AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   ...   6   7   8   9   10   11   12   13   ...   21

 
4. ―ĠBLĠS‖ 
 
―İblis‖  faciəsini  Cavid  birinci  dünya  müharibəsinin 
axırlarında  —  1918-ci  ildə  yazmışdı.  Bu  həmin  dövr  idi  ki, 
Rusiya müharibədən çıxmış, Rusiyada Böyük Oktyabr sosialist 
inqilabı  qalib  gəlmişdi.  Almaniya-Avstriya  bloku  ağır 
məğlubiyyətə düçar olmuş, Türkiyə kapitulyasiyaya uğramış və 
faciənin  bir  yerində  işarə  edildiyi  kimi,  ―İstanbul  ingilislərlə 
dolmuşdu‖.  Demək,  birinci  dünya  müharibəsinin  törətdiyi 
fəlakətlər də, onun mürəkkəb nəticələri də tamamilə göz qaba- 
ğında  idi.  Bu  nəticələrdən  ən  mühümü  bu  idi  ki,  imperialist 
cəbhəsi  xeyli  zəifləmiş,  Rusiyada  sosialist  inqilabı  qalib 
gəlmişdi.  Əgər  Cavid  realist  olsaydı,  belə  bir  tarixi  hadisə 
haqqında ondan tamamilə başqa ruhlu bir əsər gözləmək olardı. 
Amma Cavid romantik idi, ―İblis‖ də romantik bir faciə idi. 
Bu  əsəri  tam  realist  əsər  adlandıranlar  da  olmuşdur. 
Doğrudur, hər hansı romantik əsərdə olduğu kimi, ―İblis‖də də 

 
139 
realist  ünsürlər,  hətta  realist  surətlər  yox  deyildi.  Lakin  bu 
xüsusiyyət  əsərin  realist  üslubda  yazıldığını  sübut  edə 
bilməzdi. Qətiyyətlə demək olar ki, Cavid əvvəldən axıra qədər 
romantik  olmuş,  əsərlərini  də  romantik  üslubda  yazmışdır. 
Konkret  olaraq  ―İblis‖ə  gəlincə  onun  romantik  bir  faciə  oldu- 
ğu  göz  qarşısındadır:  Burada  üz-üzə  duran  qüvvələr 
müharibəyə  qoşulan qüvvələr, müxtəlif imperialist dövlətlər və 
onların nümayəndələri deyil, qardaşla qardaş,  yoldaşla yoldaş, 
ərlə arvad və başqalarıdır. 
Şəfqət  bacısı  Rəna  öz  atasının  qatilini  axtarır.  Bu  qatil  ibn 
Yəmindir.  Rənaya  aşiq  olan  iki  qardaş  —  Arif  və  Vasif  bir-
birindən  xəbərsiz  ayrı-ayrılıqda  qatili  tapıb  cəzalandırmaq  və 
bununla  Rənanın  məhəbbətini  qazanmaq  istəyirlər.  Arifin 
mehriban  arvadı  Xavər  ərinin  bu  hərəkətinə,  başqa  birinə 
uymasına  mane  olmaq  istərkən  Arif  sərxoş  olduğu  halda 
dəlicəsinə öz arvadını boğub öldürür. Nəhayət, qatil ibn Yəmin 
tapılıb,  əsgəri  bir  qaçaq  olan  Elxan  tərəfindən  cəzalandırılır. 
Bir-birini tanımayan iki qardaş, ―iki məcnun‖ — Arif və Vasif 
Rənaya  sahib  olmaq  üçün  vuruşurlar.  Arif  uşaqlıqdan  itirdiyi 
və illərlə həsrətini çəkdiyi qardaşı Vasifi öldürür. 
Təbiidir ki, bu hadisələrdə birinci dünya müharibəsinin real 
təsvirini  axtarmaq  artıq  zəhmət  olardı.  İkinci  tərəfdən,  bu 
faciədə  biz  müharibə  törədənləri  və  imperialist  müharibəsinə 
qarşı  duran  həqiqi,  real  tarixi  qüvvələri  də  görmürük.  Burada 
qarşılaşdırılan  qüvvələr  əsasən  şairi  yaradıcılığının  ilk  dövr- 
lərindən düşündürən iki zidd ideyadan ibarət idi: birincisi: 
 
Yaşamaq istəyirmisən, çarpış, 
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil — 
 
— deyən müharibə ideyası, ikincisi isə: 
 
Bir fəzilətsə öldürüb ölmək, 
Canavar bizdən əşrəf olsa gərək — 

 
140 
 
— deyən qoca Şərqin mücərrəd sülh, məhəbbət ideyasıdır. 
Əsərdə  şair  tərəfindən  yaradılmış  somiənişin,  qoca  Şeyx, 
Arif və qismən də xəyali, fantastik surətlər olan İblis, Mələk və 
başqaları bu iki zidd ideyanı təmsil edirlər. 
Romantik şair öz əsərində zaman-məkan məsələsinə də bir o 
qədər  əhəmiyyət  verməmişdir.  Doğrudur,  hadisələrin  ümumi 
fonu  Türkiyəni  xatırladırdı.  Bu  isə  təsadüfi  deyildi.  Çünki 
Yaxın  Şərq  ölkələrindən  imperialist  müharibəsinə  qoşulan 
yeganə  dövlət  Türkiyə  idi  və  Hüseyn  Cavid  bu  müharibənin 
məhz  müsəlman  Şərqinə  təsirini  göstərmək  üçün  Türkiyə 
həyatını  əsas  götürməli  olmuşdu.  Bununla  belə  əsərdə  məkan 
kateqoriyası  nöqteyi-nəzərindən  ―Türkiyə  torpağı‖  gö- 
rünmürdü.  Məsələn,  birinci  pərdədəki  hadisə  ―Bağdad 
civarında‖  bir  meşəlikdə,  ikinci  pərdə  ―ərəb  zövqünə  uyğun 
süslü  bir  salonda‖,  üçüncü  pərdə  yenə  eyni  Bağdad  civarında, 
dördüncü pərdə isə əsgəri qaçaqların yurd saldığı naməlum bir 
meşəlikdə  vaqe  olurdu.  İştirak  edənlərin  milliyyətinə  gəlincə, 
surətlər  içərisində  əslən  İstanbul  əhli  olan,  ―mədəni  aləmi 
nifrətlə buraxıb‖ meşələrə qaçan Arif, Vasif və  Rəna, Bağdad 
civarından  olan  qoca  Şeyx  və  onun  qızı  Xavər,  zənci  çovuşu, 
Qazan tatarı, ərəb ibn Yəmin və haralı olduğu məlum olmayan 
Elxan da vardı. Beləliklə, romantizm, şərtilik, real varlığı, real 
münasibətləri  göstərməkdən  daha  çox  hadisə  və  insanları 
müəyyən  ideyaların  təcəssümünə,  müəyyən  fikirlərin  ifadəsi 
vasitəsinə  çevirmək  meyli  faciənin  hər  bir  səhnəsində  özünü 
aydın göstərirdi. 
Ənənəvi,  fantastik  surət  olan  İblis  bu  əsərdə  bir  tərəfdən 
―altuna, qüvvətə tabe dünya‖ deyən müharibə ideyalarını, ―XX 
əsrin  müstəbid  övladının‖  fitnəkarlığını  ifşa  etmək,  ikinci 
tərəfdən isə bu qanlı müharibələr dövründə qəflətən dəhşətli bir 
fırtınaya  tutulmuş  qərib  yolçu  kimi  özünü  itirən,  köhnəlmiş 
dini  zehniyyətə,  mərhəmət  və  vicdan  fəlsəfəsinə,  ümumi, 
mücərrəd  məhəbbət  ideyasına  güvənən,  ―allah  zülmü  yerdə 

 
141 
qoymaz‖ deyib duran və bərk ayaqda göylərə sığınan bir nəslin 
faciəsini,  bu  zehniyyətin  yeni  şəraitdə  çox  yazıq,  bəlkə  də 
gülünc hala düşdüyünü göstərmək üçün bir vasitə idi. 
Əsərin  ilk  səhnəsində  biz  İblisin  insandan  küsüb,  ―mədəni 
aləmi  nifrətlə  tərk  edib‖,  səhranişin  olan  pərişan  saçlı  Ariflə 
qarşılaşdığını  görürük.  İblis  son  pərdədə  Arifi  ―Şərqin 
mütərəddid çocuğu, şaşqın, abdal, əsəbi yavrucuğu‖ adlandırır. 
Doğrudan  da,  dünyanı  bürümüş  yeni  qanlı  müharibələr,  yeni 
əsrin  ―mədəni  vəhşiliyi‖  Arifi  büsbütün  çaşdırmışdır.  O,  son 
dərəcə əsəbi, mütərəddid bir haldadır. Etiqad, iman sahibi olan 
Arifdə  belə  bir  əqidə  var  ki,  dünyaları  idarə  edən  xaliq 
insanların  da  hər  bir  hərəkətini  qabaqcadan  müəyyən  edən, 
―varlığı  yoxdan  yaradan  ulu  tanrı‖,  ―xaliqi-hikmətdir‖.  ―Bu 
―xaliqi-hikmət‖  adildir,  zalım  deyil;  o,  zülmü  götürməz.  Bəs 
indi  necə  olmuşdur  ki,  bütün  yer  üzü  inləyir,  ―xaliqi-hikmət‖ 
isə  bəşər  həyatında  gündən-günə  artan  bu  haqsızlığı,  zülmü, 
cinayətləri  görə-görə səbirlə durub baxır? Cəmiyyət  həyatında 
gözü  ilə  odlar  görən,  özünün  də  yurdu-yuvası  dağılmış,  ailəsi 
məhv  olmuş,  var-yox  bir  qardaşını  da  itirmiş  olan  Arifi 
müharibə  dəhşətləri  qarşısında  da  yenə  insanların  işlərindən, 
əməllərindən  və  bunun  səbəblərindən  daha  çox,  allahların 
vəzifəsi  düşündürür.  O,  insanların  işlərinə  qarışmaqdansa, 
cəmiyyətdən  qaçıb  meşələrə  çəkilir  və  buradan  göylərin 
işlərinə qarışır, xaliqin etinasızlığına təəccüb etdiyini bildirir: 
 
Bilməm şu cinayət, şu xəyanət, şu fəlakət 
Bitməzmi, ilahi, bu qədər səbrə nə hacət? 
 
Birinci fəsildə qeyd edildiyi kimi, Cavid tələbə ikən yazırdı 
ki:  ―Mən  heç  şeyin  göydən  zənbillə  nazil  olacağına 
inanmıram‖.  Demək  olar  ki,  bu  əsərdə,  ―İblis‖də  şair  Ariflə 
məhz  hər  şeyin  göydən  zənbillə  nazil  olacağına  inananların 
surətini yaratmışdı. 
Arifdə  ―Şeyx  Sənan‖da  təsadüf  etdiyimiz  Dərvişin  dini 

 
142 
şübhəçiliyini  xatırladan  şübhələr  də  yox  deyildir.  A.Şaiq  də 
bunu  hiss  etdiyi  üçündür  ki,  ―Arifdə  sufilik  təsiri  görünür‖ 
deyir
 1

Arif  onu  düşündürən  suallara  cavab  tapmaq  üçün  dinləri, 
fəlsəfələri də az-çox yoxlamış, lakin onlarda ―tatlı xəyalat‖ və 
―qəhrü qəzəbdən‖ başqa bir şey görməmişdir: 
 
Uydum da peyğəmbərlərə, qanuna, kitaba. 
duydum yenə qəsvət 
2
. 
Başdan-başa həp qəhrü qəzəb, tövbə-inabə,  
həp zə’fə əlamət... 
Həp fəlsəfə bir vəlvələ, həp tatlı xəyalat,  
yox rəhbəri-vicdan.
 3
 
 
Bu şübhəçiliklə bərabər, Arif yenə də torpağa yox, lal, dilsiz 
göylərə bağlıdır. Hərçənd ki, bütün varlıq onun nəzərində dərk 
edilməz ―min dürlü, şübhəli illətlər, pərdəli hikmətlər, zülmətə 
bürünmüş  müəmmalı  həqiqətlər‖  şəklində  görünür;  bununla 
belə  bütün  bu  müəmmalı  həqiqətləri  dərk  edib  anlamaq  üçün 
Arif  yenə  də  yeganə  bir  yol  izləyir: allaha  sığınmaq,  onu  dərk 
etmək, onunla birləşmək: 
 
Sənsiz doğamaz qəlbimə, vicdanıma, heyhat,    
 
 
bir şö’leyi-ürfan. 
En gəl mənə, yaxud məni yüksəklərə qaldır,  
gəzdir qanadında; 
Yerlərdə süründüm yetişər, göylərə qaldır,  
dindir qucağında. 
Qaldır məni, bir seyr edəyim xoşmu, gözəlmi  
cənnətdə mələklər? 
Qaldır məni, ta görməyim insandakı zülmü, 
                                                 
1
 ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1925, № 2. 
2
 Qəsvət – rəhmətsizlik. 
3
 H.Cavid. Seçilmiş əsərləri, səh. 310. 

 
143 
Bax, yer üzü inlər!
 1
 
 
Bu  mütərəddid,  köhnəlmiş  zehniyyət  və  mərdümgirizlik 
meyli  ilə  bərabər,  Arifin  görüşlərində  bir  sıra  müsbət  cəhətlər 
də nəzərə çarpır həmin müsbət cəhətlərdən ən başlıcası odur ki, 
Arif  zabit  ibn  Yəminlə  görüş  səhnəsində  olduğu  kimi, 
müharibə  ideyasına,  ―kim  güclüdürsə,  yaşamaq  haqqı  da 
onundur‖ ideyasına qarşı çıxır. 
 
A r i f 
Bu gəliş əfv edərsiniz, nərədən? 
 
İ b n Y ə m i n  
(məğrur və laübalı) 
Səhneyi-hərbdən, mücadilədən. 
 
A r i f  
(acı təbəssümlə) 
Bir fəzilətsə öldürüb, ölmək, 
Canavar bizdən əşrəf olsa gərək. 
 
İ b n Y ə m i n  
(istehzalı qəhqəhə ilə) 
İştə bir söz ki, büsbütün yanlış... 
Yaşamaq istəyirmisən, çarpış!  
Hərbə qoş, həp vuruş, ya əz, ya əzil! 
Onsuz ermək murada pək müşkül. 
 
A r i f 
(istehzalı və əzici bir təbəssümlə) 
Doğru, pək doğru bir düşüncə... əvət, 
İştə hər əsgər, iştə hər millət  
Bu gün olmaqda həp bu fikrə şərik.  
                                                 
1
 
Yenə orada, 311.
 

 
144 
Heç çəkilməz fəqət bu sərsəmlik.
 1
 
 
Arif  bu  fikirdədir  ki,  onun  dövründə  müharibəyə  qoşulan 
millətləri,  silah  götürən  zabitləri,  əsgərləri  yerindən  oynadan 
―kim qüvvətli isə — o yaşayacaqdır‖ kimi sərsəm bir ideyadır. 
Arif, eyni zamanda, insanların ancaq iki yol ilə hərəkət etdiyini 
dərk edə bilir: o görür ki, insanların bir qismi ―yaşamaq haqqı 
güclünündür‖, ―insan insana qurddur‖— kimi sərsəm bir ideya 
yolunu  tutmuşdur.  Arif  bu  yola  nifrət  edir,  onu  vəhşilik 
adlandırır, bu sərsəmliyə dözə bilmir: 
 
Mümkünmü unutmaq?! Dayanılmaz buna əsla, 
Əsla dayanılmaz bu böyük vəhşətə... zira, 
Yalnız deyil insanlara, vəhşilərə sorsan, 
Onlar belə insandakı vəhşiliyə heyran
 2
. 
 
Arifə  məlum  olan  ikinci  yol  isə,  insana  dünyada  insanlıq, 
yaxşılıq  qalacaq  —  deyən  mücərrəd  mərhəmət  və  vicdan 
fəlsəfəsidir, ümumi məhəbbət ideyasıdır. Arifin fikrincə ikinci 
yol yeganə ―rəhbəri-vicdan, şöleyi-ürfan, mənbəyi-ilham‖ olan 
allaha sığınmaq yolu, birinci yol isə, allaha asi olmaq yoludur. 
Birinci  qisim  insanlar  XX  əsrin  hərb  əjdahalarının,  hərb 
allahlarının  yolu  ilə,  ikincilər  isə  köhnə  Şərqin  məhəbbət 
allahlarının  yolu  ilə  gedənlərdir.  Birincilər  İblisə  uyanlar, 
ikincilər  isə  ―allah  adamlarıdır‖.  Arif  üçüncü  yol  tanımır.  O, 
şübhə etmir ki, bəşər həyatında baş verən haqsızlıqlar yenə də 
―dünyaları  yoxdan  yaradan  xaliqi-hikmət‖in  iradəsi  ilə 
əlaqədardır.  Odur  ki,  Arif  sadəcə  öz  allahından  yüngülcə  şi- 
kayətlənməklə kifayətlənir: 
 
Ya rəb, bu cinayət, bu xəyanət, bu səfalət,  
bulmazmı nəhayət? 
                                                 
1
 
H. C a v i d. Seçilmiş əsərləri, səh. 317.
 
2
 
Yenə orada, səh. 312.
 

 
145 
İnsanları xəlq etmədə var bəlkə də hikmət, 
İblisə nə hacət!
 1
 
 
Arifin  birinci  pərdədə  söylədiyi  monoloqu  bəzəkli  şairanə 
dildən  sadə  danışıq  dilinə  çevirdikdə  mənası  budur  ki, 
xudavənda, kərəminə min şükür, bu nə bəladır ki, səndən bizə 
yetişir. Məsləhət sahibisən, yenə sən bilən yaxşıdır!.. 
Elə  bil,  Arif  bir  nəfərin  dili  ilə  yox,  əsrlərdən  bəri  səbir-
təvəkkül  yolunu  tutmuş  milyonların  dili  ilə  danışır.  Dərindən 
diqqət  edilsə,  əsərdəki  İblis  də  məhz  bu  zehniyyətə  bağlı 
olanların şüurunda yaşayan, onların etiqadı ilə əlaqədar olan bir 
surətdir. 
Arif öz vəhşi ehtiraslarının əlində əsir olub, öz arvadının və 
qardaşının qatili olandan sonra da  yenə İblisi təqsirləndirir, öz 
cinayətlərini  də  ―allahın  rəqibi‖  zənn  etdiyi  İblisin  əməlləri 
kimi  qiymətləndirir.  İblis  isə  Arifi  müxtəlif  həyat  yollarından 
keçirərək  ona  sübut  edir  ki,  insanın  yer  üzündə  çirkin 
əməllərinə səbəb onun öz vəhşi ehtirasları, nəfsidir. Bu işlərdən 
nə  ―qadir  allahın‖,  nə  də  İblisin  xəbəri  yoxdur.  ―Allahın 
rəqibi‖, özünü allah adamı hesab  edən Arifi öz  qardaşı Vasifi 
öldürdüyü yerdə yaxalayıb, istehza ilə ona deyir: 
 
Bir zamanlar Cəbərut
2
  aləminə  
Həp uçar, həp öyünürdün də, bu nə? 
Vurulub bir qıza pabus
3
 oldun, 
Xırsız oldun, meyə manus oldun.  
Haqqı, vicdanı buraxdın, getdin, 
(ixtiyara iĢarə edərək) 
O səfilin qızını məhv etdin. 
...Tökülən qanlara həp düşmən ikən, 
Oldun öz qardaşının qatili sən
4
.  
                                                 
1
 
H. C a v i d. Seçilmiş əsərləri, səh 311.
 
2
 Cəbərut aləmi – Göylər aləmi. 
3
 Pabus – ayağa düşmək, ayaqdan öpmək. 
4
 H.Cavid. Seçilmiş əsərləri, səh. 381-382
 

 
146 
 
“İblis”də 
əgər 
Arif 
Şərqin 
“mütərəddid 
yavrusudursa”, onunla birlikdə mədəni aləmdən nifrətlə 
uzaqlaşıb, meşələrə çəkilən ağsaqqal somiənişin Şeyx də 
bu  Şərqin  mütərəddid  əhli-təriqət  qocasıdır.  Onu  da 
insanlardan  küsdürən,  hər  şeydən  əvvəl,  yeni  əsr 
“mədənilərinin”  vəhşiliyidir;  insan  adı  daşıdıqları 
halda,  insanlığı  təhqir  edən,  “duyğusuz,  vicdanı 
sönüklərin” murdar əməlləridir: 
 
Tərk edərək biz bütün insanları, 
Məskən edindik fəqət ormanları; 
Görməyəlim ta mədəni vəhşəti, 
Zülmü, cinayətləri, sufliyyəti
1

 
Qocanın  zənnincə  bütün  cinayətlərin  səbəbi  odur  ki, 
insan  insanlıq  kimi  gözəl  sifətləri  unutmuş,  onda 
insanlığa məxsus bütün gözəl hisslər ölüb getmişdir: 
 
Yox kimsədə mərhəmət və vicdan, 
İnsanlığı həp unutdu insan
2

 
Qoca şərqli bu vəhşiliyə son qoymaq üçün yeganə bir 
yol  bilir:  məhəbbət  fəlsəfəsi...  İnsanların  bir-birini 
sevməsi, hətta düşmənin də düşməni bağışlaması... 
 
İnsandakı haqsızlığı, zülmü unut artıq, 
Qəlbindəki nifrətləri, vəhdətləri yax, yıx – 
 
–  sözləri  qocanın  şüarıdır.  Lakin  Şeyx  bu  səmimi 
məhəbbətə  qarşı  nəinki  başqalarından,  ən  yaxın 
adamlarından  da  pislik,  xəyanət  görür.  Oğul  deyib 
                                                 
1
 Yenə orada, səh, 359. 
2
 Yenə orada, səh, 349. 

 
147 
sevdiyi  və  canından  əziz  tutduğu  Arif  onu  yeganə  qızı 
mehriban  Xavərin  qatili  olur.  Əsərin  sonunda  biz  qoca 
atanı 
başıaçıq, 
“pərişanhal”, 
“məcnunanə 
bir 
qiyafətdə”  görürük.  Onun  əvvəli  bir  somiənişin  isə, 
axırı  səhralara  düşən  bir  dərbədərdir.  Bütün  bu 
bəlalardan  sonra  qoca  Şeyx  yenə  etiqadın  göstərdiyi 
yolla  gedib  allahı  axtarır;  onu  görmək,  onunla 
hesablaşmaq istəyir: 
 
Nerdə, mənə tanrını bir göstərin.
 
     Var ona çox söylənəcək sözlərim. 
 
və ya: 
    
   
Ey sən! 
   
Sən ki, fəxr etmədəsən ədlinlə, 
     Bu nə xilqət, bu nə hikmət? Söylə!
1
 — 
 
—  deyə  öz  allahından  şikayətlənməklə  kifayətlənir.  Lal 
göylərdən  isə  heç  bir  cavab  gəlmir.  Beləliklə,  qoca  şərqlinin 
allahın sifəti hesab edib sığındığı ümumi məhəbbət ideyası da 
heç nəyə yaramır. Heç kəs bu ideya ilə hesablaşmaq istəmir. O, 
allahını  axtarır  ki,  qızının  qatilindən  intiqam  almağı  ondan 
tələb  etsin.  Burada  İblisin  istehzalı  qəhqəhələri  yüksəlir.  İblis 
qocanın artıq heç nəyə  yaramayan ümumi məhəbbət ideyasını 
lağa qoyub əylənir: 
İ b l i s 
(istehzalı qəhqəhələrlə) 
Mən sən olsam, onu həp əfv edərəm. 
İbn Yusif diri olsaydı, əvət, 
 
 
O da əfv etməyi istərdi fəqət.
 2 
Əsərdə  alicənab  bir  qaçaq  kimi  verilmiş  Elxan  fərdi 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 369. 
2
 Yenə orada, səh. 371.
 

 
148 
xüsusiyyətləri  ilə  başqalarından  fərqlənsə  də,  yenə  real 
həqiqətlə  az  hesablaşan,  yarıanarxist,  yarıxəyalpərvər  bir 
surətdir.  Elxan  orduya  və  dövlətə  xain  çıxan  ibn  Yəminə, 
ruhani  cildinə  girib  incil,  tövrat  və  quran  adından  danışan 
ingilis,  fransız  imperialistləri  casuslarına,  şəfa  tapmaq  üçün 
Kərbəlaya  gedən  avam  xəstələrə  divan  tutur,  onları  sıraya 
düzdürüb güllələyir. O, təmiz adamlara kömək edib, onları fə- 
lakətdən qurtarır. Birincilər onun nəzərində insan cildinə girmiş 
şeytanlar,  ikincilər  isə  mələk  misallı  gözəl  insanlardır.  Lakin 
Elxan da son nəticədə fövqəladə, ilahi bir qüvvəyə malik olmaq 
haqqında  xəyal  bəsləyir,  həyatı  yoluna  qoymaq  üçün 
müvəqqəti də olsa allah olmaq xəyalı ilə yaşayır: 
 
Bir xəyal iştə — mahal olsa da — mən  
Tanrı olsaydım əgər, gərçəkdən,
 
Ya bu insanları xəlq etməz idim, 
Əgər etsəm, yaşadardım daim — 
Şad, məsud!.. — O da olsaydı mahal, 
Yakaraq həp kül edərdim dərhal. 
Sanki sərsəm yaşayışdan nə çıxar?! 
Məncə bilmərrə bütün insanlar  
Həp gözəl olmalı, yaxud çirkin,  
Həp fəqir olmalı, yaxud zəngin,  
Həp həkim olmalı, yaxud nadan,  
Həp mələk olmalı, yaxud şeytan.
 1 
 
Bir  çox  romantiklərdə  olduğu  kimi,  Cavid  də  bəzən 
surətlərin dilinə elə sözlər verir ki, bu sözlər çox zaman onların 
xarakterinə, səviyyəsinə uyğun gəlmir. ―İblis‖də bu xüsusiyyət 
müəyyən 
dərəcədə 
Arif 
və 
Elxanın 
danışıq 
və 
mühakimələrində  hiss  olunur  və  həmin  surətlərdən  daha  çox 
şairin ürəyindən qopan sözlərə, fikirlərə bənzəyir. Lakin hər iki 
halda istər Elxanın və Arifin, istərsə də qoca Şeyxin zehniyyəti 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 370. 

 
149 
yenə  də  köhnə  Şərq  zehniyyətidir.  Elm  və  fəlsəfədən  artıq 
etiqada  arxalanan  insanların  fikirləri,  anlayışlarıdır.  Bu 
zehniyyəti  daşıyan  insanlar,  bir  tərəfdən,  varlığın  ən  gizli 
sirrlərinə  də  vaqif  olmaq,  təbiətin  fövqünə  yüksəlmək  arzusu 
ilə  yaşayan,  allaha  belə  nəsihət  verməyə,  yol  göstərməyə 
cəsarət  edən,  özlərini  xəyalda  da  olsa,  müdrik,  arif  sayan 
insanlardır. Digər tərəfdən, onlar varlığı, təbiəti əlçatmaz sirrlər 
yuvası  hesab  edən,  hər  şeyi  pərdəli  hikmətlərdən  ibarət  bilən, 
içərisində dolaşdıqları mühitin, hər gün münasibətdə olduqları 
insanların belə dilini, əməlini başa düşməyən, varlığın fövqünə 
yüksəlmək  istərkən  yerlərdə  sürünən,  həyatın  əlində  bir 
oyuncağa çevrilən, ən yaxında, göz qabağında dolaşan, hər bir 
idrak  sahibi  üçün  məlum,  anlaşıqlı  olan  parlaq  həyat 
həqiqətlərini  də  görə  bilməyən  xəyalpərvər,  qafil  insanlardır. 
Bu  adamların  ruhunda,  fikrində,  Arifdə  olduğu  kimi,  bir 
tərəfdən  bütün  dinləri,  fəlsəfələri  incədən-incəyə  yoxlamaq, 
saf-çürük  etmək,  şübhəçilik  meyli,  digər  tərəfdən  isə  möhkəm 
etiqad,  ―mistika‖,  ―cəbərut  aləminə‖,  lal  göylərə  müraciət 
meyli  vardır.  Onlar  xeyirxahlıq,  insanpərvərlik,  insaf, 
mərhəmət,  vicdan  aşiqləridirlər,  gözəl,  səmimi,  bəşəri  arzu- 
larla  yaşayırlar.  Lakin  bu  mücərrəd  xeyirxahlıq  nəinki  onlara 
və  onların  münasibətdə  olduqları  insanlara  bir  xeyir  vermir, 
əksinə,  onları  dözülməz  əzab  və  iztirablara,  fəlakət  və 
məhrumiyyətlərə düçar edir. 
―İblis‖də  bu  zehniyyətin  sahibi  olan  insanlar,  ―XX  əsrin 
müstəbid  övladlarının  mədəni  vəhşiliyinə‖,  müharibə 
ideyalarına qarşı dururlar.  Lakin bu zehniyyət burada, mədəni 
vəhşilərin  at  oynatdığı  meydanda  bir  iş  görməli,  zülmə, 
haqsızlığa 
müqavimət 
göstərməli 
ikən, 
əksinə 
öz 
gücsüzlüyünü,  acizliyini,  heç  nəyə  yaramadığını  göstərmiş 
olur.  Bu  zehniyyət,  qoca  Şərqin  hələ  də  şüurlarda  yaşayan  bu 
mərhəmət, vicdan fəlsəfəsi, hələ də bir çox yerlərdə hökmünü 
sürməkdə  olan  köhnə  adət  və  ənənələr,  etiqad  tərəddüdləri- 
yeni  mədəni  vəhşiliklər  qarşısında  nə  qədər  gülünc  vəziyyətə 

 
150 
düşmüşdür! 
 
Şərqin əsəbi yavrusu bilməz ki nə yapsın, 
Bilməz ki, sağır göylərə yaxud mana tapsın...
1
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin