Lakin Türkiyənin Sovet Türk xalqlarının oxuya biləcəyi
əlifbanı seçməsi Stalini narahat edirdi. Çünki, o, qorxurdu ki, bu
xalqlar onun hakimiyyətinə qarşı Türkiyə ilə birləşər. O, Türkiyənin
də latın əlifbasını qəbul etməyini gözləmirdi. Buna görə də 10 il
sonra 1939-cu ildə Stalin təcili olaraq belə cəhdləri pozdu və tez
Sovet dövlətinin bütün islam respublikalarında kiril əlifbasının
geniş istifadəsini qəbul etdirdi.
Heç şübhə yox ki, Axundov yeni müstəqil Azərbaycan Res-
publikasının Parlamenti tərəfindən atılmış ilk mühüm addımlardan
birinin latın əlifbasının yenidən qəbul edilməsi olduğunu bilsəydi
gülümsəyərdi. Bu qərar müstəqillikdən yalnız bir neçə həftə sonra –
1991-ci il dekabrın 25-də verildi. Axundovun mirası hələ də
yaşamaqdadır.
Dostları ilə paylaş: