Sofi HƏMİd qəBİrstanliğI: solğun rənglər və Əks olunmuş ÖMÜR



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix26.12.2016
ölçüsü1,29 Mb.
#3505
1   ...   34   35   36   37   38   39   40   41   ...   49
(“Meyxana: Azərbaycanın  Əski Rep Versiyası Yenidən Baş Qaldırır” 
məqaləsinə baxın. AI 4.2 (Payız 1996))
 Sovet dövründə mübahisəli 
forma olduğu üçün qadağan edilməsinə baxmayaraq, meyxana 
yarışları hələ də Bakı kəndlərində məşhurdur. 
Meyxana öz adını bu ifaların  əvvəllər keçirildiyi Şərq 
əyləncə evlərindən götürülmüşdür. Müsabiqədə iki və daha artıq 
şair iştirak edir və onlar misraları  bədahətən söyləyir, bəzən isə 
zarafat edir və bir-birini lağa qoyurdular. Onların rep üslublu 
mahnıları zamanın ictimai və siyasi məsələlərini əhatə edirdi. Sonda 
tamaşaçılar hansı  iştirakçının misraları daha ağıllı  və axıcı  şəkildə 
ifa etməsini müəyyən edir və həmin adamı qalib elan edirdilər. 
Bakının gəncləri arasında digər sevimli məşğuliyyət növü 
göyərçin bəslənilməsi idi. Onların çoxlu göyərçinləri göyərçin 
damlarında, bəzən isə evlərinin damlarında saxlayırdılar. Hər səhər 
göyərçinlərin sahibləri dama qalxar, göyərçinləri yemləyər, və 
sonra onların uçması üçün fıştırıq çalardı. Siz hələ də Içəri Şəhərdə 
az da olsa göyərçin həvəskarı tapa bilərsiniz. 
Nərd Içəri  Şəhərdə  ən sevimli oyunlardan biri idi. Hər bir 
ailədə  nərdtaxta var idi və kişilər tez-tez oturar və saatlarla 
nərdtaxta oynayardılar. Bəzi adamlar isə  şahmat və dama 
oynardılar. 
Uşaqlar indi artıq unudulan çumruq-çumruq, beş-onbeş, 
usta-şəyird, daş-baş, gizlənpaç, oğru-oğru,  şumaqədər və digər 
oyunlar oynardılar. Bu oyunladan yalnız gizlənpaç oyunu bugün 
hələ  də geniş yayılmışdır. Amerikada “Red Rover” və “Oktopus 
Tag” adı ilə məşhur olan “Bənövşə” oyunu də Içəri Şəhərdə məşhur 
oyunlardan biri idi. 
SEVİMLİ YEMƏKLƏR. Içəri Şəhərin sakinləri ət yeməyi 
sevirdlər və onu bəzən “can” adlandırardılar. Uşaqlıqda içərişə-
hərdə müxtəlif yeməkləri onları qidalı keyfiyyətlərinə və dadlarına 
görə kateqoriyalara bölən gülməli atalar sözünü eşitmişəm: “Get 
dükana, “can” (yəni  ət) al gətir; “can” olmasa, ‘yarımcan’  (yəni 
yumurta)  al gətir; ‘yarımcan’ olmasa, badımcan  (kasıb adamların 
 116


yeməyi) al gətir, badimcan olmasa, zəhrimar  (qatıq) al qətir”. 
Görünür, bu  deyimi istifadə edənlər qatığın nə  dərəcədə  xeyirli 
olmasını bilmirdilər.   
Bayram günləri səhərlər kişilər öz dostları ilə “xaşxana” 
adlı yemək evlərində görüşərdilər. Burada onlar buzov və ya qoyun 
ayaqlarından hazırlanan sirkə  və sarımsaq  əlavə edilən yaxşı, həl-
məşik  xaş yeyirdilər. O zamanlar Bakıda dostlarla xaş yemək indi 
olduğu kimi çox məşhur bir məşğuliyyət növü idi. Müəyyən 
yeməklər— düşbərə,  şorqoğal və çudu—Içəri  Şəhər və ona bitişik 
kəndlərin tipik yeməkləri idi. Bu yeməklər Azərbaycanın digər 
ərazilərində tipik olaraq hazırlanmırdı. 
MİLLİ GEYİMLƏR. Milli geyimlərə  və xarici görünüşə 
gəldikdə isə hər bir kişinin bığı olmalı və papaq taxmalı idi. 20-ci 
əsrin əvvəllərinə kimi bir kişinin bığsız küçəyə çıxması ayıb hesab 
edilirdi, lakin bir sıra qərbləşmiş kişilər bu qaydaya əməl etmirdilər. 
Əgər kişilər hər hansı bir ciddi mübahisəyə girişsəydilər, onda onlar 
bir-birilərini “sənin bığını kəsərəm” deyə hədələyirdilər. 
Papağın  əhəmiyyətini isə  aşağıdakı  məsəl ilə göstərmək 
olar: “Kişinin papağı başında olar.” 
Papaq kişinin ləyaqətini təmsil edirdi. Əgər kimsə kişinin 
papağına dəysə, və ya onu həmin adamın başından götürsə idi, bu 
böyük bir təhqir hesab olunurdu və hətta sonu qanla da bitə bilərdi. 
 EHSAN  SÜFRƏLƏRİ. Bakı sakinləri kasıblara yardım 
etmək ənənəsinin bir neçə növünü inkişaf etdirmişdilər. Müsəlman 
dini bayramları və vfnəmləri zamanı varlı adamlar (hətta çox varlı 
olmayanlar da) kasıblar ücün “ehsan” və ya yemək süfrələri təşkil 
edərdilər. 
Nənəm danışardı ki, həmin günlərdə onun babasının evinin 
qapısı açıq olardı. Birinci mərtəbədə olan uzun masalar isti yemək-
lər və şirniyyatla doldurulardı. Küçədən keçən hər bir kəs içəri girib 
istədiyi qədər yemək yeyə bilərdi. Nökərlər boş qabları götürər və 
yeni, dolu nimçələrlə  əvəz edərdilər. Bayram günlərində Bakıda 
yüzlərlə evlərdə ehsan süfrələri açılardı. Bəzən tacirlər öz dükanları 
önündə ehsan süfrələri təşkil edərdilər. Həmin dövrlərdə əgər kimsə 
pulsuz nə isə almaq və ya eləmək istəsəydi, onu danlardılar və 
deyərdilər: “Bu səninçün ehsan deyil.” 
QOÇULAR. Bu hikkəli və  təkəbbürlü  şəxslər iri bığ 
saxlayar, milli geyim geyər, revolver və  xəncərlə silahlanardılar. 
Onlar küçə ilə gedəndə, heç kəs onların qarşısına çıxmağa cürət 
 117


etməzdi. Bakıda yaşayan hər bir şəxs onlardan qorxardı. Qoçular 
Bakıda 19-cu əsrin sonlarında varlı Bakı sakinlərini oğurlayıb, 
onları soyan və hədələyən “kinto” adlanan gürcü banditlərinə cavab 
olaraq yaranmışdılar. 
Şəhər polisi kintolar ilə bacara bilmədiyindən, varlı şəxslər 
güclü və cəsur kişiləri öyrətməyə və onları silahlandırmağa başladı. 
Tezliklə kintolar Bakıdan yox oldular və bir daha geri dönmədilər. 
Bakı milyonerləri qoçuların xeyrini görüb onlardan şəxsi 
mühafizəçilər kimi istifadə etməyə başladılar. Əgər iş adamları hər 
hansı bir mübahisəyə cəlb olunsa idilər, onlar öz qoçularını digər-
lərinin qoçuları ilə davaya göndərərdilər. Bəzən bu güllə yarışı ilə 
nəticələnərdi. Çox qısa zamanda bu qoçu qruplarının bəziləri mafi-
yaya çevrilməyə başladı. 
Manaf Süleymanov yazır ki, bir qrup qoçu xəsis kimi 
tanınan Bakı milyonçusu Ağa Musa Nağıyevi oğurlayır. Qoçular 
onun azad edilməsi üçün 10 min qızıl rubl tələb edirlər, əks halda 
onu tikələrə parçalayacaqlarını bildirirlər. Buna cavab olaraq Ağa 
Musa ciddi şəkildə bildirir: “Mən yalnız 950 rubl verə bilərəm. 
Əlbəttə siz məni tikələrə parçalaya bilərsiniz, lakin onda siz heç bir 
şey əldə etməyəcəksiniz.” Qoçular başa düşdülər ki, Ağa Musa 10 
min rubl verməkdənsə ölməyi üstün tutar, ona görə  də onlar Ağa 
Musanı onun təklif etdiyi girov müqabilində sərbəst buraxdılar. 
Lakin bunu bilmək lazımdır ki, qoçuların heç də hamısı 
adamöldürən, bandit, və ya milyonçuların şəxsi mühafizə agentləri 
deyildilər. Onların bəziləri evdə canları  sıxılan varlı  gənc oğlanlar 
idilər. Yaxşı vaxt keçirmək istəyən bu gənclər milli geyimlər geyi-
nər, xəncər və tapança taxar və öz cəsarətlərini və güclərini göstər-
mək üçün küçələrə macəra axtarışına çıxardılar. 
Hərdən onlar bir-biri ilə mübahisə edər və küçədən keçən 
kasıb, köməksiz insanları hədələyərdilər. Məsələn, onlar bir kasıba 
yaxınlaşar və onun başına şillə vuraraq deyərdilər: “Niyə yanımdan 
keçib, mənə salam vermirsən?” və ya “Hansı cürətlə bığlarını kəs-
misən?” və ya “Sənin papağın haradadır?” və hətta “Niyə qarşımda 
durub qaşqabağını tökürsən?” 
Öz icmalarını canilərdən qoruyan “yaxşıniyyətli qoçular” 
da var idi. Çox maraqlıdır ki, bu qoçular 1918-ci il mart qırğını 
zamanı Içəri Şəhəri erməni və bolşeviklərdən qorumuşdular, çünki 
onlar həmin dövrdə  şəhərdə silahı olan və  təşkilatlanmış yeganə 
azərbaycanlılar idilər. 
 118


Iş adamları olan Bayır şəhərin sakini Teymur Aşurbəyov və 
Içəri  Şəhərin sakini Məmməd Hənifə Tağıyev öz qoçularını 
toplamış  və sonra digər  şəxsləri də silahlandırmışdılar. Onlar bu 
qüvvələri erməni Daşnak hərbi hissələrinə qarşı göndərmişdilər. 
Nəticədə minlərlə azərbaycanlının öldürüldüyü zaman Içəri  Şəhər 
və Bayır Şəhərin bir neçə küçəsi qırğından xilas olmuşdu. 
TUT AĞACI. Içəri  Şəhərdə, Cümə  məscidinin arxasında 
çox böyük və qoca tut ağacı var idi. Insanlar deyirdilər ki, bu ağacın 
bir neçə yüz il yaşı var. Isti yay günlərində kişilər onun altında 
oturar, nərd oynayar və çay içərdilər. 
Ağac  şəhərdə o qədər məşhur idi ki, ondan işarə kimi 
istifadə edirdilər. Məslən, “Gəl Tut ağacının yanında görüşək” və 
ya “Tut ağacından sol tərəfdə yaşayıram”. Içəri  Şəhərin simvolu 
olan bu ağac haqqında məşhur bir mahnı bəstələnmişdi. 
Təhminən 25 il bundan əvvəl tikinti işləri aparılan zaman 
bu tut ağacı kəsildi. Yerli camaat bu itkidən çox mütəəssir oldular. 
Bir neçə ay sonra, kimsə onun yerində başqa bir tut ağacı  əkməyi 
qərara alır. Həmin vaxtlar, Bakı sakinləri öz şəhərlərinin qeydinə 
qalır və onun tarixi görünüşünü və abidələrini saxlamağa 
çalışırdılar. Lakin indi həmin yeni tut ağacı da kəsilmişdir. Sadəcə 
olaraq Içəri  Şəhərdə tut ağacının  əhəmiyyətin dərk edən çox az 
sayda yerli sakin qalmışdır. 
Içəri  Şəhərin tarixi ilk Neft Yüksəlişi dövründə (1850-
1920) daha zəngin və  cəzbedici olmuşdur. Hüseynqulu Sarabski, 
Manaf Süleymanov, həmçinin Içəri  Şəhərin yaşlı sakinlərinin 
hekayələri, köhnə  qəzet və jurnallar, və digər çoxlu sayda mən-
bərlər Bakının tarixi barədə çox maraqlı faktlar aşkarlayır. Bugünkü 
tarixçilər bu detalları diqqətlə toplamalı, bərpa etməli və  tədqiq 
etməlidirlər. Indi Sovet dövrü geridə qaldıqdan sonra, qarşımızda 
dövlətimizin tarixini tədqiq etmək və doğru məlumatlar əldə etmək 
kimi çox böyük bir iş durur. 
  
 

Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin