Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR


Partiyasının üzvləri idilər



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə33/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

Partiyasının üzvləri idilər. 
Həmin il bolşeviklər və daşnaklar gizli danışıqlar apararaq 
Bakıda azərbaycanlılara hücum etmək və  şəhəri  ələ keçirməyi qə-
rara aldılar. Daşnaklar uzunmüddətli döyüşə hazırlaşaraq  şəhərdə 
silahlı qoşunlar toplamağa başladılar. Bu döyüşçülər özlərini hər 
birinin gəzdirdiyi iri mauser revolverinin şərəfinə “mauseristlər” 
adlandırırdılar. Bolşeviklərin həddən artıq Bakı neftinə ehtiyac 
duyurdular və onlar daha artıq gözləyə bilməzdilər, ona görə  də 
mau-seristlərdən azərbaycanlılara qarşı hücuma keçməyi istədilər. 
1918-ci ilin mart ayında Bakıda Azərbaycan-erməni mü-
naqişəsi başladı. Bu əslində ikitərəfli hərbi müharibədənsə, azər-
baycanlıların kütləvi  şəkildə  qırılması idi. Erməni daşnaklarından 
fərqli olaraq, Bakıdakı azərbaycanlıların özlərinin müdafiə etmək 
üçün çox az sayda silah və  hərbi qüvvələri var idi. Onlar güclü 
sürətdə silahlanmış düşmənə qarşı mübarizə aparmağa hazır deyil-
dilər. 
Neft maqnatları müxtəlif  şəxslər və dövlət nümayən-
dələrindən  şəhərdə planlaşdırılan qırığınlarla bağlı  xəbərdarlıq 
aldıqları üçün hücumlara hazır idilər. Onlar şəhərdən qaçmış və öz-
lərinin şəhərkənarı bağ evlərində, çoxu isə Abşeron yarımadasında 
yerləşən Mərdəkanda gizlənmişdilər. Bəziləri isə Moskvaya, Sankt 
Peterburqa və Tehrana qaçmışdılar. Minlərlə kasıb azərbaycanlının 
isə qaçıb canını qurtarmaq üçün nə  şəhərkənarı villası, nə  də ki 
şəhərdən getmək üçün kifayət qədər pulu var idi. Onlardan çoxu isə 
qarşıdan gələn hadisədən xəbərsiz idilər. 
18-ci ilin mart qırğınının sirləri aşkarlandıqdan sonra, hə-
min zaman Bakıda öz evlərində  və küçələrdə 12 min insan qətlə 
yetirildiyi hesablanmışdı. (Mənbə: “Azərbaycan” qəzeti- Azər-
baycan Demokratik Respublikası hökümətinin rəsmi orqanı) 
Mənim ulu babam, xeyriyəçi Hatəm Əbdül Bağı (Səhavətli 
Əbdül Bağı kimi tanınırdı) da onların içərisində idi. Bir hadisədə, 
erməni daşnak komandiri Lalayan yüzlərlə azərbaycanlını əsir almış 
və onları Opera Binasında  əsir saxlayaraq ailələrindən çoxlu miq-
darda pul istəmişdi. Lakin pulunu aldıqdan sonra, əsirləri azad 
etmək əvəzinə onların hamısını güllələmişdi. 
Digər bir daşnak rəhbəri Amazasp Bakı  və Azərbaycanın 
müxtəlif şəhərlərində kütləvi qırğınları davam etdirmişdi. Şamaxıda 
Daşnaklar yüzlərlə insanı 
məsciddə bağlayaraq onları 
 93


yandırmışdılar. Qubada və Salyanda Amazaspın qüvvələri yüzlərlə 
insan öldür-müş və şikəst etmişdilər. 
Azərbaycanlıların yalnız bəzisində silah olmasına 
baxmayaraq, onlar şəhər küçələrində toplanmış  və daşnaklara 
müqavimət göstərməyə çalışmışlar. Məşhur un və neft maqnatı olan 
Ağa Bala Quliyev Bakı küçələri ilə  gəzərək bunları deyirdi: 
“Həmvətənlərim! Xalqımızı xilas etmək çox vacibdir. Hər birinizə 
öz fabrikimdən 4000 kisə un ilə mükafatlandıracam. Gəlin 
şəhərimizi müdafiə edək.” 
Eynilə neft maqnatı Teymur Aşurbəyov da azərbaycanlılara 
belə deyirdi: “Mən sizə 4000 tüfəng və 200 qutu patron verə 
bilərəm.” Yüzlərlə Azərbaycanlı küçələrə  çıxaraq  şəhəri qırğından 
mühafizə etməyə başladı. Lakin erməni-bolşevik koalisiyası daha 
güclü idi və buna görə də azərbaycanlılar məğlub oldular. 
Bu yolla 26 Komissar şəhəri  ələ keçirdi. Bakı nefti bol-
şeviklərin  əlinə keçdi. Bunula əlaqədar olaraq yeni Bakı hö-
kümətinin rəhbəri Stepan Şaumyan deyirdi: “Mən bu qədər mü-
səlmanın ölümünə görə heyifslənirəm. Ancaq bizim qələbəmiz o 
qədər böyükdür ki, biz belə  əhəmiyyətsiz  şeylər barədə dü-
şünməməliyik. ” Bir ayın içərisində Bakı Komissarları Rusiyaya 1,5 
milyon ton neft göndərmişdi. 
Sovet dövründə bütün bu hadisələr gizli saxlanılırdı. Heç 
kəs Azərbaycanın müxtəlif bölgələrində baş verən minlərlə insan 
qətli barədə bir söz danışa bilməzdi. Çox adam hətta bilmir ki, bu 
qırğının qurbanlarının qalıqları bugun Şəhidlər Xiyabanı kimi 
tanınan təpədəki kütləvi qəbirlərdə basdırılmışdır. Yalnız bu il, yəni 
2002-ci ildə Azərbaycan Parlamenti bu hadisələri müəyyənləş-
dirmiş və onları “Azərbaycan xalqının genosidi” adlandırmışdır. 
NEFT  İÇƏRİ  ŞƏHƏRİ  XİLAS ETDİ. Erməni-Bolşevik 
qırğını zamanı Bakının toxunulmaz qalmış  ərazisi qədim qala 
divarları içərisində yerləşən Içəri  Şəhər idi. Bu toxunulmazlıq 
əsasən Azərbaycan müqavimətçilərini silahlandıran və 
təşkilatlandıran neft maqnatlarının və yerli “qoçuların” səyləri 
nəticəsində mümkün olmuşdu. Bu neft maqnatlarından bəziləri öz 
pulları ilə silah almış  və  əhali arasında paylamışdılar. Qədim qala 
divarları ilə müdafiə olunan azərbaycanlılar ermənilərin qarşısını 
almış və onları geri çə-kilməyə məcbur etmişdilər. 
Ən cəsur müqavimətçilərdən biri Içəri Şəhərin müdafiəsini 
təşkil etməyə yardım edən Məmməd Hənifə Tağiyev (1875-1920) 
 94


idi. “Vulkan” Gəmiçilik  Şirkətinin rəhbəri olan Məmməd Hənifə 
məşhur neft maqnatı, torpaq sahibi, məşhur xeyriyyəçi 
H.Z.Tağıyevin adaşı, “Qatır” ləqəbi ilə tanınan Hacı Zeynalabdin 
Tağıyevin (1837-1915) oğlu idi. Məmməd Hənifə Bakıdan Həş-
tərxana, Rəştə, Ənzəliyə və Xəzər dənizinin digər limanlarına neft 
göndərilməsi ilə məşğul olurdu. Neft biznesi onu Içəri Şəhərdə çox 
nüfuzlu və varlı bir adam olmasına səbəb olmuşdu. Bu böhranlı 
günlərdə o neft pullarından istifadə edərək Içəri Şəhəri qırğınlardan 
xilas etmişdi. 
Məmməd Hənifənin ləqəbi “Qoçu Məmməd Hənifə” idi. 
Onun  əyləncələri sırasına güləşmək və revolverdən güllə atmaq 
daxil idi. Ermənilərin hücumundan öncə qohumları onu xəbərdar 
edirdilər: “Tezliklə ermənilər  şəhərdəki bütün müsəlmanları 
öldürəcəklər. Biz şəhərkənarındakı bağlarımıza köçürük. Axmaq 
olma, şəhəri tərk elə!” 
Lakin Məmməd Hənifə cavab vermişdi: “Mən qorxaq deyi-
ləm. Içəri  Şəhər camaatı  məni öz rəhbəri hesab edir.  Onlar mənə 
inanır və hörmət edirlər. Mən necə qaçıb onları bu pis vəziyyətdə 
tək qoya bilərəm?” 
Məmməd Hənifə revolver, tüfəng və hətta pulemyot alaraq 
onları yerli camaat arasında payladı. Sonra o Içəri  Şəhərin bütün 
kişilərini səfərbər etdi. Onlardan bəziləri müharibədən qorxurdu və 
Içəri  Şəhəri müdafiə etmək istəmirdi, lakin Məmməd Hənifə öz 
silahlı qoçuları ilə onların evlərinə  şəxsən getmiş  və özlərinə 
qoşulmağa məcbur etmişdi. 
Məmməd Hənifə Içəri  Şəhərin müdafiəçilərinə özü rəh-
bərlik edirdi. Onun papağı bir neçə dəfə gülləyə gəlsə də, özünə heç 
nə olmamışdı. Bu mənim ailəmə  həmin hadisələrdən yadigar kimi 
qalıb. Məhəmməd Hənifə nənəmin dayısı idi. 
Nəticədə Içəri  Şəhər xilas olmuş, lakin Məmməd Hənifə 
bundan sonra uzun müddət yaşaya bilməmişdi. 1920-ci ildə o 
Bolşeviklər tərəfindən tutulmuş  və “xalq düşməni” elan edilərək 
öldürülmüşdü. 
 Şübhəsiz ki, bu qırğınlar zamanı Bakıda insanları xilas 
edən yüzlərlə digər mərd qoçular olmuşdur, lakin onların bu qəh-
rəmanlıqları Sovet dövründə (1920-1991) unudulmuş  və ya təhrif 
edilmişdi. 
NEFT VƏ BEYNƏLXALQ SİYASƏT. Bakı 
Komissarlarının  şəhər üzərindəki hakimiyyəti o qədər də uzun 
 95


sürmədi. Rusiya hökuməti Bakı neftini ələ keçirsə  də, söz verdiyi 
kimi bunun əvəzində çörək göndərmədi və nəticədə Bakının kasıb 
əhalisi aclıqla üzləşdi. Bakıda menşeviklər və daşnaklar öz əvvəlki 
müt-təfiqləri olan Sovet Rusiyasına qarşı ayağa qalxdılar və ingilis 
ordusunu  şəhərə  dəvət etdilər. 1918-ci ilin yayında ingilis hərbi 
hissəsi Bakıya göndərildi və 26 Bakı Komissarını həbs edərək onla-
rı güllələdi. Yenidən Lenin Bakı neftindən məhrum oldu. 
Həmin dövrdə  Gəncədə yerləşən Azərbaycan Demokratik 
Respublikası (ADR) höküməti Türkiyənin köməyi ilə Bakıya 
qayıtmağa cəhd göstərdi. Sentyabrın 15-də türk generalı Nuru Paşa 
3 min əsgərlə  və 11 minlik gənc Azərbaycan ordusu Bakıya daxil 
oldular və 30 minlik daşnak və rus menşevik hərbi koalisiyasını 
məğlub etdilər. Ingilislər tələsik  şəhəri tərk etdilər və  gənc 
Azərbaycan höküməti öz qərargahını kiçik Gəncə  şəhərindən 
Bakıya köçürdü. Noyabrın 17-də beynəlxalq pakta əsasən türklər 
Bakını tərk edir, ingilis ordusu isə formal olaraq ADR hökümətini 
tanıdı və Bakıya qayıtdı. 
Lakin bolşeviklər Bakı neftini ələ keçirmək planlarından əl 
çəkməmişdilər. 1920-ci il aprel ayının 28-də ADR 11-ci Qızıl Ordu 
tərəfindən işğal olunur və müəyyən müddətdən sonra SSRI-nin tər-
kib hissəsinə çevrilir. Moskva öz emissarı Serebrovskini Bakının 
bü-tün neft sənayesinə  rəhbərliyə  təyin edir. Bundan sonra şəxsi 
sahibkarlar bütün mülkiyyətindən məhrum edilmiş və onların mül-
kiyyəti ələ keçirilmiş və müsadirə olunmuşdu. Bu vəziyyət 70 ildən 
çox (1921-1970) davam etmişdi. 
1920-ci ildə Bakıdakı neft maqnatlarının çoxu ADR hökü-
mətinin devriləcəyini güman edirdilər və buna görə də onlar öz neft 
şirkətlərinin səhmlərini satmağa çalışırdılar. Heç kəs bu səhmləri 
almaq istəmirdi, çünki Qafqazda siyasi vəziyyət çox qeyri-sabit idi. 
Yalnız Standard Oil Company şirkətinin təsisatçısı olan amerikan 
miliyoneri Con Rokfeller istisna təşkil edirdi. O, Nobel, Mantaşev, 
Nağıyev, və digər məşhur Bakı neft maqnatlarının səhmlərini 
almağa cürət etdi. 1920-ci ildə Bakı bolşeviklər tərəfindən yenidən 
işğal olunanda Rokfeller təəcübüdən donub qalmışdı. O əmin idi ki, 
bolşeviklərin hakimiyyəti uzun sürməyəcək. Rokfeller bolşeviklərin 
devrilməsini gözləyirdi, lakin hər şey əbəs idi. 
II Dünya mühabirəsi zamanı Adolf Hitler Bakı neft mədən-
lərini  ələ keçirməyə çalışdı. Həmin dövrdə sovet tanklarının və 
təyyarələrinin 90%-i Bakı yanacağı ilə  işləyirdi. Hitler paytaxta 
 96


1942-ci il sentyabrın 25-i hücum etmək planı hazırlamışdı. Sənədli 
filmdən də göründüyü kimi Hitler öz generallarının əhatəsində açıq-
aydın olan qələbəni bayram edir. “Qələbə tortu” üzərində “Bakı” 
yazılan seçilmiş tikə Hitlerə verilir. “Xəzər dənizi” digərləri 
tərəfindən bölünür. Müttəfiqlər isə öz növbəsində Hitlerin Xəzər 
dənizini  ələ keçirmək iddiasından xəbərsiz deyildilər. Ingilislər 
hətta  əgər Hitler şəhəri  ələ keçirəcəyi təqdirdə neft mədənlərini 
dağıtmaq məqsədilə Bakının “Qara Şəhərinin” neft mədənlərinə 
atılacaq bombaların dəqiq hədəflərini nəzərdə tutan plan 
hazırlamışdılar. 
Xoşbəxtlikdən 1942-ci ilin qışı iradəli alman qoşunlarını 
Şimali Qafqazın izolə edilmiş dağlarında dayanmağa məcbur etdi. 
Əgər Hitler Bakını ələ keçirsə idi, onda Sovet ordusu özünün əsas 
yanacaq təchizatından məhrum olmuş olardı və müharibə tamamilə 
başqa sonluqla bitmiş olardı. Çox adam müttəfiqlərin nasist 
Almaniyası üzərindəki qələbədə Azərbaycanın oynadığı rolu 
layiqincə qiymətləndirmir. 
1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra 
Azərbaycan xalqı yenidən öz milli neft ehtiyatlarından yararlanmaq 
şansını  əldə etdi. 1994-cü ilin sentyabr ayında dünyanın aparıcı 
korporasiyaları olan beynəlxalq  şirkətkərlə 20-yə yaxın neft mü-
qaviləsi imzalandı. Nəticədə ölkə iqtisadiyyatına milyonlarla dollar 
investisiya yatırıldı. 
Bu gün Azərbaycanda həyat hələ  də neft ilə çox bağlıdır. 
Azərbaycanlılara yeni iş yerləri açmağa yardım edən neftdən gələn 
gəlirlər şəhərin memarlığını da dəyişmişdir. Bütün şəhər ərazisində 
yüzlərlə yeni binalar, marketlər, restoranlar və bağlar tikilir və 
salınır. Yenidən Azərbaycan Qafqazın iqtisadi və siyasi mərkəzinə 
çevrilir və buna təkanverici qüvvə əsrlər boyu olduğu kimi yenə də 
neftdir. 
 
 

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin