“Bir gün mənim rəfiqəm Piraya sirli şəkildə gülərək mənə
yaxınlaşdı. ‘Dilbər, heç bilirsən sənə nə gətirmişəm?’ Mən təəcüblə
ona baxdım.
“Təsəvvür eləyə bilərsən”, deyə o əlavə etdi: “Bir gün küçə
ilə gedirdim və qəflətən ailəmizin köhnə dostlarından olan Müşfiqi
gördüm. O, mənə yaxınlaşdı və Pedoqoji texnikumdakı təhsilimlə
maraqlandı. Biləndə ki, sən də məninlə orada oxuyursan, çox sevin-
di. O, cibindən bir məktub çıxardı və onu sənə verməyi xahiş etdi.”
“Bir-birinizi çoxdan tanıyırsınız?”, deyə Piraya məndən
soruşdu.
“Mən cavab vermədim. Məktubu açdım və gördüm ki, o
mənim üçün şer yazıb. Şair məni ilk dəfə təsadüfən gördüşdüyümüz
gecədən yadında saxlamışdı.”
Dostları ilə paylaş: