AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ


-cı  ildə  yazılmış  ―Hərb  və  fəlakət‖  şeirində  də  eyni  motivlər vardır.    Nədir şu qəhrü fəlakət? Nədir bu qəhtü ğila?



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   ...   5   6   7   8   9   10   11   12   ...   21

 
1916-cı  ildə  yazılmış  ―Hərb  və  fəlakət‖  şeirində  də  eyni 
motivlər vardır. 
 
Nədir şu qəhrü fəlakət? Nədir bu qəhtü ğila? 
Nədir şu kinü ədavət? Nədir bu dərdü bəla? 
...Təməddünün sonu vəhşətmidir, nədir əcəba?
 2
 
 
Artıq  yavaş-yavaş  şair  üçün  aydın  olur  ki,  yeni  qanlı 
müharibələri törədən səbəblərdən danışarkən  yalnız min il, iki 
min  il  əvvəl  yaranmış  dinləri,  təriqətləri  və  köhnəlmiş  adət-
ənənələri  göstərmək  və  qamçılamaq  kifayət  deyildir.  Bu  yeni 
tarixi  cinayətlərin  başlıca  icraçısı  ―XX  əsriş  müstəbid 
övladlarıdır‖. 
Cavidin  müharibə  haqqında  yazdığı  ilk  şeirlərində  gəldiyi 
ümumi nəticələrdən biri də bu idi ki, ədalət, insaf, haqq, vicdan 
                                                 
1
 
―Bahar şəbnəmləri‖, Bakı, 1917, səh. 37-38.
 
2
 
Yenə orada, səh. 4.
 

 
125 
sözləri  məzlumların  gözünü  pərdələmək  üçün  işlədilən  gəlişi 
gözəl  sözlərdən  başqa  bir  şey  deyil.  O,  ―qanlı  kitab‖ 
adlandırdığı  birinci  imperialist  müharibəsi  dəhşətlərindən  bu 
nəticəni çıxarırdı ki, ―XX əsrin müstəbid övladları‖ daha aman- 
sız,  vəhşi  yırtıcılardır.  Şair  dərin  rəğbət  bəslədiyi  məzlumları, 
acizləri  bu  yırtıcılardan  qorunmaq  üçün  birləşməyə,  qüvvətli 
olmağa çağırırdı: 
 
Qucaq-qucaq edilən tatlı vədələr pək çox; 
Sakın, inanma! Yalan... yox zəif üçün haq, yox!.. 
İnanma! Aciz için yox hüquq, inanma, xeyr; 
Cahanda haq da, həqiqət də həpsi qüvvətdir.
 1
 
 
Əlbəttə, bu sətirlər hələ imperialist müharibəsini törədən əsil 
səbəblərin  Cavid  tərəfindən  düzgün  dərk  edildiyini  təsdiq 
etmirdi. Bu sözlər, fikirlər nə qədər ürəkdən gəlsə də, nə qədər 
gözəl,  təmiz  və  xeyirxah  niyyətlə  deyilsə  də,  məzlumları 
müdafiə  məqsədini  daşısa  da,  yenə  də  mücərrəd 
mühakimələrdən  ibarət  olaraq  qalırdı.  Bununla  belə  bu 
mühakimələr  özü  də  tarixi  şəraitə  görə  müəyyən  müsbət 
əhəmiyyətə  malik  idi.  Bu  şeirlər  təsdiq  edirdi  ki,  inqilaba 
münasibəti ilə Cavid mürtəce cəbhədən kəskin surətdə ayrıldığı 
kimi,  ―Şeyda‖  əsərində  də  imperialist  müharibəsinə  münasi- 
bətdə  mürtəcelərdən  ayrılır,  müharibə  əleyhinə  olan  cəbhəyə 
keçir və ya onlara rəğbət bəsləyənlərdən biri olur. 
İkinci tərəfdən də nəzərdə tutmaq lazımdır ki, haqqında bəhs 
etdiyimiz  tarixi  şəraitdə  imperialist  müharibəsini  törədən 
səbəbləri  cəmiyyətin  bütün  zümrələri  ən  qabaqcıl,  mübariz 
sinif  olan  inqilabçı  fəhlə  sinfi  qədər  aydın  dərk  etmirdi. 
Müharibəyə  nifrət  edən,  lakin  bu  nifrəti  təəccüb,  heyrət  ahü-
zarla ifadə edən təbəqələr də var idi. 
Cavidin  haqqında  bəhs  etdiyimiz  şeirləri  də  bu  təbəqələrin, 
daha  doğrusu,  xırda  burjuaziyanın  müharibəyə  münasibətini 
                                                 
1
 ―Bahar şəbnəmləri‖, Bakı, 1917, səh. 4-5. 

 
126 
əks edirdi. Başqa sözlə, müharibəyə qarşı bu üsyanlar, etirazlar, 
fəryadlar  təkcə  bir  şairin  —  Hüseyn  Cavidin  üsyanları, 
fəryadları deyildi. Bu dərdli şair əhvali-ruhiyyəsinin arxasında 
müəyyən ictimai təbəqələr, zümrələr dururdu. 
Bu  illərdə  şairi  Azərbaycan  ictimai  həyatının  da  yeni 
mühüm məsələləri məşğul edirdi. 
Yaradıcılığının birinci dövrünü əhatə edən əsərlərində Cavid 
cəmiyyətdə  fəryad  edən  ziddiyyətlərin  ləğvi  üçün  bütün 
köhnəlmiş  etiqadların,  fəlsəfələrin,  əxlaq  və  ənənələrin,  dini 
təəssübkeşliyin aradan qaldırılmasını kifayət hesab edirdi. Söz 
yox  ki,  bunlar  da  yeni,  azad,  həyat  üçün  lazımi  şərtlərdən  idi; 
lakin bunlar kifayət deyildi, əsas deyildi. Yeni dövrdə, bundan 
fərqli  odaraq,  Cavidi  ictimai  həyatdakı  ziddiyyətlər,  varlılarla 
yoxsullar,  zəhmətkeşlərlə  müftəxorlar  arasındakı  ziddiyyət, 
ictimai  hüquq  məsələləri  və  sair  daha  ciddi  düşündürməyə 
başlayır. Əvvəllər ―Ana‖, ―Maral‖ və başqa əsərlərində olduğu 
kimi,  şairi  əsasən  feodal-patriarxal  münasibətləri,  mədəniyyət- 
sizlik,  avamlıq,  cəhalət,  nadanlıq  qurbanlarının  faciəsi  narahat 
edirdi.  İndi  isə  onu  burjua  münasibətləri,  burjua  istismarı 
qurbanlarının, ―altun, dəbdəbə‖ qurbanlarının faciəsi daha çox 
narahat etməyə başlamışdı. 
Biz gördük ki, ilk əsərlərində şair daha çox yetim ənvərlərin, 
arzusu  gözündə  qalmış  bədbəxt  gəlinlərin,  vərəmli  qızların 
halına acıyırdı. Cavidin Hadi, Səhhət, Şaiq kimi müasirləri də 
bu mövzuda çoxlu əsərlər yazmışdılar. Mövcud ictimai həyatın 
rəzalətlərini  göstərmək  üçün  belə  əsərlər  də  lazım  və  faydalı 
idi.  Lakin  bunlar  müasir  ədəbiyyatın  baş  mövzuları  deyildi. 
İmperialist 
müharibəsi 
dövründə 
isə 
Cavid 
həyat 
müşahidələrində  irəli  gedərək,  ümumi  şəkildə  olsa  da, 
əliqabarlı,  günəmuzd  işləyən  fəhlələrin,  işsiz,  evsiz 
mühərrirlərin  həyatından  yazmağa  başlayır.  Şairin  qəlbində 
yalnız  yetim,  kimsəsiz  uşaqların  deyil,  zəhmətkeş  kütlələrin, 
―füqərayi-kasibənin‖ dərdi və məhəbbəti də yurd salmaqda idi. 
Birinci  dövrdə  əgər  Cavidin  müsbət  tipləri  feodal  əsarətinə  və 

 
127 
əxlaqına qarşı duran Cəmil bəy və Nadir bəy kimi liberal mül- 
kədar ziyalıları idisə, yeni dövrdə onun müsbət tipləri sırasında 
burjua zülmü və soyğunçuluğuna qarşı duran fəhlələr və onlara 
rəğbət bəsləyən zəhmətkeş ziyalılar da var idi. 
 
Bu  hal  təsadüfi  deyildi,  real  varlığın  Cavid  yaradıcılığına 
göstərdiyi  müsbət  təsirin,  şairin  görüşlərindəki  inkişafın 
nəticəsi  idi.  Cavid  romantik  olsa  da,  göylərdə  deyil,  yerdə 
yaşayırdı.  Həm  də  elə  bir  ölkədə  yaşayırdı  ki,  hələ  1905-ci 
illərdən başlayaraq inqilab hərəkat ocağına çevrilmişdi. 
Yaradıcılığının  birinci  dövründə  ―Tərəqqi‖  qəzetində 
―Zaqafqaziyalı H.Cavid‖ imzası ilə nəşr etdirdiyi ―Yadi-mazi‖ 
(1909)  sərlövhəli  bir  şeirində  Cavid  bəşərin  gələcəyinə  çox 
ümidsiz  olduğunu,  bu  gələcəyin  də  keçmiş  kimi  qatı  bir 
qaranlıqdan ibarət olacağını söyləyirdi: 
 
Lərzan ediyor ruhimi min dürlü məzalim 
Əfsus ki, mazi ədəm, ati isə müzləm.
 1
 
 
Yeni  dövrdə  isə  Caviddə  insanlığın  parlaq  gələcəyinə, 
təbiətdə olan bütün hadisələr kimi, ictimai həyat hadisələrinin 
də  dəyişəcəyinə  bir  ümid  qığılcımı  yaranmışdı.  Onun  1915-ci 
ildə yazılmış ―Dün və bu gün‖ adlı şeiri bunu aydın göstərirdi: 
 
Yox təbiətdə oylə bir qüvvət, 
Əbədi, həm də payidar olsun.  
Həp dəyişməkdədir bütün xilqət,  
Həp dəyişməkdədir həyatü fünun. 
Olmayan varmı inqilaba zəbun? 
Varmı sarsılmaz oylə bir qanun?  
Hər qaranlıqda çırpınır bir nur,  
Hər həqiqətdə bir xəyal uyuyur.
 2
 
 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 499. 
2
 Yenə orada, səh. 532. 

 
128 
Tərəqqi və inkişaf ideyasını qəbul və təbliğ edən belə şeirlər 
Azərbaycan  bədii  və  ictimai  fikri  üçün  yeni  bir  kəşf  deyildi. 
Caviddən  qabaq  realist  şeirdə  dahi  satirik  Sabir,  romantik 
şeirdə isə M.Hadi və A.Səhhət bu fikirləri dönə-dönə və daha 
parlaq  bir  şəkildə  təbliğ  etmişdilər.  Bu  fikirlər  ancaq  Cavidin 
öz şəxsi görüşlərində əvvəlki dövrə nisbətən bir yenilik idi. 
 
1. ―ġEYDA‖ FACĠƏSĠ 
 
Cavidin  1913-cü  ildə  nəşr  olunmuş  ―Keçmiş  günlər‖  adlı 
şeir  məcmuəsinin  axırında  müəllifin  çap  olunmuş  əsərləri 
haqqında  məlumat  verilmişdi.  Bu  əsərlər  sırasında  ―Rəmzi‖ 
adlı  nəşr  edilməmiş  və  nəsrlə  yazılmış  bir  dramın  da  olduğu 
qeyd  edilmişdi.  Lakin,  məlumdur  ki,  sonralar  Cavidin  mətbu 
əsərləri  içərisində  ―Rəmzi‖  adlı  dram  olmamışdır.  Bir  sıra 
faktlar  göstərir  ki,  əvvəlcə  ―Rəmzi‖  adlanan  bu  əsər  ―Şeyda‖ 
faciəsidir. Dramaturq sonradan əsərin adını dəyişmişdir. 1917-
ci  ildə  nəşr  olunmuş  ―Bahar  şəbnəmləri‖  və  ―Maral‖da  da 
müəllifin  nəşr  olunmamış  əsərlərinin  siyahısı  verilərkən 
bunların  sırasında  artıq  ―Rəmzi‖  adlı  əsər  deyil,  ―Şeyda‖  adlı 
mənsur faciə qeyd olunur və bu faciənin 1916-cı ildə yazıldığı 
göstərilirdi.  Bu  da  məlumdur  ki,  1917-ci  ildə  və  sovet 
dövründə, 1925-ci ildə Azərnəşr tərəfindən buraxılmış ―Şeyda‖ 
əsərinin  son  həbsxana  səhnəsində  Fevral  inqilabından,  çar 
hökumətinin devrilməsindən də bəhs olunur. 
Güman  etmək  olar  ki,  Cavid  ―Şeyda‖  əsərinin  bir  neçə 
variantını  yazmışdır.  Əvvəlcə,  1913-cü  ildə  onu  ―Rəmzi‖  adı 
ilə  nəşr  etdirmək  istəmiş,  1916-cı  ildə  ―Şeyda‖  adlı  ikinci 
variantını  yazmış,  lakin  əsər  nəşr  olunmadığından  və  ictimai-
siyasi  həyatda,  xüsusən  əsərdə  haqqında  bəhs  olunan  Bakı 
mətbəə  işçilərinin  həyatında  ciddi  yenilik  baş  verdiyindən 
dramaturq  1917-ci  ildə,  Fevral  inqilabı  dövründə  faciəni  nəşr 
etdirirkən əsərə yeni səhnələr əlavə etmişdir. 
―Şeyda‖nın  mövzusu  milyonerlər  Bakısında  mətbəə 

 
129 
işçilərinin  və  yoxsul  ziyalıların,  mühərrirlərin  faciəli 
həyatından götürülmüşdür. O zaman Bakıda müxtəlif məsləkli 
çoxlu  jurnal,  qəzet  nəşr  olunurdu.  Bakıda  əksəriyyəti 
azərbaycanlılardan  ibarət  olan  mətbəə  işçiləri  və  əməkçi 
mühərrirlər də böyük bir qüvvə təşkil edirdilər. Onların həyatı, 
məişəti,  mənəviyyatı  və  fəaliyyəti  o  zamankı  ictimai  həyatın 
diqqəti  ən  çox  cəlb  edən  maraqlı  səhnələrindən  biri  idi.  Bu 
mətbəə  işçiləri  və  zəhmətkeş  mühərrirlər  öz  peşələri  ilə 
əlaqədar  olaraq  dövrün  ictimai-siyasi  hadisələrinə  çox  fəal 
münasibət  bəsləyirdilər.  Onların  bir  hissəsi  gizli  siyasi 
təşkilatların üzvü olaraq çarizm və burjuaziyaya qarşı aparılan 
mübarizənin  yaxın  iştirakçıları  idilər.  Həyatın  bu  səciyyəvi 
cəhəti Cavidin də diqqətini cəlb etmişdi. 
Faciənin  süjeti  mətbəə  işçiləri  və  yoxsul  mühərrirlərlə 
sahibkarlar  arasındakı  konflikt  üzərində  qurulmuşdur:  gənc 
mürəttib  Yusif  altı  il  zalım  Məcid  əfəndinin  mətbəəsində 
işlədikdən sonra ağır iş şəraitinin nəticəsi olaraq şiddətli vərəm 
xəstəliyinə  tutulur  və  sahibkar  tərəfindən  işdən  qovulur. 
Yusifin ancaq həmin mətbəədə mürəttib vəzifəsində çalışan ye- 
ganə qardaşı Qara Musaya gümanı var idi. Lakin fəlakət fəlakət 
üstündən  gəlir.  Qara  Musanın  da  sol  əlini  maşın  aparır. 
Qudurğan  Məcid  əfəndi  ―Tək  əldən  səs  çıxmaz‖  deyib  Qara 
Musanı da işdən qovur. Hər iki qardaş işsiz qalır.  Lakin Musa 
tək  əllə  də  olsa,  işləmək  istəyir.  Hər  nə  qədər  çalışırsa  da, 
Məcid  əfəndi  onu  işə  qəbul  etmir.  Dramaturq  mətbəə  müdiri 
Məcid  əfəndinin  vəhşiliyini,  hər  cür  insani  sifətdən  məhrum, 
qansız, vicdansız bir adam olduğunu göstərir. 
Qara  Musanın  və  Yusifin  işdən  qovulması,  onların  ağır, 
dözülməz  halı  onsuz  da  həyatdan  narazı  olan,  zara  gələn 
mətbəə işçilərini və yoxsul mühərrirləri hərəkətə gətirir. Onlar 
dərk  edirlər  ki,  birləşib  vahid  bir  qüvvə  təşkil  etməsələr, 
sahibkarların  qudurğan  hərəkətlərinin,  ağır  istismarının 
qarşısını  ala  bilməzlər.  Fəhlələr  arasında  bu  fikrin  fəal 
təbliğatçısı  yoxsul  mühərrir  Şeyda  olur.  Şeyda  sahibkarlardan 

 
130 
mərhəmət  uman  sadədil  mürəttibləri  danlayıb,  onları  Məcid 
əfəndilərə  qarşı  barışmaz  olmağa,  birləşməyə,  öz  hüquqlarını 
tələb  etməyə  çağırır.  O,  yoldaşlarına  deyir  ki,  Məcid  əfəndi 
―sizin  qanınızı  sorub  sümürmək  istər;  fəqət  sizdə  də  hümmət 
olmalı,  əldən  gəldiyi  qədər  kəndinizi  müdafiə  etməlisiniz. 
Yoxsa  insaf,  mərhəmət  xülyaları  ilə  sürünəcək  olsanız, 
nəticədə zillət və səfalətdən başqa bir şey bulamazsınız. Bu gün 
Yusiflə  Musanın  boğazlandığını  görüb  də  qoyun  sürüsü  kimi 
kənarda  seyr  edirsiniz;  halbuki  yarın  həpiniz,  əvət  həpiniz  şu 
qanlı,  şu  uçurumlu  keçiddən  keçməyə  məcbur  olacaqsınız... 
halbuki  bütün  cahanı  bəsləyən,  bütün  orduları  silahlandıran, 
bütün  sərmayədarları,  bütün  sahibkarları  sərsəmlətən  həp  şu 
aciz  sandığınız  əmələlər,  həp  o  nasırlı  əllərdir.  Bu  gün  yer 
üzünün bütün səadət və fəlakəti yalnız o əllərə baxır...‖
 1
 
Şeyda  mətbəə  işçilərinin  tətil  hazırlığına  kömək  edir, 
inqilabçı  mürəttiblərin  yazdığı  tələbnamələri  oxuyur,  fikrini 
bildirir,  öz  qələmi  ilə  mübarizəyə  qoşulur,  inqilabçılar  üçün 
marş yazır: 
 
Arkadaş, göz aç, aman! 
Qalx ölüm uyqusundam! 
Zülmə çox əydin boyun, 
Çox əzildin, qalx, oyan!
 2
 
 
Şeydanın  mürəttiblər  arasında  inqilabi  təbliğat  apardığını 
eşidən Məcid əfəndi Musa ilə necə rəftar etmişsə, Şeyda ilə də 
eləcə rəftar edir: gənc mühərriri işdən qovur. 
Faciənin  finalı  müəyyən  nöqteyi-nəzərdən  çox  mənalıdır. 
Burada  həbsxanaya  atılmış  gənc  mühərrirlər  və  mürəttiblər 
Rusiyada  Fevral  burjua-demokratik  inqilabının  qələbəsi 
xəbərini  eşidirlər.  Uzaqdan  ―Marselyozanı‖  xatırladan 
gurultulu  və həyəcanlı bir ahənglə  inqilab  marşı  eşidilir.  Artıq 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 214-275. 
2
 H.Cavid. Seçilmiş əsərləri, səh. 276. 

 
131 
çarizmin  sərnigun  olmasına  heç  kəsdə  şübhə  qalmır.  Rauf 
sevinclə deyir: ―Arkadaşlar! Artıq zəncirlər qırıldı. Haqq yerini 
buldu. İştə inqilab marşı! Of, nəhayət istibdad heykəli devrildi, 
Rusiya çarlığı məhv oldu. İştə səadət günəşi parlayır, hürriyyət 
pərisi  gülümsəyir.  Bu  gün  məzlumlar  üçün  ən  şərəfli  bir 
bayram, zalımlar üçün ən qorxunc bir intiqam günüdür‖.
 1
 
Yeri  gəlmişkən,  qeyd  etmək  lazımdır  ki,  Fevral  inqilabına 
müsbət  münasibət  Cavidin  həmin  ildə  yazdığı  ―haqqını  sən 
mübarizə  ilə  ala  bilərsən‖  adlı  lirik  şeirində  də  çox  aydın 
görünürdü. Həmin şeirində Cavid öz vətəndaşlarını bu inqilabi 
təbəddülatdan dərs almağa çağırırdı: 
 
Seyrəlir, bax, yavaş-yavaş zülmət, 
Barı dan ulduzundan al ibrət. 
Arkadaş, yoldaş, ey vətəndaş, oyan! 
Yatma, artıq yetər, dəyişdi zaman!
 2
 
 
Cavidin  ―Şeyda‖  faciəsində  yaratdığı  inqilabçı  tiplər 
tamamilə  proletar  inqilabı  ideyalarına  yiyələnmiş,  tam  şüurlu 
inqilabçılar  deyildi.  Onlar  proletar  hərəkatına  münasibətləri 
etibarı  ilə  də  bir-birindən  fərqlənirdilər.  Məsələn,  Qara  Musa 
yoldaşları  ilə  əlbir  olub,  sahibkarlara  qarşı  mübarizə  aparmaq 
əvəzinə anarxist bir yol tutur, özünü ―səfillər kralı‖, ―sərsərilər 
sultanı‖  adlandırır,  kimsəyə  qarışmır,  tək-tənha  gəzir, 
sahibkarlardan  şəxsi  intiqam  almaq  fikri  ilə  yaşayır, 
inqilabçılığı  da  onunla  bitir  ki,  mətbəə  müdiri  Məcid  əfəndini 
öldürür,  həbsxanaya  düşür.  Bütün  bunları  Musa  ona  görə  edir 
ki,  Məcid  əfəndi  kimi  sahibkarlar  bir  kərə  başa  düşsün  ki, 
―yalnız yaşamaq yox, yaşatmaq da lazımdır‖. Musanın qardaşı 
Yusif  isə  ―heç  bir  təsəlli  istəməm,  ölüm  məncə  ən  sevimli  bir 
təsəlli,  ən  dəyərli  bir  xilaskar‖  deyib  inildəyir,  ancaq 
sahibkarlara nifrət etməklə kifayətlənir. 
                                                 
1
 
―Şeyda‖, Azərnəşr, Bakı, 1925, səh. 68.
 
2
 
―Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı‖, 1918, № 1-2.
 

 
132 
Əsərin qəhrəmanı Şeydaya gəlincə, o daha mürəkkəb, daha 
ziddiyyətli  bir  surət  idi.  Müəllifin  bu  romantik  qəhrəmanında 
bir  tərəfdən  yeni  əsrin  insanına  məxsus  olan  keyfiyyətlər—
inqilabçı  Bakı  mühitinin  yetişdirdiyi  və  işçi  hərəkatına  rəğbət 
bəsləyən  gənc  ziyalılara  məxsus  tələbkarlıq,  mübariz 
vətəndaşlıq, üsyankar ruh, həqiqətin üzünə dik baxmaq və real 
düşüncə,  ikinci  tərəfdən  isə  müəllifin  Cəmil  bəy,  Şeyx  Sənan 
kimi  ilk  qəhrəmanlarına  xas  olan  xəyalpərvərlik,  ifrat 
hissiyyatçılıq,  bərk  ayaqda  torpaqdan  üzülmək  kimi 
xüsusiyyətlər  birləşirdi.  Bir  tərəfdən  inqilabi  marşlar  yazan, 
fəhlələr arasında inqilabi təbliğat aparan Şeyda, ikinci tərəfdən 
həyatdakı  boşluq  və  mənasızlıqdan  şikayətlənir,  ―könlümü 
sevindirəcək  heç  bir  ümid  yox,  heç  bir  təsliyət  yox.  Xəyalımı 
oxşayacaq  bir  şölə,  bir  ildız  arayıram  da,  bula  bilmirəm‖
 1
 — 
deyirdi. 
Əsərin son həbsxana səhnəsində Şeyda daha qəribə bir eşq, 
sevda  dəlisi  kimi  göstərilir.  ―Maral‖  faciəsində  Cəmil  bəy 
Humayın  xəyalı  ilə  sayıqladığı  kimi,  Şeyda  da  bir  az  əvvəl 
təsadüfi  bir  güllə  ilə  ölən  bir  qızın  —  Rozanın  xəyalı  ilə 
yaşayır. Yuxuda Şeyx Sənana göründüyü kimi, ona da ―behişti 
mənzərələr‖  görünür.  O,  qara  geyimli  ölüm  mələyi  ilə 
qarşılaşır. Ölüm mələyi ―aşiqlərin ruhunu barışdırmağa, onlara 
əbədi  nişan  üzüyü  gətirməyə‖  gəlmişdir...  “Şeyx  Sənan‖da 
Şeyx Hadi Sənanı yuxuda mələklər, pərilər əhatəsində göylərə 
yüksələn  gördüyü  kimi,  Şeydanın  da  mühərrir  yoldaşı  Rauf 
həbsxanada  yuxuda  ―nurani  bir  zatın‖  göydən  enib, 
həbsxananın  divarlarını  uçurduğunu  görür.  Bütün  məhbuslar 
quş  kimi  qanadlanıb  uçurlar,  azadlığa  çıxırlar;  Şeyda  isə 
onlardan  fərqli  olaraq,  uçduqca  uçur,  nəhayət  buludlara 
qoşularaq büsbütün gözdən itir... 
―Şeyda‖ faciəsində başqa zəif cəhətlər də yox deyildi. Şairin 
inqilabçı  Bakını  müşahidələrindəki  birtərəflilik  göz  qabağında 
idi.  Bununla  belə  əsər  elə  bir  şəraitdə  yazılmışdı  ki, 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh. 270. 

 
133 
əksinqilabçı  mətbuat,  burjua  və  liberal-burjua  mühərrirləri 
inqilabi 
ideyalara 
qarşı 
mübarizə 
aparır, 
millətin 
―vahidliyindən‖,  ―bölünməz‖  olduğundan  yazır,  yoxsullarla 
zənginləri,  kapitalistlərlə  fəhlələri,  kölə  vəziyyətində  yaşayan 
kəndlilərlə  mülkədarları  ittifaqa,  sülhə  girişməyə  çağırırdılar. 
Hüseyn Cavid isə, öz görüşlərindəki bütün ziddiyyətlərə, həyat 
müşahidələrinin  birtərəfliliyinə  baxmayaraq,  əksinqilabçı  və 
liberal burjua mühərrirlərinin əksinə olaraq, millətin zənginləri 
ilə  zəhmətkeşləri  arasında  dərin  uçurum  olduğunu  göstərir, 
―füqərayi-kasibə‖  ilə  onların  ―qanını  sorub-sümürən‖  varlılar 
arasında heç bir sülh və sazişin mümkün ola bilməyəcəyindən 
yazırdı.  Bu  görüşləri  ilə  Cavid  onu  əhatə  edən  əksinqilabçı, 
burjua və liberal-burjua yazıçılarından kəskin surətdə ayrılırdı. 
 
 3. ―UÇURUM ‖ 
 
Cavid  yaradıcılığı  ilə  xüsusi  məşğul  olan  marksist 
tənqidçilərdən  Mustafa  Quliyev  1926-cı  ildə  ―Maarif  və 
mədəniyyət‖  məcmuəsində  nəşr  etdirdiyi  ―Hüseyn  Cavidin 
―Uçurum‖u məqaləsində qeyd edir ki, ―Uçurum‖ 1905-1906-cı 
illərdə,  müəllif  Türkiyədə  olduğu  zaman  yazılmışdır‖
 1
.  İkinci 
tərəfdən, şairin özünün tərtib edib nəşr etdirdiyi əsərlərində, o 
cümlədən  1925-ci  ildə  çap  olunmuş  ―Şeyda‖  faciəsinin 
sonunda  ―Uçurum‖un  1917-ci  ildə  yazıldığı  və  qeyri-mətbu 
əsər  olduğu  qeyd  edilmişdir.  Əsərin  1917-ci  ildə  yazılmış 
qeyri-mətbu faciə olduğu haqqındakı məlumat, heç şübhəsiz ki, 
Cavidi  yaxından  tanıyan  Mustafa  Quliyevə  məlum  idi.  Çox 
ehtimal  ki,  tənqidçi  ―Uçurum‖  haqqında  məqalə  üzərində 
işlərkən  əsərin  yazıldığı  tarixi  daha  da  dəqiqləşdirmək  üçün 
müəlliflə danışmışdır. Ancaq bir həqiqət də var  ki, ―Uçurum‖ 
istər  sənətkarlıq,  dil,  üslub,  istərsə  məfkurə  cəhətindən  Ca- 
vidin  Türkiyədə  yazdığı  əsərlərindən  tamamilə  fərqlənir. 
                                                 
1
 
Mustafa Quliyev. H.Cavidin ―Uçurum‖u, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 12. 
 

 
134 
Xüsusən  sənətkarlıq  cəhətindən  ―Uçurum‖  1910-cu  ildə 
yazılmış  ―Ana‖  əsərindən  çox  qüvvətlidir.  Əgər  ―Ana‖  dram 
sənəti  ilə  yenicə  maraqlanan  gənc  bir  şairin  əsəri  idisə, 
―Uçurum‖ artıq öz sənətində püxtələşmiş bir dramaturqun əsəri 
sayılmalıdır. Buna görə də ―Uçurum‖u 1905-1906-cı illərdə və 
məhz  bizə  məlum  olan  şəkildə  yazılmış  bir  əsər  hesab  etmək 
mümkün  deyildir.  Bütün  bunlardan  bu  nəticəni  çıxarmaq  olar 
ki,  ―Uçurum‖un  ilk  variantı,  bəlkə  də  eskizi,  planı,  xarak- 
terlərin səciyyəsi həqiqətən Cavidin Türkiyədə oxuduğu illərdə 
qaralanmış,  lakin  şair  1917-ci  ildə  mövzu  üzərində  əsaslı 
surətdə işləyib, əsərini tamamlamışdır. 
Əsər  1917-ci  ildə  yazılsa  da,  hər  halda  bu  faciədə  Cavid 
vaxtı  ilə  (1905-1909)  İstanbulda  oxuduğu  zaman  yaxından 
tanış  ola  bildiyi  müxtəlif  məsləkli  gənc  türk  zadəganlarının 
həyatını,  onların  əxlaqını,  məişətini  və  özünün  bu  zadəganlar 
mühitinə olan münasibətini göstərmək istəmişdir. 
―Uçurum‖da  romantik  üslubda  yazılmış  ailə  faciəsi  idi. 
Burada  kor-koranə  Fransa  aristokrat  məişətini  və  əxlaqını 
təqlid etmək nəticəsi olaraq gözəl, səmimi bir ailə alt-üst olur, 
arada  çox  qiymətli  bir  istedad  korlanır,  eyşü  işrətə, 
əxlaqsızlığa,  sərxoşluğa  uyub,  çıxılmaz  uçuruma  yuvarlanır. 
Bu  gənc  istanbullu  bir  zadəgan  ailəsinə  mənsub  olan  rəssam 
Cəlaldır.  Cəlal  sənətini  təkmilləşdirmək,  müşahidələrini 
zənginləşdirmək  arzusu  ilə  yaşayır.  Yenicə  evləndiyi, 
İstanbuldan uzaq, ―köy mühitində‖ yaşayıb tərbiyələnmiş gözəl 
Göyərçini  evdə  qoyub  səyahətə  çıxır.  Göyərçinin  dünya 
görmüş,  savadlı,  bir  az  da  el  adət-ənənələrinə  və  əxlaqına 
möhkəm bağlı olan atası Cəlalı başa salır ki: 
 
Avropada işıq da var, zülmət də, 
Orda səfahət də var, fəzilət də. 
O bir əngin dəniz ki, pək qorxuncdur, 
İnsan gah inci bulur, gah boğulur...
 1
 
                                                 
1
 H.Cavid. ―Uçurum‖, Bakı, Azərnəşr, 1926, səh. 37. 

 
135 
 
Lakin  Cəlal  bu  nəsihəti  yaddan  çıxarır,  Parisə  gəlcək  bir 
rəqqasənin,  ―İran  şahzadələrindən  tutmuş  moskvalı  qraflara 
qədər  bir  çoxlarını  əlində  oynatmış  olan‖  hiyləgər  Anjelin 
toruna  düşür.  Anjel  məharətlə  Cəlalın  bütün  qəlbinə,  ruhuna 
hakim  olmağa  başlayır.  Aylar  ötüb  keçir,  Göyərçinin  bir 
körpəsi də olur. Ana gecə-gündüz rahatlıq bilməyərək həsrətlə 
Cəlalın  yolunu  gözləyir,  ayrılıq  dərdindən  saralıb  solur. 
Nəhayət,  Cəlal  gəlib  çıxır.  Rəqqasə  Anjeli  də  özü  ilə  bərabər 
gətirir.  İndi  o  artıq  istedadı  ilə  çoxlarını  heyran  edən,  ümidlər 
verən əvvəlki rəssam Cəlal deyil, əyyaş, əxlaqsız bir cavandır. 
Bu  bəs  deyilmiş  kimi  Cəlal  hələ  məsum  Göyərçinlə  də 
vəhşicəsinə  rəftar  edir:  ona  böhtanlar  atır,  uşağını  görmək 
istəmir.  Göyərçini  bezdirməyə,  evdən  qaçırmağa  çalışır. 
Zavallı gənc qadın körpəsini mərhəmətsiz ərinə uzadıb: ―Cəlal, 
mərhəmət! Bu tiflə mərhəmət!‖ deyirkən Cəlal onu vurub yerə 
yıxır.  Dilsiz  körpə,  ananın  qucağından  düşüb,  daşlara  dəyib 
ölür. Bədbəxt gəlinin yenə ata yurduna, kəndə qayıdır. Az son- 
ra  Anjel  də  köhnə  bir  fransalı  aşiqinə  qoşulub,  İstanbulu  tərk 
edir.  Cəlal  tutduğu  murdar  əməlindən  peşman  olursa  da,  bu 
peşmançılıq  fayda  vermir.  Axırda  o  özünü  uçuruma  atıb 
öldürür‖. 
―Uçurum‖la  Cavid  təsirli,  sarsıdıcı  bir  ailə  faciəsi 
yaratmışdı. Əsərin son pərdəsində Göyərçinin atası Uluğ bəyin 
sözləri faciənin əsas ideyasını daha aydın əks etdirirdi: 
 
O gün ki İstanbulda gənclik fransızlaşdı, 
Getdikcə türk övladı uçuruma yaxlaşdı. 
Yurdumuzu sardıqca düşkün Paris modası,  
Hər kəscə örnək oldu sərsəm firəng ədası. 
Sərxoşluq, ağılsızlıq sardı bütün gəncləri,  
Zəhərləndi getdikcə məmləkətin hər yeri. 
Avropadan, fəzilət, hümmət, ciddiyyət, vüqar —   

 
136 
Dururkən yalnız çürük bir zübbəlik 
1
 aldılar. 
 
Həqiqətən,  Türkiyənin  tarixi  və  bir  çox  türk  yazıçılarının 
özlərinin  etirafı,  əsərləri  göstərir  ki,  müəyyən  dövrdə  türk 
zadəgan gənclərinin Avropadan qabaqcıl elm, fənn, texnika və 
sənayeni  öyrənmək  əvəzinə  Avropa  feodal  və  burjua 
aristokratlarının  düşkün  əxlaq  və  vərdişlərini,  dəblərini 
mənimsəmələri  müəyyən  qrup  türk  ziyalılarının  həyatının  ən 
faciəli  cəhətlərindən  biri  olmuşdur.  Əgər  Cavid  Türkiyədə 
yalnız  dörd  il  yaşadığına  baxmayaraq  bu  həyatın  faciəli  cə- 
hətlərindən  birini  dərk  etmişsə,  bu  onun  türk  həyatına  açıq, 
tənqidi bir gözlə baxdığını göstərirdi. 
―Uçurum‖da şairin görüşlərində olan ziddiyyətləri, müəyyən 
mənfi  cəhətləri  əks  etdirən  səhnələr  də  yox  deyildi.  Məsələn, 
onun  bu  əsərdə  yaratdığı  müsbət  surətlərdən  biri,  Göyərçinin 
atası  qoca  Uluğ  bəydə  müəyyən  dərəcədə  köhnəliyi  idealizə 
etmək,  patriarxal  adət-ənənələri  üstün  tutmaq  meyli  vardır. 
Gənc fəlsəfə maraqlısı Əkrəm də kənd həyatını şəhər həyatına 
qarşı  qoyan,  cəmiyyətdən  mümkün  qədər  uzaq  gəzməyə 
çalışan,  çox  sevdiyi  fəlsəfənin  də  boş,  gərəksiz  olduğu 
nəticəsinə  gələn  bir  skeptik  idi.  Əkrəm  ümumiyyətlə  Qərb 
mədəniyyətinə  xor  baxır,  müsəlman  Şərqinin  patriarxal 
həyatını, adət-ənənələrini idealizə edir. 
Cavidin  Türkiyədə  belə  tiplərə  də  rast  gəldiyini  qətiyyən 
şübhə  altına  almaq  olmaz.  Onun  əsərinin  zəif  cəhəti  bu 
surətlərdə  deyil,  bəlkə  şairin  onlara,  xüsusən  Uluğ  bəy  və 
Əkrəmə  müəyyən  dərəcə  rəğbət  bəsləməsində  idi.  Cavid  bu 
əsərində türk zadəgan gənclərinin təqlidçiliyinin, modaçılığının 
çox  mənfi  bir  görüş,  mənfi  bir  əxlaqi  keyfiyyət  olduğunu 
düzgün dərk etdiyi halda, bundan daha mənfi bir keyfiyyət olan 
türkçülüyün,  köhnə  adət-ənənələri  inadla  müdafiə  etmək  və 
onu  yeniliyə  qarşı  qoymaq  xəstəliyinin  Türkiyə  ictimai 
mühitində çox mürtəce bir görüş olduğunu dərk etməmiş, hətta 
                                                 
1
 Zübbəlik – modaçılıq, şıltaqlıq. 

 
137 
Əkrəm  surətində  özü  də  bu  mürtəce  görüşlərə  müəyyən 
dərəcədə rəğbət bəslədiyini göstərmişdir. 
Doğrudur,  ―Uçurum‖da  türkçülükdən  siyasi  bir  məfkurə 
kimi  bəhs  edilməmişdi.  Əsərdə  qədim  türk  adət-ənənələrini 
müdafiə  edən  surətlər  də  sadəcə  modaçılığı,  Qərbin  çürük 
burjua  mədəniyyətini,  təqlidçiliyi  pisləməklə  kifayətlənirdilər. 
Gənc  İldırım  Əkrəmin  təbliğ  etdiyi  köhnə  fikirlərə  qarşı: 
―Hirra,  mələk  həp  birər  əfsanədir,  şimdi  artıq  həqiqət 
dövründəyiz  biz‖  deyirdi.  Bununla  belə,  hər  necə  olsa  da, 
müəllifin  Uluğ  bəy  və  Əkrəm  kimi  geridə  qalmış  zümrələrə, 
köhnəpərəstlərə  müəyyən  rəğbət  bəsləməsi  onun  görüşlərində 
ən zəif cəhətlərdən biri idi. 
―Uçurum‖  ilk  dəfə  sovet  dövründə,  1926-cı  ildə  nəşr 
olunduğu  zaman  Mustafa  Quliyev  ―Cavidin  ―Uçurum‖u‖ 
məqaləsində əsəri geniş təhlil etmişdi. Quliyev Cavidi ―Avropa 
burjua  mədəniyyətinin  Türkiyə  pədərşahi  ailə  həyatına  olan 
təxribedici təsirini öz dramında qeyd etməsini‖ əsasən düzgün, 
həqiqətə  uyğun  hesab  edirdi.  Eyni  zamanda,  tənqidçi  1905-
1906-cı  illərdə  burjua  inqilabı  ərəfəsində  olan  türk  həyatının 
müsbət  cəhətlərini,  müsbət  adamlarını  göstərməməyi,  bu 
həyatın  ancaq  mənfi  tərəflərini  qeyd  etməyi  Cavid  üçün  ciddi 
nöqsan  sayırdı.  O  yazırdı  ki,  ―Hüseyn  Cavidin  bu  dramı  o 
zamankı  Türkiyənin  ancaq  mənfi  cəhətlərini  əks  etdirmişdir... 
Bəs  qəzetlər  nəşr  edən,  firqələr  təşkil  edən,  həyatı  yenidən 
qurmağa  çalışan  gənclər  nərədədir?  Əcəba  Müəllif  bunları 
görməmişmi? Ailə səadəti məsələlərinin həlli ilə məşğul olaraq 
müəllif özü də bu  ailə intriqaları içərisinə düşmüş, o zamankı 
türk  burjua  ziyalılarının  arasında  olan  ictimai-inqilabi 
hərəkətləri  sezməmişdir‖.  Bu  tənqidi  qeydlər  tamamilə  doğru 
idi.  Lakin  tənqidçi  hissiyyata  qapılaraq  dramaturqa  əsası 
olmayan  səhvlər  də  isnad  verirdi:  ―Müəllif  Avropa  burjua 
mədəniyyətinin  Türkiyə  həyatına  girməsinin  əhəmiyyətini... 
böyük  bir  şübhə  altına  alır‖
1
.  Halbuki  əsərdə  belə  bir  meyl 
                                                 
1
 Mustafa Quliyev. H.Cavidin ―Uçurum‖u, ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 12. 

 
138 
görünmürdü. Əksinə, burada ―Avropada işıq da var, zülmət də; 
orda səfahət də var, fəzilət də‖ fikri əsas idi. 
İkinci  tərəfdən,  məlumdur  ki,  XX  əsrin  əvvəllərindəki 
avropaçılıq,  qərbçilik  XIX  əsrdəki  qərbçilik  qədər  mütərəqqi 
bir  ideya  sayıla  bilməzdi.  Xüsusən  Türkiyədə  burjua  inqilabı 
ərəfəsində  və  xalqa  heç  nə  verməyən  bu  inqilab  dövrundə 
―Avropa  burjua  mədəniyyətinin  Türkiyə  həyatına  girməsinin 
əhəmiyyətindən‖ danışmaq, bu fikri təbliğ etmək də mütərrəqqi 
bir iş sayıla bilməzdi. Tarix aydın göstərmişdi ki, birinci dünya 
müharibəsi  zamanı  Avropa  burjua  mədəniyyətinin  türk  hə- 
yatına girməsi yolunda çalışan müəyyən qrup burjua ruhlu türk 
gəncləri  bu  qanlı  müharibəyə  qoşulub  uçuruma  yuvarlandılar 
və türk xalqını böyük məhrumiyyətlərə düçar etdilər. Belə bir 
dövrdə  Avropa  burjua  mədəniyyətinin  Türkiyə  üçün 
əhəmiyyətindən  yazmaq,  danışmaq  lazım  deyildi.  ―Uçurum‖a 
əsasən düzgün təhlil verən tənqidçi bu cəhəti nəzərə almamışdı. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin