AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ


Üsyan!..  Məbədlərə, qalpaqlara, çarĢaflara üsyan!



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   ...   13   14   15   16   17   18   19   20   21

Üsyan!.. 
Məbədlərə, qalpaqlara, çarĢaflara üsyan!  
ġaĢqınlığa yox zərrəcə imkan.  
Hər fəlsəfə, qanun dəyiĢirkən, 
Bir nöqtədə dursan da, düĢünsən, 
                                                 
1
 H. C a v i d. SeçilmiĢ əsərləri, səh. 574. 

 
221 
Məğbər yapacaqlar gəmiyindən
1
.— 
 
—  deyə  eli,  obanı  yeni  həyata,  yeni  mədəniyyət  uğrunda 
mübarizəyə  səsləyir.  Məscid  və  məbədlər  məktəblərə, 
kitabxanalara çevrilir, əsrlərcə işıtlı dünyaya həsrət qalan 
qızlar, qadınlar qara çadralarını atıb, yeni həyatın axınına 
qovuşurlar. 
Bu  yeniliklər  köhnə  başlarda,  altı  üstünə  çevrilmiş 
köhnə  cəmiyyət,  köhnə  əxlaq  tərəfdarlarında  kin-qəzəb 
doğurur.  Onlar  tarixin  bu  hərəkətinin  qabağını  almaq 
istəyirlər.  Bu  mübarizədə  biz  Azəri  yeni  nəslin  sırasında 
görürük. 
O, 
köhnələrin  xam  xəyallarını  nifrətlə 
damğalayıb,  yeni  həyat  quranların  sağlam  məfkurəsini 
qəbul edir: 
 
...Bu gün gəncliyə baxsan  
Bir sel kimi hər an, 
Sağlam, yeni məfkurələr izlər. 
...Onlardakı qüdrət və məharət  
Er-gec verəcək xalqa səadət. 
Onlar mədəniyyətlə günəĢlər yaxacaqlar. 
KeçmiĢlərə üstdən baxacaqlar. 
...Onlar güləcək, güldürəcəklər, 
Bizdən daha xoĢ gün görəcəklər
2

(―Üsyan‖.) 
 
Başqa  bir  yerdə  Azər  yenə  köhnəpərəstlərin  yeniliyə 
müqavimət  göstərdiklərini,  inqilabçı  gənclərdən  şi- 
kayətləndiklərini  gördükdə  onları  —  qorxu,  zillət  bay- 
quşları,  həyata  artıq  bir  yük  olan,  ―günü  keçmiş  nə- 
sihətçilər‖  adlandırıb  rədd  edir,  gəncliyə  müraciətlə 
deyir: 
                                                 
1
 Yenə orada, səh. 640. ―Üsyan‖ adlı hissə. 
2
 H. C a v i d .  SeçilmiĢ əsərləri, səh. 641-642. 

 
222 
Əsrin yavruları olun — ...əvət, ancaq cəsarət, 
Ancaq çəlik qollar verir insanlara səadət. 
...Artıq yetər, evimizin çəpərini aĢmalı, 
Qartal kimi geniĢ, əngin üfüqlərə qoĢmalı. 
...Cahan igid ərlərindir, qorxan gözə çöp düĢər.  
NəĢəsiz bir ömrü ancaq mübarizə güldürər
1

(―Dəniz kənarında‖.) 
 
Dastanın bir ayrı parçasında  biz Azəri gözəl səsi olan, 
lakin  köhnə  adət-ənənələrə  əsir  olub  öz  istedadını 
cəmiyyətdən  gizlədən,  bəxtə,  taleyə  inanan,  sadəlövh 
Azərbaycan  qızı  Səlma  ilə  görürük.  Azər  öz  ağıllı 
nəsihətləri  ilə  Səlmanı  köhnə  fikirlərdən  ayırıb,  onu 
əməyə,  yeni  həyata  çağırır,  ona  yeni  dünyanın  yollarını 
nişan verir: 
 
Dedi Azər: Nə çıxar keçmiĢdən, 
Fəzlə bəhs etməyəlim bir heçdən. 
Varsa ən doğru həqiqət, o ―bu gün!‖
2
 
(―Səlmanın səsi‖.) 
 
Çox  çəkmir  ki,  minlərcə  başqaları  kimi  yeni  həyat 
Səlmanı  da  öz  qoynuna  alır.  İndi  onun  səsi  incəsənət 
evlərindən  yüksəlir.  Yüzlərcə  tamaşaçı  onu  alqışlayır, 
güllər,  çiçəklərlə  qarşılayır.  Qoca  Azər  də  onların 
sırasındadır.  Səlmanın  bu  xoşbəxt  günündə  Azər  onu 
təbrik  edirkən  Azərbaycan  qızına  bu  səadəti  bəxş  edən 
inqilabın qüdrətini də başa salmağı özünə borc bilir: 
 
...Təbrik edəyim gəl səni mən, 
Sana nərdən bu səadət bilsən? 
DüĢün əvvəlki səfalət dəmini! 
                                                 
1
 Yenə orada. 628-629. 
2
 H. C a v i d. SeçilmiĢ əsərləri, səh. 637. 

 
223 
Ġnqilab atəĢi parlatdı səni. 
Ġnqilab açdı sənin Ģəhpərini...
1
 
(―Səlmanın səsi‖.) 
 
1927-ci  ildə  nəşr  edilən  bu  parçanı  Cavid  Oktyabr 
inqilabının  ildönümünə  həsr  etmiş,  epiqraf  olaraq 
―Oktyabr üçün‖ sözlərini yazmışdı. 
Azər  yalnız  yeni  həyatın  nailiyyətləri  ilə  fərəh- 
lənmək,  cəmiyyətin  irəli  gələn  qüvvələrini  alqışlamaqla 
kifayətlənmir.  O,  geridə  qalanları,  gənc  ikən  köhnəliyin 
əsiri  olanları  da  görür,  onları  tərbiyə  etməyə,  keçmişdən 
ayırmağa  çalışır.  Azər  qəbristanlıq  yanından  ötüb 
keçirkən  köhnə  fikirli  gənc  bir  vətəndaşın  əli  qoynunda 
bir  məzar  başında  durub,  sel  kimi  göz  yaşları  axıtdığını 
görür.  Azər  ümumiyyətlə  ağlayıb-sızlamağı  kişilik  hesab 
etmir; belələrini gördükdə həmişə  ―ağlamaq  Şərqi  yordu‖ 
deyib  qəzəblənir.  O,  yaxınlaşıb  gənc  oğlanın  nə  üçün 
sızladığının səbəbini soruşur.  Gənc  başına  gələn macəra- 
nı  danışır:  o  gözəl  bir  qızı  sevmiş,  lakin  əcəl  sevgilisini 
ondan ayırmışdır. Odur ki, daha yaşamaq istəmir, intihara 
qərar vermişdir. Azər: 
 
Ölüm var ki həyat qədər dəyərli,  
Həyat var ki, ölümdən də zəhərli
2
... — 
 
—  deyib  gənc  mistikin  bu  halına  acı-acı  gülür,  onun  bu 
hərəkətini sərsəmlik adlandırır, ölüm hissləri ilə yaşamaq 
nadanların,  sərsəmlərin  işidir  —  deyir.  Başa  salır  ki,  o 
elə  bir  zamanda  yaşayır  ki,  vətən  hər  bir  oğlundan  və 
qızından  xeyirli  bir  iş,  bir  təşəbbüs,  yaradıcılıq, 
fədakarlıq gözləyir. Dünya elə bir ―sərgidir‖ ki, orada hər 
bir  fərd  göz  yaşları  ilə  yox,  ancaq  öz  mənalı  həyatı, 
                                                 
1
 Yenə orada, səh. 639. 
2
 H. C a v i d. SeçilmiĢ əsərləri, səh. 626. 

 
224 
qiymətli işi, yaradıcılığı, əməyi ilə iştirak edə bilər. Azər 
gənc vətəndaşa nəsihət edib deyir: 
 
Haq da, həqiqət də göz önündədir, 
Yer altında deyil, yer üstündədir. 
Bəxtiyarsan, əgər çəkdiyin əmək  
Cahan sərgisinə versə bir çiçək.
1
 
(―Məzarlıqdan keçirkən‖.) 
 
Azər  həyatdan  geridə  qalmış  gənclərə  şənlik 
məclislərində  də  rast  gəlir.  Bir  ziyafətdə  çadrasını  atmış 
bir  neçə  gənc  qız  və  xanımla  rastlaşır.  Lakin  onlar 
çadralarını  atsalar  da,  hələ  fikir,  zövq  və  mənəviyyatca 
yeni  həyatdan  çox  uzaqdırlar.  Yeniliyi  yanlış  başa 
düşmüş, modaçılığa uymuş, yeniləşməyi bolluca pudra və 
boya  işlətməkdən  ibarət  bilmişlər,  meşşanlıq  bataqlığına 
yuvarlanmışlar.  Azər  görür  ki,  onlar  hələ  inqilabın  Şərq 
qadınına  bəxş  etdiyi  feyzlərdən,  yeni həyatın  onlar  üçün 
açdığı 
geniş 
mübarizə 
yollarından 
çox 
uzaq, 
xəbərsizdirlər. O, Şərq qadınının çadradan xilas olmasını 
böyük  bir  tarixi  yenilik  hesab  edir.  Bununla  belə 
qadınların  inkişafına  mane  olan  mənəvi  çadranın  da 
olduğunu qeyd edir: 
 
Ġnqilab, iĢtə! Atıb çarĢafı siz, 
O siyah pərdəyi rədd eylədiniz. 
Qeyd edirkən bunu tarix, ancaq, 
Bir fəzilət deyə alqıĢlayacaq. 
 
Sizi aldatmasın amma bu qürur, 
ÇarĢaf atmaqla bitər sanma qüsur, 
Çox beyinlər yenə həp pərdəlidir, 
Mənəvi pərdəyi dəf etməlidir.
1
 
                                                 
1
 Yenə orada. 

 
225 
(―Bayramdı‖.) 
 
Azər dörd divar arasında oturub pudraya, boyaya aludə 
olan  xanımları,  qızları  həyata,  zəhmətə,  fəaliyyətə 
çağırır: 
 
Hərəkətsiz bir ovuc ət kimi siz, 
Qapanıb məhbəsə gün görməsəniz, 
Nə gözəllik, nə də sihhət qalacaq, 
Gündə bir çöhrə vərəmdən solacaq.
2
 
(―Bayramdı‖.) 
 
Bir  başqa  məclisdə  Azəri  insan  haqqında  çox 
köhnəlmiş,  qəribə  mülahizələrə  sahib  olan  adamlar  əhatə 
edir.  Onlardan  biri  ―insan  meymundan  əmələ  gəlmiş, 
heyvandan  yonulmuşdur‖  deyə  dünyanın  əşrəfi  olan 
insanı  heyvan  dərəcəsinə  qədər  alçaldır,  insanın  ağıl  və 
zəkasına,  insanlığın  parlaq  gələcəyinə  şübhə  etdiyini 
bildirir. 
Yaradıcılığının  birinci,  inkarçılıq  dövründə  Cavid  özü 
də 
 
Göz-qulaq görmək, eĢitmək aləti,  
Hər zaman aldatmıĢ insaniyyəti — 
 
—  deyə  insan  zəkasına  bir  növ  şübhəli  münasibət  bəslə- 
yirdi.  Bu  əsərdə  isə  Cavidin  sovet  həqiqətini  dərk  edən 
və  sovet  adamlarının  yaradıcı,  qurucu  əməyindən 
ilhamlanan  qəhrəmanı  Azər  bu  inkarçılığa belə  kəskin  və 
ağıllı bir cavab verir: 
 
Ġnsan yonulmuĢ bir heyvan; olsa da, 
                                                                                                        
1
 H. C a v i d. SeçilmiĢ əsərləri. səh. 623. 
2
 Yenə orada, səh. 622. 

 
226 
Endirilməz heçə ondakı zəka. 
O yalnız düĢünməz, düĢündürür də, 
KəĢf edər gündə bir qaranlıq pərdə
1

(―YaĢamaq və yaĢatmaq‖) 
 
Başqa  bir  parçada  Azəri  uzaq  bir  kənddə  görürük. 
Yeni  sovet  mədəniyyətinin  günəşi  ölkənin  bu  hicra  gu- 
şəsində  də  doğmuş,  kənddə  məktəb  açılmış,  gənc  müəl- 
limlər  yetişmişdir.  Lakin  burada  hələ  köhnəliyin  tör- 
töküntüsü  də  qalmaqdadır.  Səsi  çox  uzaq  keçmişlərdən 
gələn bir dərviş çayxana qarşısında durub, ―ya Əli!‖ deyə 
qədim  əfsanələrdən  bəhs  edir,  insanın  da,  dünyanın  da 
sonu 
heçdir 
—  deyə  insanları  gözəl  həyatdan 
uzaqlaşdırmağa 
çalışır. 
Dərvişin 
səsi 
Azərə 
xarabalıqlarda  ötən  bir  bayquş  səsi  təsirini  bağışlayır. 
Azər gülüb deyir: 
 
Nə boldur bu köydə mövhumat alan! 
ġu sərsəridənsə gözəl deyilmi  
Əyləndirə bizi saz aĢıqları.
2
 
 
Azərin  məsləhəti  ilə  dərvişi  uzaqlaşdırıb,  məclisə  saz 
aşığı  çağırırlar.  Aşıq  gəlir,  sazını  bağrına  basıb  bir  az 
əvvəl  dərvişin  təbliğ  etdiyi  tərki-dünyalığa  qarşı  həyat 
məhəbbətini,  yaşamaq  eşqini  tərənnüm  edən,  nikbin, 
ürəkaçan  mahnılarını  oxuyur,  yeni  həyat  sevinclərindən 
bəhs edir: 
 
Mən bir qartalam ki, zümrüd dağların 
Çiçəkli qoynunda yaĢıl yuvam var; 
Gül bənizli, Ģahin baxıĢlı yarın  
Könlümə saçdığı yeni ilham var
3

                                                 
1
 Yenə orada, səh. 616. 
2
 H. C a v i d. SeçilmiĢ əsərləri, səh. 633. 
3
 Yenə orada. 

 
227 
(―Köydə‖.) 
 
Azər  kənd  cavanlarına  qoşulub  müəllim  və  mək- 
təblilərlə birlikdə kəndi gəzir, toylarda, şənliklərdə cəngi 
çalıb  yallı  gedənləri,  pəhləvanların  güləşmələrini  fərəhlə 
seyr  edir,  həyat  mübarizəsi  üçün  sağlamlığın  böyük 
mənasından  danışır,  gözəl  el  adətlərini  qiymətləndirir. 
Azər  yeni  Azərbaycan  kəndinin  maariflənməsi  işində 
kənd müəllimlərinin üzərinə düşən böyük vəzifələrdən də 
danışır. O, yenicə dostlaşdığı gənc müəllimə deyir: 
 
Tutduğun yol böyük... sən el rəhbərisən, 
Bütün səslərdən üstündür sənin səsin. 
Bağır, hayqır, can ver issız bucaqlara, 
Bilgi nuru yağdır sönmüĢ ocaqlara, 
Zəif biləklərdən çəlik qollar yarat,  
Hər uyuĢmuĢ beynə bir qığılcım at! 
ÇalıĢ bütün boĢluqlar zəminlə dolsun,  
Hər bataqlıq çiçəkli bir cənnət olsun. 
Bilgi saçar hər qaranlıq yurda iĢıq, 
Yalnız əmək verir bizə bəxtiyarlıq
1

(―Köydə‖.) 
 
Bir  yerdə  dayanmaq  bilməyən  Azər  yeni  həyatın  yo- 
rulmaz  yolçusudur.  Başqa  bir  parçada  Azəri  məsciddə 
mövhumat  əleyhinə  təbliğat  aparan  görürük.  O,  məscid 
yanından  keçirkən  içəridə  bir  gurultu,  şivən  qopduğunu 
görüb,  maraqlanır,  yaxına  gedir.  Əsrdən,  zəmanədən  geri 
qalmış,  əsil  həyatdan  ayrı  düşmüş  bir  yığın  avam  buraya 
yığışmış,  ah-nalələri  dünyanı  bürümüşdür.  Onlar 
minbərdəki  şəriət  dəllallarının  vəzini  dinləyirlər.  Kimisi 
ağlayıb  sızlayır,  kimisi  dırnaqları  ilə  üzünü  didir,  kimisi 
zəncir  vurur;  bir  başqası  isə  başına  kül  sovurur.  Azəri 
                                                 
1
 H. C a v i d. SeçilmiĢ əsərləri, səh. 635-636. 

 
228 
dəhşət  bürüyür.  Bu  miskin  dindarlar  ona  bir  sürü  ―ipsiz 
dəlilər‖  kimi  görünür.  Lakin  Azər  yaxşı  bilir  ki,  bu  sadə 
insanları  ipsiz  dəlilərə  çevirən  şəriət  dəllalı  şeyxlər, 
vaizlərdir. Azər vaizə deyir: 
 
ġeyx, aldatma xalqı, dinlə məni, 
Bütün əfsunlu sözlərin xülya... 
Gəl burax göylərin hekayətini. 
...Ən gözəl dindir iĢtə dini-həyat, 
BaĢqa yol yox, ya fən, ya mövhumat!.. 
Can çəkiĢməkdə köhnə zövqü Ģüar  
...Qızma, Ģeyxim, sizin yaratdığınız  
Tanrı ölmüĢ də, yoxdur ağlayanı
1

(―Məsciddə‖.) 
 
Azər  şeyxi  minbərdən  endirib  camaata  müraciətlə, 
bunların  hiylələrinə  uymamağa,  bütün  məscidləri 
məktəblərə,  kitabxanalara  çevirməyə,  elm  və  maarif 
dalınca  getməyə,  əsil  cənnəti  doğma  vətənin  özündə 
yaratmağa,  birliyə,  zəhmətə,  fəaliyyətə  çağırır.  Azər 
vətəndə  bir  nəfər  də  olsun  işsiz,  avara  adam  görmək 
istəmir. 
Budur  o,  ―Altun  şəhərdə‖  –  Bakıda  qoca  bir  dilənçiyə 
rast gəlir. Bu, köhnə milyonerlərindən biridir. İnqilabdan 
əvvəl  xalqa  qan  udduran,  kimsəsizlərin,  yoxsulların 
cəlladı,  iblisi  olan  bu  azğın  qazandığı  milyonları  ―küçə 
töhfələrinə‖,  ―salon  aşiftələrinə‖  sərf  etmiş,  indi  isə 
dilənçi  kökünə  düşüb,  ―allah  xatirinə‖  deyə  gəlib-
gedəndən  sədəqə  istəyir.  Çünki  o,  əzəldən  müftəxorluğa 
alışmışdır.  İşləmək  bilmir,  elm,  bilik,  fərasət  də  ki 
yoxdur.  Milyoner  öz  uşaqlarını  da  özü  kimi  tərbiyə  edib 
yeddi  başdan  ibarət  böyük  bir  ailəni  bədbəxt  etmişdir. 
Onlar da aciz, tənbəl, işsizdirlər. Hələ bu azdır. Milyoner 
                                                 
1
 Yenə orada, səh. 578. 

 
229 
dilənçi  keçmişi  ilə  öyünüb  var-dövlət  içində  üzdüyü 
günləri xatırlayır. Azər ona nifrətlə cavab verir ki: 
 
Öyünüb durma, o sərvət əsla, 
Sana aid deyil, azğın budala 
Ot satan, pambıq atan, hava satan 
Hər gələn bəhs ediyor milyondan 
Əcəba sən onu nərdən aldın? 
Şübhəsiz, başqalarından çaldın. 
 
Azər köhnə milyonçunu bir işdən  yapışmağa, namuslu 
əməklə  məşğul  olmağa  çağırır.  Lakin  milyoner  işləmək 
istəmir.  Keçmişdə  olduğu  kimi,  dilənçiliklə  də  olsa  yenə 
başqalarının hesabına yaşamağı əlverişli sayır. Azər elm, 
bilik  və  zəhmətdən  uzaq  olan  bu  adamı  nifrətlə  rədd 
edərək,  yeni  cəmiyyətdə  belələrinə  yer  olmadığını 
bildirir: 
 
Sənə ölmək yaşamaqdan yeydir, 
Çünki baş yox, çalışan əllər yox 
Ölüsən... Get, deyinib söyləmə çox
1

(―Eşidilən türkü‖) 
 
Belə  müftəxor  köhnə  iblislərin  birinə  də  Azər  kənddə 
rast  gəlir.  Bu,  yeni,  Sovet  Azərbaycanı  kəndidir.  Lakin 
keçmiş  bəylik-xanlıq  dövrünün  qalıqlarından  biri  fürsət 
tapıb,  bu  kənddə  şura  sədrliyi  vəzifəsinə  soxulmuş, 
oğurluq,  quldurluq,  əxlaqsızlıq  edir.  O,  yeni  kəndin 
inkişafına,  mədəniləşməsinə  mane  olur,  kəndin  ən  yaxşı 
adamlarına,  ziyalılarına  nahaqdan  əksinqilabçı  damğası 
vurdurub  həbs  etdirir.  Azər  kütləyə  qarışıb  bu  canavarın 
fırıldaqlarını öyrənir, onun törətdiyi fəlakətləri müəyyən- 
ləşdirir.  Kəndə  gəlmiş  gənc  müfəttişin  köməyi  ilə  cani 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 606. 

 
230 
həbs  olunur.  Lakin  Azər  bununla  kifayətlənmir,  kəndin 
camaatını, 
dünyagörmüş 
qocalarını 
və 
gəncləri 
təqsirləndirir  ki,  nə  üçün  onlar  bilə-bilə  uzun  müddət  bu 
cinayətkarın  işlərinə  dözmüş,  bu  cinayətləri  görə-görə 
səslərini  çıxarmamışlar.  Azər  yeni  həyat  şəraitində  belə 
alçaqlıqlara  dözməyin  böyük  bir  cinayət  olduğunu  qeyd 
edib dostlarına deyir: 
 
Bir ölkə ki, səsi, ünü çıxmaya,  
Haqsızlığa qarĢı yumruq sıxmaya, 
O, bir məzarlıq ki, görənlər ĢaĢar, 
Ġçində həp canlı ölülər yaĢar.
1
 
(―Ġnqilab xırsızı‖.) 
 
Tərcümeyi-halından  bildiyimiz  kimi,  1926-cı  ildə 
Sovet  hökuməti  Cavidi  müalicə  üçün  Berlinə  göndər- 
mişdi.  Şairin  bu  səfərdən  aldığı  təəssürat  da  ―Azər‖ 
dastanında  müxtəlif  parçalarda  əks  olunmuş  və  mühüm 
yer  tutmuşdur.  Bunlardan  biri  ―Qərbə  siyahət‖  adlanır. 
Şair bu parçanı Berlində yazmışdı. 
Azər müxtəlif xalqların, məmləkətlərin həyatı ilə tanış 
olmağı  da  çox  sevir;  ―Atəş  ocağı‖ndan,  ―Altun 
şəhəri‖ndən  ayrılıb  Qərbi  Avropanı  siyahətə  çıxır. 
Avropanın  ictimai  ziddiyyətlərlə  dolu  həyatı  onun 
diqqətini xüsusilə cəlb edir. Bir tərəfdə səfalət içərisində 
yaşayan  işsizlər,  başqa  bir  tərəfdə  harınlıqdan  ―boynu 
dönməyən‖  sərvətdarlar...  Burada  həyatın  hər  bir 
sahəsində  rəqabət,  xudbinlik  hökm  sürür.  Heç  yerdə 
yoxsullara,  zəiflərə  qayğı  görünmür.  Mərhəmət,  vicdan, 
məhəbbət sözləri sanki lüğətlərdən də silinmişdir.  
Berlində  bir  gənc  şərqli  Azərə  yaxınlaşıb,  Hin- 
distanın  məşhur  ədibi  Rabindranat  Taqordan  söhbət  açır, 
qoca  Taqorun  Qərb  ellərini  mərhəmətə  dəvət  etdiyindən 
                                                 
1
 Əsərin bu parçasının mətni Ģairin ailəsindədir. 

 
231 
danışır. Azər acı kinayə ilə gülüb, gənc şərqlini başa salır 
ki, Şərqi əsrlərcə geri  qoyan səbəblərdən biri də məhz bu 
mərhəmət,  vicdan  fəlsəfəsidir.  Bu  fəlsəfə  çoxdan 
köhnəlmişdir  və  hind  xalqının  azğın  müstəmləkə  zülmü 
altında  olduğu  bir  zamanda  onun  ədibinin  belə 
məsələlərdən  yapışması,  ümumi  məhəbbət  ideyasını 
təbliğ  etməsi  düzgün  deyildir.  Şərqin  qurtuluşu  üçün  ən 
doğru  bir  yol  varsa,  da  öz  haqqı,  hüququ,  azadlığı 
uğrunda mübarizəyə qoşulmaqdadır: 
 
Azər həmən gülümsədi, ―Əvət, — dedi, — pək haqqı var,  
Həp ―sevgidən‖ zövq alırlar oylə zərif ixtiyarlar,  
Çoxdan bəri ġərqin sazı həp bu ruhda inlər, ağlar, 
Saqın! Qulaq verir sanma həris baĢlar o dəvətə.  
Hindin əzilmiĢ mənliyi saçsa hər sözdə möcüzə, 
Soyuqqanlı Qərb alıĢmıĢ göz süzə ya dodaq büzə. 
Məzlum ellər için ancaq bir yol varsa: Mübarizə! 
Onsuz Ģübhə yox irəməz ġərq elləri hürriyyətə‖.
1
 
(―Qərbə siyahət‖.) 
 
Yenə  Berlində  yazılmış  və  imperialist  Qərbi  ilə 
müstəmləkə  Şərqinin  münasibətlərini  əks  etdirən  başqa 
bir  parça  da  ―Nil  yavrusu‖  adlanırdı.  Burada  Cavid 
vətənindən, elindən ayrı düşmüş misirli bir qızın və onun 
ailəsinin  faciəsindən  bəhs  edir:  Səlmanın  atası  Misirdə 
ikən  ingilis  zülmü  və  işğalı  əleyhinə  üsyan  etdiyi  üçün 
bir  ingilis  lordu  onu  ―ölümlü  bir  adaya‖  sürgün  etmişdir. 
Ata 
sürgünə 
göndərildikdən 
sonra 
qız  da  təqib 
olunduğundan  doğma  vətənində  —  Misirdə  qala 
bilməyib,  Almaniyaya  qaçmışdır.  İndi  Səlma  yeddi  ildir 
ki,  qürbət  eldədir.  Lakin  bu  əzab-işgəncələr  onun 
vüqarını  əyə  bilməmiş,  qəlbində  yurd  salan  vətən 
məhəbbətini söndürə bilməmişdir. O indi də yenə: 
                                                 
1
  H.Cavid. SeçilmiĢ əsərləri, səh. 587. 

 
232 
 
Daima kinli bir pəyam arayır, 
Anaraq Misri intiqam arayır.
1
 
 
Səlma  vətəninin,  ailəsinin  və  atasının  qatili  olan  bir 
lordu  öldürdüyü  üçün  həbs  olunur.  Qoca  Azər  onun 
―intiqam, intiqam!‖ deyib çırpınan səsini yeni əsrin, yeni 
Şərqin səsi kimi qiymətləndirir. 
Bir  ayrı  parçada  Azəri  Avropa  şəhərlərinin  birində 
sərmayədarlar,  ―yüksək  cəmiyyət‖  adamları  üçün  təşkil 
edilmiş  bir  konsertdə  görürük.  Səhnədə  bir  tısbağa 
görünüb,  müxtəlif  musiqi  ahənglərinə  uyğun  hərəkətlər 
göstərir,  başını  qınından  çıxarıb  musiqi  havalarını 
dinləyir,  musiqi  susduqda  yenə  səhnəni  tərk  edir. 
Avropalı kübarlar üçün bu ən maraqlı bir əyləncə sayılır. 
Parisli  bir  professor  ―tısbağalar  belə  bizdə  —  Qərbdə 
musiqidən zövq alır‖ deyib öyünür və ―Şərqdə necə, belə 
əyləncələr  təcrübə  edilirmi?‖  —  deyə  Azərdən  sual  edir. 
Azər  Avropanın  bu  əyləncələrini  azğınlıq,  qudurğanlıq 
adlandırıb,  parisli  professora  bildirir  ki,  bu  azğınlığın 
Şərq  ellərinin  fəlakətləri  üzərində  qurulduğu  ona  çox 
yaxşı məlumdur: 
 
O məhsullu ġərqin halı pək səfil... 
Oylə yoxsul var ki, ot yeyib yaĢar. 
Fəqət burda yalnız insanlar deyil, 
Tısbağalar belə eĢqdən coĢar. 
...Hər zövqü bir acı bəslər düĢünsən? 
ĠĢtə Qərbin azğın səadətləri  
Qida alır ġərqin fəlakətindən.
2
 
(―Tısbağanın zövqü‖.) 
 
                                                 
1
 Yenə orada, səh. 602. 
2
 H.Cavid. Seçilmiş əsərləri, səh. 605. 

 
233 
Azər  Almaniyada,  Rur  vilayətində  kömür  mədən- 
lərini  gəzib,  alman  fəhlələrinin  ağır  həyatı  ilə  tanış  olur. 
Bu  mədənlər  ―Dantenin  cəhənnəmindən  seçilməyən‖ 
yoxsullar  məzarıdır.  Bu  məzarın  qurbanları  isə  qabarlı 
əllərdir.  Əsarət  və  köləliyə  qarşı  çıxan  fəhlələri 
sahibkarlar  işdən  qovmuşdur.  Özlərini  fəhlələrin  rəhbəri 
adlandıran  yalançı  sosialistlər  isə  sahibkarları  müdafiə 
edirlər.  Azər  öz  ixtiyarlarını,  talelərini  kapital 
xidmətində  olan  yalançı  sosialistlərə  tapşırmış  fəhlələrin 
sadəlövhlüyünə  acıyıb,  onlara  yeni,  namuslu  rəhbərlər 
arzu edir (―Kömür mədənində‖.)  
―Azər‖  dastanında  Cavid  məzlum  Şərq  xalqlarından 
bəhs 
edirkən 
fars 
feodallarının 
və 
imperialist 
müdaxiləçilərinin  zülmü  altında  inləyən  qardaş-ba- 
cılarını,  cənubi  azərbaycanlıları  da  unutmur.  Dastanın  ən 
qiymətli,  məzmunlu  parçalarından  biri  olan  ―Kor 
Neyzən‖  hissəsində  şair  İran  feodalları  tərəfindən  gözü 
çıxarılmış  bir  urmilinin  faciəli  həyatını  təsvir  etmiş,  bu 
qəhrəmanın  həyatı  ilə  müstəmləkə  şəraitində  yaşayan 
Cənubi  Azərbaycanın  bütün  zəhmətkeşlərinin  qəmli 
taleyini ümumiləşdirməyə müvəffəq olmuşdur. 
Azər  Sovet  Azərbaycanında  kənddə  gəzib  dolaşırkən 
uzaqdan,  bir  bağçadan  qəmli  bir  ney  səsi  eşidir.  Bu  səs 
onun  bütün  varlığını  sarsıdır,  neyin  təsirindən  beli 
bükülmüş kimi əsasına dayanaraq, addım-addım səs gələn 
tərəfə  gedir.  Həmişə  şad  görünən  Azərin  bu  kədərli  halı 
suya  gedən  tanış  kənd  qızlarının  təəccübünə  səbəb  olur. 
Qəmli  ney  səsi  təbiətə  də  təsir  edirmiş  kimi  üfüqlərdə 
ulduzlar  qızarır.  Zöhrə  ulduzu  da  Azərə  baxıb  durur; 
sanki o da bu səsdən həyəcanlanmışdır. 
Neyin səsini yaralı qəlbin fəryadına oxşayan bir mahnı 
təqib edir. Azər bağçaya daxil olur. Bir çardaq altında iki 
gözdən,  dünya  işığından  məhrum  edilmiş  bir  kor 
əyləşmişdir.  Ney  çalan,  qəmli  mahnılar  oxuyan  da  odur. 

 
234 
Azər  salamlaşır,  hörmətlə  qəbul  edilir.  Bu  dərdli  insanın 
həyatının  qəmli  tarixçəsi  ilə  tanış  olur,  adını  soruşur. 
Bədbəxt 
adamın 
adı 
Qəhrəmandır. 
O, 
Cənubi 
Azərbaycandan,  Urmi  şəhərindəndir.  Vətənində  bir  əsir 
kimi  yaşamış  Qəhrəman  illərlə  əfşar  elindən  olan  bir 
xana  mirzəlik  etmişdir.  Xanın  heç  də  atasına  oxşamayan 
nəcib  qızı  Mələknisa  Qəhrəmanı  sevmiş  və  ondan  da 
qarşılıqlı  bir  məhəbbət  görmüşdür.  Lakin  xan  öz  qızının 
Qəhrəmana  aşiq  olduğunu  bilincə  qəzəblənib  zavallı 
katibin  gözlərinə  mil  çəkdirmiş,  onu  əbədi  dünya 
işığından  məhrum  etmişdir.  Qəhrəman  da,  ―Şeyx 
Sənan‖dakı  kimi,  ―könüldə  nuri-məhəbbət,  gözündə 
pərdeyi-zülmət‖ olan korlardan birinə çevrilmişdir. Sonra 
o,  xanlar,  ərbablar  mühitində  yaşaya  bilmədiyindən  qoca 
dayısı  ilə  vətənin  şimal  hissəsinə,  Sovet  Azərbaycanına 
gəlmişdir. 
İndi  Qəhrəman  burada  insan  kimi  azad  yaşamağa 
imkan  tapmışsa  da,  yenə  Urmini  və  ilk  sevgilisi  Mələk-
nisanı  unuda  bilmir.  Çalıb  inlətdiyi  ney,  qoşduğu 
mahnılar  da  bu  hicran  dərdinin  ifadəsidir.  Qəhrəmanın 
faciəsindən  son  dərəcə  mütəəssir  olan  Azər  ―gəl  səninlə 
sirdaş  olaq‖  deyə  onun  yanında  əyləşir,  bir  də  çalıb 
oxumasını  xahiş  edir.  Qəhrəmanın  yeni  mahnısı  füsunkar 
Cənubi Azərbaycan torpaqlarının, gözəl Urminin tərifi ilə 
başlayır: 
 
Urmi bir şəhərdir, ətrafı gülzar, 
Gül bağları var ki, gəzənlər azar  
Zərdüştün günəşi orda az qızar. 
Çox zaman mayisdən seçilməz yazı, 
Xoşdur o torpağın hər sözü, sazı. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin