AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   ...   4   5   6   7   8   9   10   11   ...   21

 
 
Dərviş  islam  şəraitinin  və  islamdan  doğan  müəyyən  dini 
təriqətlərin  əleyhinədir;  üstəlik  bütün  dinlər,  o  cümlədən  də 
müsəlmançılıq,  isəvilik,  musəvilik  də  onun  nəzərində 
uydurmadan, əfsanədən başqa bir şey deyildir. O bu görüşlərini 
Sənandan gizlətmir: 
                                                 
1
 
H.Cavid. Seçilmiş əsərləri, səh. 193-194.
 

 
112 
 
Fəqət pəjmürdə bir səyyahi-zarim, 
Şəriətdən, təriqətdən kənarim.  
Həqiqət istərim, yalnız həqiqət! 
Yetər artıq şəriət, ya təriqət! 
Qulaq verməm mən əsla bir xitabə, 
Pərəstiş eyləməm heç bir kitabə, 
Əvət, quran, zəbur, incilü tövrat  
Birər röya ki, zor təfsiri, heyhat!
 1
 
 
Lakin  Dərvişi,  bu  qəribə  ―mütəfəkkiri‖,  onun  gö- 
rüşlərindəki  köhnəliyi  yaxşı  anlamaq  üçün  onun  təbliğ  etdiyi 
fikirlərin  mühüm  bir  cəhətinə  də  diqqət  yetirmək  lazımdır.  O 
da  budur  ki,  Dərviş  nəinki  yalnız  dinləri,  təriqətləri,  şəriəti 
―birər  röya‖,  əfsanə  hesab  edir,  eyni  zamanda,  bütün  maddi 
varlıq  onun  nəzərində  bir  heçdir,  boşluqdur,  maddi  əsası 
olmayan  mənasız  kölgələrdən,  müvəqqəti  təzahürlərdən  ibarət 
bir şeydir. O bütün dinləri, təriqətləri əfsanə adlandırırkən, eyni 
zamanda,  ―birər  röya  bütün  əlvahi-aləm‖  deyir.  Divanə 
mütəfəkkir  yalnız  əsil  allahın  təzahürü  zənn  etdiyi  ruhun 
əbədiliyinə  inanır,  qalan  bütün  varlıq,  həqiqi,  obyektiv  aləm, 
onun  bütün  görünüşləri  Dərvişin  nəzərində  ruhun,  ideyalar 
aləminin müvəqqəti təzahüründən başqa bir şey deyildir. Buna 
görə  də  dünyaya,  həyata  bağlı  olan  insanların  hamısı  onun 
nəzərində ―canlı cənazələr‖ kimi görünür və o mümkün qədər 
dünyaya  bağlı  olan  ―cinsi-bəşərdən  uzaq‖  olmağa  çalışıb, 
özünü  ―fövqəlbəşər‖  insan  hesab  edir,  bütün  arif  adamları  da 
özü  kimi  insanlardan  kənar  gəzməyə,  fövqəlbəşər  insan 
olmağa, ―allah kimi tək‖ olmağa çağırır ki, şübhəsiz, bu da bir 
növ din, bir növ təriqətdir: 
 
Nədir yalnızlıq? Anlarsan düşünsən, 
Bu rəmzi get də sor, allahdan öyrən! 
                                                 
1
 
Yenə orada. səh. 189.
 

 
113 
Əgər fövqəlbəşər olmaq dilərsən, 
Kənar ol daima cinsi-bəşərdən! 
Bu şaşqın xalqa əsla vermə zəhmət! 
Fəqət yalnız bulun, ey tifli-hikmət?!
  1
 
 
Dərviş  Şeyx  Sənanı  da  birinci  görüşdə  ona  görə  rədd  edir, 
bəyənmir  ki,  onda  da  həyata,  varlığa  müəyyən  bağlılıq  görür. 
Bununla  bərabər,  Dərviş  hələlik  şöhrət,  ehtişam,  cəlal  sahibi 
olan Sənanın da öz görüşlərində möhkəm bərqərar olmadığını, 
nəyi isə axtardığını, müəyyən hissləri, fikirləri ilə ―dərvişlərə‖ 
yaxınlaşdığını, lakin hələ tərəddüd etdiyini hiss edir: 
 
Tərəddüd ruhüma həp gözlərində, 
Çəkil get! Yox sədaqət sözlərində.
 2
 
 
Doğrudan da, Şeyx Sənan bu halında hələ dinsiz, etiqadsız 
deyildir.  O,  pərəstiş  etmək  üçün  bir  həqiqət,  həm  də  ideal  bir 
həqiqət  axtarır;  elə  bir  həqiqət  ki,  ağlın  dəlillərinə  əsaslansın. 
Bununla belə Sənanın qəlbində iki hiss, iki fikir çarpışır; onlar- 
dan  biri  həyat  eşqi,  ikincisi  son  nəticədə  yenə  dini  etiqadla 
birləşən ruhani, ilahi, mütləq eşqdir. 
Bu  halında  Şeyx  Sənanda  onu  əhatə  edən  fanatiklərə  görə 
müəyyən  mütərəqqi  fikir  əmələ  gəldiyinə  baxmayaraq,  hələ 
varlıq,  onun  mənası  haqqında  aydın  və  qəti  bir  təsəvvür,  bir 
qənaət  yoxdur.  Onun  ikinci  pərdənin  birinci  səhnəsindəki 
monoloqunda  Kür  nəhrinin  təsviri  ilə  əlaqələndirərək  təbliğ 
etdiyi şübhəçilik fəlsəfəsi bu fikri aydın təsdiq edir: 
 
Hələ Kür nəhri başqa bir aləm! 
Gecə məhtabə qarşı pək həmdəm. 
Gah olur bir dərin sükutə varır, 
Gah çağlar da bir fəğan qoparır. 
                                                 
1
 
H.Cavid. Əsərləri, səh. 190.
 
2
 
Yenə orada.
 

 
114 
Çırpınır Kür boyunca pək dilbər  
Quyu kül rəngli göy göyərçinlər. 
İştə onlar: həp oynaşan, qoşuşan  
Dalğacıqlardır oylə xəndəfişan. 
 O da bir karivan, axıb gediyor, 
Bir ədəmgahə doğru əzm ediyor... 
Bir səfərdir bu adəta məchul... 
Qayə məchul, ibtida məchul... 
İştə, insanların da halı budur, 
Anlaşılmaz neçin gəlib gediyor?!
1
 
 
Deməli,  Sənanın  fikrincə  hələ  təbiət  və  insanların  həyatı 
anlaşılmaz,  dərkedilməz,  əvvəli-axırı  məchul  olan  sirrlər 
yuvasıdır. 
Dərvişin fikirləri Şeyx Sənana çox dərin təsir göstərir. Qoca 
səyyah  onun  nəzərində  ―nadir,  pək  böyük  zəkaya  malik‖  olan 
bir insana çevrilir. Sənan onu ―piri-mürşid‖ adlandırır. Dərvişin 
sözləri,  Sənanın  köhnə  yaralarını  təzələyir,  sanki  özünü,  öz 
mənəviyyatını, mənliyini daha aydın dərk etməkdə ona kömək 
edir,  ona  dini  fanatizmdən  qəti  surətdə  ayrılmağa  yeni  cəsarət 
verir.  Bu  təsirlərin  nəticəsi  olaraq  Sənan  ətrafındakı 
şeyxlərdən,  müridlərdən  ayrılır.  Tək-tənha  gəzib  düşünmək 
üçün  o  da  dərviş  kimi  dalğın,  düşüncəli  halda  Kür  boyunca 
irəliləyir. Bu ayrılıq həmişəlik bir ayrılıq olur. 
Artıq  indi  istər-istəməz  din  təbliğatçısı  vəzifəsini  öhdəsinə 
götürmüş  əvvəlki  Şeyx  Sənan  yoxdur.  Onun  yerində  sadəcə 
―pəjmürdə bir səyyahi-zar‖ vardır. 
Gürcüstan  səfərində  əvvəlcə  Dərvişlə,  sonra  da  Xumarla 
görüşən  Sənan  artıq ―başqa bir  aləmə‖  daxil  olur.  Onun ikinci 
pərdənin  ikinci  səhnəsindəki  şeyxlərə  dediyi  aşağıdakı  sözlər 
də bunu təsdiq sdir: 
 
Şeyxiniz hər nə varsa tərk etdi, 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 185-186. 

 
115 
Getdi, həp əski bənliyim getdi. 
 
Yuxuda  Xumar  Sənanı  ―yüksəl!‖  deyə  behiştə,  ―altun 
qanadlı  mələklərin  gülüb-oynaşdığı  şənliyə‖  çağırırdı.  Real 
həqiqətdə  isə  Sənan  Xumarı  təəssübkeş,  dindar  papaslar, 
sərxoşluğa  alışıb  qadınını  vərəmləndirən  və  yeganə  qızını, 
həyatdan  küsdürən  platonlar,  qısqanc  Anton  və  simonlar,  ərə 
getməyi  ölüm  hesab  edən,  monastıra  qaçmaq  arzusu  ilə 
yaşayan qızlar, ―yar-yar deyib gecə-gündüz ağlayan, gülər üz-
lə  heç  bir  ömür  sürməyən‖  gənclər  arasında  görür.  Burada  nə 
―altun  qanadlı  mələklər‖  var,  nə  də  onların  şən,  qayğısız 
gülüşləri...  Bunların  əksinə,  ―insaf,  mərhəmət  yox  namərd 
fələkdə‖  deyib  sızlayanlar  vardır.  Burada  ―həm  hüsn,  həm 
elmi-kamal sahibi‖ olan Sənanın da mövqeyi alçalır. O ―düdük 
çalıb  masal  söyləyən  donuz  çobanı‖  olur.  Lakin  o,  mənəvi 
cəhətdən  yüksəlir,  Sənanda  dini  şübhəçilik  daha  da  qüv- 
vətlənir, qətiləşir. 
Bu  səhnədə  Cavid  öz  qəhrəmanını  hər  cür  dini 
təəssübkeşliyə, mövhumata qarşı yönəldilən oda-alova çevirir... 
Sənan  burada  bütün  dini  müqəddəsatı  ayaqlayır,  ―hökmi-
quranı,  dini,  imanı‖  atır,  İsanın  göylərə  çəkildiyini  zənn 
edənlərə acı-acı gülür, quranı yandırmağa hazırlaşır, şərab içir, 
xaç  asır.  Şeyxin  bütün  bunlardan  məqsədi  isə  özünün  əsas  bir 
fikrini təbliğ etməkdir: bütün dinlər və dini ayrılıqlar əfsanədir, 
xalqları  bir-birindən  ayrı  salmağa  çalışan  azğınların 
uydurmasıdır: 
 
Birsə haqq, cümlə din də bir... naçar, 
Xalqı yalnız ayırmış azğınlar.
1
 
 
Faciənin kulminasiya nöqtəsi və təbliğ etdiyi əsas ideya da 
buradadır.  Dördüncü  pərdənin  ikinci  səhnəsində  Dərvişlə 
Sənan arasındakı aşağıdakı mükalimə də bu dini təəssübkeşliyə 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh, 204. 

 
116 
və  ayrılığa  qarşı  mübarizə  ideyasının  əsərdə  əsas  ideya 
xətlərindən biri olduğunu təsdiq edir: 
 
D ə r v i ş  
 
Bir səbəbsiz deyil bu hiddətü kin? 
 
Ş e y x  S ə n a n  
 
İxtilaf — ixtilafi-məzhəbü din. 
 
D ə r v i ş (yarimqəhqəhə ilə) 
 
İştə gördünmü din nələr doğurur? 
Nə bəlalər, nə fitnələr doğurur? 
Din bir olsaydı yer üzündə əgər, 
Daha məsud olurdu cinsi-bəşər.
 1
 
 
Bu  sözlər  bizə  klassik  ədəbiyyatımızda  dini  təfriqəyə  qarşı 
aparılan  tarixi,  ənənəvi  mübarizəni  xatırlatmaya  bilməz.  Hələ 
XIV  əsr  şairinin  dediyi  bu  sözlər  Sənanın  və  Dərvişin 
mülahizələrinə nə qədər yaxındır: 
 
Kəbəvü deyr 
2
 nədir, qeyr nədir, seyr nədir? 
Məscidü bütkədəvü xirqeyi-zünnar 
3
 nədir? 
Elm, quran, hədisü xəbərü vəz ilə dərs 
Cümlə bir məni imiş, bunca bu təkrar nədir? 
(N ə s i m i) 
 
Dini  mövhumata  və  dini  təfriqəyə  qarşı  Sənanın  apardığı 
mübarizənin  kəskinliyi  göz  qarşısındadır.  Lakin  bu  tamamilə 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh, 249. 
2
 Deyr — xaçpərəstlərin məbədi. 
3
 Zünnar — xaçpərəstlərin bellərinə bağladıqları qurşaq. 

 
117 
etiqadsızlıq, allahsızlıqdırmı? Əlbəttə, yox. 
Şeyx 
Sənan, 
həmçinin 
Dərviş 
Musanın, 
İsanın, 
Məhəmmədin  gətirdiyi  dinlərə  şübhə  edir,  inanmır.  O  başa 
düşür  ki,  dinlər  insanları,  xalqları  bir-birindən  ayrı  salır, 
bəlalar,  fitnələr  doğurur.  Bununla  belə  Şeyx  Sənan  özü  də 
insanları,  xalqları,  millətləri  bir-birinə  mehriban  edə  biləcək, 
bir-birinə qardaş edə biləcək başqa bir etiqad axtarır. Bu etiqad 
dinə  yox,  müəyyən  bir  fəlsəfəyə  əsaslansa  da,  hər  halda  yenə 
etiqaddır. Bu da bir növ ilahi bir  məhəbbət, ruhani  bir eşqdir. 
Doğrudur, bu ―ilahi məhəbbət‖ ideyasının qarşısında din, iman, 
məzhəb,  kəbə,  monastır,  incil,  tövrat,  quran  və  sair  bir  heçə, 
əfsanəyə çevrilir; lakin əslində bu etiqad özü də başqa ruhlu bir 
əfsanədir.  Bu  etiqad  Şeyx  Sənanı  bir  müddət  həyata  yox, 
―üluhiyyətə‖,  ruhlar,  ideyalar  aləminə  aparıb  çıxarır, 
həqiqətdən uzaqlaşdırır. Sənan hər nə qədər dinlərə qarşı çıxsa 
da,  etiqada  sahib  olduğu  üçündür  ki,  gürcü  gözəli  Xumar  və 
onun məhəbbəti, Sənanın nəzərində ideallaşır, ilahiləşir. Xumar 
onun  nəzərində  qadın  deyil,  hər  şeydən  əvvəl,  ―gözlərində 
üluhiyyət  oxunan  bir  mələk‖,  ―allahın  bir  heykəli‖  kimi 
görünür: 
 
O mələkdir, qadın deyil əsla, 
Oxunur gözlərində ülviyyət, 
Sanki bir heykəli-üluhiyyət... 
 
Şeyx  Sənan  canlı,  həqiqi  Xumarın  arxasınca  deyil,  canlı 
Leylisini  rədd  edib  xəyali,  ideal  Leylinin,  mütləq,  ilahi 
gözəlliyin  sorağına  düşmüş  Məcnun  kimi  Xumarın  sorağına 
düşür.  Sənanın  sevib  pərəstiş  etdiyi  Xumar  hər  nə  qədər  canlı 
gözəlliyin bir timsalı  olsa  da,  yenə  ərə  getməyə  nifrət edən  və 
anasının nəsihətinə görə monastıra qaçmaq arzusu ilə  yaşayan 
bir  qızdır;  Sənan  da,  əsərin  birinci  pərdəsindən  göründüyü 
kimi,  evlənməkdən,  qadından  qaçan  və  onu  odlu  məhəbbətlə 
sevən gözəl Zəhrasını gözüyaşlı qoyub ondan uzaqlaşan, ―eşqi-

 
118 
ruhani‖  arxasınca  düşmüş  bir  ―dərbədərdir‖.  Əgər  Sənan  Xu- 
marı ―üluhiyyət heykəli‖, ―nuri-həqqin təzahürü‖ kimi sevirsə, 
Xumar  da  onda,  yəni  Sənanda  bir  ―övliya  sifəti‖  görüb  onu 
sevir. 
Buradan  aydın  görünür  ki,  Hüseyn  Cavid  ondan  çox-çox 
qabaq  Şeyx  Sənan  haqqında,  bir  ruhani  müsəlmanın  xristian 
qızını  necə  sevməsi  haqqında  olan  rəvayəti  əsasən  saxlamağa 
çalışmışdır. 
Bütün  bunlarla  bərabər,  bu  mistik  məhəbbət  macərasında 
dramaturqun  ön  plana  çəkdiyi  və  əsərin  əsas  məfkurə  xəttinin 
tamamlanmasına  xidmət  edən  cəhət  bir  müsəlmanın  dini 
təəssübkeşliyi  ayaqlayaraq  bir  xristian  qızını  sevməsinə  və 
xristian  qızı  tərəfindən  də  eyni  ruhda  sevilməsinə  haqq 
qazandırmaqdır. 
Sənan surətinin yaranmasında və inkişafında ən əhəmiyyətli 
cəhət  budur  ki,  Sənan  get-gedə  pərəstiş  etdiyi  mütləq,  ilahi 
gözəllikdən,  həsrətlə  qovuşmaq  istədiyi  ―üluhiyyətdən‖,  canlı, 
real,  həyati  gözəlliyi  ideallaşdırmaq  yolundan,  hətta  fəlsəfi 
panteizmdən də uzaqlaşmağa başlayır. Son səhnədə Sənan artıq 
tutduğu  yoldan  peşman  olmuş,  bəslədiyi  əməllərin,  etiqadın, 
daha  dəqiq  deyilsə  mücərrəd  idealların  bir  ―röya,  dadlı  bir 
xülya‖  olduğunu  dərk  etməyə  başlamışdır.  Səhnələrin  birində 
Sənan dərin peşmançılıq hissi ilə Xumara deyir: 
 
Məni yalnız yaşatdı bir röya, 
Oylə röya ki, tatlı bir xülya... 
Dərdü həsrətlə daima yanaraq  
Yaşadım bir xəyala aldanaraq.
 1
 
 
Demək,  Sənan  dini  etiqadların  çürüklüyünü  dərk  etməklə, 
fəlsəfi  idealizmin,  təbiət  hadisələrini,  insan  gözəlliyini  allahın 
təzahürləri kimi qiymətləndirən təriqətin də mənasızlığını dərk 
etməyə başlayır. Son nəticədə Sənanı həm dindar şeyxlərə, həm 
                                                 
1
 
H.Cavid. Seçilmiş əsərləri, səh. 242.
 

 
119 
də  panteist  ―nurani  dərvişlərə‖  görə  çox  irəli  getmiş  görürük. 
İndi Sənan Dərvişi rədd etməyə çalışır. 
Dərviş  maddi  aləmin  varlığını  heç  sayır,  onun  nəzərində 
ancaq ruhlar aləmi həqiqi və əbədidir. Son səhnədə və əlavədə 
Dərviş  Sənanı  özü  kimi  tənha,  məhzun  və  pərişan  görürkən, 
nəhayət,  şeyxin  onun  təqib  etdiyi  məsləkə,  təriqətə  meyl 
etdiyini, ruhun əbədiliyi, ölməzliyi fikrinə gəlib çıxdığını zənn 
edərək Sənana deyir: 
 
Baxma, şeyxim, şu hali-pürğəminə. 
Giriyorsun həqiqət aləminə. 
Fəzli-həqq runüma kamalında, 
Parlayır nuri-həq camalında! 
Səndə bir əhli-hal əlaməti var, 
Səndə əl’an xuda qiyafəti var.
 1
 
 
Əvvəlləri  Dərvişə  pərəstiş  edən,  onu  ―pək  böyük,  nadir  bir 
zəka‖  adlandıran  Şeyx  Sənan  isə,  bu  dəfə  usanmış  bir  tövrlə 
Dərvişi və onun mövhumi təbliğatını rədd edir: 
 
Söylənib durma, sən də get, dəf ol! 
Get də bir başqa sayğısız ara... bul! 
Əl verir, istəməz bu mövhumat, 
Getdi, məhv oldu bənliyim, heyhat! 
Məni sən eylədin bu dərdə düçar, 
Get, çəkil, durma!
 2
 
 
Hətta  Şeyx  Hadinin  yuxusunda  Sənan  allaha  da  asi  olmağa 
başlayır: 
 
Yoxmudur səndə mərhəmət?! Ya rəb!.. 
Gəliyor həp bu hiylələr səndən, 
                                                 
1
 
Yenə orada, səh. 250.
 
2
 H.Cavid. Seçilmiş əsərləri, səh. 250. 

 
120 
Məni bilməm neçin yaratdın sən?
 1
 
 
Bir  az  əvvəl  ―üluhiyyətin  heykəli‖  adlandırdığı  Xumarı 
Sənan eyni usanmış tövrlə qarşılayır: 
 
Nəyə gəldin, deyil bu illətsiz, 
Məni məhv eyləməkmi niyyətiniz!? 
...Ah, məndən nə istəyirsən, get!..
 2
 
 
Sonra  Sənan  Xumarın  vəfalı  çıxdığını  görüb,  ona 
yaxınlaşırsa da, ancaq bu yaxınlıqda əvvəlki kimi canlı gözəli 
ilahiləşdirmək  meyli  yoxdur.  Bir  də  əsərin  finalında  Xumarın 
hər  şeyi  atıb,  Sənanın  dalınca  getməsi,  Sənanın  da  onu 
məhəbbətlə  qarşılaması,  hər  ikisinin  bərabər  ölməsi,  faciənin 
mərkəzində  duran  əsas  ideyanın  —  bütün  dinlər  əfsanədir, 
ancaq  insanları  bir-birindən  ayırmağa  xidmət  edir  —  ideyası- 
nın bədii həlli nöqteyi-nəzərindən çox gözəl düşünülmüş zəruri 
bir  səhnədir.  Burada  hər  iki  aşiq  dini  təəssübkeşliyi  ayaqlayıb 
tapdalayır.  Sənan  müsəlmançılıqdan,  Xumar  isə  xristianlıqdan 
çıxıb,  hər  şeyə  üstün  gələn  qadir  məhəbbətin  ağuşuna  atılıb, 
əsil insan olurlar. 
Şeyx  Sənan,  təbiidir  ki,  müasir  həyatdan  alınan  bir  surət 
deyildi.  Lakin  bu  tarixi  bir  şəxsiyyətin  surəti,  bir  tarixi  faciə 
qəhrəmanı  da  deyildi;  ancaq  müəyyən  ideyaları  əks  etdirən 
xəyali,  romantik  bir  qəhrəman  idi.  Bununla  belə  Sənanın 
simasında  Azərbaycanın  ictimai  fikir  tarixinə  və  əsərin 
yazıldığı  dövrə  aid  olan  müəyyən  və  məşhur  bir  həqiqət 
təcəssüm etdirilmişdi: bu həqiqət isə
 
bizim  ictimai  fikrimizdə, 
ədəbiyyatımızda,  xüsusən  klassik  şeirimizdə,  yuxarıda  de- 
yildiyi  kimi,  Xaqani,  Nizami,  Nəsimi,  Füzuli  və  başqa 
mütəfəkkir  şairlərin  yaradıcılığında  dini  təəssübkeşliyə,  dini 
ehkama, idealizmə zidd olan görüşlərin Cavid sənətinə məxsus 
                                                 
1
 
Yenə orada, 225.
 
2
 
Yenə orada, 250.
 

 
121 
orijinal  bir  şəkildə  ifadəsi  idi.  Sənan  surətində  bu  görüşlərin 
XX  əsrin  əvvəlləri  üçün  də  hələ  əhəmiyyətini,  rayihəsini 
itirmədiyi duyulmaqda idi. 
Qabaqlar  həqiqətə  tamamilə  ziddi  olaraq,  Cavidin 
görüşlərinin guya Azərbaycan ictimai fikri, varlığı ilə əlaqədar 
olmadığından danışanlar olmuşdur. Bu mülahizələrin uydurma 
və qeyri-elmi mülahizələr olduğu təkcə ―Şeyx Sənan‖ əsəri ilə 
də  sübut  edilə  bilər.  Əsərin  indi  də  sevilməsinin  bir  sirri 
bundadır. ―Şeyx Sənan‖da bizə Nizami və Füzulinin ―Leyli və 
Məcnun‖unu,  Xaqani  və  Nəsiminin  aşiqanə  lirik  qəzəllərini 
xatırladan cəhətlər çoxdur. 
―Şeyx  Sənan‖  əfsanəsini  keçmiş  əsrlərdə  də  bir  çox  şairlər 
qələmə  almışdılar.  Yaxın  və  Orta  Şərq  ədəbiyyatında  elə  bir 
şair çətin tapılar ki, o bu aşiqanə əfsanəvi macəraya az-çox öz 
əsərlərində toxunmamış olsun. Bu maraqlı əfsanə xalq arasında 
da çox yayıldığı üçündür ki, el ədəbiyyatında biz Sənanın adına 
tez-tez rast gəlirik. Şübhəsiz ki, bu addan və bu  əfsanədən hər 
şair öz görüşlərinə müvafiq bir şəkildə istifadə etmişdir. 
―Şeyx  Sənan‖  əfsanəsi  mövzusunda  keçmişdə  iri  həcmli 
əsərlər  yazan  sufi  şairlər  də  olmuşdur.  Sufilərin  bu  əfsanə 
əsasında  yazdıqları  əsərlərin  çoxu  Şeyx  Əttarın  ―Məntiqüt-
teyr‖  əsərində  ―Hekayəti-Şeyx  Sənan‖  bəhsində  olduğu  kimi, 
mistik, dini ruhda olub, əsasən sufi ideyaların, həm də sufizmin 
qatı  idealist  cəhətlərinin  təbliğinə  xidmət  etmişdir.  Məsələn, 
Şeyx  Əttarın  əsərində  Sənan  kəşfü  kəramət  sahibi,  xəstələrə 
şəfa  verən,  qoca  yaşlarına  qədər  ömrünü  Kəbədə  ibadətlə 
keçirən  qatı  dindar  bir  şeyxdir.  Şeyxin  bütün  müridləri  də 
möhkəm etiqadlı dindar adamlardır. Sonra bu dindar şeyx yuxu 
görüb, Rum elinə səyahətə çıxır, burada özü kimi daim ibadətlə 
məşğul olan ―ruhanisifət‖ bir ―tərsa qızına‖ rast gəlir. Şeyx qızı 
görər-görməz ağlını itirir: 
 
Rəft əqlü rəft səbrü rəft yar, 

 
122 
İn çe eşqəst, in çe dərdəst, in çe kar? 
1
 
 
Müridləri  şeyxi  danlayırlar.  Onu  doğru  yola,  mü- 
səlmançılığa  dəvət  edirlər.  Hərçənd  şeyx  onlara  tutarlı  sözlər 
deyir,  cənnət,  cəhənnəm  əfsanəsinə  gülür,  eşqin  əsil  ruhani 
təkmilləşmə yolu olduğunu söyləyir; lakin son nəticədə peşman 
olur,  ―haqq  yoluna‖  qayıdır,  müridləri  ilə  bərabər  Kəbəyə 
gəlib, ibadətlə məşğul olur.
 2
 
Sənan  haqqında  sufi  şairlər  tərəfindən  yazılan  başqa 
dastanların da məzmunu buna yaxındır. 
H.Cavid  bu  əfsanənin  əsas  süjet  xətlərini  (Şeyx  Sənanın 
yuxusunu,  səyahətə  çıxmasını,  xristian  qızına  aşiq  olmasını, 
donuz  çobanı  olmasını  və  s.)  saxlamaqla  bərabər,  onun  məna 
və  mahiyyətini  tamamilə  dəyişmiş,  əfsanəyə  yeni  dramatik 
kolliziya,  yeni dramatik  konfliktlər  və  bir  çox  yeni xarakterlər 
(Şeyx  Kəbir,  Zəhra,  Əzra,  Dərviş,  Anton,  Simon,  fanatik  ru- 
hanilər  və  s.)  əlavə  etmişdir.  Məlum  Şeyx  Sənan  he- 
kayələrinin  əksinə  olaraq,  Cavidin  əsərində  Şeyx  Sənan 
əvvəldən  axıra  qədər  bütün  dinlərə  dərin  şübhə  ilə  yanaşıb, 
―dinsiz olmaq da bir təriqətdir‖—deyən bir mütəffəkir-aşiqdir. 
Sənanı  əhatə  edən  müridlərin  isə  çoxu  Cavidin  əsərində  qatı 
dindarlar,  fanatiklər  olub  elm,  idrak  əhli  olan  Sənanın 
düşmənləridir.  Cavid  sufi  şairlərdə  olan  zaman  və  məkan 
ənənəsini də atmış, xalq arasındakı Sənan haqqında rəvayətlərə 
uyğun olaraq onu Qafqaza, Gürcüstana gətirmişdir. Şeyx Sənan 
əfsanəsinə  H.Cavid  tamamilə  yeni  bir  məzmun  və  məhz  dini 
təəssübkeşlik,  ruhanilik,  fanatizm  əleyhinə  mübarizə  ideyası, 
yüksək insanpərvərlik məzmunu vermişdir. 
 
 
 
                                                 
1
 Tərcüməsi: Ağlı getdi, səbri getdi, yar getdi. Bu necə eşq, bu necə dərd, bu necə işdir? 
2
 Bax: Şeyx Əttar. ―Məntiqüt-teyr‖, ―Hekayəti-Şeyx Sənan‖ bəhsi. 

 
123 
  İK İNC İ FƏS İL  
 
YARADI CILI ĞINI N  Ġ KĠNCĠ DÖVRÜ  
 
1.  CAVĠDĠN  Ġ MPE RĠAL ĠST   MÜH ARĠ BƏSĠ  
ƏLEYHĠNƏ ĠLK ÇIXIġLARI 
 
Birinci dünya müharibəsinin alovlanması ilə bir arada Cavid 
yaradıcılığının  ikinci  dövrü  başlanır.  Bu  illərdə  qabaqcıl 
Azərbaycan  ədəbiyyatında  və  mətbuatında  müharibə  əleyhinə 
böyük  bir  cəbhə  yaranmışdı.  N.Nərimanov  başda  olmaqla 
bütün 
kommunist 
yazıçı  və  mühərrirlər  və  Cəlil 
Məmmədquluzadə  başda  olmaqla  inqilabçı  demokrat  yazıçılar 
imperialist müharibəsinə qarşı mübarizə aparırdılar. Mütərəqqi 
romantiklər,  o  cümlədən  Hüseyn  Cavid  də  imperialist  mü- 
haribəsi əleyhinə tez-tez çıxış edirdi. 
Hələ  1914-cü  ilin  ortalarında  Şərqi  Avropada  və  Qafqaz 
cəbhəsində manevr xasiyyətli toqquşmaların başlandığı dövrdə 
Cavid müharibə əleyhinə ―Məzlumlar üçün‖ şeirini yazıb, ―həp 
cahan  qanlı  bir  kitab  əl’an‖  deyə  müharibə  dəhşətlərini  təsvir 
edir. Bu ‖qanlı kitabın‖ səhifələrini vərəqlədikcə şairin gözləri 
qarşısında  hərb  səhnələri,  müharibə  qurbanları  canlanır. 
Yolları,  küçələri  dolduran  skeletlərin  ağaran  dişləri  sanki  ―bu 
imişmi ədalət, insaf, haqq, vicdan‖ deyə incilin ―həqiqətlərinə‖ 
və quranın ―təlimlərinə‖ gülüb istehza edirlər: 
 
Gülər bəni-bəşərin duyğusuz səfillərinə, 
Gülər həmiyyətə biganə səngdillərinə. 
Gülər ədalətə, insafə, həqqə, vicdanə, 
Gülər həqayiqi-incilə, hökmi-quranə!
 1
 
 
Burada  şairin,  hər  şeydən  əvvəl,  ―incilin  həqiqətlərini‖  və 
―quranın  hökmlərini‖  təqsirləndirməsi  təsadüfi  deyildir.  Biz 
                                                 
1
 
―Bahar şəbnəmləri‖, Bakı, 1917, səh. 30-31.
 

 
124 
yuxarıda  gördük  ki,  Cavid  millətlər,  xalqlar  arasında 
ziddiyyətlərin  başlıca  səbəbini  uzun  müddət  yalnız  dini 
ayrılıqda  görmüşdür.  Haqqında  bəhs  etdiyimiz  şeirdə  də  o 
hələlik  müharibəni  doğuran  səbəbi  bununla  izah  edir.  Lakin 
çox  çəkmir  ki,  müharibəyə  qoşulan  imperialist  dövlətlərin 
niyyətləri tam aydın olduqdan sonra, Cavidi artıq başqa səbəb- 
lər — ―eyni əsr övladının təbiəti‖, XX əsrin yaratdığı yeni tipli 
müstəbidlərin  hərəkəti  və  çirkin  məqsədləri  də  düşündürməyə 
başlayır. 1915-ci  ildə  yazılmış ―Qüruba qarşı‖ şeiri bizi  şairin 
bəzi yeni düşüncələri ilə tanış edir: 
 
Bütün ətrafı sarmış bir məlal, ağlar cahan, ağlar; 
Könül məhzun, hava məhzun, günəş məhzun, səma məhzun. 
... Bütün 20-ci əsrin müstəbid övladı həp alim... 
...Bütün 20-ci əsrin müstəbid övladı həp zalim... 
...Cahan bir qətlgah olmuş, aman yox zülmü vəhşətdən.
 1
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin