulurdu. 1669-cu ildə orta əsr alimi Məhəmməd Mömin də
qeyd etmişdi ki, bu növ dəri torbalar neftin saxlanılması və
daşınması üçün istifadə olunurdu.
1572-ci ildə ingilis iş adamı Cefri Deket Bakıya gəlir və
şəhər haqqında müşahidələrini qeyd edir. Onun yazdığına görə Bakı
yaxınlığında çoxlu miqdarda neft torpağın səthinə sızırdı. Bir çox
insanlar bu nefti əldə etmək üçün, hətta uzaq məsafələrdən buraya
səyahət edirdilər.
Deket yazırdı ki, “naft” adlanan qara tipli neft bütün ölkə
ərazisində evləri işıqlandırmaq üçün istifadə olunur. Bu neft başqa
ölkələrə 400-500 qatır və eşşəkdən ibarət karvan ilə daşınırdı.
Bakının yaxınlığında o, ağ və çox dəyərli neftə rast gəlmişdi. O, be-
lə qənatə gəlmişdi ki, bu neft ingilislərin istifadə etdiyi neftə (dağ
neftinə) oxşayır.
Iran tarixçisi Əmin Əhməd ər-Razi 1601-ci ildə qeyd edir
ki, Bakı yaxınlığında hər gün neft çıxarılan 500 neft quyusu var idi.
17-ci əsr türk tarixçisi Katib Çələbi də eyni sözləri deyirdi.
85
17-ci əsr alman səyahətçisi Lerx yazırdı ki, Abşeron
yarımadasına 350-400 neft quyusu var idi, və Balaxanı kəndində
olan bircə quyudan gündəlik 3000 kq neft çıxarılırdı.
Alman alimi və Isveç səfirliyinin katibi olan Engelbert
Kempfer (1651-1716) 1683-cü ildə Bakıya səyahət etmiş və öz
gündəliyində qeyd etmişdi ki, burada neft quyularının 27 metr
dərinliyi vardır və bu quyuların divarları taxta və ya əhəgdaşı ilə
örtülmüşdür. Bu dövrdə Bakı nefti Rusiya və Şərqi Avropanın digər
ölkələrinə ixrac edilirdi.
O yazırdı ki, Bakıdan o qədər də uzaq olmayan Suraxanı
kəndində hər gün 2700-3000 kq neft hasil edilib ixrac olunurdu. Bu
miqdar hər biri 8 neft çəni daşıyan 80 arabanı doldururdu.
Orta əsrlərdə neft hasilatı ətraf mühitin çirklənməsinə təsir
göstərirdi, ancaq həmin dövrlərdə buna o qədər də böyük əhəmiyyət
verilmirdi. Azərbayacan müəllifi Məhəmməd Yusif Şirvani özünün
“Tibbnamə” (1712) kitabında yazırdı ki, neft və kükürd hasilatından
torpaq və su zəhərli maddələrlə çirklənmişdir.
1689-cu ildə Azərbaycana səfər edən ingilis missioneri
Vileot Atanın yazdıqlarına görə, Səfəvi şahları Bakı neftindən hər il
7000 tümən və ya 420, 000 fransız livri (Fransız frankı 1799-cu ildə
istifadə olununana qədər Fransanın pul vahidi livr idi) miqdarında
mənfəət əldə edirdilər.
MÜQƏDDƏS ALOVUN MƏNBƏYİ. Eramızın 7-ci əsri-
nin sonlarında regionda İslam yayılana qədər, indiki Azərbaycan
ərazsində yaşayan insanlar atəşə ibadət edən zərdüştilər idilər. Bakı
ətrafındakı ərazi buradakı maraqlı, qeyri-adi təbiət hadisəsinə görə
zərdüştlüyün mənəvi mərkəzi oldu. Neft torpağın elə dərinliyində
yerləşirdi ki, qaz torpağın səthindəki deşiklərdən sızaraq alova
çatırdı. Məhz bu yerlər müqəddəs hesab olunmuş və atəşpərəstlik
məbədləri Abşeron yarımadasında Suraxanı və Bakı yaxınlığında və
digər rayonlarda tikilirdi.
Hətta bugün də Bakının məşhur Qız Qalası üzərində qaz
məşəli yanır. Bəzi alimlər hesab edirlər ki, Qız Qalasından müdafiə
məqsədilə istifadə olunurdu. Bəziləri isə deyirlər ki, bu qala 2500 il
bundan əvvəl zərdüşt məbədi kimi istifadə edilmişdir. Arxeoloji
qazıntılar Qız Qalasının yaxınlığında ibadətgah olduğunu üzə
çıxarmışdır. Ibadətgahın daş qabında neft və yanıq izləri
olduğundan bəzi tədqiqatçılar belə hesab edir ki, bu qab əbədi
məşəlin yanması üçün neftlə doldurulurdu. Professor Davud
86
Axundov inanır ki, eramızın birinci minilliyində Xəzər dənizinin
içərisində olan Qız qalasının önündə sahil zolağında zərdüştilərin
“Suda Atəş Məbədi” yerləşirdi.
Neft və qaz hətta orta əsrlərdə bir çox azərbaycanlıların
İslam dinini qəbul etdikdən sonra da Müqəddəs Alovun mənbəyi
kimi istifadə olunurdu. 18-ci əsrdə Abşeron yarımadasının yanar
nefti Hindistandan olan atəşpərəstləri cəlb etdi və onlar Bakı
yaxınlığında Suraxanı kəndində Atəş Məbədi (Atəşgahı) tikdilər.
Bu atəşpərəstlər məbədin içərisində yanan qaz və neftdən qidalanan
əbədi, müqəddəs atəşə pərəstiş edirdilər.
19-cu əsrdə fransız yazıçısı Alkesandr Düma Atəşgaha sə-
yahət etmiş və bu haqda aşağıdakıları yazmışdı: “ Çox nadir
hallarda səyahət edən fransızlar istisna olmaqla, bütün dünya
Bakıdakı Atəşgahdan xəbərdardır… Mənim həmvətənlərim, əgər bu
atəşpərəstləri görmək istəyirsinizsə, onda bir az tələsməlisiniz,
çünki həmin məbəddə yalnız 3 atəşpərəst qalmışdır ki, bunlardan
biri çox qoca, digər ikisi isə 30-35 yaşlarındadır.”
Düma məbədi aşağıdakı kimi təsvir edirdi: “Biz məbədin
içərisinə tamamilə alovla örtülmüş qapılardan daxil olduq. Geniş
dördbucaqlı həyətin ortasında günbəz ilə bir yerdə ibadət otağı
yerləşirdi. Əbədi məşəl ibadət otağının tam ortasında yanır.”
NEFT DƏRMAN VASİTƏSİ KİMİ. Hal-hazırda Bakı Əl-
yazmalar Institutunda saxlanılan tibbi və əzcaçılıq mənbələrinə aid
əlyazmalarda göstərilir ki, orta əsrlərdə neft və neft məhsulları tibbi
məqsədlər üçün çox geniş istifadə olunurdu. Mineral neft məlhəm
formasında əsəb xəstəliyi, fiziki zəiflik, iflic və titrəmə kimi
xəstəliklərə qarşı istifadə olunurdu. Neft həmçinin sinə ağrısı,
öskürək, astma və revmatizm kimi xəstəliklərin müalicəsində də
istifadə olunurdu.
Məsələn, 1311-ci ildə Azərbaycan müəllifi Yusif ibn
İsmayıl Xoyi tərəfindən yazılan “Cameül-Bağdadi” kitabı tibbdə
neftin və mazutun istifadəsindən danışırdı. O, yazırdı ki, neftdən
alınan məlhəmlər şişlərin sağaldilmasında, neftdən düzəldilmiş göz
damcıları kataraktanın müalicəsində, və qulaq damcıları qulaq
ağrılarına qarşı istifadə olunurdu.
1669-cu ildə yazdığı “Töxfətül-möminin” (“Möminlərin
töhvəsi”) kitabında Məhəmməd Mömin neft məhsullarından astma,
xroniki öskürək, sancı, dispepsiya və bağırsaq qurdlarının aradan
qaldırılmasında istifadə etməyi məsləhət görürdü.
87
Eynilə, 17-ci əsr Azərbaycan müəllifi Həsən ibn Rza
Şirvani “ağ neft”, “mavi neft”, “qara neft” və qırın müalicəvi
effektlərini təsvir edirdi. Qara neft təmizlənməmiş neftdir, mavi
neft azca saflaşdırılmış neftdir, və ağ neft saflaşdırılmış və ya biz
azərbaycanlıların bugün kerosin adlandırdığımız neftdir.
Neftdən həm də heyvanları müalicə məqsədilə də istifadə
olunurdu. 15-ci əsrdə Bakıda yaşayan alim, Əbdürrəşid Bakuvi
neftin antiseptik keyfiyyətlərindən yazmışdır. Bakuvinin yazdığına
görə, Bakı və Abşeron sakinləri dəvələrin dərilərini qotur xəs-
təliyindən qorumaq üçün neftdən istifadə edirdilər.
Müasir Azərbaycanda neft hələ də tibbi məqsədlərlə istifadə
olunur. Şimal-mərkəz Azərbaycanda təbii vəziyyətdə tapılan xüsusi
Naftalan nefti buna misaldır. Orada məşhur terapiya mərkəzi və
kurort tikilmişdir. Bakıdakı bir neçə terapiya mərkəzləri də Naftalan
neftindən müalicədə alternativ vasitə kimi istifadə edir.
NEFT VƏ MEMARLIQ. Bakı heç də hər zaman indi ol-
duğu kimi memarlıq cəhətdən gözəl şəhər olmamışdır. 18-ci əsrdə
o, Xəzər dənizi sahilində yerləşən və 7 min əhalisi olan kiçik liman
şəhəri idi. Onun memarlıq varidatı yalnız Şirvanşahlar sarayından,
Qız Qalasından, orta əsrlər şəhərinin divarlarından, və bir neçə qə-
dim məscid, hamamxana və qaladan ibarət idi. Həmin dövrdə tica-
rət məqsədilə hasil olunan neftin miqdarı elə də çox deyildi.
Azərbaycan Rusiya tərəfindən işğal olunduqdan sonra
Abşeron yarımadasında neft hasilatı əhəmiyyətli dərəcədə artdı.
Neftdən əldə olunan pula şəhərdə gözəl binalar tikilir və bağlar
salınırdı. 19-cu əsrin ikinci yarısınıda Bakı Qafqazın mərkəzinə və
Rus imperiyasının ən böuk sənaye mərkəzlərindən birinə çevrilir.
Bakı belə böyük şəhərə bircə gecənin içərisində çevril-
məmişdi. 19-cu əsrin sonlarında Qafqazda iki iri və gözəl şəhər var
idi: Bakı və Tiflis. Bu iki şəhər bir-biri ilə əzəmətinə və gözəlliyinə
görə rəqabət aparırdı. Şamaxı, Gəncə, İrəvan və Batum daha az
əhəmiyyətli şəhərlər idilər.
Həmin zamanlar Rus höküməti Tiflisə böyük önəm verirdi
və onun gözəlləşdirilməsinə böyük məbləğdə pul sərf edirdi. Çarın
Qafqazdakı general-qubernatorları məhz orada otururdular. Tezliklə
Tiflis gözəl binalar ilə doldurulur və Qafqazda ən gözəl şəhər hesab
olunmağa başlanır.
Rus hökümətinin Bakıya o qədər fikir verməməsinə
baxmayaraq, şəhər zəngin neft ehtiyatlarının istifadəsi hesabına
88
inkişaf edirdi. 1890-1920-ci illərdə Bakı Tiflisi həm ölçüsünə, həm
də gö-zəlliyinə görə arxada qoydu. Tağıyev, Nağıyev, Muxtarov
kimi neft maqnatları şəhəri barokko, rokoko, renessans, neoklassik,
mavritan və erkən modern üslublar da daxil olmaqla müxtəlif
Avropa üslub-larında tikilmiş saray binaları ilə bəzəmişdilər.
1920-ci ildə Sovet hakimiyyətinin qurulması neft
maqnatlarının nəhəng saraylarının tikintisinin sonu demək idi.
Bunun yeri-nə bütün şəhərdə “qutu” şəkilli evlər tikilməyə başlandı.
Lakin Sovet dövründə belə, Bakı Qafqazda ən önəmli və ən gözəl
şəhər olaraq qalırdı. Əslində Stalin dövründə bir sıra gözəl inzibati
bina-lar tikilmişdi. Bu binalardan ən valehedicisi Nizami küçəsində
neft fəhlələri üçün tikilmiş “Buzovnaneft” adlanan bina idi.
Əhalisinin sayına gəlincə isə, Bakı SSRİ-də Moskva, Sankt
Peterburq, Kiyev və Daşkənddən sonra 5-ci böyük şəhər idi. Burada
çoxlu sayda neft istehsal edən müəssisələr, kimyəvi zavodlar və
neft hasilatı avadanlığı fabrikləri tikilmişdi. Təbii sərvətlərinə görə
Bakı Sovet Ittifaqının ən önəmli sənaye mərkəzlərindən birinə
çevrildi.
1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etdikdən
sonra ölkə bazar iqtisadiyyatına keçidə qədəm qoydu və neft
şəhərin memarlığına əvvəlkindən daha böyük təsir göstərməyə
başladı. Ikinici Neft Yüksəlişinin nəticəsi olaraq son onillikdə
Bakıda yüzlərlə yeni və gözəl binalar tikildi.
NEFT VƏ MƏDƏNİYYƏT. 20-ci əsrin əvvəllərində Bakı-
da başlanan Neft Yüksəlişi Azərbaycan mədəniyyətinin bir çox
istiqamətlərinin inkişafına səbəb oldu. Hacı Zeynalabdin Tağıyev
kimi neft maqnatları incəsənətə çox böyük töhfələr vermiş və onun
inkişafına yardım etmişlər. Məsələn, 110 il bundan əvvəl Tağıyev
bütün regionda Avropa üslubunda ilk dram teatrının tikintisini
maliyyələşdirdi. Bir neçə il sonra o, Bakıda çariça Aleksandra adına
rus-müsəlman qız internat məktəbinin əsasını qoydurdu. Bu məktəb
müsəlman dünyasına qızlar üçün olan ilk internat məktəbi idi.
Istedadlı Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov və
Müslüm Maqomayevə Şərq musiqisində inqilab etmək üçün imkan-
lar yaradılmışdı. Hacıbəyov Qərb musiqi janrı olan operanı
“muğam” adlanan Şərq musiqi forması ilə birləşdirmiş, “Leyli və
Məcnun” (1908) və “Koroğlu” (1937) kimi gözəl əsərlər
yaratmışdır.
89
Neft Bakını yalnız Qafqazın deyil, həm də bütün müsəlman
Şərqinin mədəni mərkəzinə çevirdi. 1900-1920-ci illərdə Bakıda
Azərbaycan dilində yüzlərlə qəzet, jurnal və kitab nəşr edilirdi.
Bunlardan biri satirik Cəlil Məmmədquluzadə tərəfindən əsası
qoyulan və yalnız Azərbaycanda deyil, bütün Mərkəzi Asiya, Tür-
kiyə, Iran və Balkanlarda nüfuza malik “Molla Nəsrəddin” jurnalı
idi.
Tağıyev və digər Azərbaycan neft maqnatları Azərbaycanlı
tələbələri Rusiya və Avropaya təhsil almağa göndərirdilər. Xaricdə
alınan bu təhsil Azərbaycan milli hərəkatının rəhbəri, Azərbay-
canda ilk siyasi partiyanın yaradıcısı olan Məmməd Əmin Rəsul-
zadə, Azərbaycan Demokratik Respublikasının (1918-1920) ilk
prezidenti Fətəli Xan Xoyski, yazıçı və Azərbaycan milli hərəka-
tının ideoloqu Əhməd bəy Ağayev, Üzeyir Hacıbəyovun qardaşı,
Müsavat Partiyasının üzvü, Azərbaycan Demokratik
Respublikasının (ADR) Fransaya göndərilən diplomatlarından biri
olan Ceyhun Hacıbəyli, və satirik və sosial-iqtisadi mövzularda
yazan şair Sabir kimi ziyalıların yetişdirilməsində rol oynamışdır.
Buna görə də müsəlman Şərqində ilk demokratik
respublikanın 1918-ci ildə Azərbaycanda yaradılması təsadüfi deyil.
Beş ildən sonra, Sovet hakimiyyəti altında olanda belə Azərbaycan
ərəb əlifbasını latın əlifbası ilə əvəz edən ilk müsəlman ölkə
olmuşdur. Azərbaycan ziyalıları Əhməd bəy Ağayev (Ağaoğlu) və
Əli bəy Hüseynzadə Türkiyədə türkçülük ideologiyasının inkişafına
təsir göstərmişlər. Rusiyadakı müsəlmanlar və türklər Azərbaycan
mədəni irsi barədə öyrənmək üçün Bakıya gəlirdilər.
İlk Neft Yüksəlişi illərində Azərbaycan Iranda, xüsusilə də
Cənubi Azərbaycanda siyasi ideyaların inkişafına dərin təsir
göstərmişdir. Yüzlərlə iranlı kəndli Bakıya gələrək neft mədənlə-
rində pul qazanırdılar. Bakı sakinləri bu işçiləri “həmşəri”
(“həmşəhri”) adlandırırdılar. Kəndlilər o qədər kasıb idilər ki,
onların hətta adi geyimləri belə yox idi. Onların köynəkləri, əlləri
və sifətləri həmişə qara neftə bulaşmış olardı. Hətta bügun Bakı
sakinləri köhnəlmiş və çirkli paltarlı bir adam görəndə belə deyirlər:
“Niyə görə həmşəri kimi geyinmisən?”
“Həmşərilər” tezliklə Azərbaycan milli və sosialist ide-
ologiyasının təsiri altına düşürlər. Onların Şimali Azərbaycandan
götürdüyü ideyalar 20-ci əsrin əvvəllərində Səttarxan və Şeyx Mə-
90
həmməd Xiyabaninin başçılığı altında Cənubi Azərbaycanda mü-
tərəqqi hərəkatın inkişafına kömək etdi.
MƏDƏNİ MƏRKƏZ. Sovet hakimiyyəti illərində Bakı ge-
niş mədəniyyət və turizm mərkəzi kimi tanınmağa başladı. Bakı
SSRI-yə səfər edən xarici diplomatlar, turistlər, opera və estrada
müğənnilərinin səfər proqramlarına daxil edilən 3-cu əsas şəhər
(Moskva və Sankt Peterburqdan sonra) idi.
Kommunist Partiyasının hakimiyyəti illərində də neft
Azərbaycan mədəniyyətinə önəmli təsir göstərə bilirdi. Təbliğat-
çılar neft işçilərinə “əmək qəhrəmanı” kimi sitayiş edirdilər. Yazıçı-
lar, rəssamlar və bəstəkarlara “neft işçilərinin böyük əməklərini”
tərifləmək tapşırığı verilmişdi. Bu insanların həyatı və işi barədə
yüzlərlə mahnı, şer, əsər və film yaradılmışdı.
Məsələn hal-hazırda Moskvada yaşayan və Rusiya Rəssam-
lar Ittifaqının sədri vəzifəsində çalışan Azərbaycan rəssamı Tahir
Salahov “Neft daşları” rəsm əsərində neft işçilərinin müvəffəqiy-
yətini təsvir etmişdir. Məşhur müğənni Rəşid Behbudov neft barədə
mahnılar oxumuş və 1960-cı illərdə Azərbaycanfilm studiyası
tərəfin-dən çəkilən və neft işçilərinə həsr olunan “Bəxtiyar”
musiqili filmində əsas rolu canlandırmışdır. Şair Səməd Vurğun isə
özünün məşhur “Azərbaycan” poemasında neft barəsində
yazmışdır.
Bügün bir çox beynəlxalq neft şirkətləri Azərbaycan mədə-
niyyətinin müxtəlif sahələrinin inkişafına yardım etmişlər. Bəzi neft
şirkətləri uşaq evləri, məktəblər və uşaq bağçaları üçün maddi
yardım göstərirlər. Digərləri isə memarlıq abidələrini bərpa edir,
Azərbaycan universitetlərinə və elmi institutlara kompüter və
texniki avadanlıq bağışlayır və ya istedadlı gənclərin yerli və xarici
universitetlərdə təhsilini maliyyələşdirirlər.
NEFT VƏ İNQİLAB. Azərbaycan 1917-ci ilə qədər Rus
Imperiyasının tərkibinə daxil idi və beynəlxalq münasibətlərə bir o
qədər də cəlb olunmamışdı. Çar rejiminin yıxılması və Rusiyada
Oktyabr İnqilabının qələbə qazanması ilə bu vəziyyət dəyişdi.
Azərbaycanı son 100 il ərzində idarə edən nəhəng Rus Imperiyası
dağıldı. Azərbaycan və Qafqazın digər dövlətləri çox çətin və təh-
lükəli vəziyyətə düşdülər. Çoxlu neft ehtiyatlarına malik olan Bakı
şəhəri bir çox dövlətləri özünə cəlb edirdi. Azərbaycanın iri və qüd-
rətli qonşuları Bakıya həsəd aparır və onun üzərində nəzarəti ələ
keçirməyə çalışırdı.
91
1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edir, lakin
ölkənin legitim hakimiyyəti Bakıya daxil ola bilmir. Ərazinin neft
sənayesinin mərkəzi olduğu üçün şəhər Bolşeviklər, Mərkəzi Xəzər
Diktaturası və Ingilislər də daxil olmaqla müxtəlif xarici qüvvələrin
əlində idi.
Sovet Rusiyasında isə Lenin Bakının zəngin neft yataqlarını
nəzarətdə saxlayırdı və Bakı üzərində hakimiyyəti ələ keçirməyə
can atırdı. Lenin təkrar-təkrar deyirdi: “Sovet Rusiyası Bakı nefti
olmadan mövcud ola bilməz. Biz Bakı fəhlələrinə kapitalistləri
devirməkdə kömək etməliyik ki, sonra onlar Rusiya İngilabına
yardım etsinlər.”
Rus bolşevikləri də Bakıda hakimiyyəti yenidən ələ keçir-
mək üçün fəaliyyət göstərirdilər. Onlar azərbaycanlılardan deyil,
əsasən ermənilər və ruslardan ibarət 26 Bakı Kommissarlarını mü-
dafiə edirdilər. Bakı Kommissarları Kommunasının sədri Stepan
Şaumyan bildirmişdi: “Rusiya Bakı neftinin olmamasından çox
əziyyət çəkir. Bakının çoxmillətli fəhlə sinfi ilk bolşevik dövlətinin
qurulmasına yardım etməlidir. Biz onları neft ilə təchiz etməliyik.
Bunun əvəzində Rusiya bizə çörək göndərəcək və bütün Bakı
kasıblarını doyduracaqdır.”
Lakin bolşeviklər Bakı neft mədənlərinin sahibi deyildilər.
Rusiyaya yardım etmək üçün onlar ilk növbədə şəhərdə hakimiyyəti
ələ keçirməli idilər. Lakin bu o qədər də asan deyildi. Azər-
baycanlıların çoxu, hətta Bakıdakı ruslar belə bolşeviklərin rəh-
bərliyi altında yaşamaq istəmirdilər. Nəticədə, bolşeviklər Bakı
ermənilərindən Bakı nefti uğrunda mübarizədə müttəfiq kimi
isifadə etdilər.
NEFT VƏ MİLLİ MÜNAQİŞƏLƏR. 19-cu əsrin əvvəl-
lərində Rus ordusunun gəlişinə qədər ermənilər və azərbaycanlılar
özlərini bir-birinin düşməni hesab etmirdilər. Əslində bu iki xalqın
mədəniyyətləri, xüsusilə də adət-ənənələr, musiqi və mətbəxləri bir-
birinə çox bənzəyir.
Bəs onda azərbaycanlılar və ermənilər arasındakı bu düş-
mənçiliyi kim və nə yaratmışdır? Qafqaz və Kiçik Asiyada öz haki-
miyyətini və təsirini gücləndirməyə çalışan çar və bolşevik Rusiyası
regionda dəfələrlə milli nifrət hissi oyatmağa cəhd göstərmişdir.
1918-ci ildə bolşeviklər erməni millətçiləri olan “Daşnakları” azər-
baycanlılara qarşı qırğına əl atmağa ruhlandırdılar. Daşnaklar hərbi
92
və terrorist hərəkətlər həyata keçirən erməni millətçi Daşnaksütun
Dostları ilə paylaş: |