1858-ci ildə “Qraf Monte Kristo” və “Üç Müşketyor” əsər-
ləri ilə məşhur olan dahi Fransız yazıçısı Aleksandr Duma (“ata”)
(1802-1870) Qafqaza səyahət etdi. Regiona 9 aylıq səyahətə zamanı
onun diqqətini cəlb edən yerlərdən biri Bakının şəhər ətrafında
yerləşən Atəşgah—Alov Məbədi olmuşdur. Bu barədə olan
təəsüratlarının bəzisini Düma bir il sonra Parisdə çap edilmiş “Qaf-
qaza səyahət” adlı əsərində qeyd etmişdi.
Düma öz fransız yoldaşlarından bu yerə səyahəti təxirə
salmamağı məsləhət edirdi. O haqlı idi.
Bu gün Atəşgah kompleksi
muzeyə çevrilmiş və artıq Dümanın təsvir etdiyi canlı abidə deyil.
Artıq burada atəşpərəstlər yoxdurlar və günbəzdə zaman-zaman
peyda olan atəş qığılcımlarınını görmək mümkün deyil. Bügun
oradakı əbədi məşəl buradan keçən qaz kəmərlərindən qaynaqlanır.
Aşağıda 150 il bundan əvvəl Dümanın şahidi olduğu mənzərə təsvir
olunur:
“Səhər yeməyindən sonra darvazada bizi gözləyən faytona
mindik və məşhur Atəşgaha getdik. Çox nadir
hallarda səyahət edən
fransızlardan fərqli olaraq, Bakıda yerləşən Atəşgahı bütün dünya
tanıyır. Səhər və axşam alov içində olan bu yer Bakıdan 26
kilometrlik məsafədə yerləşir. Əbədi məşəl yerin altında yerləşən
qara və xam neftdən qaynaqlanır.
“2 saatdan sonra Atəşgaha çatdıq. Səyahətimizin ilk yarısını
dənizin kənarı ilə getdik. Atəşgaha çatdıqdan sonra isə biz elə bir
təpənin zirvəsinə qalxdıq ki, oradan alovlar içərisində olan Atəşgahı
tam görmək mümkün idi. Bir təssəvvürünüzə gətirin: 4,5 kvadrat
kilometr sahəsi olan bir ərazi!
“Alovun nəhəng dilləri yerdəki xırda dairəvi yarıqlardan
havaya qalxırdı. Külək alovu ətrafa yayır, onu dalğalandırır, sonra
yenidən yerin üzərində yayaraq düzləşdirir
və sonda yenidən
havaya qaldırırdı. Lakin külək heç bir vəchlə alovu söndürə
bilmirdi.
Burada alov tərəfindən işıqlandırılan nəhəng dördbucaqlı
tikili da var idi. Tikilinin divarlarında rəqs edən alovun əksi elə bir
hiss aşılayırdı ki, sanki tikilinin özü hərəkət edirdi.
“Burada eyni zamanda alov dilləri ilə dolu kiçik çuxurlarla
əhatə olunmuş ağ rəngli məbəd var idi. Qaz yanarkən elə yüksək
səs çıxarırdı ki, bu kiçik qaz plitələrindən
gələn səs böyük
sobalardan gələn səsə bənzəyirdi. Damda isə alovun nəhəng dilləri
100
iri gün-bəzin hər dörd küncündən çölə çıxırdı. Lakin bu alov
məbədə şərq tərəfdən olan girişdə yanan alovdan zəif idi.
“Biz kompleksə Şərq tərəfdə yerləşən yeganə qapıdan
yaxınlaşdıq. Bu zaman çox gözəl və əzəmətli bir mənzərə
gözlərimiz önündə canlandı. Deyilənə görə, bu yer yalnız
bayram
günlərində belə işıqlanır. M. Piqulevski (Bakıdakı Rus məmuru)
Atəşgahdakı insanlara bizim gəlişimiz barədə məlumat vermişdi. 2
min ildən artıq bir zaman müddətində təcavüzə məruz qalan
atəşpərəstlər bu qərara boyun əymiş və bizim gəlişimiz üçün hər
şeyi bacardıqları qədər gözəl hazırlamışdılar”
“Mənim həmvətənlərim, əgər bu atəşpərəstləri görmək istə-
yirsinizsə, onda bir az tələsin. Burada qalan cəmi 3 atəşpərəstdən
biri qoca, digər ikisi isə 30-35 yaşındadır. Bu nisbətən gənc
adamlardan biri altı ay bundan öncə Hindistandan buraya gəlmişdir.
Elədir ki, var, ona qədər burada yalnız iki atəşpərəst var idi.”
“Biz tamamilə alova bürünmüş bir qapıdan
içəriyə daxil
olduq. Iri, dördbucaqlı həyətin ortasında içərisində səcdəgah olan
günbəzli bir tikili var idi. Səcdəgahın ortasında isə əbədi məşəl
yanırdı. Bundan əlavə günbəzin hər dörd küncündən qaz alovu
çıxırdı. Səcdəgaha yaxınlaşmaq üçün 5 və ya 6 pilləkan qalxmaq
lazım idi.”
Həyətə açılan xarici divarlar boyunca 20-yə yaxın hücrə
yerləşirdi. Bu hücrələr zərdüşt dinini qəbul etməyə hazırlaşan
insanlar üçün tikilmişdi. Hücrələrdən birində isə 2
büt şəkli
yerləşən oyuq var idi.
“Atəşpərəstlərdən biri kahin paltarı geymişdi, başqa birisi
isə əyninə yalnız köynək kimi bir şey geymişdi. Tezliklə atəş-
pərəstlik dini mərasimlərinə başladı.”
“Mərasim zamanı, rahib səsinin çox qeyri-adi şəkildə dəyi-
şərək mahnı oxuyurdu. O, eyni zamanda “sol” və “mi” notları
arasında yerləşən 4-5 xromatik notdan ibarət mahnı oxudu. Bu
mahnıda Brahmanın (Hind allahı) adı tez-tez təkrar olunurdu.
Bəzən rahib uzuaşağı torpağa uzanırdı. Digər iki atəşpərəst isə onun
əlində tutduğu çini qablara vuraraq
yüksək və cingiltili səslər
cıxarırdılar. Sitayiş mərasimi başa çatıdqdan sonra rahib bizim hər
birimizə bir tikə qənd parçası verdi. Əvəzində isə bizim hər birimiz
ona bir rubl verdik.
101
Duma öz hekayətini bu sözlərlə bitirir: “Biz Bakının Vizuvi
dağını səyahət etdik. Atəşgah Neapoldakı Vizuvi vulkanından daha
əzəmətlidir, çünki o əbədi olaraq yanır. Sonra biz Bakıya qayıtdık.”
Dostları ilə paylaş: