AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ


Ah, əvət həp dəyiĢdi ruhi-bəĢər



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   ...   10   11   12   13   14   15   16   17   ...   21

Ah, əvət həp dəyiĢdi ruhi-bəĢər,  
Hökm edər Ģimdi baĢqa fəlsəfələr.  
Həqq, ədalət, təbiət iĢtə bu gün  
Əbd məzluma qarĢı pək küskün... 
YaĢatan kainatı qüvvətdir, 

 
186 
Gücsüzün həp nəsibi zillətdir. 
(―Məzlumlar üçün‖ Ģeiri). 
Yaxud: 
 
Fünunü fəlsəfədən zövq alan böyük üdəba  
Zəif üçün didinib çırpınıb yorulmuĢlar, 
Fəqət nəticədə, həp əski halı bulmuĢlar. 
Qucaq-qucaq edilən dadlı vədələr pək çox! 
Saqın, inanma! Yalan... yox zəif için həqq, yox?
1 
 
Bütün  bunlara  baxmayaraq,  Cavid  birinci  dünya 
müharibəsi dövründə, həmçinin ―Peyğəmbər‖ əsərində də 
yüksək  bəşəri  ideyalar,  ali  əxlaqi  fikirlər  dedikdə,  yenə 
də  əslində  mücərrəd  əxlaqi  ideyalardan  kənara  çıxa 
bilmir.  O  hər  nə  qədər  ümumi  məhəbbət,  mərhəmət 
fəlsəfəsini şairanə bir xülya adlandırsa da, ondan irəlisini 
təsəvvür  edə  bilmirdi  və  məsələnin  bu  şəkildə  qoyuluşu, 
müharibə  ideyasına  qarşı  olsa  da,  idealistcəsinə  idi. 
Cavidin  bu  xüsusda  fikirləri  ancaq  1926-cı  ildən  sonra 
faşizm  və  yeni  müharibə  təbliğatı  əleyhinə  yazdığı 
əsərlərdə  nisbətən  konkretləşmiş,  yeni  məzmun,  yeni 
şəkil almışdı. 
Beləliklə,  ―Peyğəmbər‖dəki  həyat  mübarizəsi  haq- 
qında fikirlər də bu əsərdəki bədii surətlərə yox, Cavidin 
özünə  məxsus  fikirlər  idi.  Cavidin,  bir  çox  başqa 
romantiklər  kimi,  yaratdığı  surətlərdə,  hər  şeydən  əvvəl, 
özünü, öz  görüşlərini  verməyə  cəhd  etməsinin  nəticəsidir 
ki,  onun  ―Peyğəmbər‖  dramında  da  Məhəmməd  idealizə 
edilmiş,  real  tarixi  şəxsiyyət  halından  çıxarılmış,  qismən 
müasirləşdirilmiş,  yüksək  əxlaqi  ideyaların  təbliğatçısı, 
xeyirxahlıq, haqq-ədalət tərəfdarı kimi verilmişdir. Cavi- 
din  Məhəmmədi  moralist  bir  şair,  filosofanə  idrak  və 
ilham 
sahibidir, 
allahı  təbiətdə  axtaran  panteist- 
                                                 
1
 ―Bahar şəbnəmləri‖, səh. 4-5. 

 
187 
mütəfəkkirdir.  Cavid  Məhəmmədin  mistik  dini  görüş- 
lərini,  dindarlığını,  fanatizmini  fəlsəfi  idealizm  şəklinə 
salmış,  ona  fəlsəfi  rəng  vermiş,  elmi  idrak  donuna 
geydirmişdir. 
Lakin 
müəllifin 
bütün 
cəhdlərinə 
baxmayaraq,  yenə  Məhəmməd  onun  müəyyən  görüşlərini 
ifadə  edən  bir  surət  kimi  də  zamanın  qabaqcıl 
fikirlərindən  çox  uzaq  olan,  mücərrəd,  mistik  düşüncələr 
ətrafında çırpınan bir idealistdir. 
1926-cı  ildə,  əvvəlcə  ―Ədəbi  parçalar‖da,  sonra  da 
―Maarif  və  mədəniyyət‖  məcmuəsində  Hənəfi  Zeynallı 
―Cavidin  ―Peyğəmbər‖i  haqqında  mülahizələrim‖  sər- 
lövhəsi  ilə  bir  neçə  məqalə  nəşr  etdirmişdir
1
.  Zey- 
nallının  diqqətini  yalnız  bir  məsələ  —  Cavidin  Mə- 
həmmədi  ―adi  insan‖  kimi  göstərməsi  cəlb  etmişdi. 
Tənqidçi  belə  hesab  edirdi  ki,  Azərbaycan  səhnəsində 
Məhəmmədi  adi  bir  insan  kimi  göstərmək,  onun  guya 
fövqəlbəşər  allah  elçisi  olması  haqqında  təəssübkeş 
ruhanilərin  uydurduqları  mövhumi  təsəvvürləri  alt-üst 
etmək  üçün  çox  əlverişli  bir  təbliğatdır.  O  yazırdı  ki: 
―Peyğəmbəri təsəvvür edilən mənzərəsindən düşürüb, adi 
bir  insan  şəklinə  salmaq  gərək  idi...  Cavid  dəxi  öz 
əsərinin,  öz  mühitinin  gizlin  bir  surətdə  tələb  etdiyi 
cəhəti  meydana  qoyur,  bu  gözlüklə  peyğəmbərə  baxır, 
onu adi bir bəşər halına endirir‖. 
Bu sözlərdə müəyyən bir həqiqət var idi. Doğrudan da, 
Cavidin 
Məhəmməd  haqqında  təsəvvürləri  fanatik 
ruhanilərin 
peyğəmbər 
haqqındakı 
təsəvvürlərinin, 
uydurmalarının  tamamilə  əleyhinə  idi.  Lakin  tənqidçi  bu 
fikri  irəli  sürürkən  bir  neçə  mühüm  məsələni  nəzərdən 
qaçırmışdı.  Əvvələn,  Məhəmmədin  adi  bir  bəşər,  öz 
əsrinin  adi  ərəblərindən  biri  olması  haqqındakı  fikri 
birinci  dəfə  Cavid  irəli  sürməmişdi.  Ondan  çox-çox 
qabaq,  hələ  XI-XV  əsrlərdə  Yaxın  və  Orta  Şərqin,  eləcə 
                                                 
1
 Bax: ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1925, № 9-10 və № 11. 

 
188 
də  Azərbaycanın  mütəfəkkir  şairlərinin  əsərlərində, 
Xəyyam,  Əbü  Əli  Sina,  Nizami,  Füzuli  və  başqalarının 
nəzərində  Məhəmməd  adi  bir  bəşər  idi.  İkinci  tərəfdən, 
Cavid  Məhəmmədə  heç  də  sözün  geniş  mənasında  öz 
əsrinin,  ―öz  mühitinin‖  münasibətini  deyil,  şəxsi 
münasibətini və olsa-olsa dini modernizə etmək, etiqadla 
fəlsəfəni  birləşdirmək  haqqında  xəyal  bəsləyən  müəyyən 
qrup ziyalıların münasibətini əks etdirmişdi. Məhəmmədə 
və  ümumiyyətlə  bütün  dinlərə  və  din  xadimlərinə  əsrin 
münasibəti Cəlil Məmmədquluzadələrin münasibəti idi. 
Cavid  isə  ―Peyğəmbər‖  əsərində  dinə  və  din  xadim- 
lərinə  bu  müasir  materialist  münasibətdən  çox  uzaq  idi, 
hətta ―Şeyx Sənan‖ və ―Bir xatirə‖  kimi əsərlərində olan 
münasibətdən  də  uzaq  idi.  H.Zeynallı  bu  mühüm 
cəhətləri, Cavidin peyğəmbərə idealistcəsinə yanaşmasını 
nəzərə  almamışdı.  Buna  görə  də  o  yazırdı  ki:  ―Cavid 
―Peyğəmbər‖  pyesini  yaratmaqla  hazırkı  əsrin  həqiqi  bir 
oğlu  olduğunu  isbat  etdi‖.  Halbuki,  tamamilə  əksinə, 
Cavid  bu  əsəri  ilə  hazırkı  əsrdən  çox-çox  uzaqlaşdığını, 
din 
xadimlərinə 
münasibətində 
XI-XII 
əsrlərin 
səviyyəsinə  endiyini  göstərmişdi.  Hələ  bu  bəs  deyilmiş; 
tənqidçi  Cavidin  Məhəmmədə  münasibətində  hətta 
müəyyən  dərəcə  marksist  münasibət  də  görürdü: 
―...Peyğəmbər tamamilə öz gücünə etimad etmir, o bütün-
bütünə  özünə  mühit  hazırlamağa  sarılmış.  İşbu  nöqtədə 
də  peyğəmbərin  yürütdüyü  siyasət  həp  mahiyyətlə 
marksistlərin  afəti-təbiyyəni  insan  ağlı  intizama  salar, 
yəni  tarixin  mülahizəsiz,  düşüncəsiz  hadisələr  yığını 
nəticəsində  meydana  gələn  cərəyanına  könüllü  bir  şəkil 
və  yol  vermək  olar,—  fikri,  doğrudan  da,  öz-özlüyündə 
isbat  edilə  bilə‖.  Bu  fikirləri  ilə  tənqidçi  nəinki  Cavidi, 
onun 
―Peyğəmbər‖ini,  marksizmi  də  hələ  yaxşı 
mənimsəmədiyini göstərmişdi. 
Üçüncü  tərəfdən,  tənqidçi  nəzərdən  qaçırmışdı  ki, 

 
189 
Cavid tarixin xəbər  verdiyi Məhəmmədi bir çox cəhətdən 
kənara  qoyaraq  Məhəmməd  adı  ilə  öz  romantik 
xəyallarının  məhsulu  olan  bir  surət  yaratmış,  islam 
peyğəmbərini  açıqdan-açığa  özünün  təbliğ  etmək  istə- 
diyi  müəyyən  fikirlərin  ruporuna  çevirmişdi.  Doğrudur, 
H.Zeynallının 
məqalələrinin 
birində 
―Cavid 
özü 
xəyalpərvər  olduğu  üçün  peyğəmbəri  də  bir  parça  ro-
mantik  və  xəyalpərvər  göstərmək  istəyir‖  —  sözləri  də 
yazılmışdı.  Lakin  bu  heç  də  tənqidçinin  əsərin  ruhunu 
düzgün mənimsədiyini göstərmirdi. 
Yuxarıdakı  cümlələrdən  bir  az  aşağıda  H.Zeynallı 
―Peyğəmbər‖də  ―ayıq  bir  realizm‖  də  olduğunu  sübut 
etməyə  çalışıb,  əsərdə  bu  realizmi  görməyənləri 
təqsirləndirir və iddia edirdi ki, ―əsərin realizmi də əsərin 
ruhunu  büsbütün  olduğu  kimi  meydana  qoymaqdadır‖. 
Bu  mülahizələrdən  görünür  ki,  tənqidçinin  bu  illərdə 
realizm,  romantizm  haqqında  anlayışları  da  birtərəfli 
olmuşdur. 
Nəhayət,  ―Peyğəmbər‖  Cavidin  kəskin  sinfi  mübarizə 
illərində tamamilə sarsıldığını, dəhşətləndiyini göstərirdi. 
O,  hər  nə  qədər  fənalığa  qarşı  haqq  sözlə  qılıncın 
birləşməsi  zərurətindən  bəhs  etsə  də,  yenə  ―Peyğəmbər‖ 
sinfi  mübarizəyə  qarşı  mücərrəd,  ümumi  məhəbbət 
ideyasını  irəli  sürən  bir  əsər  idi  ki,  bu  da  20-ci  illərdəki 
Azərbaycan  ədəbi  həyatı  və  ictimai-fəlsəfi  fikri  üçün 
faydasız, hətta mürtəce bir iş idi. 
―Peyğəmbər‖də  Cavid  sadəcə  öz-özünü  təkrar  edir, 
Həm  də  görüşlərində  olan  zəif  cəhətləri  təkrar  edirdi. 
―Peyğəmbər‖  müasirlik  nöqteyi-nəzərindən  şairin  geridə 
qaldığını  göstərirdi.  Böyük  yaradıcılıq,  quruculuq 
illərində  Cavidin  Hirra  və  Mələk  əfsanəsinə  qayıdıb, 
Məhəmmədi  idealizə  etməsi  onun  yaradıcılığında  çox 
ciddi bir nöqsan idi. Şairi öz sözü ilə tutub demək olar ki, 
bu, ―həqiqət dövründə əfsanələrə qayıtmaq‖ idi.  

 
190 
2. ―AFƏT‖ 
 
1922-ci  ildə  Cavid  nəsr  ilə  dörd  pərdəlik  ―Afət‖ 
faciəsini  yazır.  Əsər  ilk  dəfə  1926-cı  ildə  ―Maarif  və 
mədəniyyət‖ məcmuəsində nəşr edilir. 
―Afət‖  ailə,  məişət  mövzusunda  yazılmışdı.  ―Uçu- 
rum‖da  olduğu  kimi,  burada  da  Türkiyə  həyatından  bəhs 
edilir,  türk  zadəgan  mühitində,  kübar  ailələrində  olan 
ziddiyyətlər  əsas  yer  tuturdu.  ―Uçurum‖da  bir  ailənin 
faciəsi  və  ailəni  dağıdan  səbəblərdən  yalnız  biri  (ailə 
başçısının  xəyanəti)  göstərilirdisə,  ―Afət‖də  bir  neçə 
ailənin faciəsi və ailəni dağıdan bir neçə mühüm səbəblər 
göstərilirdi. 
―Afət‖də 
yüksək 
əxlaq 
normalarını 
tapdalayan,  qadın  —  ana  hüququnu  ayaqlayan,  qadına 
sadəcə bir əyləncə vasitəsi kimi baxan, pozğun ərlərin və 
eyni  əxlaqa  malik  subay  gənclərin  çirkin  hərəkətləri, 
kübar  ailələrə  mənsub  ata-anaların  öz  oğul  və  qızlarının 
tərbiyəsinə 
laqeyd 
qalmaları, 
öz 
heysiyyətlərini, 
mənliklərini  qiymətləndirməyən,  gözəlliklərinə  güvənib 
ara-namusa 
arxa 
çevirən 
kübar 
qadınların 
məsuliyyətsizliyi,  nəhayət,  ailə  və  məişətdə  ən  böyük 
bəlalardan biri olan əyyaşlıq kimi səbəblər bir neçə ailəni 
bədbəxt edir. 
Zəngin, kübar bir ailə iflas edib  yoxsullaşır. Bu ailəyə 
mənsub  olan  on  yeddi  yaşlı  gözəl  Afət,  birinci  arvadını 
itirib əyyaşlığa alışmış, məsləksiz mühərrir Özdəmirə  ərə 
verilir.  Afət  on  altı  il  istər-istəməz  Özdəmirlə  yaşayır. 
Onun  birinci  arvaddan  qalan  kiçik  qızı  Alagözü  də  öz 
qızı  kimi  tərbiyə  edir.  Alagöz  də  Afəti  özünün  doğma 
anası  bilir.  Lakin  bu  on  altı  illik  həyat  Afət  üçün 
dözülməz  bir  cəhənnəm  əzabından  ibarət  olur.  Özdəmir 
ailəsini  düşünmür,  günlərinin  çoxunu  kefdə  keçirir,  evdə 
də  arvadı  və  qızı  ilə  çox  kobud  rəftar  edib,  onları  söyür, 
təhqir edir. 

 
191 
Ağır  illər  bir-birinin  ardınca  ötüb  keçir.  Afət  33 
yaşında,  Alagöz  isə  18  yaşında  ikən  Özdəmir  ailəsi  ilə 
başqa  bir  şəhərə  köçür.  Əsil  faciə,  ailənin  dağılması  da 
buradan başlanır. Qərib ailə  burada  çirkin bir mühitə rast 
gəlir.  Ziyalılar  arasında  ―Müsyö  fırıldaq‖  adlanan,  “az 
maaşla  çox  zəngin  olan‖  rüşvətxor,  savadsız  Xandəmir 
adlı  başqa  bir  əyyaşla  Özdəmir  dostlaşır.  Xandəmirin 
vasitəsi  ilə  bir  neçə  alçaq,  şərəfsiz  adam  —  ―sayğısız 
odun  parçaları‖  olan  zabit  Qorxmaz  və  Kaplan,  zahirdə 
özünü  çox  təmiz,  ağıllı,  ziyalı  göstərən,  əslində  isə 
―mədəni  bir  canavar‖  və  ―mahir  qadın  düşkünü‖  olan  35 
yaşlı  doktor  Qaratay  Özdəmirin  bədbəxt  ailəsinə  yol 
tapırlar. Doktor Qaratay gözəl, füsunkar Afəti ələ almağa 
çalışır,  özünü  ona  mərhəmətli,  xeyirxah,  alicənab,  fəda- 
kar  bir  aşiq  kimi  göstərib,  gənc  qadını  cəhənnəm 
əzabından,  Özdəmirin  təhqirlərindən  qurtaracağına  söz 
verir.  Qaratayın  kim olduğunu  bilməyən  Afət ona inanıb, 
könül verir və ömründə birinci dəfə sevir.  İndi bu ailənin 
dağılması  üçün  lazım  olan  səbəblərin  hamısı  hazırdır. 
Lakin 
bu 
faciədə 
Afətin 
özünəməxsus 
təbiəti, 
mənəviyyatı,  ailə-əxlaq  məsələlərinə  olan  baxışı  daha 
təxribatçı  rol  oynayır.  Daha  doğrusu,  qadın  düşkünü 
Qaratayın həqiqi aşiq maskası ilə araya çıxması, onsuz da 
binövrəsi çürük olan bu ailənin dağılması üçün  ancaq ilk 
qüvvətli təkan olur. Afət 33 yaşına qədər sevgi, məhəbbət 
hissindən  və  ailə  səadətindən  məhrum  olduğundan, 
sevmək,  sevilmək  həsrəti  onun  varlığında  ən  qüvvətli, 
yeganə  ehtirasa  çevrilir.  Afət:  ―Dünyadakı  otları, 
çiçəkləri, quşları, kələbəkləri, insanları və heyvanları həp 
birər-birər  gözdən  keçirsən,  sevgidən  məhrum  heç  bir 
məxluqat,  heç  bir  zihəyata  rast  gəlməzsən.  Hətta 
günəşlər,  aylar,  ulduzlar  arasında  belə  sıxı  bir  rabitə, 
sarsılmaz  bir  cazibə  qanunu  var‖
1
 —deyə  düşünür.  Odur 
                                                 
1
 ―Afət‖, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 2-3 (üçüncü pərdə). 

 
192 
ki,  geniş  dünyada  özünün  sevgidən  məhrum  bir  məxluq 
olduğunu  görməsi  Afətə  çox  ağır  gəlir.  Onda  dünyadan 
narazı,  insandan  küskün  bir  hal  yaranır.  Xüsusilə  son 
dərəcə  gözəl,  sevimli,  füsunkar  olduğu  halda,  bədbəxt 
olması,  təmiz,  səmimi  bir  eşq  ilə  qarşılanmaması  Afəti 
son dərəcə kinli, qəzəbli və xudbin edir. Qızlığında kübar 
ailədə  tərbiyə  alması,  sonradan  da  və  müşahidələri 
artdıqca  içərisində  yaşadığı  mühitin  saxtalığını,  buradakı 
kişilərin 
yalançılığını, 
vəfasızlığını, 
eşqdən 
və 
gözəllikdən  dəm  vuran  aristokrat  ―ərlərin‖  mənəvi 
boşluğunu,  rəzil  əxlaqını  görüb  dərk  etməsi  Afətdəki 
kini,  xudbinliyi  daha  da  qüvvətləndirir,  hətta  onu  bir 
qədər də vəhşiləşdirir, intiqam hissi ilə çırpınan demonik 
bir  varlığa  çevirir.  Odur  ki,  Afət  sövqi-təbii  ilə  ömrün- 
də  ilk  dəfə  ürəkdən  sevdiyi,  könül  verdiyi  Qarataya  da 
inanmır.  Afət  ona  eşq  elan  edən  Qarataya  deyir:  ―Mən 
bütün  mənliyimi,  bütün  həyatımı,  səadətimi  sənin  yo- 
lunda  fəda  etməyə  hazıram.  Hətta  sənin  uğrunda  cina- 
yətdən belə çəkinməm. Ancaq aldanmaq istəməm. Aldan- 
dığımı  duyarkən  məhv  oluram.  Həm  də  pək  kinliyəm, 
anlayırmısan? Məni aldatmaq istəyənləri əsla əfv etməm! 
İki  gözüm  olsa,  intiqam  alarım,  intiqam!  Əvət,  mən  pək 
kinliyəm.  Məni  təhqir  edənlər  əzrailin  qucağına  atılmış 
olur‖
1

Bununla  belə  Afət  əyyaş  ərinin  ağır  təhqirlərindən 
xilas olmaq üçün, ürəyi qızmaya-qızmaya Qarataya pənah 
gətirməli,  ona  sığınmalı  olur.  Afətin  Qaratayı  sevdiyini 
hiss  edən  Özdəmir  öz  arvadına  qarşı  daha  amansız  olur. 
O,  Afəti  başqalarının  yanında  ―çamurluqda  gəzən  bir 
ördək‖,  ―azğın  və  hərcayi  bir  ördək‖  adlandırır.  Öz 
izzəti-nəfsinin tapdalandığını, camaat arasında ağır təhqir 
edildiyini  görən  Afət  üçün  yaşamaq  çox  çətin  olur.  O, 
özünü zəhərləmək üçün Qarataydan zəhər istəyir: ―Aman, 
                                                 
1
 ―Afət‖, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1925, № 3 (birinci pərdə). 

 
193 
mənə mərhəmət... Mərhəmət eylə də, məni qurtar. Of, bir 
çarə,  bir  əlac,  bir  zəhər,  bir  atəş  bul  ki,  kəndimi  məhv 
edəyim də, bu qaba, çirkin səsi bir daha eşitməyəyim!‖
1
 
İblis  təbiətli,  hiyləgər  Qaratay  gənc  qadının  bu 
çıxılmaz  vəziyyətindən  və  ona  olan  məhəbbətindən  isti- 
fadə edərək onu cinayətə sövq edir. Afəti məcbur edir ki, 
onunla  birləşmək  istəyirsə,  ərini  zəhərləyib  öldürsün. 
Afət  müti  bir  qul  kimi  bu  əmri  yerinə  yetirir.  Eşidənlər 
sərxoş  mühərririn  ürək  xəstəliyindən  öldüyünü  zənn 
edirlər.  Çox  çəkmir  ki,  Qaratay  da  Afətdən  soyuyur, 
Xandəmirin  gənc  qızı  22  yaşlı  Altunsaçı  tora  salır.  Bu 
xəyanət  Afət  üçün  əyyaş  ərinin  vəhşi  münasibətlərindən 
sonra  ikinci  ağır  zərbə  olur.  Bir  tərəfdən  Afət  işlədiyi 
cinayətdən  peşman  olub  ruhi  əzablar  çəkir,  ikinci 
tərəfdən  Qaratay  tərəfindən  aldadılması,  qısqanclıq  hissi 
onu  tamamilə  haldan  çıxarır.  Afət  nəinki  onu  əhatə  edən 
mühitə,  insanlara,  hətta  özünə  də  nifrət  edir:  ―Ah,  mən 
neçin  bu  xain  mühitə  atıldım,  neçin  yaradıldım?..  Neçin 
qatil oldum, neçin aldandım?‖
2
 — deyə inləyir. 
Afətdəki  xudbinlik,  kinlilik,  intiqam  hissi  getdikcə 
qüvvətlənir.  Sevgi  ehtirası  bu  dəfə  insana  nifrət,  intiqam 
ehtirasına  çevrilir.  İndi  Afət  həm  özünü  məhv  etmək, 
həm də Qarataydan intiqam almaq arzusu ilə yaşayır. İndi 
Afət  ona  eşq  elan  edən,  süni  nəvaziş  göstərən,  onun 
qarşısında  diz  çöküb  dil  tökən,  bütün  yalançı  kişilərin 
―başını  bir  qılıncla  vurmağa  hazır  olan‖  iblis  təbiətli, 
ürəyində yalnız kin, nifrət hissini daşıyan və hər kəs üçün 
qorxulu  olan  bir  afətə  çevrilir:  ―Mən  hər  qanunun 
xilafına yaradılmış bir məxluqum. Mənim hər sevincimdə 
bir  fəlakət,  hər  fəlakətimdə  bir  bəxtiyarlıq  var.  Mən... 
sevgimi  cəllad  kimi  boğazlarım.  Əvət,  mən  ağlarkən  gü- 
lərim, gülərkən ağlarım‖
3

                                                 
1
 Yenə orada, 1925; № 3 (birinci pərdə). 
2
 ―Afət‖, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 2-3 (üçuncü pərdə). 
3
 Yenə orada , 1926, № 2-3 (üçüncü pərdə).
 

 
194 
Afət  təbiəti  etibarı  ilə  pozğun,  hərcayi  qadın  deyildir. 
Onu  bu  yola  kübar  mühit,  bu  mühitdə  olan  saxtalıq, 
cinayət,  əyyaşlıq  sövq  etmişdir.  O,  ―Ah,  mən  əxlaqsız 
deyildim.  Fəqət  Özdəmirin  sərxoşluğu,  sayğısızlığı  məni 
məhv etdi. Sonra da doktor Qaratay da məni sapdırdı, ona 
vuruldum, qatil oldum‖
1
 — deyir. 
Afət  şüurlu  surətdə,  cani  Qaratayın  acığına  öz 
gözəlliyinə  pərəstiş  edənləri  arxasınca  süründürməklə 
məhəbbət əzablarını unutmağa çalışır. Afətin yanlış həyat 
yollarına  düşməsini,  onu  bu  yola  sövq  edən  hissləri, 
duyğuları,  bu  demonik  təbiəti  aydınlaşdırmaq  üçün  onun 
ikinci  pərdədə  Qaratayla  olan  mübahisəsini,  qismən 
Cabbarlının ―Sevil‖ dramında Sevillə Balaş arasında olan 
mükaliməni xatırladan hissəni yada salaq: 
 
D  o  k  t  o  r    Q  a  r  a  t  a  y  (istehzalı  təbəssümlə  Afətin  əlini 
öpüb,  uzaqlaşan  Kaplanı  göstərir)  —  Yeni  eşqinizi  təbrik 
edirəm. 
A f ə t (müstəhzi) — Sizdə olduğu kimi, deyilmi? (Sinirli) 
ah,  insafsız,  mərhəmətsiz!..  Sən  məni  atıb  da,  Altunsaça 
uyursan, 
saatlarca 
peĢindən  ayrılmazsan,  mehtablı 
gecələrdə əcnəbi kokotlarla qayıq gəzintisi yapırsan. Həpsi 
keçər gedər. Fəqət mən... Mən isə yalnız əlimi öpdürməklə 
böyük bir günah iĢləmiĢ oluram, oyləmi? 
D o k t o r   Q a r a t a y   —  çünki  sən  qadınsan, 
anlayırmısan? 
A f ə t   (müstəhzi  qəhqəhələrdən  sonra)  —Ah,  zavallı 
qadın-  lar!..  Bütün  mühit  və  qanunlar  onlara  düĢmən. 
Bütün din və adətlər onlara düĢmən. Bütün təbiət və kainat 
düĢmən.  Çünki  zəifdirlər.  Onunçün  də  müqəssirdirlər. 
Fəqət  erkəklər  həp  mə-  sum,  bütün  azğınlıqları  ilə 
məsumdurlar...  Çünki  bütün  qanunları  yapan  onlardır. 
Onunçün  də  haqsız  deyillər...  Haqsız  olsalar  da  belə,  haqlı 
                                                 
1
 Yenə orada. 

 
195 
görünürlər... 
D o k t o r   Q a r a t a y   —  Afət,  sən  erkəkləri  deyil, 
yalnız məni təhqir edirsən. 
A f ə t  (son dərəcə qızğın)— Sus, artıq çıldırıram! Ah, sən 
təhqirə belə layiq deyilsən. Sən sönük bir arzun üçün məni 
qa- til etdin. Kəndi əlimlə kəndi qocamı zəhərlətdin. Əməyi 
ilə bəsləndiyim bir biçarəni məhv etdin
1

Bu  hüquqsuzluğa,  xəyanətə  qarşı  Afət,  doğrudan  da, 
müdhiş,  dəli  vəziyyətə  düşür.  Ailə  həyatının,  sevərək 
yaşamağın  mümkün  olmadığını  gördükdə  Qarataydan 
intiqam alıb onu öldürür, sonra da özünü zəhərləyir. 
Bu  bədbəxt ailənin  övladı,  gənc  Alagözün faciəsi daha 
təsirlidir.  Alagöz  18  yaşlı,  oxumuş,  savadlı  bir  qızdır. 
Gənc  yaşlarından  zəhmətə  alışmışdır.  Ailəsi  yeni  şəhərə 
köçdükdən  sonra  da  ―İbn-Sina  xəstəxanası‖nda  şəfqət 
bacısı  vəzifəsini  qəbul  etmiş,  yaralı  əsgərlərə  baxır, 
əlindən  gəldiyi  qədər  cəmiyyət  üçün  faydalı  bir  iş 
görməyə  çalışır.  Mənsub  olduğu  ailədən,  analığından  və 
atasından  fərqli  olaraq  bu  gənc  qız  təmiz,  yüksək  bir 
əxlaqa,  zəngin  bir  mənəviyyata  malikdir.  Onda  həm 
ailəsinə,  həm  də  içərisində  dolaşdığı  kübar  mühitə,  bu 
mühitin  yüngül  ağıl,  şit  qadın  və  kişilərinə  tənqidi  bir 
münasibət vardır. Alagöz heç kəsə könül vermək istəmir. 
Onun  təsəllisi  və  həmdəmi  kitablardır,  elm,  şeir  və 
musiqidir.  Alagöz  ―hər  kəsdə  olduğu  kimi,  məndə  də 
könül  var,  duyğu  var.  Əfsus,  nə  sevmək  istəyirəm,  nə  də 
sevilmək‖—  deyir.  Çünki  o,  dövrəsindəki  kübar 
gənclərdən heç birisinə etibar etmir, onlarda nəcib insani 
sifətlər  görmür.  Alagöz  özü  də  şeir,  musiqi  qədər  incə, 
lətif, məsum bir qızdır, pərəstişə layiq nəcib, gözəl insan- 
dır.  Lakin  bu  nəcib  insanın  da  həyatı  başdan-başa 
faciədir.  Atasının  əyyaşlığı,  doğma  anası  zənn  etdiyi 
Afətin bədbəxt həyatı ona böyük dərd olmuşdur. Xüsusən 
                                                 
1
 ―Afət‖, ―Maarif və mədəniyyət‖, 1926 № 1 (ikinci pərdə). 

 
196 
Qaratayın  xəyanətindən  sonra  Afətin  ailə,  əxlaq 
normalarını  tapdalaması,  atasının  daha  da  pozulması, 
kübar  mühitinin  onlarla  çirkin  rəftarı  Alagözü  tamamilə 
əldən  salmış,  camaat  arasında  başıaşağı  etmişdir. 
Bədbəxt qız əzab çəkir, dost-tanış arasına çıxa bilmir. O, 
mümkün  qədər  valideynlərinə  təsir  etməyə,  onları 
fəlakətdən  uzaqlaşdırmağa  cəhd  edir.  Hər  kəs,  bütün 
kübar  mühit  Afətə  və  Özdəmirə  pozulmuş,  islahedilməz 
bir  adam  kimi  baxdıqları  halda,  bu  bədbəxt  insanlarla 
əyləndikləri  halda,  Alagöz  onların  halına  ürəkdən  acıyır. 
O,  anasına  pis  mühitə  düşmüş,  pis  ərə  rast  gəlmiş  qərib, 
kimsəsiz  bir  qadın,  atasına  isə  öz  əli  ilə  özünü 
uçurumlara  atan,  ağılsız,  yazıq  bir  insan  kimi  baxıb, 
onları  doğru  yola  qaytarmaq  istəyir,  lakin  müvəffəq  ola 
bilmir.  Bu  işdə  ona  kömək  edənlər  tapılırsa  da,  ancaq 
onlar  da  çox  sonra,  iş-işdən  keçdikdən  sonra  haraya 
çatırlar. 
Yeni  şəhərə  köçdükləri  ilk  günlər  hər  kəs  Alagözə 
hörmət  və  məhəbbətlə  yanaşır,  bütün  gənclər  ona  xüsusi 
pərəstişkarlıq  göstərir.  Lakin  çox  çəkmir  ki,  ―Afətin, 
Özdəmirin  qızıdır‖  deyə  ondan  uzaqlaşırlar.  Hətta 
Alagözü  yaxından  tanıyan,  ürəkdən  sevən,  onunla  bir 
xəstəxanada  işləyən,  ciddi,  səmimi  gənc  həkim  Oqtay  da 
axırda ―Afət kimi bir  qadının qızı ilə  görüşmək  təhlükəli 
uçurumlara  atılmaqdır‖  deyə  ondan  üz  çevirir.  Bu 
təhqiramiz  münasibətlər  gənc  qız  üçün  daha  ağır  bir 
zərbə  olur.  Gənclərdən  eşitdiyi  müəmmalı  sözlər  onun 
qəlbini  bir  ox  kimi  yarıb  keçir.  Ən  nəhayət  bütün  bunlar 
Alagözü  intihar  etmək  dərəcəsinə  çatdırır.  O  da  atasının 
ölümündən sonra Afət kimi özünü zəhərləmək istəyir.  
Lakin  yaxşı  insanlar  da  tapılır:  kübar  mühitə  yabançı 
və  bu  mühitə  nifrət  edənlərdən  biri  olan  yoxsul  mühərrir 
Ərtoğrul Alagözün xilaskarı olur. 
Cavid  ―Afət‖də  Ərtoğrul,  Oqtay,  Yavuz  kimi  müsbət 

 
197 
surətlər  yaradır.  Bunlar  öz  əlinin  əməyi  ilə  yaşayan, 
təmiz  əxlaqlı,  namuslu,  xeyirxah  gənclərdir.  Ərtoğrul  — 
mühərrir,  Yavuz  —  müəllim,  Oqtay  isə  gənc  həkimdir. 
Bunlardan  Ərtoğrul  romantik  bir  gənc  olaraq  daha 
səciyyəvidir.  O  qüvvətli,  mətin  iradəli,  cəsur,  qorxmaz, 
həqiqətin  üzünə  dik  baxan,  heç  kəsdən  çəkinməyən, 
müstəqil  fikirli  bir  gəncdir.  Təmizlik,  sadəlik,  təbiilik, 
xeyirxahlıq,  dostluq,  məhəbbət,  səadət,  səmimiyyət, 
insana  kömək,  hamı  insanları  yüksək  əxlaqlı,  ağıllı, 
təmkinli  görmək  arzusu  onun  romantikası,  gözəl 
arzularıdır.  Ərtoğrul  öz  şəxsi  həyatında  da  təbliğ  etdiyi 
gözəl  insani  keyfiyyətlərə  bir  nümunə  olmağa  çalışır. 
Buna görə də o bütün varlığı ilə kübar mühitə, bu mühitin 
pozulmuş adamlarına qarşı durur. O bu mühiti ―zəncirsiz 
divanələr  mühiti‖,  burada  rast  gəldiyi  əxlaqsız 
qaratayları,  qorxmaz  və  kaplanları  ―sayğısız  odun 
parçaları,  nə  özlərini,  nə  də  ətrafdakıları  anlamayan 
idraksız,  duyğusuz  tülkülər,  çaqqallar,  ağlı  topuğunda 
olan  qazlar,  duyğusuz  sallaqxana  makinaçıları,  azğın, 
satqın, 
cani, 
qatil‖ 
adlandırır. 
Lakin 
Ərtoğrul 
xarakterində 
olan 
müəyyən 
zəif 
cəhətləri, 
mərdümgirizliyi,  xəyalpərvərliyi  ilə  Şeyda  surətini 
xatırladır.  O  da,  Şeyda  kimi,  həm  qüdrətli,  həm  də 
zəifdir.  Gənc  yoxsul  mühərrir  bir  tərəfdən  ―insanları 
qurtaracaq  bir  qüvvət  varsa,  o  da  cəsarət,  yalnız 
cəsarətdir.  Mən  yaşamaq  için  titrəyənləri  daim  əzrail 
qucağında  gördüm;  ufaq  bir  qığılcımdan  ürkənləri  daim 
yanğın  ocağında  buldum‖—deyir;  ikinci  tərəfdən  isə, 
eyni  ilə  Şeyda  kimi,  inildəyib  sızlayır:  ―Mən  də  bu 
düşkün mühitdə çırpınan zavallı, sönük varlıqları yıxmaq 
istəyən  bir  qığılcım...  Pəncədırnaqlarla  qəlbi  gəmirilən 
bir  bədbəxt...  bir  biçarə...  Mənasız  saylar  ətrafında 
dolaşan bir sıfır, bir heçəm‖
1
—deyir. 
                                                 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin