Partiyası Mərkəzi Komitəsinin binası və Parlament Binasının layi-
hələri üçün irimiqyaslı tikinti işlərinə başlanğıc verdi.
Lenin meydanında Abşeron və Azərbaycan mehmanxana-
ları ucaldıldı. Moskva mehmanxanası isə Avropadan gələn varlı əc-
nəbilərin qaldığı bir mehmanxana kimi şöhrət qazandı.
Ümumilikdə, Stalin üslubu daha müasir memarlıq formaları
ilə əvəz olundu. Köhnə Parapet çoxlu sayda fontanları və heykəlləri
olan Fontanlar Meydanına çevrildi.
Həmin dövrdə Azərbaycan kitabları və qəzetləri Kommu-
nist Partiyasının Bakının gözəlləşdirilməsindəki rolunu vurğulayır-
dılar. Brejnev özü dəfələrlə şəhərə səyahət etmiş və demişdi: “Bakı
gözəl şəhərdir. Burada yaşamaq və işləmək çox xoşdur.” Onun bu
sözləri tezliklə Bakıdakı lövhələrdə şüar kimi istifadə olunmağa
başladı.
Bütün bu nailiyyətlərə baxmayaraq, Azərbaycan memarlığı
bütün Sovet Ittifaqını bürüyən eyni problemlərdən əziyyət çəkirdi.
Indi Azərbaycan müstəqil bir dövlət olduğundan, biz açıq-açığına
yaza bilərik ki, Brejnev dövründə tikilən yaşayış evləri də aşağı
160
keyfiyyətli idi. Buna səbəb Sovet tikinti sənayesini bürümüş
korrupsiya idi. Adətən yeni evlərdə yaşayan insanlar həmin evləri
özləri təmir etməyə məcbur olurdular, çünki onlar çox aşağı
keyfiyyətli tikilirdi.
YENİLİKLƏR. Bakı memarlığı Azərbaycan 1991-ci ildə
müstəqillik qazandıqdan sonra çox dəyişmişdir. Azərbaycan ilə neft
müqaviləsi imzalayan xarici neft kompaniyaları özləri ilə çox
böyük investisiya axını gətimişlər. Bu kompaniyalardan çoxu öz
ofislərini şəhərin mərkəzində açmışlar, bəziləri isə hətta orta əsrlərə
aid Içəri Şəhəri seçmişlər. Bakının memarlıq mühitini əks etdirmək
üçün yeni ofislərin çoxu ənənəvi Şərq üslubunda tikilir və orta əsr
evlərini xatırladır. Içəri Şəhərdə yerləşən köhnə evlərin çoxu
yenidən bərpa olunmuş və bununla da Bakının tarixi mərkəzinə
daha təmiz və müasir görkəm vermişlər.
Bununla belə, bir çox azərbaycanlı memarlar Içəri Şəhərdə
aparılan yeni tikinti işlərinə kəskin etiraz edirlər. Onlar deyirlər ki,
orada aparılan geniş tikinti işləri orta əsrlər şəhərinin nadir
strukturunu pozur. Qız Qalası, Şirvanşahlar sarayı da daxil olmaqla
qala daxilindəki Içəri Şəhər 2000-ci ildən UNESCO’nun Dünya
Əhəmiyyətli Abidələr statusuna malikdir, lakin onu qorumaq üçün
lazımi tədbirlər yerinə yetirilmir və ya yerinə yetirilməsi çox
çətindir.
Sovet dövründə Bakı rahat və dəbdəbəli otellər az idi.
Lakin indi şəhərdə çoxlu sayda əcnəbi olduğundan, yeni otellər
tikilməkdədir. Bunlara iki nümunə kimi Avropa Oteli və ISR
Plaza’nı göstərmək olar. Köhnə Naxçıvan oteli hal-hazırda bərpa
olunmuş və Hyatt Regency və Hyatt Towers adı ilə tanınır. Hyatt
kompleksində həm ofislər, həm də yaşayış mənzilləri vardır.
Bakının səma xəttini Azərbaycan Milli Bankı və Tikinti
Bankı kimi yeni polad və şüşəli binalar kəsir. Bu müasir binalar
Bakını Sovet görkəmini hələ də saxlayan Tiflis və Yerevan kimi
Qafqaz şəhərlərindən fərqləndirir.
Bakıda son dövrlərdə tikilən yaşayış binalarında və
məscidlərdə türk təsiri açıq-açığına hiss olunmaqdadır. Bu məscid-
lər ənənəvi Azərbaycan üslubundan fərqli olaraq Osmanlı üslubun-
da tərtib olunmuşdur. Adətən Osmanlı məscidləri nazik nizə başlı
minarələrə və geniş silindr formalı günbəzlərə məxsusdur. Bu üs-
lubun ən yaxşı nümunəsi Istanbulda yerləşən məşhur Aya Sofya
məscididir. Bakının ən məşhur məscidlərindən biri türk Cümə
161
məscidi Osmanlı üslubundadır və bir neçə il bundan əvvəl Şəhidlər
Xiyabanı yaxınlığında tikilmişdir.
Azərbaycan üslublu məscidlər ənənəvi olaraq ağ daşdan
tikilən enli, qısa minarələrə malikdir. Türk minarələrinin metallik
və rəngli damlarından fərqli olaraq, yerli minarələrin hər biri orna-
mentlərdən və eyvanın aşağısında yerləşən daşların üzərinə oyul-
muş Quran ayələrindən ibarət sadə görünüşə malikdir. Bakıda
yerləşən 10-cu əsrə aid Məhəmməd məscidi bunun bariz nümu-
nəsidir.
Çoxlu sayda xaricilərin olması bütün Bakıda yeni mağaza-
ların və dükanların tikilməsinə səbəb olmuşdur. Qərb üslubunda
tikilən supermarketlər Sovet tipli mağazları əvəz etməkdədir. Bakı-
da tikilən ilk supermarketlərdən biri Ramstor olmuşdur. Hal-hazırda
onun bütün şəhərdə supermarketlər şəbəkəsi mövcuddur.
Yeni restoranlar, kafelər, sonsuz sayda şadlıq evləri də
Bakıda açılmaqdadır. Bütün bu binalar Bakının ənənəvi görünüşünə
yeni xüsusiyyətlər əlavə etmişdir.
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən
tərcümə etdi: Aytən Əliyeva
Redaktə edən: Aydan Nəcəfova
162
MÜNDƏRİCAT
Müəllif və onun əsərləri haqqında-------------------------------------- 4
Müəllifdən------------------------------------------------------------------ 14
QƏDİM TƏBABƏT
Musiqi terapiyası---------------------------------------------------------- 17
Ətirlərlə müalicə ---------------------------------------------------------- 21
Qədim şərablar------------------------------------------------------------- 29
Sağlam qidalanma və uzunömürlük------------------------------------ 33
ORTA ƏSR ƏLYAZMALARI
Əlyazmalar institutu: Azərbaycanda erkən əlifbalar----------------- 40
Əsrlərdən gələn səslər: Baki Əlyazmalar İnstitutu------------------- 45
TARİX VƏ MƏDƏNİYYƏT
Azərbaycan tarixini yazarkən: həqiqət axtarışında------------------- 50
XIII əsrin Darvini? Tusinin təkamül barədəki fikirləri--------------- 71
Fərqli bir Koroğlu--------------------------------------------------------- 76
Baki: neftin tikdiyi şəhər------------------------------------------------- 84
Azərbaycan – Odlar Yurdu ---------------------------------------------- 97
Atəşgah: 150 il öncə fransız yazıçısı A.Dümanın
nəzərində-------------------------------------------------------------------
99
İpək yolu: Azərbaycanda tut ağacının tarixi
(F.Ələkbərli, İ.Əliyev)-------------------------------------------------------------
101
Köhnə Bakı haqqında xatirələr------------------------------------------ 104
İslamda yemək təcrübəsi və müasir Azərbaycan
gercəkliyi-------------------------------------------------------------------
119
Sofi Həmid qəbirstanlığı: solğun rənglər və əks
olunmuş ömür--------------------------------------------------------------
123
GÖRKƏMLİ TARİXİ ŞƏXSİYYƏTLƏR
Mirzə Fətəli Axundov: öz dövrünü qabaqlayan
əlifba islahatçısı-----------------------------------------------------------
136
Gündəliklər: Şair Mikayıl Müşviq-------------------------------------- 138
Aktyor Sarabskinin xatirələri-------------------------------------------- 143
MEMARLİQ ABİDƏLƏRİ
Bakı memarlığı, memarları, və bu memarları
maliyələşdirən şəxsiyyətlər----------------------------------------------
149
163
164
Azerbaijan İnternational, 2008
Fərid Ələkbərli, 2008
Dostları ilə paylaş: |