Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə47/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   41   42   43   44   45   46   47   48   49
Fərid Ələkbərlinin məqaləsini ingilis dilindən  
tərcümə etdi: Aytən Əliyeva 
Redaktə etdi: Ülviyyə Məmmədova 
 
 
 
 
 
 149


MEMARLIQ ABİDƏLƏRİ 
_________________________________________________ 
 
BAKI MEMARLIĞI, MEMARLARI, VƏ BU 
MEMARLARI  MALİYƏLƏŞDİRƏN   
ŞƏXSİYYƏTLƏR 
 
Mənbə: Azerbaijan International jurnalı - AI 9.4 (Qış 2001) © 2004, 
Azerbaijan İnternarional 
 
akını  gəzərkən siz müxtəlif növ binalara rast gələcəksiniz. 
Daş qalalar, heyranedici saray iqamətgahları, orta əsr məs-
cidləri ilə yanaşı müasir yaşayış binaları, müasir bank 
binaları və otellər. Müasir həyatın hay-küyü və qarışıqlığı içərisində 
hər tərəfdən tarixlə əhatə olunmaq kimi gözəl bir hiss duyulur. 

Lakin, çox maraqlıdır ki, azərbaycanlıların çox az bir his-
səsi Qız Qalası  və 19-cu əsrin sonu 20-ci əsrin  əvvəllərində ucal-
dılan möhtəşəm binalar da daxil olmaqla şəhərin  əsas qədim tiki-
lilərinin tarixi barədə məlumata malikdir. Bu tikililərin çoxu barədə, 
xüsusilə də Kommunist hakimiyyətindən (1920-1991) əvvəl, Birin-
ci Neft Yüksəliş dövründə tikilən binalar barədə  ətraflı  məlumat 
Sovet dövründə ya gizlədilmiş, ya da təhrif olunmuşdu. 
Qız Qalası Bakının ən məşhur və heyranedici abidələrindən 
biridir. O çox nadir bir quruluşa malikdir: Silindr formalı 8 mər-
təbəli daş qala iri bir daş  çıxıntısına və ya başqa cür desək “quy-
ruğa” birləşdirilib. Yuxarıdan ona nəzər yetirdikdə binanın nəhəng 
bir vergül işarəsinə bənzədiyini söyləmək olar. 
Qız Qalasının yaranmasının mənbəyi indiyədək sirr olaraq 
qalmaqdadır. Azərbaycan tarixçiləri hələ  də bina bərədə  ən bəsit 
suallar üzərində belə müzakirələr aparırlar. Buraya bu tipli suallar 
daxildir: Bina nə vaxt tikilib? Nə  məqsədlə istifadə olunub? Nə 
üçün belə spesifik formaya malikdir? 
Sovet arxeoloqları və tarixçiləri Qız Qalası ilə bağlı tədqi-
qatlar apararkən, müəyyən etmişdilər ki, bu tikili memar Məsud ibn 
Davud tərəfindən 12-ci əsrdə  hərbi qala kimi tikilimişdir. Məsud 
ibn Davudun adı tikilinin divarına salınmış daşın üzərinə həkk edil-
mişdi. Sonralar tarixçi Sara Aşurbəyli müəyyən etmişdi ki, bu daş 
sadəcə olaraq tikilinin təmiri zamanı istifadə olunan qırılmış 
 150


sərdabə daşıdır. Çox güman ki, Məsud ibn Davud hətta memar belə 
olmamış və qalayla heç bir əlaqəsi olmamışdır. 
Azərbaycan müstəqilik  əldə etdikdən sonra (1991-ci ilin 
sonları) tarixçi memar Şamil Fətullayev özünün “Bakının Memarlıq  
Ensiklopediyası” ında (1998) yazırdı ki, qala 1300 il bundanəv əvəl, 
islama qədərki dövrdə tikilmişdir. 
Professor Davud Axundov daha maraqlı bir nəzəriyyə irəli 
sürmüşdür. O deyir ki, bu bina heç bir zaman hərbi məqsədlər üçün 
istifadə edilməmiş, ancaq qədim Zərdüşt atəşpərəst məbədi 
olmuşdur. Axundov özünün “Qədim və Erkən Orta Əsr Azərbaycan 
Memarlığı” kitabında (1986, Bakı, səh. 287) yazır: “Eramızın ilk 
miniliyyinin başlanğıcında yeddi  tanrıya həsr edilən həmin dövrlər 
üçün möhtəşəm, səkkiz mərtəbəli qala məbədi (Qız Qalası) ucal-
dıldı. Orada yeddi müqəddəs mərtəbə var idi. Divarlar Panteonda 
Ahuraməzda (Hörmüzd) və Mitra  tanrılarının şərəfinə yanan rəngli 
atəşləri ilə bir yerdə olan ibadətgahları gizlədirdi.” 
Heç kəs Qız Qalasının nə zaman tikildiyini bilməsə  də, 
ancaq bir şey məlumdur ki, bu tikili 12-ci əsrdə deyil, ondan bir ne-
çə əsr öncə inşa edilmişdir. 
ŞİRVANŞAHLAR SARAYI. Orta əsrlərin Şirvanşahlar Sa-
rayı Azərbaycanlılar üçün çox önəmli bir rəmzdir, çünki o, onlara 
Azərbaycanın müstəqil bir dövlət kimi tarixini xatırladır. SSRI-dəki 
bəzi şovinist akademiklər sübut etməyə çalışırdılar ki, Azərbaycan 
ayrıca dövlət kimi heç vaxt mövcud olmamış və o, 1918-ci ilə qədər 
rus və iranlılar kimi başqa xalqların hakimiyyəti altında olmuşdur. 
Əslində  bəzi düzgün məlumatlandırılmamış azərbaycanlılar və 
əcnəbilər hələ də bu fikrə inanırlar. Lakin bu saray da daxil olmaqla 
bütün tarixi faktlar sübut edir ki, Şirvan dövləti (Şimali Azər-
baycan) 9-cu əsrdən 16-cı  əsrədək olan 700 illik bir dövrdə 
müstəqil bir dövlət olmuşdur. 
Bakıdaki Şirvanşahlar sarayı 15-16-cı əsrlərdə Şirvan döv-
lətinin başçıları  tərəfindən tikdirilimişdir. Bu orta əsrlər dövründə 
bütün Azərbaycan ərazisində dağıdılmamış yeganə qədim iri saray 
idi. Saray kompleksi içərisində iki mərtəbəli əsas bina yerləşir. Bir 
zamanlar bu binada qızıldan hazırlanmış çox gözəl bir taxt var idi. 
Əsas binanın qarşısında 15-ci əsr alimi Seyid Yəhya Baküvinin 
məqbərəsi yerləşir. Yaxınlıqda yerləşən Divanxananın giriş qapısı 
gözəl daş oymalar ilə  bəzədilmişdir. Sarayın aşağı  həyətində 
 151


Şirvanşahların sərdabələri, məscid və  qədim hamam qalıqları 
yerləşir. 
Şirvanşahlar Sarayı  həqiqi bir saray kimi uzun müddət 
xidmət göstərməmişdir. 16-cı  əsrdə Bakı  Cənubi Azərbaycanın 
(hal-hazırda Iran) Ərdəbil  əyalətindən olan Şah  İsmayıl Səfəvi 
tərəfindən işğal edildi. O Şirvan dövlətini tamamilə  ələ keçirir, 
hakim  şah nəslinin bütün nümayəndələrini öldürtdürür və 
Şirvanşahlar Saray kompleksinə aid bəzi binaları yandırtdırır. 
19-cu  əsrdə rus əsgərləri Sarayın  əsas binasından kazarma 
kimi istifadə etmişdilər.  İki məsciddən biri hərbi arsenal kimi 
istifadə olunmuş  və 1918-ci ildə partlamışdı. Hal-hazırda sarayın 
həyətində yalnız bir məscid qalmışdır. 
Sovet dövründə  Şirvanşahlar Sarayı muzey kimi istifadə 
olunmuşdur. Bugün də muzey və onun tikililəri bağlıdır və sarayda 
geniş miqyaslı  təmir işləri aparılır (məqalə 2004 ildə yazılmışdır). 
Təssüflər olsun ki, maliyyə çatışmazlığı bu təmir işlərinin 
dayandırılmasına səbəb olmuşdur. 
SOVET DÖVRÜNƏ  QƏDƏRKİ MEMARLAR. Sovet 
dövründə orta əsr Azərbaycan memarları nisbətən yaxşı  tədqiq 
olunmuşlar. Bunlardan ən məşhuru 12-ci əsr memarı  Əcəmi ibn 
Əbubəkir, və ya sadəcə  Əcəmi Naxçıvani kimi tanınan memardır. 
Onun şərəfinə Bakıda bir metro stansiyası adlandırılmışdır. Əcəmi 
Naxçıvani Naxçıvanda daş oymalar və  şüşə ilə  bəzədilmiş iri qala 
tipli türbə tikmişdir. O, bu türbəni 1186-cı ildə Cənubi Azərbaycan 
və Naxçıvanda hakimlik edən Eldənizlər dövlətinin başçısı Sultan 
Məhəmməd Cahan Pəhləvanın arvadı Möminə Xatunun şərəfinə 
ucaltmışdır.  Əcəmi Naxçıvani həmçinin Naxçıvanda Yusif ibn 
Küseyir türbəsini tikmişdir. 
13-14-cü əsr digər qabaqcıl Azərbaycan memarları Zeynal-
abdin  Şirvani, Mahmud ibn Maqsud, Hacı  Əlişah Təbrizi, Ömər, 
Nizam Təbrizi, Cəmaləddin,  Əbdül Mömin Təbrizi, Tacəddin və 
Arif olmuşlar. Sovet dövrü tarixçiləri Mərdəkan Qalasını tikən 
Əbdül Məcid və Bakı yaxınlığında Nardaran Qalasını inşa edən 
Mahmud ibn Səad kimi 13-cü əsr məşhur Bakı memarlarını tədqiq 
etmişlər. Bizə  həmçinin Azərbaycan memarlarının Hindistandakı 
Tac Mahal sarayının və  Mərkəzi Asiya və  Şərqdə digər memarlıq 
abidələrinin tikintisində iştirak etmələri də məlumdur. 
Sovet dövründə orta əsr memarları  təriflənsə  və  tədqiq 
edilsə də, kapitalizm dövründə fəaliyyət göstərən bir çox Azərbay-
 152


can memarları unudlur və diqqətdən kənar saxlanılırdı.  Əslində 
Stalin dövründə heç kəs onların adını belə çəkə bilməzdi. 
Azərbaycan müstəqillik qazandıqdan sonra Şamil Fətul-
layev kimi alimlər 19-cu əsrin sonu 20-ci əsrin  əvvəllərində  fə-
aliyyət göstərən istedadlı memarların işlərini daha geniş  tədqiq 
etməyə başladı. 1998-ci ildə  nəşr etdirdiyi “Bakının Memarlıq 
Ensiklopediyası”nda Fətullayev çoxdan unudulmuş Qasım Hacıba-
babəyov, Məşədi Mirzə Qafar Ismayılov, Zivər  Əhmədbəyov, G. 
Axundov, Ömər Abuyev, Ismayıl Qacar və Mirzə  Həsən Hacınski 
kimi memarların işlərini əks etdirmişdi. 
Sovet dövründə rus memarları Bakının orta ərs qala şəhə-
rini yenidən qurduqları  və müasirləşdirdiklərindən diqqət mər-
kəzində idilər. 1859-cu ildə Bakı Rusiya Imperiyasının Bakı vilayə-
tinin paytaxtı olduqdan sonra rus memarları barokko, qotik, renes-
sans, modern və mavritan kimi qərb memarlıq üslublarını Bakıya 
gətirdilər. 
Lakin Azərbaycan inşaatçıları da bu işdə  əmək sərf etmiş-
dilər. Planlaşdırma və tikinti işlərinin çoxu Qasım Hacıbababəyov 
(1811-1874) və  Məşədi Mirzə Qafar Ismayılov tərəfindən həyata 
keçirilmişdi. 1862-ci ildən 1867-ci ilə  qədər Hacıbababəyov mər-
kəzi Bakının bütün sahil bölgəsində tikinti işlərini tamamladı. Bu 
bölgə hal-hazırda şəhərin ən gözəl hissələrindən biri hesab olunur. 
O, dənizkənarı parkı saldı, su təchizatı sistemi yaratdı və çoxlu say-
da fontanlar tikdirdi. Hacıbababəyov həmçinin indi Bakının 
mərkəzi parklarından biri olan kölgəli Sisiyanov parkının planını 
hazırladı. 
Hacıbababəyov indi Fontanlar Meydanı kimi tanınan və şə-
hərin mərkəzi meydanı olan Parapet meydanının layihəsini də 
hazırlamışdı. 1868-ci ildə o, bu meydan yaxınlığında geniş kar-
vansaray tikdirdi. Indi bu binada Araz kinoteatrı yerləşir. Qoslavski, 
Ploşko, Eyxler və Fon der Nonne kimi rus, polyak və alman me-
marları Sovet dövrünə  qədərki dövrdə Bakıda Bakı  Şəhər  Du-
masının  (hal-hazirda orada Baknın icra hakimiyyəti yerləşir) Icra 
Hakimiyyətinin, Muxtarov Sarayı, Tağıyev Sarayı  və Ismailliyyə 
Binası kimi bir sıra memarlıq  şedevrlərinin tikilməsində  əhəmiy-
yərli rol oynamışlar. 
NEFT MAQNARTLARI. 19-cu əsrin sonu 20-ci əsrin  əv-
vəllərində tikilən möhtəşəm binaların çoxu Azərbaycanda ilk Neft 
Yüksəlişi dövründə  əldə edilmiş  vəsait hesabına maliyyələşdiril-
 153


mişdir. Lakin buna baxmayaraq, bu binaları tikən iş adamları  və 
neft maqnatları Sovet dövründə çox nadir hallarda yada salınırdı. 
Azərbaycan müstəqilliyini  əldə edənə  qədər, onun vətəndaşlarının 
çoxu Bakının küçələrini bəzəyən bu əzəmətli binaların kim tərəfin-
dən tikdirildiyini bilmirdi. 
Tağıyev, Nağıyev,  Əsədullayev, Muxtarov, Aşurbəyli və 
Guliyev kimi neft maqnatları  və xeyriyyəçiləri Bakı memarlığının 
sifətini dəyişə bilərdilər, lakin Sovet dövründə onların bu cəhdlərinə 
etinasızlıq göstərilmişdi. Onların adını  çəkmək “siyasi nöqteyi-nə-
zərdən doğru” deyildi. Tarixçilər yazırdılar ki, Bakının kapitalistləri 
özlərinə  dəbdəbəli saraylar tikirdilər, amma fəhlələr və  kəndlilər 
aclıq və  xəstəliklərdən  əziyyət çəkir və yoxsulluq içərisində yaşa-
yırdılar. 
Bu tarixçilər adətən neft maqnatlarının kasıblar üçün mək-
təblər, kitabxanalar, xəstəxanalar tikdirməsini qeyd etmirdilər. Əgər 
onların bu hərəkətləri xatırlansa idi, onda onlar “hakim sinfin 
riyakarları” sırasına aid edilirdi. Sovet tarixçilərinin sözlərinə  əsa-
sən neft maqnatları  fəhlələrin  əməyindən yüksək gəlir  əldə etdiyi 
halda, bu sahibkarlar öz gəlirlərinin çox kiçik bir hissəsini  əmək 
haqları və xeyriyəçilik məqsəd ilə sərf edirdilər. 
HACI ZEYNALABDİN TAĞIYEV. Neft maqnatı  və 
xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev hal-hazırda Milli Tarix 
Muzeyinin yerləşdiyi zəngin Tağıyev iqamətgahı da daxil olmaqla 
Bakıda çoxlu sayda binalar tikdirmişdir. Tağıyev iqamətgahı 1893-
1902-ci illərdə polşalı memar Yosef V. Qolsavski (1865-1904) 
tərəfindən tikilmişdir və bu tikili şəhərin bütöv bir məhəlləsini əhatə 
edir. Bakıda keçən il baş verən zəlzələ  nəticəsində ziyan dəymiş 
bina hal-hazırda təmir məqsədilə bağlanmışdır (məqalə 2004 ildə 
yazılmışdı – red.). 
Tağıyev kasıb azərbaycanlıların və qadınların təhsil al-
maları üçün çalışırdı. Bu məqsədlə o, 1898-ci ildə Bakının mərkəz 
hissəsində müsəlman qızlar üçün internat məktəb tikdirir. 3 
mərtəbəli, mavritan (Məğrib) üslubunda tikilmiş bu məktəb 
Müsəlman  Şərqində ilk qız məktəbi olmuşdur. Tağıyevin 
maliyyələşdirdiyi bu məktəbin də memarı Qoslavski olmuşdur. 
Lakin heç də hamı Tağıyevin bu səylərini qiymətləndir-
mirdi. Tağıyevin Rus çarı III Aleksandrın razılığının almasına 
baxmayaraq, Bakıdakı müsəlman mövhumatçıları  məktəbin tikil-
məsinin qarşısını almağa çalışırdılar. 
 154


Yenidənqurma illərində bu hadisələrlə bağlı materiallar üzə 
çıxmağa başladı. Belə  məlum olur ki, fanatiklər Tağıyevin dostu 
olan və öz qızlarını bu məktəbə göndərən Molla Ruhullanın evinə 
daxil olmuş və o namaz qılarkən onu öldürmüşlər. Dini ekstremist-
lər küçələrə toplaşaraq çadra geyməyən Azərbaycan qadınlarına 
hücum edir, onları Avropa tipli ayaqqabılarını  çıxarmağa və qara 
çadra geyinməyə  məcbur edirlər. Məktəbə gedən qızlar və onların 
valideynləri qorxu içərisində yaşayırdılar. 
Tağıyevin məsləhəti ilə  məktəbli qızlar Rus Imperatriçası 
Aleksandra Fyodorovnaya məktub yazaraq, ona məktəb açmağa 
icazə verdiyinə görə təşəkkür edirlər. Cavab teleqramında imperat-
riça bu qızların öz ölkələrinin faydalı  və xoşbəxt vətəndaşları 
olacağına ümid bəslədiyini bildirir. Bu məktubdan sonra fanatiklər 
hökümətə qarşı getməkdən qorxaraq, artıq qızlara hücumu dayandı-
rırlar. Məktəb “Aleksandra adına rus müsəlman qadın internat 
məktəbi” adlandırılmağa başlayır. 
Azərbaycanın erkən müstəqilliyi illərində (1918-1920) Ta-
ğıyev məktəbin binasını Azərbaycan Demokratik Respublikasının 
hökümətinə  təhvil verir. Sonralar burada bolşevik höküməti fə-
aliyyət göstərir. Bu gün bu gözəl binada Əlyazmalar Institutu yer-
ləşir. 
Tağıyev həmçinin müsəlman  Şərqində ilk Avropa üslublu 
teatr olan musiqili komediya teatrının tikintisini maliyyələşdirmiş-
dir. Hacıbəyovun operalarının çoxu bu teatrda ifa olunmuşdur. La-
kin Sovet dövründə azərbaycanlıların bu binanın Tağıyevi tərə-
findən tikdirildiyini söyləməkdən çəkinirdilər. Bu çox təhlükəli idi. 
Hal-hazırda bina yenidən təmir edilib və daha da gözəlləşib. 
AĞA MUSA NAĞIYEV. Bakının memarlığına böyük 
töhvə verən digər bir neft maqnarı Ağa Musa Nağıyev (1848-1919) 
olmuşdur. O, şəhər xeyriyyə cəmiyyəti olan “Cəmiyyəti-Xeyriyyə” 
üçün Bakının  ən gözəl binalarından biri olan Ismailiyyə Sarayını 
tikdirmişdir. Bina Nağıyevin cavan ikən vərəmdən vəfat etmiş oğlu 
Ismayılın şərəfinə “Ismailiyyə” adlandırılmışdır. 
Nağıyev Ismailiyyəni Venesiya qotikası üslubunda tikəcə-
yinə dair söz verən polyak memarı  I.  K.  Ploşkonu işə götürür. 
Tikinti işləri 1913-cü ildə başa çatır, lakin 5 il sonra erməni daş-
nakları binanı yandırırlar. Azərbaycanlılar onu təmir etdirirlər və 
1919-cu ildə burada ADR-in Parlamenti yerləşir. Bir il sonra parla-
mentin hakimiyyəti təhvil verməsini tələb edən bolşeviklər yaxın-
 155


lıqda yerləşən gəmilərdən binaya atəş açmağa başlayırlar. 
Xoşbəxtlikdən binaya heç bir zərər dəymir. 
Sovet dövrünün ilk illərində bolşeviklər Ismailliyənin fasa-
dındakı hikmətli sözləri kommunist şüarları və qızıl ulduzlarla əvəz 
etdilər. Elmlər Akademiyası bura köçərkən binanın üzərinə 
“Azərbaycan SSR Elmlər Akademiyası” sözləri yazılır. Binaya 
girəcəkdə onun adı latın  əlifbası ilə ingiliscə yazılmasına baxma-
yaraq, ornament kimi binanın üzərinə  həkk edilən iri metal qızıl 
ulduzlar və hərflər hələ də oradan kənarlaşdırılmayıb. 
Nağıyevin Bakıda  ən varlı neft maqnatlarından biri olma-
sına baxmayaraq, öz yoldaşları onu xəsis kimi tanıyırdılar. Məsələn, 
o öz torpaqlarında aparılan tikinti işlərinə diqqətlə rəhbərlik edirdi. 
O, işçilərinə  və onların işlərinə diqqətlə  nəzarət edərdi, hətta mis-
mar qutusunu açıb onları özü sayardı. 
Mərhum yazıçı Manaf Süleymanovun yazdığına görə, bir 
dəfə Nağıyev günorta yeməyi zamanı tikinti yerinə baş  çəkir və 
görür ki, podratçı və tikintidə işləyən işçilərin bəzisi tonqalın ətra-
fına toplaşıb yemək yeyirlər. Podratçı siqaretini kibritlə yandırır. 
Nağıyev ona baxır və deyir: “Sabah işə gəlmə. Sabah idarəyə get və 
işdən çıxarılmağın barədə sənədi al.” 
“Niyə görə, Ağa Musa?”, deyə podratçı ümidsiz vəziyyətdə 
soruşur. 
“Sənin qarşında iri tonqal olduğu halda, buna ehtiyac ol-
masa da sən kibrit yandırdın.  Əgər sən öz mülkiyyətinin qeydinə 
qalmırsansa, onda mən öz mülkiyyətimi sənə necə etibar edə bilə-
rəm?”, deyə Nağıyev cavab verir. 
Xəsis kimi tanınmasına baxmayaraq, Nağıyev xeyriyəçi idi 
və bir sıra önəmli binaları  və layihələri maliyyələşdirmişdi. Məsə-
lən, o, çox böyük bir xəstəxana tikdirmişdi və bu xəstəxana Azər-
baycan müstəqillik qazandıqdan sonra onun adı ilə Musa Nağıyev 
adına Təcili Tibbi Yardım Xəstəxanası adlandırılmışdır. O, həm-
çinin Bakının su təchizat sisteminin—Şollar su zavodunun 
maliyyələşdirilməsinə yardım etmişdir. O, Bakıda bir sır mək-
təbələrin tikintisinə yardım etmiş  və kasıb ailədən olan 25 azər-
baycanlı məktəblinin xərcini öz üzərinə götürmüşdür. 
Sovet dövründə Nağıyevin Bakı memarlığına verdiyi tövhə 
demək olar ki, unudulmuşdur. Onun gördüyü işlər yalnız Yenidən-
qurma və müstəqillik illərindən sonra qiymətləndirilməyə başlan-
mışdır. 
 156


MURTUZA MUZTAROV. Şəhərin mərkəzində yerləşən 
ən iri yaşayış evlərindən biri olan Bakının Səadət Sarayı bir zaman-
lar neft maqnatı Murtuza Muxtarovun (1855-1920) dəbdəbəli iqa-
mətgahı olmuşdur. Avropaya səyahət etdikdən sonra Muxtarov 
özünə fransız qotik üslubunda tikilmiş saraya bənzər bir iqamətgah 
tikdirmək qərarına gəlir. Polşalı memar I. K. Ploşko 1911-1912-ci 
illərdə bu binanın tikintisinə nəzarət etmişdir. 
Muxtarov həmçinin Bakı şəhərinin ətrafındakı Əmircan qə-
səbəsində yerləşən və Azərbaycanın  ən böyük məscidlərindən biri 
olan  Əmircan məscidini tikdirmişdir. Rus höküməti ona şəhərin 
mərkəzində belə böyük bir məscid tikdirməyə icazə verməmişdi. 
Muxtarov həmçinin Şimali Qafqazın Vladivostok şəhərində böyük 
bir məscid inşa etdirmişdi. Bu gün Muxtarovun iri şəhərkənarı 
villasında Bakının Botanika Bağının Mərdəkan filialı (Dendropark) 
yerləşir. 
AĞA BALA QULİYEV. 1899-cu ildə  Ağa Bala Quliyev 
Bakının mərkəzində gözəl bir saray tikdirir. Müxtəlif Avropa 
üslublarından istifadə edən neft maqnatları olan dostlarından fərqli 
olaraq, Guliyev Şirvanşahlar Sarayının giriş qapısındakı  bəzək 
ornametlərindən istifadə edərək Bakı-Abşeron memarlıq üslubunda 
ev tikdirməyə üstünlük verdi. Onun iqamətgahı bu üslubda tikilən 
yeganə binadır. Polşalı memar Skibinski bu iqamətgahın layihəsini 
hazılamışdı. 
Az sayda azərbaycanlı un maqnatı kimi tanınan Quliyevin 
Xəzər neftinin kəmər vasitəsilə Qara dəniz sahillərində yerləşən 
Batumi (Gürcüstan) limanına nəqli layihəsini çəkilməsinə təşəbbüs 
edən bir şəxs olduğunu bilir. O, Bakı-Batumi səhmdar  şirkəti 
yaradaraq 1897-ci ildə kəmərin tikintisinə başlamış və 1907-ci ildə 
bu işi başa çatdırmışdır. 
İTİRİLMİŞ  NƏQŞLƏR. Neft maqnatlarının saraylarının 
zalları, tavanları və qapıları rəngli və yağlı nəqşlərlə bəzədilmişdir. 
Bu rəsmlərə müxtəlif çöl təbiət mənzərələri, güllər, heyvanlar ilə 
yanaşı ənənəvi müsəlman ornamentləri, Bibliyadan səhnələr və 19-
cu  əsrin sonu və 20-ci əsrin  əvvəllərindəki gündəlik həyatdan 
şəkillər əlavə edilmişdi. 
Sovet dövründə bolşeviklər bu rəsmləri “kapitalist memar-
lığının israfçılığı” kimi qəbul edərək onların üzərini boyamış və ya 
onları silmişlər. Bir çox hallarda, onlar həmçinin binaların içəri-
sində yerləşən lepka bəzəklərini və oyma işlərini yox etmişdilər. 
 157


Onlar binaların fəhlələrin həyatı kimi sadə  və adi olması  şərtinin 
qoyurdular. 
Ismailiyyə Sarayında bir otaq və zal və Tağıyev Sarayının 
Şərq Zalı da daxil olmaqla çox az tikililərdə orijinal interyer işlə-
mələri olduğu kimi qalmışdır. Bu gün 70 il Sovet hakimiyyəti döv-
ründə dağıdılmış  rəsmləri bərpa etmək mümkün deyil. Bəzi  əski 
fotolar və  rəsm işlərinin nadir nümunələri saxlanılıb, lakin onlar 
mövcud olan yeganə şeylərdir. 
STALİN DÖVRÜ. 1953-cü ilə kimi Sovet təbliğatı Azər-
baycanın nəhəng memarlıq nailiyyətlərinin “millətlərin atası” olan 
Stalinin rəhbərliyi altında  əldə edildiyini yayırdı.  Əlbəttə ki, 
Stalinin hakimiyyəti illərində bir çox gözəl və cəlbedici binalar ti-
kilmişdir. Bu sıraya Azərbaycan  ənənəvi memarlıq üslubundan 
istifadə edilərək Sovet dövrünün ilkin illərində inşa edilmiş Bakı 
Vağzalı da daxildir. 
Eyni zamanda II Dünya Müharibəsinin sonunda L. Rudnev, 
V. Muns və K. Tkaçenko kimi memarlar tərəfindən tikilən və Lenin 
meydanında (hal-hazırda Azadlıq Meydanı) Azərbayan Hökümət 
evini də qeyd etmək lazımdır. Əsir alınmış alman əsgərləri burada 
işçi kimi istifadə olunurdular və Bakı camaatı bu barədə bunları 
deyirdi: “Bu bina çox yüksək keyfiyyətlidir, çünki onu alman 
əsgərləri tikib. O, çox dəqiq və səliqəli tikilib.” 
Stalin dövründə Azərbaycanın ən məşhur memarları Sadıq 
Dadaşov və Mikayıl Hüseynov olmuşdur. Onlar Nizami küçəsində 
yerləşən “Buzovnaneft”, Azərbayan Elmlər Akademiyası, Nizami 
Kinoteatrı, Hacıbəyov Konservatoriyası (indi Musiqi Akademiyası 
adlanır), Nizami Muzeyi, Nazirlər Kabinetinin binası, Axundov 
adına Milli Kitabxana kimi şah  əsərləri yaratmışlar. Məcidov nə-
həng Lenin Muzeyini (hal-hazırda burada xalça muzeyi və bir sıra 
başqa obyektlər yerləşir) inşa etmişdir. Azərbaycan memarları 
Əlilzadə  və  Mədətov Azərbaycan Dram Teatrını inşa etmişdir. Bu 
binaların tikintisinin çoxunun Xruşovun zamanında başa çatdırıl-
masına baxmayaraq, onlar iri həcminə, möhtəşəmliyinə  və gözəl-
liyinə görə “Stalin binaları” hesab olunur (Sovet dilində “stalin-
kalar”). 
Stalin dövründə Azərbaycanda “mədəniyyət sarayı” adla-
nan yeni tip bina növü peyda oldu. Bu saraylar fəhlələrin və digər 
zəhmətkeşlərin  əylənmək məqsədilə oyunlar oynamaq, mühazi-
rələrə qulaq asmaq, şahmat oynamaq, idman yarışlarında iştirak 
 158


etmək və Sovet və ya xalq musiqisi konsetlərinə qulaq asmaq üçün 
nəzərdə tutulmuş xüsusi teatr mərkəzləri idi. Bu əzəmətli mə-
dəniyyət mərkəzlərinin çoxu qədim yunan məbədlərini xatırladırdı. 
1920-ci illərdə Bolşeviklər fəhlələr üçün şəhər bağları 
salmağa başladılar. Elmlər Akademiyasının Icraiyyə binasına bitişik 
olan Sabir bağı  və  dənizkənarı bulvar yenidən tikildi və genişlən-
dirildi. Bu bağların çoxunda Marks, Lenin, Engels, Stalin və  məş-
hur Azərbaycan şair və yazıçılarının heykəlləri qoyuldu. 
Bu heykəllərin heç də hamısı müasir dünyagörüşü baxı-
mından estetik deyildi. Fəhlə kişinin və kəndli qadının nəhəng ma-
lalı bürüncdən olan heykəlləri real həyatdan çox “böyük kommunist 
ideyalarını” xatırladırdı. Kişi əlində iri çəkic, qadın isə oraq tutaraq 
Sovet Ittifaqındakı bütün fəhlə  və  kəndlilərin birliyini simvolizə 
edirdi. Hər iki heykəldəki insanlar atletik və qüvvətli görünürdü və 
onların sifətindəki laqeyd, duyğusuz bir ifadə onları manekenə 
bənzədirdi. Digər heykəllər idmançı kişi və qadınlara həsr olun-
muşdu və, bəzən, belə bir yazılı  şüarla təchiz edirdilər: “Axmaq 
olma, idmanla məşğul ol!”.   
Stalin dövründə  həyat  şəraiti ideal həyat  şəraitindən çox-
çox uzaq idi. Bir çox Sovet vətəndaşları ümumi mətbəxi, hamam və 
tualetləri olan kommunal mənzillərdə yaşamalı olurdular. Stalinin 
siyasəti müxtəlif insanları vahid ailə kimi bir yerdə yaşamağa 
məcbur etmək idi. 
 Azərbaycan müstəqillik qazandıqdan sonra tarixçilər Stalin 
dövrü memarlığının müsbət və çatışmaz cəhətləri barədə danışmaq 
azadlığı  əldə etdilər. Stalinin nəhəng inzibati binalar tikdirmək 
tendensiyası indi gigantomaniya (nəhəngbazlıq) kimi qəbul edilir. 
Digər tərəfdən, alimlər qəbul edirlər ki, Bakıdakı bir çox yüksək 
keyfiyyətli və gözəl binalar məhz Stalin dövründə inşa edilmişdir. 
XRUŞOV DÖVRÜ. Xruşov hakimiyyətə  gələndə Stalin 
dövrü memarlığının bütün nailiyyətlərini rədd etdi. O, elan etdi ki, 
250 milyonluq Sovet xalqının hamısının öz şəxsi mənzili (kom-
munal mənzillərin əksinə olaraq) olmalıdır. Bu məqsədə nail olmaq 
üçün çox qısa zamanda keyfiyyətsiz və ucuz materialdan binalar 
tikilməyə başlanıldı. Keyfiyyət və estetikaya, görünür, heç önəm 
verilmirdi. Sovet dili ilə “xruşovkalar” adlanan və “Xruşovsayağı 
ev” mənasını verən bu 5 mərtəbəli eybəcər binalar Bakıda hələ də 
mövcuddur. Bəzən insanlar bu evləri “xruşoba” adlandırırdılar. Bu 
 159


isə rus dilində “truşoba” (çirkli, kasıb daxma) və Xruşovun 
familiyasının kombinasiyasdır. 
Bu ucuz mənzillər tikilən zaman Xruşov demişdi: “Narahat 
olmayın. Bu evlər yalnız müvəqqətidir. 25 ildən sonra Sovet Ittifaqı 
dünyanın  ən varlı ölkəsi olanda, bu binalar söküləcək və  fəhlələr 
üçün həqiqi saraylarla əvəz ediləcək.” 
Bu binaların keyifyyətinin çox aşağı olmasına baxmayaraq, 
Xruşovun layihəsi Sosializmin böyük qələbəsi kimi qiymətlən-
dirildi. Biz indi bu binaların həqiqi simasını görürük. Lakin eyni 
zamanda xatırlamalıyıq ki, onlar minlərlə azərbaycanlıya Stalininin 
kommunal evlərini tərk etmək və öz şəxsi mənzillərinə malik olmaq 
imkanı verdi. 
BREJNEV DÖVRÜ. Brejnevə görə Xruşovun çox qısa 
zaman  ərzində bütün vətəndaşları  şəxsi mənzillərlə  təmin etmək 
istəyi “volüntarizm”, yəni qeyri-real şeylərə nail olmaq üçün atılmış 
bir təşəbbüs idi. Brejnev Bakıda bu ucuz və görkəmsiz binaların 
tikintisini dayandırdı. 
Onların  əvəzinə bütün respublika ərazisində 5 və 9 mər-
təbəli daha keyfiyyətli binalar tikilməyə başlandı. Həmin dövrdə 
Azərbaycana rəhbərlik edən Heydər  Əliyev Gülüstan Sarayı, Res-
publika Sarayı, Xalq Sənaye Nailiyyətləri Sərgi Salonu, Kommunist 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin