verməmişdi. Bununla belə, onun kitabı bizə bu istedadlı şairin həya-
tı barəsində ilkin məlumat vermək üçün çox dəyərlidir.
Dilbər yazır ki, Müşfiq hətta uşaq ikən çox mərd və səmimi
olmuşdur. Müşfiq valideynlərini uşaq yaşlarında
itirmişdi və bun-
dan sonra nənəsi onun qayğısına qalmışdır. Nənəsi onu müsəlman
ibtidai dini məktəbi olan mollaxanaya göndərir. Kasıb uşaqlar üçün
nəzərdə tutulan bu məktəb qaranlıq, çirkli bir zirzəmidə yerləşirdi.
Molla şagirdləri ərəbcə Quranı əzbərləməyə məcbur edirdi.
Şagirdlər ərəb sözlərini düzgün tələffüz etmədikdə, molla onları
çubuqla döyərdi. Gənc Müşfiq mollaxanaya nifrət edirdi,
buna görə
də bu məktəb haqqında aşağıdakı acıqlı misraları yazmışdı:
Uşaqlar əyləşib yerə,
Cındır həsir—dolu birə,
Belə molla yerə girə!
De görüm bu molla—
Hara mollasıdır?
Yoxsa, bu molla qara mollasıdır?
Müşfiqin nənəsi onun bu şerini gördükdə Müşfiqi sözünü
açıq-aşkar dediyinə görə xəbərdar etdi: “Əgər sən belə davam etsən,
onda bizim hamımızın axırı gələcək. Sən yetimsən. Kim sənin qey-
dinə qalacaq?” Zaman nəticədə nənəsinin doğru olduğunu sübut
etdi.
Sovet dövründə Müşfiq dünyəvi
məktəbə daxil olmuş və ali
təhsilini başa vurmuşdu. O tezliklə sosializmin “Azadlıq, Bərabərlik
və Qardaşlıq” kimi şüarlarından təsirlənməyə və rejimin bütün yer
üzündəki insanlar üçün sosializm cənnəti quracağına dair sözlərinə
inanmağa başladı. Müşfiq də digər azərbaycanlı ziyalılar kimi so-
sializm ideyalarını alqışlamağa başladı.
Öz şerlərində Müşfiq sənaye işçilərinin
və fəhlələrin
işlərinin tərənnüm edir və Bakı və digər şəhərlərdə sənaye müəs-
sisələrinin tikilməsini tərifləyirdi. Yaşınım 20-ci çağlarında olması-
na baxmayaraq, Müşfiq öz şerlərinə görə çox tanınırdı. O, məhəb-
bət və gözəllik barəsində sonsuz sayda şerlər yazmışdı.
Müşfiqin həyat yoldaşı yazır ki, Müşfiq 1920-c illərdə
Azərbaycanda ərəb əlifbasından latın əlifbasına keçidi alqışlayırdı.
Müşfiq ümid edirdi ki, mürəkkəb ərəb əlifbasından sadə latın əlif-
basına keçid Azərbaycanda və digər Şərq ölklərində savadsızlığı
140
aradan qaldıracaqdır. O hətta bu önəmli
hadisəni qeyd etmək üçün
şer də yazmışdı:
Səndə günahı var bir müqəssirin, Budur müddəinin ən son xitabı:
Əlvida! Əkvida, ey köhnə əsrin, Köhnə əlifbası, cındır kitabı.
Müşfiq ziddiyyətli məsələlər barədə də öz səsinin ucaltmaq-
dan çəkinmirdi. Məsələn, stalinçilər deyirdi ki, Azərbaycanın
milli
musiqi alətləri, xüsusilə də 11 simli musiqi aləti olan tar qadağan
olun-malıdır. Azərbaycan Kommunist Partiyasının rəhbəri Mir Cə-
fər Bağırov tar çalmağı qadağan etdikdə, Azərbaycan ziyalıları dəh-
şətə gəldilər.
Müşfiqin həyat yoldaşı bu barədə yazır: “Məşhur tarzən
Qurban Pirimov bizə gəldi və bu məsələ ilə bağlı kədərli
olduğunu
bil-dirdi. ‘Bəli, bəli, mən bu barədə eşirmişəm’, deyə Müşfiq
dilləndi, ‘Mən buna inana bilmirəm… Xalqı onun sevimli milli
musiqi alətindən məhrum etmək, onu sevincdən məhrum edərək
əbədi qüssəyə düçar etmək deməkdir.
“Müşfiq özünün divardan asılmış tarını götürdü və
Qurbandan xahiş elədi ki, onu çalsın. Qurban “Rast” muğamını
çalarkən Müşfiq nə isə barəsində fikirləşirdi.
Sonra qəflətən onun
səsi mu-ğamın musiqisinə qarışdı:
Dostları ilə paylaş: