əzəmətli dağ kimi baş qaldırır. Həmin alov dənizinin böyük bir his-
səsini işıqlandırır. Bu hadisəni sahildən müşahidə etmək olar.”
XIV ƏSR. Bakılı Əbdürrəşid 14-15-ci əsrlərdə “Tanrının
Yaratdığı Abidələrin və Möcüzələrin Təsviri” adlı bir əsər
yazmışdır. O, həmçinin yanar qazın mənbəyinin təsvirini verir:
“Müəyyən illərdə Bakı əhalisi dənizdən gələn və yuxarıya dögru
baş qaldıran atəşi müşahidə edirlər. Bu atəş iki günlük və daha çox
məsafədən də görünə bilir. Müəyyən bir müddət yandıq-dan sonra,
alov yox olur.”
XVII ƏSR. Bugün Bakının şəhərkənarında Atəşgah adlı bir
yerdə eyni adlı bir kompleks yerləşir. Atəşgah atəşpərəstlər tərəfin-
dən istifadə olunurdu və indi muzeyə çevrilmişdir. Bu tikili
Abşeron yarımadasında yerləşən “Suraxanı” adlanan ərazidə
yerləşir. Bu söz fars sözü olan “Surax” (deşik) və “xanı” “fontanın
mənbəyi” sözlərindən əmələ gəlmişdir. Tarixi mənbərlərə görə,
burada hindli atəş məbədinin (Atəşgahın) tikintisinə qədər, yerli
camaat bu yerdə ibadət edirdilər, çünki “burada yanar yeddi
müqqədəs çuxur” var idi. Və buradan da “Suraxanı”—“yanar
fontanlı deşiklər” adı yaranmışdır.
Atəşgahı 1683-cü ildə səyahət edən ingilis səyahətçisi
Engelbert Kempher yazır: “Əvvəllər, məbəddən 500 addımlıq mə-
safədə eyni sıra boyunca yerləşən 7 deşiyi müşahidə etmək olardı.
Ilkin zamanlarda alov bu deşiklərdən bayıra çıxardı. Sonralar alov
yox oldu və başqa yerdə üzə çıxdı ki, həmin yerdə də sonralar
Atəşgah tikildi.”
Dostları ilə paylaş: