AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ


Anasız millət əvət öksüzdür



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   ...   9   10   11   12   13   14   15   16   ...   21

Anasız millət əvət öksüzdür... 
Qadın, ey sevgili, Ģəfqətli mələk, 
Bu qədər səbr, təhəmmül nə demək? 
O lətafət, o nəcabətlə sana  
Bu əsarət, bu həqarət nə rəva?!
2
 
 
                                                 
1
 M. F. A x u n d o v. Əsərləri, Bakı, 1951, II cild. səh. 65. 
2
 ―KeçmiĢ günlər‖, Tiflis, 1913, səh. 17. 

 
173 
Eyni  fikrin  biz  ―Peyğəmbər‖də  Məhəmmədin  dili  ilə 
təkrar edildiyini görürük: 
 
Qadın, qadın!.. Onu duymaq, duyurmaq istərkən, 
Yakar düĢüncəmi bir Ģölə, bir zəhərli dikən. 
Bütün həyatı çiçəkləndirən fəqət o... neçin, 
Neçin əzilsin o, bilməm neçin sürüklənsin?! 
Qadın günəĢ, çocuq ay... nuru ay günəĢdən alır,  
Qadınsız ölkə çapıq məhv olur, zavallı qalır...  
Qadın gülərsə, Ģu issiz mühitimiz güləcək, 
Sürüklənən bəĢəriyyət qadınla yüksələcək.
1
 
 
Tarix  heç  yerdə  Məhəmmədin  qadın  azadlığı  haq- 
qında  belə  yüksək  fikirdə  olduğunu  göstərməmişdir.  Bu 
ancaq  Cavidin  fikri  idi.  Doğrudur,  Məhəmməd  ərəb 
qadınlarına  münasibəti  az-çox  yaxşılaşdırmaq  üçün 
müəyyən  tədbirlər  görmüşdür.  Məsələn,  dramın  ikinci 
pərdəsində  göstərildiyi  kimi,  Məhəmməd  doğrudan  da, 
yoxsul  ərəblərə  öz  qız  uşaqlarını  öldürməyi,  diri-diri 
basdırmağı  qadağan  etmişdir.  Lakin  Məhəmməd  ərəblər 
arasında mövcud olan  vəhşilik  dövrü qalığı poliqamiyanı 
(çoxarvadlılığı)  nəinki  ləğv  etmiş,  əksinə,  onu  bir  qədər 
də  qanuniləşdirmişdir,  dörd  arvad  almağa  icazə 
vermişdir; hətta o özü daha çox arvad almışdır. 
Yaxud  yenə  ―Keçmiş  günlər‖də  nəşr  olunmuş  ―Otuz 
yaşında‖  sərlövhəli  şeirində  Cavid  ailəyə,  övlada  xor 
baxan  qadınları  tənqid  edərək  göstərirdi  ki,  qadının 
xoşbəxtliyi ailə qurub övlad sahibi olmaqdadır: 
 
Çoluq-çocuq sana ithaf edər də xoĢ nəğəmat, 
O dəm gözündə cahan pərdə-pərdə cilvələnir.
2
 
 
                                                 
1
 ―Peyğəmbər‖, Bakı, AzərnəĢr, 1926, səh. 73-74. 
2
 ―KeçmiĢ günlər‖, səh. 11. 

 
174 
1909-10-cu  illərdə  təbliğ  etdiyi  bu  fikri  şair 
―Peyğəmbər‖də yenə Məhəmmədin dili ilə təkrar edir: 
 
Övlad eĢqiylə çırpınan  
Bir qadın könlü Ģübhəsiz, 
Sayğısız qızlarınkından  
Daha bakir, həm ləkəsiz.
1
 
 
Dramda  peyğəmbərin  dili  ilə  təbliğ  olunan  hüquq 
bərabərliyi ideyasının, əsarət, köləlik, mövhumat, xurafat 
və  sair  əleyhinə  olan  fikirlərin  də  birinci  növbədə 
müəllifin öz fikirləri, öz qənaətləri olduğunu sübut etmək 
mümkündür. 
Doğrudur, 
Məhəmməd 
quldarlıq 
münasibətlərini  pisləmiş,  qul  alıb  satmağı  qadağan,  qul 
azad etməyi isə  savab  elan  etmişdir; lakin  ikinci  tərəfdən 
onun  ―qul  sahibləri  ilə  qullar  allahın  nəzərində 
bərabərdirlər‖  təlimi  qul  sahiblərinin  mənafeyinə  xidmət 
edirdi. Bunun nəticəsidir ki, onun hakimiyyəti zamanında 
Ərəbistanda  quldarlıq  sistemi  nəinki  ləğv  edilməmiş, 
əksinə, başqa şəkildə möhkəmlənmişdir. Cavidin əsərində 
isə  Məhəmməd  qullar,  yoxsullar  tərəfində  durub,  onların 
rəhbəri kimi hakim təbəqələrə qarşı çıxır. 
Şairin bu əsərdə Məhəmmədin dili ilə təbliğ etdiyi: 
 
Əvət, ən doğru, ən gözəl ayin. 
Əhli-vicdanə busə, xainə kin,
2
 — 
 
  kimi  fikirlər  də  onun  1910-cu  ildən  başlayaraq  müx- 
təlif  əsərlərində  həyat  mübarizəsi  məsələsi  ilə  əlaqədar 
olaraq təbliğ etdiyi fikirlər idi. 
Dramın  ekspozisiyasında  Cavid  Məhəmmədi  mütə- 
fəkkir,  şair  təbiətli  bir  insan  kimi  göstərir,  göydən  enən 
                                                 
1
 ―Peyğəmbər‖, səh. 48, 49. 
2
 ―Peyğəmbər‖, səh. 9. 

 
175 
Mələk də ona: 
 
Bax Ģu əngin fəza, Ģu quytu dəniz, 
Nə qədər xoĢ, nasıl gözəl, ləkəsiz! 
UçuĢur hər tərəfdə yıldızlar, 
Rəqs edir sanki nazənin qızlar.  
Həp birər Ģeir, sən də bir Ģair,
1
— 
 
  deyə  Məhəmmədin  hər  şeydən  əvvəl  şairliyinə  işarə 
edir. Peyğəmbərin şair təbiətini ikinci pərdədə gözəl ərəb 
qızı  Şəmsa  da  müşahidə  və  təsdiq  edir:  ―O  pək  zərif  bir 
şair‖. Şəmsanın fikrincə Məhəmməd şairdir, həm də guya 
məddahlığa, yaltaqlığa, kinə, qərəzçiliyə düşmən olan bir 
şairdir: 
 
...Ən böyük Ģairlər  
Ona qarĢı diz çökməli; 
İmrəlqeys kimi ərlər 
Susmalı, boyun bükməli. 
Əvət bizdə nə çox Ģair, 
Onlara bir zənbil xurma, 
Ya Ģərab, ya bir altun ver, 
Mədh edərlər səni... amma, 
O düĢməndir yaltaqlığa,  
Həm kindən, qərəzdən qaçar, 
GeniĢ ruhi sanki fəza, 
Daim yüksəklərdə uçar...
2
 
 
Hərçənd  Məhəmmədin  orta  səviyyəli  bir  şair  olduğu 
haqqında  rəvayət  vardır.  Lakin  bu  heç  də  onu  bir  şair 
kimi  bu dərəcəyə  yüksəltməyə  haqq  vermir.  Şübhə etmək 
olmaz  ki,  Şəmsanın  dili  ilə  deyilən  bu  fikir  Cavidin 
                                                 
1
 Yenə orada, səh. 54-55. 
2
 ―Peyğəmbər‖, səh. 31-32. 

 
176 
özünün 
şeir, 
sənət, 
sənətkar 
haqqında 
şəxsi 
mülahizələrindən başqa bir şey deyildir. 
Yenə  ikinci  pərdədə  Peyğəmbər  özü  də  şair  olduğunu, 
lakin ―sidqü səfa‖ şairi olduğunu söyləyir: 
 
ġairəm, bəslədiyim sidqü səfa, 
Çırpınıb izlədiyim nuri-düha. 
Daima ruhimi oxĢar cəbərut, 
ġe’rü ilhamımı dinlər mələkut. 
Mən fəqət hüsni-xuda Ģairiyəm, 
Yerə enməm də, səma Ģairiyəm.
1
 
 
Əgər  Cavid  Məhəmmədi  ilk  səhnədən  mütəfəkkir  şair 
kimi  göstərirsə,  xəyali  surət  olan  Mələyi  də  mifoloji 
qənaətlərə  uyğun  bir  şəkildə  şeir,  sənət,  idrak  və  zəka 
ilahəsi  kimi  təqdim  edir.  Məhəmmədin  ―sən  nəsin, 
söylə?‖ sualına Mələk: 
 
Mənmi? 
ġeir, hikmət, zəka ilahəsiyim. 
Ulu dahilərin nədiməsiyim.
2
 — 
 
—  cavabını  verir.  Eyni  zamanda,  Mələk  əlavə  edir  ki, 
onunla,  yəni  şeir,  hikmət,  zəka  ilahəsi  ilə  şair-mütə- 
fəkkir Məhəmməd arasında heç bir fərq yoxdur:
 
 
Ayrı olsaq da iĢtə hər ikimiz, 
Bir rübabın inildəyən səsiyiz. 
 
Yaxud: 
 
Mən sənəm, sən də mən, ĢaĢırma, əvət.,. 
                                                 
1
 Yenə orada. 
2
 Yenə orda, səh, 6. 

 
177 
Mən sənin əqlinəm, fəqət daim 
ġu qiyafətlə zahir olmadayım.
1
 
 
Deməli,  əsərin  hələ  hazırlıq  səhnəsində  Cavidin 
yaratdığı  Məhəmməd  surəti  mahiyyət  etibarilə  mövhum 
allah  elçisi  səciyyəsini  itirib,  ―Şeyx  Sənan‖  faciəsində 
Sənanın  dediyi  kimi,  ―adi  bir  bəşərə‖  çevrilir.  Mələk 
surəti  də  şairanə  və  filosofanə  ilham  və  idrakın  simvolu 
olur.  Başqa  sözlə,  Məhəmmədin  allahı  şeir,  hikmət 
allahına,  ona  ilham  gətirən  mələk  isə  sənət  ilahəsinə 
çevrilir. 
Beləliklə  də  tarixin  nişan  verdiyi  ―təbiət  və  fəlsəfə 
elmlərindən  xəbərsiz‖  Məhəmməd  itib  gedir,  onu 
romantik  şair  xəyalının  məhsulu  olan  başqa  bir 
Məhəmməd əvəz edir. 
Birinci  pərdədə  Məhəmmədin  düşüncə  və  arzuları  orta 
əsrin  ―eşqi-mütləq‖ə,  ―hüsni-mütləq‖ə  qovuşmaq  istəyən 
sufi  şairlərinin  arzu  və  düşüncələrini  xatırladır.  Bu 
halında  Məhəmməd  bir  qədər  də  sadəlövh,  sufi,  təriqətçi 
və  müəyyən  dərəcədə  dini  ehkama,  mövhumat  və 
xurafata  düşmən  olan  bir  şairdir.  O,  göylərə  uçmaq, 
allahı gözü ilə görmək istəyir: 
 
Anlamam bir Ģu ölçüsüz, Ģu dərin, 
ġu qaranlıq çiçəkli pərdə neçin? 
Məni yalnız düĢündürən Ģu məal  
Həp bu, yalnız bu, daima bu sual. 
Uça bilsəydim iĢtə ən əvvəl  
Onu bir tarda parçalar da həmən, 
QovuĢardım o hüsni-mütləqə mən.
2
 
 
Məhəmməd  mümkün  olmayan  arzular  bəsləyir.  Bura-
                                                 
1
 ―Peyğəmbər‖, səh. 6-7. 
2
 Yenə orada, səh. 9-10. 

 
178 
daca  şairanə  və  filosofanə  ilhamın  simvolu  kimi  verilən 
Mələk  Məhəmmədin  imdadına  çatıb,  ona  panteist 
fəlsəfədən  dərs  verir,  filosofanə  idrakın  yolunu  göstərir: 
Mələk Məhəmmədə öyrədir ki, tanrını görmək yox, ancaq 
duymaq  mümkündür  ki,  bu  da  iki  yol  ilə  ola  bilər:  biri 
mənəvi  təkamül,  özünü  dərk  etmək,  öz  içərisindən  gələn 
sədaya  qulaq  vermək,  ikincisi  də  allahı  təbiətin  özündə 
axtarmaq, müşahidə etmək yoludur: 
 
Onu dərk eyləmək qolay... ancaq, 
Ver içindən gələn sədayə qulaq, 
Dinlə həp kainatı, seyr eylə.  
Həp günəĢ ondan iĢtə bir Ģölə...  
Həp ufaq zərrə, həp kiçik yarpaq  
Sana söylər bu rəmzi pək parlaq.
1
 
 
Dramda Mələk qızıl qanadlı, füsunkar bir qız surətində 
verildiyinə  baxmayaraq,  təbliğ  etdiyi  fikirlər  etibarilə 
bizə  ―Şeyx  Sənan‖  faciəsində  olan  sufi,  panteist  qoca 
Şeyx  Kəbiri,  gənc  Sənanın  müəllimini  xatırladır.  Şeyx 
Kəbir kimi, Mələk də ―allah təbiətin bütün hadisələrində, 
eyni  zamanda  insandadır‖  fikrini  təbliğ  edir.  İkinci 
tərəfdən,  Məhəmməd  Cavidin  əsərində,  tarixi  həqiqətə 
zidd olaraq, ictimai ədalətsizliyə qarşı çıxan, əməlpərvər, 
haqq,  ədalət,  hürriyyət  tərəfdarı,  cəhalət,  nadanlıq,  fana- 
tizm əleyhinə çıxan bir mütəfəkkir, xalta, yoxsullara əzab 
verən,  zülm  edən,  fitnəkar  hökmdarlara,  başçılara  qarşı 
duran, demokratik fikirli bir ictimaiyyətçi kimi göstərilir. 
Dramaturq  hətta  Məhəmmədi  öz  əsrini  qamçılayan, 
üsyankar bir şair səviyyəsinə qaldırır: 
 
Oylə bir əsr içindəyəm ki, cahan  
Zülmü vəhĢətlə qavrılıb yanıyor. 
                                                 
1
 ―Peyğəmbər‖, səh. 10. 

 
179 
Yüz çevirmiĢ də tanrıdan insan, 
Küfrü həqq, cəhli mərifət sanıyor. 
Dinləməz kimsə qəlbi, vicdanı, 
Məhv edən haqlı, məhv olan haqsız... 
BaĢçıdır xalqa bir yığın cani,  
Həp münafiq, Ģərəfsiz, əxlaqsız... 
Güliyor nurə daima zülmət, 
Güliyor fəzlə qarĢı fisqü fücur; 
Ah, ədalət, hüquqü hürriyyət 
Ayaq altında çeynənib gediyor...
1
 
 
Tarixi  həqiqətin  əksinə  olaraq  əslində  özü  də  fatalist 
olan  və  M.F.Axundovun  dediyi  kimi,  cinlərin,  Ģeytanların 
varlığına inanan bir Ģəxs Cavidin əsərində öz əsrinin böyük 
alimi, real düĢüncəyə əsaslanan mütəfəkkiri meydana çıxır. 
Dramda  Məhəmməd  haqsızlığa,  ədalətsizliyə  qarĢı  necə 
mübarizə aparacağını bilmir. Burada Mələk həqiqəti təbliğ 
üçün  ona  sözün  qüdrətini,  söz  sənətini  təklif  edir.  Ən 
yüksək  əxlaqi  ideyaları,  ən  nəcib  insani  hissləri,  incə 
hikmətləri,  məhəbbət,  mərhəmət fəlsəfəsini  təbliğ edən söz 
sənətini!.. 
 
Həqqi təbliğ üçün sənin ancaq, 
Rəhbərin sənəti-kəlam olacaq
2

 
Lakin buradaca Məhəmmədin qarĢısına tarixin fəlsəfəsi, 
tarixin  rəmzi,  ―qədimi‖  bir  filosof  olan  bəĢər  həyatının 
təcrübələrini təmsil edən xəyali surət Skelet çıxıb Mələyin, 
―məhəbbət,  mərhəmət,  incə  hikmətlər‖  fəlsəfəsinə  acı-acı 
gülür, bu təlimi ―Ģairanə dadlı xəyal‖ adlandırır: 
 
Nə qədər Ģairanə dadlı-xəyal, 
                                                 
1
 ―Peyğəmbər‖, səh, 9. 
2
 Yenə orada. səh. 12. 

 
180 
Həp çocuqlar, əvət, xəyali-məhal... 
 
(Ridasının altından sehrli bir qılınc çıxarır) 
 
Ġnqilab istəyirmisən, bana bax! 
ĠĢtə kəskin qılınc, kitabı burax! 
Parlayıb durmadıqca əldə silah
Əzilirsin, qanın olur da mübah. 
Eyləməz yardım incə hikmətlər, 
Həp sönər busələr, məhəbbətlər. 
Əvət, ancaq qılıncdadır qüvvət, 
Bundadır həqq, Ģərəf və hürriyyət
1

 
Məhəmməd əvvəlcə bu təklifi qəbul etmir. O, məhəbbət 
əsiridir, qan tökməyin əleyhinədir: 
 
Mən məhəbbət əsiriyəm... Həp an,  
Həp zaman özlərim bir oylə cahan  
Ki bütün kainatı eĢq olsun, 
Könül uçduqca etila bulsun. 
Rəqs edib orda möhtəĢəm bir hiss, 
Yasa batsın da, ağlasın iblis. 
Qandan əsla görünməsin də əsər, 
Saçsın al qönçələr, Ģəfəqli səhər, 
Orda yüz bulmasın iĢkəncə, kədər.
2
 
 
Bu  məsələdə  ―bir  rübabın  inildəyən  səsi‖  olan  Mə- 
həmmədlə  Mələk  birləşir.  Mələk  də  ümumi  məhəbbət 
ideyasını müdafiə edir. 
 
Yox, qılınc söz qədər deyil kəskin.
3
 
 
                                                 
1
 Yenə orada, səh. 11-12. 
2
 ―Peyğəmbər‖ səh. 14-15. 
3
 Yenə orada, səh. 3. 

 
181 
Məhəmməd  ―qədimi  filosof‖  olan  tarixin  rəmzini, 
məsləhətini,  onun  təqdim  etdiyi  qılıncı  qəbul  etmir, 
yalnız  sözün  qüvvəsinə  bel  bağlayır.  Göylərdən  enən 
ümumi  məhəbbət,  mərhəmət  ideyası,  ümumiyyətlə  gözəl 
ideyalar  burada  tarixin  hikməti  ilə  barışa  bilmir.  Bu 
halında  Cavid  Peyğəmbəri  yenə  də  sadəlövh  bir  moralist 
kimi  göstərir.  Məhəmməd  şübhə  etmir  ki,  inanmaq, 
inandırmaq  və  ən  yüksək  əxlaqi  ideyaları  təbliğ  etməklə 
insanları  haqq,  ədalət  yoluna  cəlb  etmək  olar,  haqsızlığı, 
zülmü,  vəhşiliyi  aradan  qaldırmaq  olar;  lakin  təcrübə 
bunun  əksini  göstərir.  Məhəmməd  bu  əxlaqi  ideyalar 
təlimi  yolunda  ciddi  müqavimətlərə  rast  gəlir,  təhqir 
olunur,  döyülür,  söyülür.  Bütpərəstlər  onun  dişlərini 
qırıb,  ağzını  qanadırlar,  çox  nadir  hallarda  onun  tərəfinə 
keçənlər olur. Məhəmməd məyus olur: 
 
Sözlərimin təsiri yox,  
Həp rast gələn tən ediyor.
1
 
 
Bu  yerdə  tarixin  rəmzi  Skelet  yenə  də  Məhəmmədin 
qarşısına  çıxır.  Bu  ―qədimi  filosof‖  yenə  də  Məhəm- 
mədə anlatmaq istəyir ki, məhəbbət ideyası sadəcə şeir və 
xəyaldır.  İnsanlar  arasında  qan  içən,  qaplanlar, 
canavarlar,  ilan  təbiətli  adamlar  durduqca  ümumi 
məhəbbət  ideyası,  quru  əxlaqi  təlim  heç  bir  fayda 
verməz: 
 
Busə pək dadlıdır... mələklər üçün, 
Sevgi xoĢdur duyan ürəklər üçün, 
Busədən həzz edərmi bir kaplan? 
Sevgi anlarmı heç zəhərli ilan? 
Qan içən, kinli, möhtəris qartal  
Kirli dırnaqlariylə bulsa macal, 
                                                 
1
 Yenə orada, səh. 42. 

 
182 
Qoparıb parçalar, didər əsəbi  
ġu məhəbbətlə çırpınan qəlbi. 
Busədən xoĢlanırmı heç canavar? 
VəhĢi insan da oylə, həp qəddar. 
 
(Əlindəki siyrilmiş qılıncı oynadaraq) 
 
BoĢ xəyal... Əldə parlamazsa silah, 
Tanımaz həqqi sayğısız gümrah...
1
 
 
Yenə  başqa  bir  yerdə  Skelet  qılıncı  Peyğəmbərə 
uzadıb deyir: 
 
Xəstə bir üzvə bənzər amili-Ģər, 
Kəs də, bulsun Ģəfa vücudi-bəĢər. 
 
Nəhayət, Məhəmməd onunla razılaşır: 
 
Əvət ən doğru, ən gözəl ayin, 
Əhli-vicdanə busə, xainə kin!..— 
 
 deyə  qılıncı  Skeletdən  alır.  Məhəmmədin  qələbəsi  də, 
Cavidə  görə,  haqq  sözlə  qılıncı  birləşdirdiyi  andan 
başlayır. 
Beləliklə,  dramda  Məhəmmədi,  onun  həyatını  xa- 
tırladan yalnız zahiri hadisələrdir, əsərin fabulasıdır, bəzi 
zahiri  konfliktlərdir.  Əsas  surətin  daşıdığı  qayə,  onu 
düşündürən,  həyəcanlandıran  fikirlər,  onun  ideya 
tərəddüdləri, 
mənəvi 
iztirabları, 
sarsıntıları, 
ziddiyyətləri,  fəlsəfəçilik  meyli,  utopistcəsinə  ictimai 
arzuları  isə,  demək  olar,  tamamilə  müəllifə,  H.Cavidə 
aiddir.  Cavidi  bütün  yaradıcılığı  boyu  düşündürən 
fikirləri,  onu  narahat  edən  obyektiv  və  subyektiv 
                                                 
1
 ―Peyğəmbər‖, səh. 98-99. 

 
183 
səbəbləri  toplu  bir  halda  nəzərə  aldıqda  biz  buna  şübhə 
etmərik.  Məsələn,  bu  dramda  müəllifin  fikrincə  əsli 
olmayan  allahlar  haqqında  təsəvvürlər  insan  xəyalının, 
bəşər  fantaziyasının  məhsuludur.  Müəllif  bu  fikri  irəli 
sürüb,  özündən  də  çox-çox  qabaq  deyilmiş  bu  məlum 
mülahizəni özünəməxsus bir mühakimə ilə əsaslandırma- 
ğa çalışır: 
 
Hər mühit onu bir çeĢid yaratmıĢ,  
Hər kəs qaranlıq dama bir daĢ atmıĢ.
1
 
 
Biz bu  mülahizəyə  Cavidin həm  ―Peyğəmbər‖dən çox-
çox qabaq, həm də sonra yazılmış bir çox əsərlərində rast 
gəlirik.  Hələ  1910-cu  illərin  əvvəllərində  bu  fikir  onun 
əsərlərində  çox  aydın  ifadə  edilmişdir.  Misal  olaraq 
1912-ci  ildə  yazılmış  ―Bir  xatirə‖  şeirindəki  bu  sətirləri 
göstərmək mümkündür: 
 
Hər kəsin ruhində bir xaliq gülər, 
Öylə bir xaliq ki, xəlq etmiĢ bəĢər.
2
 
 
―Peyğəmbər‖dən  on  dörd  il  sonra  yazılmış  ―Xəy- 
yam‖da da Xərabatinin dili ilə Cavid bu fikri daha kəskin 
ifadə edərək eyni dini mülahizəni əfsanə adlandırmışdır: 
 
Hər gələn bir yeni əfsanə satar, 
Bu qaranlıq dama hər kəs daĢ atar. 
(―Xəyyam‖, birinci pərdə). 
 
Bu  fikir  həmin  əsərdə  dinsiz  Xəyyamın  dili  ilə  də 
verilmişdir: 
 
                                                 
1
 ―Peyğəmbər‖, səh. 45-46. 
2
 ―Bahar Ģəbnəmləri‖. 1917, səh. 45. 

 
184 
Fəzlü ürfani tanınmıĢ neçə dahi baĢlar, 
Ürəfa bəzminə fanus olaraq parladılar. 
Birər əfsanə deyib getdilər, əfsus, əfsus! 
Bu qaranlıq gecədən çıxmağa yol bulmadılar... 
(Dördüncü pərdə) 
 
Cavid  Şərqin  panteist  mütəfəkkirləri  tərəfindən  irəli 
sürülmüş  ―peyğəmbərlər  də  adi  bəşərdir‖  fikrini  hələ 
―Şeyx Sənan‖ faciəsində: 
 
Bir bəĢərdir deyirdi peyğəmbər, 
Heç görülmüĢmü çıxsın ərĢə bəĢər? — 
 
—  sözləri  ilə  təbliğ  etmiş,  hər  peyğəmbərin  bir  əfsanə 
deyib getdiyini də söyləmişdi. 
1922-ci  ildə  yazılmış  ―Afət‖  faciəsində  Cavid 
Ərtoğrulun  dili  ilə  bu  mühakimələrdən  çıxardığı  nəticəni 
daha  da  cilalandırmış,  aydınlaşdırmış,  təbiətdən  kənar, 
təbiətin  fövqündə  heç  bir  qüvvə  yoxdur  —  fikrinə  gəlib 
çıxmışdır. 
―Dünyada  yalnız  bir  şeir,  bir  musiqi,  bir  din  mənbəyi 
var  ki,  o  da  təbiətdir...  Təbiət  hər  şeydir...‖  (―Afət‖, 
üçüncü pərdə). 
Bu  misallar  təsdiq  edir  ki,  10-cu  illərin  əvvəlindən 
başlamış, son əsərlərinə qədər Cavid bu fikirdə olmuşdur 
ki,  müxtəlif  din,  təriqətlər  və  allahlar  haqqında 
təsəvvürlər  insan  xəyalının  uydurmasıdır.  Hər  mühit  onu 
bir  cür  yaratmış,  hər  kəs  ona  bir  ad  vermişdir.  Hər  kəs 
özünü aldadaraq inanmış, inanaraq aldanmışdır: 
 
Çırpınmaq istərsən aldan, inan, 
Yazıq sana! Yazıq, zavallı insan.

 
                                                 
1
 ―Peyğəmbər‖, səh. 45. 

 
185 
Əlbəttə,  bu  fikirlər  Cavidin  dini,  etiqadların  ictimai 
köklərini  materialistcəsinə  dərk  etdiyini  sübut  etmir.  Bu 
olsa-olsa,  dinin  idealist  fəlsəfə  cəbhəsindən  tənqididir. 
Lakin bu xüsusda yuxarıda bəhs edilmişdir. Burada bizim 
aydınlaşdırmaq  istədiyimiz  fikir  budur  ki,  əgər  bu 
mülahizələr,  yəni  ―dini  etiqadlar  insan  xəyalının 
məhsuludur‖ fikri Cavidin ―Peyğəmbər‖ əsərində əsas yer 
tutmuşsa,  bu  fikirləri  Məhəmmədə  yox,  Cavidin  özünə 
isnad verməyə dəlillər çoxdur. 
Cavidi  həmişə  düşündürən  və  ―Peyğəmbər‖də  də  öz 
əksini  tapan  əsas  fikirlərdən  biri  bu  olmuşdur  ki, 
bəşəriyyəti  xilas  edəcək  yeganə  bir  vasitə,  bir  qurtuluş 
yolu  varsa,  o  da  məzlumların  silaha  sarılmalarıdır,  ən 
yüksək  bəşəri  fikirlərin,  ən  ali,  xeyirxah  ideyaların 
qılıncla,  qüvvətlə  birləşməsidir.  Bu  fikir  Caviddə  birinci 
dünya  müharibəsi  dövründə  əmələ  gəlmişdi.  Müharibə 
dəhşətlərindən şair bu nəticəni çıxarırdı ki, təxribatçı, şər 
ideyaların,  cahangirlik  fikirlərinin  qılıncla,  zorakılıqla 
birləşməsi  bəşər  həyatında  böyük  fəlakətlər  törədir, 
gücsüzlər,  zəiflər,  haqq  və  ədalət  ayaq  altında  tapdanıb 
gedir.  Buna  haqq  sözlə,  böyük,  xeyirxah,  xilaskar 
ideyalarla 
qılıncın 
birləşməsi 
cavab 
verməlidir. 
Müharibəyə  qədər  şairin  özünün  də  bəzən  hərarətlə 
müdafiə  etdiyi  ümumi  məhəbbət  ideyası  indi  onun 
nəzərində çox birtərəfli, vecsiz, hətta mənasız görünürdü. 
Şair Şərqin bu köhnəlmiş ümumi məhəbbət ideyasını indi 
sadəcə  nəşəli,  şairanə  bir  xülya,  zövqü  oxşayan  sevimli 
bir röya adlandırırdı: 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin