AZƏrbaycan miLLİ elmlər akademiyasinin nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,02 Mb.
səhifə10/13
tarix31.01.2017
ölçüsü4,02 Mb.
#7247
1   ...   5   6   7   8   9   10   11   12   13

Ədəbiyyat


  1. Л.В.Щерба. О разных стилях произношения и об идеальном фонетическом составе. Избранные работы по русскому языку. М., Государственное учебно-педагогическое издательство министерства просвещения РСФСР. 1957. с. 188.

  2. Р.И.Аванесов. Русское литературное произношение. М., 1968. с. 287.

  3. Р.И.Аванесов. Русское литературное ударение и произношение. М., Государственное издательство иностранных и национальных словарей. 1959. с. 708.

  4. М.И.Матусевич. Русское литературное произношение. Л., 1953 с. 16.

  5. Ə.M.Dəmirçizadə. Azərbaycan dili orfoepiyasının əsasları. V.İ.Lenin adına APİ Nəşriyyatı. B., 1969, 83 s.

  6. Ə.Əfəndizadə. Azərbaycan ədəbi tələffüzü haqqında. Nitq mədəniyyəti məsələləri. I c. B., Elm. 1969, 133 s.

  7. N.Abdullayev. Tələffüzün müxtəlif üslubları. V.İ.Lenin adına ADPİ-nin elmi əsərləri, XI seriya, 1967, N 4, 71-75 s.

  8. J.Səmədova. İngilis dilinin bəzi fonetik hadisələri Azərbaycan dili ilə müqayisədə. Filologiya məsələləri. 2010 N 5, 83-90 s.

  9. В.А.Чудинов. Народная этимология как народное толкование слов. 2011. Чудинов.ru.>narodnaia/6/

  10. Бодуен де Куртене. Избранные труды по общему языкознанию. Т. I, Издательство Академии Наук ССР. М ., 1963. с. 385.

  11. Т.В.Бузанова. (Н.В.Крушевский об «аналогии» и «научной этимологии»). Бодуеневские чтения: Бодуен де Куртене и лингвистика. Международный Научный Конфранс. К., 11-13 декабр, 2001 –Казань, Издателдьство Казанского Университета. 2001, т. I, с. 44-45. kis.ksu.ru. >boduen/bodart.-1php.

  12. F.de Sössür. Ümumi dilçilik kursu. Bakı. BDU nəşriyyatı. 2003, 403 s.

  13. Д.Е.Розенталь, М.А.Теленкова. Словарь-справочник лингвистичес­ких терминов. М., Издательство «Просвещение». с. 543.

  14. Р.Р.Гельгардт. Избранные статьи. Языкознание. Фольклористика. Калинин, 1967, с. 546.

  15. Р.Р.Гельгардт. О лексической ассимиляции в связи с ложной (народной) этимологией. Учпедгиз. Русский язык в школе. 1956, № 3, с. 36-41.

  16. О.Лотте. Основы построения научно-технической терминологии. Издательство Академии Наук ССР. М ., 1961. с. 156.

  17. Ю.В.Откупшиков. К истокам слова. М., «Просвещение». 1973, с. 255.

  18. Л.Ю.Максимов. Народная этимология и стилистические функции. Русский язык в школе. 1956 № 3, Учпедгиз. 1983. с. 56-70.

  19. V.Sultanov. “Xalq etimologiyası” haqqında. Filologiya məsələləri. Nəzəriyyə və metodika N 1, B., 1994, 6-9 s.

  20. Ə.Dəmirçizadə. Azərbaycan dilinin üslubiyyatı. Azərtədrisnəşr. 1962, 270 s.

  21. Ж.Марузо. Словарь лингвистических терминов. М., Издательства И.Л. 1960, с. 436.

  22. О.С.Ахманова. Словарь лингвистических терминов. М., «Советская энциклопедия», 1969, с. 608.

  23. С.Е.Никитина. Паронимическая аттракция или народная этимология? – Язык как творчество. Сб. научных трудов к 70-летию В.П.Григорьева. М., ИРЯ РАИ, 1996, с. 336-340.

  24. Л.П.Ткаченко. Опыт построения типологии стилистических функции паронимии и парономасии в публицистике и художественной литературе – Вопросы стилистики. Издательства МГУ, 1983, с. 137-146.

  25. Q.Kazımov. Bədii ədəbiyyatda komizm üsulları. B, Maarif, 1987, 227 s.


Phonetic Stylistic Means in Formation of Comicalness

Summary

In our language the way of the expression of the foreign words possess various stylistic peculiarities in the different situations and conditions. In order to specify the character and create comic atmosphere the writer uses the pronunciation of the foreign words, even the native word having difficult pronunciation in a literary work. This fact differs from the language fact known as “people’s etymology”.


Фонетические стилистические средства в создании комизма

Резюме

Способ выражения иностранных слов в азербайджанском языке в различной среде и ситуациях обладает различными стилистическими особенностями. В художественном произведении для характеристики образа, создания комической среды писатель использует фонетически иска­жен­ные иностранные слова и даже некоторые трудно-выгова­р­и­ваемые национальные слова. В действительности, данный языковой факт отличается от «народной этимологии».


R.X. RƏCƏBOVA
FRAZEOLOJİ VAHİDLƏRİN DİLDƏ İFADƏSİ
Açar sözlər: Frazeoloji vahidlər, sərbəst söz birləşməsi, ifadə, məfhum, sintaktik bütöv

Ключевые слова: фразеологическая единица, свободное сло­восо­четание, выражение, понятие, синтакси­чес­кое единство

Key words: phrazeological units, independent word combination, expression, notion, syntactical unit
Bildiyimiz kimi, frazeoloji vahidlər dilin leksik sistemində öz məna xüsusiyyətlərinə ğörə hazır vahidlər olub xüsusi qrup yaradır. Ona görə də dildə hər hansı mənanı ifadə edən hər bir sabit birləşməyə, bölünməz ifadə və ibarələrə frazeoloji vahid deyilir. Frazeoloji vahidlər həm söz, həm söz birləşməsi, həm də cümlə səviyyəsində məcazlaşma prosesinə məruz qalıb, emantik bütövlük qazanan və dildə hazır vəziyyətdə mövcud olan sabit dil vahidləridir.

Dildə mövcud olan sabit söz birləşmələri, əsasən, qeyri-sabit, daha doğrusu, qrammatik birləşmələrin əsasında əmələ gəlir və dildə çoxmənalılıq, sinonimlik, omonimlik kimi leksik semantik sistemin çox maraqlı kateqoriyası kimi fəaliyyət göstərir. Frazeoloji vahidlər dilin lek-sik-semantik inkişafının mühüm bir sahəsini təşkil edir. Sabit söz birləşmələrində sözlər üzvi surətdə elə birləşir ki, onları bir-birindən ayırmaq, birini başqası ilə əvəz etmək və hər bir sözü müstəqil mənada düşünmək mümkün deyil. Məsələn: bərkə-boşa çəkmək, üz-göz olmaq, burnunun ucu göynəmək və s. Bu səbəbdən də sabit söz birləşmələrinin əsas xüsusiyyəti ondan ibarətdir ki, onları əksər hallarda başqa bir dilə tərcümə etmək olmur, milli səciyyə daşıyır, tərcümədə həmin dildə ekvivalent ( uyğun, bərabər) sabit söz birləşməsi ilə əvəz edilir.

Frazeoloji vahid semantik cəhətdən monolit bir vahid təşkil edən söz birləşməsidir ki, bu birləşmədə məqsəd əşyanın əlamətini göstərmək, yaxud onu nəzərə çarpdırmaq deyil, onun bütövlükdə məcazlaşma adını bildirməkdir. Frazeoloji vahidin bir növü olan frazeloji birləşmə isə frazeoloji birlikdən fərqli olaraq tərkibindəki komponentlərdən biri ilə sintaktik cəhətdən bağlı olur və heç bir başqa sözlə işlənmir. Fransız dilçisi Ş.Balli frazeoloji birləşmələrin nitqə hazır şəkildə daxil olduğunu və bir söz kimi hər dəfə nitq prosesində yenidən düzəldilmədiyini göstərmişdir (1,3).

İnsanlar gündəlik həyatda, adi danışıqda sərbəst söz birləşmələrindən daha çox istifadə edirlər, lakin hər hansı bir dilin lüğət tərkibində külli miqdarda söz birləşmələri vardır ki, onların tərəflərini bir-birindən ayırmaq çətin olur. Belə birləşmələr sərbəst yox, sabit birləşmələrdir ki, bunları da dilçilikdə frazeoloji birləşmələr, tərkib hissələrinə bölünməyən söz birləşmələri, dəyişməz söz birləşmələri, ideomatik ifadələr, leksik söz birləşmələri, ideomlar, frazemlər və s. terminləri ilə adlandırırlar. Frazeologiyada – sabit söz birləşmələrinin bu növlərini göstərmək olar: idiomlar, ibarələr, hikmətli sözlər, atalar sözü, zərbi-məsəllər, rəvayətli ifadələr. Dildə işlədilən sərbəst söz birləşmələri ilə sabit söz birləşmələrini qarışdırmaq olmaz. Çünki sərbəst söz birləşmələrini təşkil edən sözlər leksik mənasında işlənir, qrammatik cəhətdən sərbəst olur (hallanır, təsriflənir, sözlər sıraca dəyişə bilir), söz birləşmələrinin komponentləri (tərəfləri) arasında istənilən qədər söz daxil ola bilir, birləşmədəki sözlər məcazi mənada işlənmir, hamısı birlikdə leksik məna ifadə etmir. Belə söz birləşmələri sintaksisdə tədqiq edilir; ismi və feli söz birləşmələri belə birləşmələrdəndir.

Sabit söz birləşmələri öz mənasına görə dildə xüsusi qrup təşkil edir. O, sözlər kimi bir məfhum ifadə edir. Sözdən fərqli olaraq, sabit söz birləşmələri nominativ (adlandırma) vəzifə daşımır, təsviri vəzifə daşıyır. Sabit söz birləşməsinə daxil olan sözlər öz leksik mənalarını ya tam, ya da qismən itirir. Məsələn: söz güləşdirmək, ürəyi sıxılmaq, gününü başa vurmaq, ağlını başına yığmaq, ayağa qalxmaq və s. Frazeoloji birləşmələrin ifadə etdiyi mənalar bütöv halda olur və belə birləşmələrdə sözlərin sırası dəyişməz olur, buna görə də belə birləşmələr qrammatik cəhətdən ayrılıqda istifadə olunmur. Məsələn: “Ürək yanmasa, gözdən yaş çıxmaz” deyiblər (İ.Rəhimov). Sən özün mənə deyirdin: “Örtülü bazar, dostluğu pozar” (M.İbrahimov). Necə deyərlər: “Qonağın ağzına baxıb atına arpa verərlər” (İ.Rəhimov). Ədəbi dildə işlənən bu nümunələr vasitəsiz nitq şəklindədir.

Atalar sözü və məsəllər – keçmiş nəsillərin yadigarı, insanların müxtəlif dövrlərdə həyat təcrübəsindən alınan nəticələri, tərbiyəvi, təsiredici, düşündürücü keyfiyyətləri özündə müəyyən ibrətamiz fikirləri bir məfhum kimi qısa, obrazlı, yığcam, bitkin şəkildə ifadə edir. “Atalar sözü şifahi xalq ədəbiyyatının ən qüvvətli və zəngin janrlarından biridir. Ulu babalarımız tərəfindən yaradılmış və dəyişməz ifadələrdir. Atalar sözü və məsəllərdə həmişə dərin məna olur. Onların hərfaltı mənası hər kəsi düşünməyə vadar edir. Leksik tərkibcə obrazlılığa və məcazi məna daşımasına, iki cəhətli əlamətə malik olduğuna görə sabit frazeoloji ifadə kimi də işlədilir. Atalar sözlərini sabit söz birləşmələrinə sərti olaraq daxil etmək olar. Atalar sözü öz hökmündən düşmür, həmişə yaşayır” (2,115). Atalar sözü və məsəllər frazeoloji vahidlərdən fərqlənərək cümlə quruluşlu olurlar. Atalar sözü və məsəllər bitmiş fikir ifadə edir. Məsələn: “Dostunu göstər, sənin kim olduğunu deyim” atalar sözündə pis xasiyyətli adamla dostluq etməyin kənardan baxanlar və dostunu tanıyanlar sənin də onun tayı olduğunu demək düşüncəsi, “Dost çətin gündə tanınar” atalar sözündə dostun çətin, dar gündə sınanması, onun həqiqi, yaxud yalançı dost olub olmadığını aydınlaşdıran ən yaxşı üsul olması, “Uşağa buyur, dalınca yüyür” atalar sözündə isə işi onu yerinə yetirə bilənə buyurmaq təbliğ edilir.

Atalar sözləri frazeologiyanın zənginləşməsində mənbə rolunu oynayır. Bu mənada frazeoloji vahidlərin bir qismi atalar sözlərindən aşağıdakı qaydalar əsasında formalaşmışdır:

a) Atalar sözü və məsəllərin bir qisminin ixtisarı ilə əmələ gələn frazeoloji vahidlər: Sənə bir az aş bişirim ki, dadı damağından getməsin – aş bişirmək; Üz vermə, astar istər – üz vermək; Ağ gün ağardar, qara gün qaraldar – ağ gün-qara gün; Abrını ətəyinə bükdü – abrını bükmək, Eyni ağacdan oxluq da olar, qığlıq da – tövlə üçün kürək; Tülkü tülkülüyünü sübut edincə dərisini boğazından çıxararlar – dərisini boğazından çıxarmaq; Anlayana da can qurban, anlamayana da - dad yarımçıq əlindən .

b) “Dili ilanı yuvasından çıxarar”, “Əti sənin, sümüyü mənim”, “Köh­nə hamam, köhnə tas”, “Adımı sənə qoyum, səni yana-yana qo­yum” tipli atalar sözü və məsəllər heç bir dəyişiklik edilmədən frazeoloji va­hid kimi işlənir.

“Bildiyimiz kimi, nəsihət məzmunlu atalar sözünün müəyyən qismi ümumi şəxsli cümlə quruluşundadır. Nəsihət, məsləhət məzmunlu atalar sözlərinin bir qisminə misal olaraq göstərdiyimiz nümunələr “İsti aşa soyuq su qatmazlar” əsasında “İsti aşına soyuq su qatma”, “Oxu atıb yayı gizlətməzlər” əsasında “Oxu atıb yayı gizlətmə” dəyişikliyə uğrayaraq frazeoloji vahidə çevrilmişdir.

c) “Elm pul ilə yox, çalışmaqla əmələ gəlir”, “Sakitliklə olan iş qış­qırıqla başa gəlməz”, “Özgənin yaman gününə gülən, öz gününə ağla­yar”, “Hiylə ilə iş görən möhnətlə can verər”, “Ata-ana sözünə baxmayan külxanada yatar”, “Qızıl-qızıl alma, qızı gözdən salma”, “Gülmə qonşuna, gələr başına”, “Qaşıyıram qanım çıxır, qaşımıram canım çıxır”, “Əl tutanın əlindən tutarlar”, “Alanın gözü satanın əlində olar” atalar sözlərindən əmələ gələn - ələ gəlmək, yaman gün, can vermək, ata-ana sö­zünə baxmaq, gözdən salmaq, başına gəlmək, canı çıxmaq, əl tutmaq, gö­zündə olmaq tipli söz birləşmələri feli frazeoloji vahid olmaqla ünsiy­yət­də geniş istifadə edilərək onun tərkib hissəsi kimi işlədilməkdədir (5, 43.)

Atalar sözlərindən fərqli olaraq məsəllər konkret hədəfə doğru yönəlmiş olur. Eyni zamanda məsəllər quruluş etibarilə mürəkkəb cümlə şəklində təşəkkül tapır.

“Bağda ərik var idi, salamməleyk var idi,

Bağda ərik qurtardı, salamməleyk qurtardı”.

“Adam var ki, adamların naxşıdır,

Adam var ki, dindirməsən yaxşıdır”.

“Keçmə namərd körpüsündən,

Qoy aparsın sel səni.

Yatma tülkü kölgəsində,

Qoy yesin aslan səni”.

Hikmətli sözlər dərin və dolğun bir ibrətamiz məna ifadə edən sabit söz birləşmələridir. Hikmətli sözlər atalar sözlərinə oxşayır. Atalar sözləri kimi hikmətli sözlər də cümlə şəklində olur. Hikmətli sözlər həm mənasına, həm də quruluşuna görə istər idiomlardan, istərsə də atalar sözlərindən fərqlənir. İdiomlar məfhum bildirir, istər ismi, istərsə feli olmasından asılı olmayaraq sabit söz birləşməsi şəklində olur. Fikir bitkinliyi baxımından hikmətli sözlər atalar sözlərinə oxşasa da onların arasında mühüm fərqlər var. S.Cəfərov həmin fərqləri belə ifadə edir:

“1. Hikmətli sözlər atalar sözlərinə nisbətən daha məhdud xarakter daşıyır, onlar kimi kütləvi deyil.

2. Hikmətli sözlər inkişaf edib atalar sözünə keçə bilir.

3. Atalar sözü, əsas etibarilə folklorda (şifahi xalq ədəbiyyatında) özünü göstərdiyi halda, hikmətli sözlər, birinci növbədə, yazılı ədəbiyyat üçün səciyyəvidir.

4. Atalar sözlərinin mənşəyi konkret olaraq məlum olmadığı halda, hikmətli sözlərin mənşəyi, demək olar ki, məlum olar.

5. Atalar sözlərində istər müsbət və istərsə də mənfi hadisələrə qarşı münasibət öz əksini tapır”.

Hikmətli sözlər dəqiq məna ifadə etdiyinə görə işləklidir. Müxtəlif hadisələrlə əlaqədar olaraq yarandığına görə sürətlə yayılaraq kütləviləşir, sevilir.

Şair və yazıçılar müxtəlif millətlərə mənsub olduğu kimi, onların yaratdığı hikmətli ifadələr də müxtəlif xalqların ədəbiyyatına aid olur. Bu mənada hikmətli ifadələri mənsub olduğu xalqların ədəbiyyatları üzrə aşağıdakı kimi qruplaşdırmaq olar:



  1. Azərbaycan ədəbiyyatına aid olanlar:

Çalış öz xalqının işinə yara,

Geysin əməlindən dünya zər-xara (Nizami).

Kamil pir palançı olsa da insan,

Yaxşıdır yarımçıq papaqçılıqdan (Nizami).

Qaziyə salam verdim “rüşvət deyildir” – deyə almadı (M.Füzuli), Meymunu yada salma (M.F.Axundov), O olmasın bu olsun (Ü.Hacıbəyov), Ağladıqca kişi qeyrətsiz olur (M.Ə.Sabir), Bəlkə də qaytardılar (C.Məmmədquluzadə).


  1. Rus ədəbiyyatına aid olanlar:

Olmasaydı cahanda sarsaqlar,

Ac qalardı yəqin ki, yaltaqlar (Krılov).

Kim ki, yanmır, o his verir (H.Ostrovski).

Günəş olmasa, çiçəklər olmaz, məhəbbət olmasa, həyat olmaz, qadın olmasa, sədaqət olmaz (M.Qorki).

Ehtiyac ən böyük bədbəxtlik, əsl müsibətdir. O, insanı alçaldır, həyasızlaşdırır, hörmətdən salır, insaf və mürvəti əlindən alır, qüvvət və iradəsini zəiflədir (D.İ.Pisaryev).

3. Dünya ədəbiyyatına aid olanlar:

Bu dünyada ən təmiz xəzinə ləkəsiz, qüsursuz namusdur (Şekspir).

Nə qədər yaşayırsan öyrən, gözləmə ki, qocalıq gələndə sənə kamal da gələcəkdir (Sokrat).

İnsan alim olmasa da cahil qalmamağa çalışmalıdır (Tofik Fikrət).

Döyüşdə silah lazım olduğu kimi, həyatda da bilik lazımdır (S.S.Russo).

Elm əqidəli olmaq üçündür, dünya malı yığmaq üçün deyil (Sədi).

Vicdan bizim malik olduğumuz ən yaxşı əxlaq kitabıdır, yoldan azmamaq üçün ona tez-tez baxmaq lazımdır (Paskal).

O adamlar həqiqətən böyükdürlər ki, ürəkləri hamı üçün döyünür (R.Rollan).

Gəldim, gördüm, qələbə çaldım (Sezar).



Rəvayətli ifadələr konkret olaraq keçmişlə əlaqədar olduğuna görə müəyyən rəvayətlər əsasında formalaşmışdır. “Rəvayətli ifadələr əsasında formalaşmış “başı əhlət daşına dəymək, başına kül tökmək, bişmiş toyuğun gülməyi gəlir, qamış qoymaq, dəvəsi ölmüş ərəb, səninki səndə, mənimki məndə, barmaq qoymaq” kimi frazeoloji vahidləri bu qəbildən saymaq olar.

Bunlar rəvayətlərdən alınaraq ya olduğu kimi, ya da bəzi dəyişikliklə dilimizin frazeoloji sisteminə daxil edilmişdir (5, 47). “Başı əhlət daşına dəyməyib” rəvayəti barəsində olan şərh belədir: Dini rəvayətə görə, ölü basdırıldıqdan sonra yerindən qalxıb getmək istəyir, lakin başı əhlət daşına dəyir və öldüyünü başa düşür. Müasir dövrümüzdə bu rəvayət çətinlik görməmiş, hər şeyə qeyri-ciddi baxan adamlara aid edilərək işlədilir.

Frazeoloji vahidlərin yaranmasında bəzi rəvayətli ifadələr mənbə rolunu oynaya bilir. Məsələn:

Dəvəsi ölmüş ərəb - Mən də dəvəsi ölmüş ərəbəm (“Kirpi” jur­nalı).

Qamış qoymaq - Hələ bizim əlimizdən çıxan işə qəmiş qoyan ol­­mayıb (“Kirpi” jurn.).

Alnı əhlət daşına dəyməyib - Başım əhlət daşına dəyib, indi işləmək istəyirəm (“Bakı” qəzeti).

Bişmiş toyuğun gülməyi gəlir - Rəhmətliyin oğlu elə söz danışır ki, bişmiş toyuğun gülməyi gəlir (B.Xəlilov) (4, 275)

Azərbaycan dili frazeoloji vahidlərlə zəngin olan dildir. Dilə məxsus sistemlilik frazeologiyada da özünü göstərir və bu sahədə müəyyən qanunauyğunluqların meydana gəlməsinə səbəb olur. Hər bir frazeoloji vahiddə müasirliklə keçmişin cilalandığını, tarixin ən qədim laylarına məxsus xüsusiyyətlərin əks olunduğunu görürük.


Ədəbiyyat:

  1. Ш.Балли. Французская стилистика (перевод с французского). М.-Л., 1961.

  2. S.Cəfərov. Müasir Azərbaycan dili. Maarif nəşriyyatı. Bakı, 1982.

  3. Atalar sözü (toplayanı Ə.Hüseynzadə). Bakı, 1965.

  4. B.Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı, 2008.

  5. H. Bayramov. Azərbaycan dili frazeologiyasının əsasları. Maarif, 1978.

  6. Rəvayətli ifadələr. Niyə belə deyirik? (Toplayanı B.A.Hüseynov), Bakı, 1961.



Раджабова Рамиза

Выражение фразеологических единиц в языке

Резюме

В историческом развитие каждого языка, в т.ч. азербайджанского, язык приобретает новые и новые качества. Одним из исторических инноваций является фразеологизм. Статья посвящена исследования фразеологических единиц азербайджанского языка.


Rajabova Ramiza

Expression of phrazeological units in language

Summary

İn the historical development of each language, in Azerbaijanian language too, the language gets more and more quality. One of the historical innovation is phrazeologizm. The article is dedicated to the investigation of phrazeological units in Azerbaijanian language.




S.R.ƏLİYEVA

Ş.Q.QASIMOVA
ELAN VƏ BİLDİRİŞLƏRİN STRUKTUR-SEMANTİK XÜSUSİYYƏTLƏRİ
Açar sözlər: Struktur-semantik, elanlar, bildirişlər.

Ключевые слова: структурно-семантический, объявление,

извещение.



Key words: struktural-semantical, advertisement, notifications.
Ədəbi dilimizin üslublar sistemində fəaliyyət göstərən işgüzar müəyyən tarixi inkişaf yolu keçmiş, dilxarici və dildaxili amillərin təsiri ilə son dövrlərdə onun işləkliyi artmış, özünəməxsus xüsusiyyətləri daha da müəyyənləşmişdir. Müasir ədəbi dilimizdə “işgüzar” adlandırdığırnız üslubu “rəsmi-epistolyar” üslub şəklində verən T.Hacıyev onu iki qola ayırmışdır. 1) sənədlərin, rəsmi dövlət və idarə kağızlarının, elanların və s. dili; 2) məktubların, şəxsi yazışmaların dili (2, 244). Sənəd dilində standartların, qəliblərin, vahid formaların vacibliyini qeyd edən müəllif yazır ki, XX əsrin əvvəllərində Azərbaycan dili dövlət dili olunduğundan bu üslub zəif çıxış edir. “Bu üslubdan dövlət müəssisələrindən çox, ayrı-ayrı mətbuat orqanlarında istifadə olunur; elanlar, müqavilələr, reklamlar çap edilir. Təbii ki, belə halda hər mətbuat orqanı öz dil normasını rəhbər tutur və bununla da rəsmi-kargüzarlıq dilinin mahiyyəti korlanır, standartçılıq prinsipi pozulur”. (2,244).

Müsbət haldır ki, son onilliklərdə idarə və müəssisələrdə yazışmalar, müvafıq, sənədlər Azərbaycan dilində hazırlanır və ədəbi dilimizin normalarına uyğun tərtib edilir. Azərbaycan Respublikası Prezidentinin 23 may 2012-ci il tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamında qeyd edilir: “Ana dilimiz öz ifadə imkanlarının zənginliyi, səs quruluşunun səlisliyi və qrammatik strukturunun sabitliyi ilə səciyyələnir. Müasir Azərbaycan ədəbi dili siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş işlənmə dairəsinə malik, yüksək yazı mədəniyyəti olan və daim söz ehtiyatını zənginləşdirən bir dildir. O, özünün indiki yüksək səviyyəsinə görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların zəhməti sahəsində çatmışdır. Bu prosesdə Azərbaycan dilçilik elminin də böyük xidməti vardır.

... Bununla yanaşı, son dövrlərdə müasir Azərbaycan ədəbi dilinin tükən­məz imkanlarmdan lazımınca və düzgün istifadə edilməməsi diqqəti çəkir. Ədəbi dilimizin özünəməxsus inkişaf qanunauyğunluqlarına xələl gətirə bibcək yad ünsürlərin üzə çıxarılması və qarşısının alınması istiqamətində mütəxəssislər heç də həmişə çeviklik nümayiş etdirə bilmirlər. Nəticə etibarilə dövlət dilimizin tətbiqi sahəsində bir sıra problemlər özünü qabarıq şəkildə büruzə verir. Dilin böyük ictimai-siyasi hadisə və mənəvi həyatımızın mühüm amili olduğunu çox zaman nəzərdən qaçıran bəzi mətbuat orqanlarında, radio və televiziya kanallarında ədəbi dil normalarının pozulması adi hal almışdır. Dublyaj edilən filmlərin, xarici dillərdən çevrilən elmi, bədii və publisistik əsərlərin tərcüməsi bir qayda olaraq yüksək estetik tələblərə cavab vermir, onlar sönük və yarıtmazdır, dilimizin hüdudsuz ifadə imkanları ilə müqayisə edilməyəcək qədər aşığı səviyyədədir. Küçə və meydanlardakı reklamlarda, afışalarda Azərbaycan dilinin ən adi leksik və qrammatik qaydalarının pozulması təkcə dil mədəniyyətinin deyil, ümumi mədəni səviyyəsinin də arzuedilməz göstəricisinə çevrilmişdir”.

İşgüzar üsluba aid olan elan və bildirişlər də informasiya vasitələri kimi insanların bu və ya digər həyat fəaliyyəti sahələri ilə əlaqələrinin intensivləşməsində mühüm yer tutur.



Reklamlar kimi elan və bildirişlər də çağırış, dəvət, cəlbedicilik ifadə edir. Əsas fərq ondan ibarətdir ki, reklamlarda təşviqat, elan və bildirişlərdə isə çağırış və dəvət məzmunu güclü olur. Reklamlarda reklam olunan əşya, tədbir, habelə, kütləvi kommunikasiyaya xidmət edən digər vasitələrin həm zahiri, həm də daxili keyfiyyətləri barədə aydın məlumat verilir, bunun üçün müxtəlif növlü illüstrasiyalardan istifadə olunur. Elan və bildirişlərdə isə illüstrativ materialların verilməsinə о qədər də ehtiyac qalmır. Əgər elan və ya bildiriş verildikdə illüstrasiyadan istifadə edilirsə, bu artıq sadə elan və ya bildiriş yox, reklam-elan xüsusiyyəti daşıyan ayrıca bir çağırış, dəvət vasitəsi kimi səciyyələnir. Müasir elmi və texniki tərəqqinin nailiyyətləri, iqtisadi və sosial-mədəni inkişaf perspektivləri əsasında daha da təkmilləşən elan və bildirişlər xüsusi müstəqil bir çağırış, dəvət, həmçinin cəlbedicilik vasitələrindən biri kimi formalaşaraq sabitləşmişdir. Başqa sözlə desək, müasir dövrdə elan və bildirişlərin özünün müəyyən dil standartları meydana gəlmişdir. Bütün bu xüsusiyyətlər elan və bildirişlərin məna və məzmununda, quruluşunda və onların ifadə vasitələrinin qrammatik-semantik strukturunda özünü göstərir. Elan və bildirişlərə məxsus bu cəhətlər aydın olsun deyə, onları ayrı-ayrılıqda şərh etmək daha məqsədəuyğundur.

  1. Elan və bildirişlərin məna və məzmun cəhətlərinə aid xüsusiyyətlər onların iki başlıca forması ilə meydana çıxır. Bunlardan birincisində əsas məzmunun elan, digərində isə əsas informasiyanın bildiriş şəklində verilməsindən ibarətdir. Məzmun və informasiya baxı­mın­dan elanla bildiriş arasında ciddi fərq yoxdur. Bunlarının birinin digə­rindən fərqi odur ki, elanda məlumat geniş və əhatəli çatdınhr, bildirişdə isə konkret informasiya verilir. Ümumiyyətlə, məna və informasiya xüsusiyyətlərinə görə bildirişləri elanların bir növü də adlandırmaq olar.

Elandan istifadə edilməsi lüzumu о zaman yaranır ki, hər hansı əşya, hadisə və ya tədbir haqqında ətraflı informasiya verilməsinə ehtiyac olsun. Məsələn, ali məktəblərə tələbə və ya dinləyici qəbulu, kadr yetişdirilməsi ilə əlaqədar ayrı-ayrı müəssisələrdə aspiranturaya qəbul, həmçinin müsabiqə ilə bağlı məsələlər barədə informasiya verilməsi üçün geniş elanlardan istifadə olunur. Bu baxımdan internet səhifəbrində yerbşdirilmiş xüsusi elan saytları (www.elan.az,www.elanevi.­com,www.­qazanc.az,www.­elanver.biz və s.) çoxluq təşkil edir. Məsələn, ınternetdə “Elm və təhsil” başlığı altında verilmiş elanda repetitorlar, məsləhətlər, kurslar, dərslər yazrımbaşlıqlarının hər biri haqqında müvafiq məlumatlar yerbş­dirilmişdir. “Kurslar”la bağlı elan səhifəsində kursların adları sadala­nır, onların yerləşdiyi ünvan, elanın sayta daxil edilmə tarixi gös­tərilir. Belə elanlar adresata müəyyən meyl və marağın istiqa­mətlən­diril­məsini təmin edir, onlarm müəyyən peşə, sənət, ixtisas sahəsi üzrə yönəlməsində mühüm rol oynayır. Elanlarda informasiyanın dolğunluğu adresatda təsəvvür genişliyi yaradılmasının başlıca şərtidir.

Bildirişlərdə konkret informasiya verilir. Bildirişlər başlıca olaraq, müəyyən əşya, hadisə və ya tədbir haqqında qısa və ya aydın məlumatdan ibarətdir. Onlar daha çox, əşya, keçiriləcək tədbirlər, həmçinin, təcili görüləcək müəyyən işlə əlaqədar verilir. Bildirişlərdə ət­raflı və geniş təfsilata ehtiyac görülmür. Burada əsas şərt məzmunun ay­dın və müxtəsər verilməsindən ibarətdir. Bildirişlərdə, başlıca olaraq, hər han­sı tədbirin, məsələn, müəyyən bir müəssisədə məşğələlərin başlan­ma­sı, yarışların keçirilməsi, abunə yazılışı, qısa xəbərlər, yığıncaqlar, tama­şalar, seminarlar və s. barədə məlumatlar verilir. Nümunə üçün internet səhifə­sindən götürülmüş bir bildirişə nəzər salaq: EGMHT- Bakıdakı Av­ro­pa Tədris-İnformasiya Mərkəzi, Azərbaycan Memarlıq və İnşaat Uni­ver­siteti, “Fövqəl” Assosiasiyası ib birlikdə 2012-ci il noyabrın 19-20-də “Tə­bii fəlakətbrə daha çox məruz qalan regionlarda dayanıqlığın yük­səl­dil­məsi, icmaların fövqəladə hallara hazırlanması və əhali arasında risk mə­dəniyyətinin yüksəldilməsi” mövzusunda elmi-praktik konfrans ke­çiriləcək. (www.fovqal.org). Bildirişin əsas hissəsində konfransın əsas mövzuları qeyd olunmuş və məqalələrin çap olunmasına qoyulan tələblər haqqında məlumat verilmişdir. Sonda təşkilat komitəsinin əlaqə vasitəbri - ünvan, telefon və faks nömrələri və elektron poçt ünvan göstərilmişdir.

Onu da qeyd edək ki, internet səhifələrində elanlar, ayrıca olaraq, xüsusi elan saytlarında yerləşdiyi halda, bildirişlər hər bir təşkilatın, müəssisənin öz saytında yerləşdirir. Yəni elan hamı üçün verilir, kütləvi xarakter daşıyır. Bildirişin məzmunu isə müəyyən məhdud sahə, peşə və ya ixtisasla bağlı olur. Elan və bildirişlərin quruluşunda da bu xüsusiyyətlər qabarıq şəkildə əks olunur.


  1. Elan və bildirişlərin quruluş xüsusiyyətbri

Elan və bildirişlər məna—informasiya cəhətdən ümumi cəhətbrə malik olsalar da, onların quruluş xüsusiyyətləri arasında müəyyən fərqlər özünü göstərir.

Bütün elanlar öz quruluşuna görə üç hissəyə bölünür. Birinci hissə başlıq­dan, ikinci hissə məzmun və şərtdən, üçüncü hissə isə ünvandan ibarət­dir. Elanların başlıqları da müəyyən dərəcədə ünvan xarakteri daşıyır. Başlıqlarda da, bir qayda olaraq, elanı verən idarə və müəssisələrin qrafıki, adı yazılır. Bu cəhətdən elanlara məxsus aşağıdakı kimi başlıqlar səciyyəvidir:

Azərbaycan Millli Elmlər Akademiyası 2012-ci ildə Azərbaycan MEA-nın və Respublikanın digər elmi müəssisə və təşkilatları üçün fəlsəfə doktoru hazırlığı üzrə doktorantutaya qəbul elan edir (“Elm” qəzeti, 30 avqust 2012-ci il).

Elanların məzmun və şərt hissəsi genişdir. Bu hissədə elanın məqsədi, həmçinin, müvafıq müəssisəyə aid olan şərtlər barədə ətraflı informasiya verilir. Elanların ünvan hissəsi də konkretdir. Burada elanı verən idarə və müəssisənin yeri və telefon nömrəsi dəqiq göstərilir.

Bildirişlər isə başlanğıc, əsas məzmun və ünvan hissələrindən ibarətdir. Lakin bildirişlərin başlanğıc hissəsi elanlardakı kimi sabit deyildir. Bildirişdə daha konkret informasiya verildiyinə görə burada cəlbedicilik xüsusiyyəti daha qabarıq şəkildə meydana çıxır. Cəlbedicilik xüsusiyyətinin hətta, müəyyən dərəcədə gücləndirilməsi üçün bildiriş başlıqlarında «diqqət!», «nəzərinə», «məlumat» və s. kimi sözlərdən istifadə edilir.

Nümunə:


Ali məktəb və təhsil müəssisələri rəhbərlərinin nəzərinə

Respublika Təhsil Nazirliyi və Azərbaycan Universiteti 18-19 aprel 2012-ci ildə “Milli müstəqilliyimiz, milli dövlətçiliyimiz və milli dilimiz” mövzusunda Respublika elmi-nəzəri konfrans keçirəcəkdir.

Bəzən də, bu tip informasiya gücləndirici sözlərdən, ümumiyyətlə, istifadə olunmur. Bildirişə məxsus konkret məzmunlu mətn verilir. Bildirişlərə aid bir cəhəti də qeyd etmək lazımdır ki, bəzən bu qəbil informasiya və cəlbedicilik vasitəsini elandan fərqləndirmək üçün «bildiriş» sözü gah yazılır, gah da yazılmır. Bu da, hər şeydən əvvəl, bildirişə məxsus standartların elanlar ilə müqayisədə tam təkmilləşməsini göstərir.

«Bildiriş» sözündən, əsas etibarilə, о zaman istifadə olunur ki, başlıqda əlavə informasiyaverici söz işlədilmir. Bu zaman «bildiriş» sözü mətni elandan fərqləndirmək üçün əsas vasitə olur. Bu tipli bildirişlərdə ünvan xarakterli başlanğıc məzmun və şərt hissədən ayrılmır. Bildirişbrin bu növünün başlanğıc hissəsi ib bağlı bir nümunəyə nəzər yetirək:



Bildiriş

Azərbaycan Yazıçılar İttifaqı Nizami poeziya günləri komitəsi Bakıda və şairin vətəni Gəncədə, habelə, respublikanın digər rayonlarında bu il sentyabrın 25-dən 28-dək ənənəvi Nizami poeziya günləri keçirir («Azərbaycan» qəzeti, 2009-cu il).

Bəzən, bu tipli bildirişlərin verilməsində, ümimiyyətlə, «bildiriş» sözündən istifadə edilmir. Bu halda yenə də başlanğıc ilə əsas məzmun hissəsi bir yerdə verilir. Bildirişlərdən təkcə qəzetlərdə yox, həm də idarə və müəssisələrdə də istifadə olunur. Bu zaman «bildiriş» sözü işbdilir. Bildirişbrin informasiyaverici sözlər işlənən qismində də başlanğıc ib əsas məzmun hissəsi birlikdə verilir. Bildirişlərin müəyyən qismi sırf məlumat xarakteri daşıyır. Belə bildirişlər verildikdə başlıqda «məlumat» sözü də yazılır. Bu cür bildirişlərin məzmununda təcili xəbər anlayışı ifadə olunur və həmin məlumatı verən təşkilatın adı bəzən başlanğıcda, bəzən isə sonda verilir.

Bildirişlərin quruluş cəhətdən ən qısa və konkret növbri də vardır. Bunlardan ictimai və mədəni-kütləvi sahələrdə, həm də yol-nəqliyyat və iaşə xidmət sahələrində istifadə edilir. Bunlara aşağıda sadaladığımız sahəbrdə, xüsusən, gündəlik həyatda və məişətdə tez- tez təsadüf etmək olur:

1) Ictimai-mədəni sahəbrdə: Sıqaret çəkmək qadağarıdır!



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin