AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   ...   8   9   10   11   12   13   14   15   ...   21

 
A. S ə h h ə t .  ―Sövqat‖, 1916, № 27.
 
3
 M. H a d i. ―Meydani-hərb xatirələrindən‖, Ulduzlu bir gecədə. Seçilmiş əsərləri, ADU 
nəşriyyatı, Bakı, 1957, səh. 284. 
 

 
161 
xitab  edib:  ―yaşamaq  istəyirsənsə,  acizlikdən,  zəiflikdən  xilas 
olmalısan‖ — fikrini irəli sürür və Cavid kimi, deyirdilər ki: 
 
Yetişər, haydı zə’fi, iczi burax! 
Qan, alov püskürən mühitinə bax! 
Kim yatıb qalsa, bil ki, qeyb edəcək, 
Ayaq altında məhv olub gedəcək. 
Çox əzildin, yetər, ər oğlu, ər ol! 
Çırpınıb çareyi-xilas ara, bul!
 1
 
 
Yaxud: 
 
Çalış həp qalib ol, mərd ol! 
Bu aydın bir həqiqətdir. 
Cahan bir nazənin dilbər  
Ki yalnız mərdə qismətdir.
 2
 
 
Həyat  mübarizəsi  məsələsində  mütərəqqi  romantiklərin 
məzlumları,  haqqı,  ədaləti  müdafiə  etmələri  və  qaranlığın, 
əsarətin  mənfur  qüvvələrinə  qarşı  çıxmaları  onları  inqilabçı 
demokratların  görüşlərinə  yaxınlaşdırırdı.  Bununla  bərabər, 
başqa  məsələlərdə  olduğu  kimi,  bu  məsələdə  də  onlar  prinsip 
etibarı  ilə  çox  zaman  inqilabçı  demokratlardan  ayrılır,  tə- 
rəddüd  edir,  bir-birinə  zidd  fikirlər  irəli  sürürdülər.  Onlar  bir 
tərəfdən: 
 
Qəsvətli, sisli hər gecədən bir günəş doğur,  
Hürriyyət oylə nazlı bir afət ki pək vüqur, 
Qan axmadıqca kimsəyə gülməz o işvəkar,
 3
— 
 
—  deyə  məzlumları  azadlıq,  hüquq  uğrunda  şərəfli  mü- 
                                                 
1
 H.Cavid. ―Haqqını sən mübarizə ilə alarsan, yaxud həqiqi bir insanpərvərin ümumi zəiflərə 
xitabı‖, ―Bakı ətrafı fəhlə, əsgər və matros şurasının əxbarı‖, 1918, № 1-2. 
2
 Yenə orada.
 
3
 
H.Cavid. ―Bahar şəbnəmləri‖, Bakı, 1917, səh. 40.
 

 
162 
barizələrə çağırır, digər tərəfdən də: 
 
İnanma, aciz üçün yox hüquq, inanma, xeyr,  
Cahanda həq də, həqiqət də həpsi qüvvətdir,
 1
 — 
 
— deyirdilər. Yaxud onlar: 
 
Həmişə acizi qalib zəlilü zar edəcək, 
Qəvi zəifi zəbunü səfilü xar edəcək. 
Cidalgahi-fənadə yazıq... fəqirlərə. 
Yazıq... günah... şu məhkum olan əsirlərə
 2
— 
 
— deyə ümidsizliyə düşür, dünyada  guya həmişə zorun, şərin 
qalib gələcəyini iddia edirdilər. 
 
Beləliklə,  haqqında  bəhs  etdiyimiz  dövrdə  ―həyat 
mübarizəsi‖  məsələsində  bir-birinə  zidd,  bir-birini  inkar  edən 
iki  anlayış  var  idi.  Birincilər,  tərəqqipərvərlər  həyat 
mübarizəsinin  zərurətindən  danışanda  məzlumların  zalımlara, 
məhkumların  hakimlərə,  xalqların  burjuaziyaya,  kapitalizmə, 
imperializmə  qarşı  mübarizəsini  nəzərdə  tuturdular;  ikincilər, 
mürtəcelər  isə  zalımların  məzlumlara,  hakim  millətlərin 
məhkum  millətlərə  qarşı  hücumunu,  irqçilik,  millətçilik 
mübarizəsini  nəzərdə  tuturdular.  H.Cavid  həyat  mübarizəsi 
məsələsini  əsasən  idealistcəsinə  anladığına  baxmayaraq,  bir 
çox  hallarda  tərəddüd  edərək  axırda  bu  məsələdə  birincilərə 
yaxınlaşırdı. 
 
* * * 
 
1919-cu  il  və  1920-ci  ilin  ilk  ayları  Azərbaycanda  müsavat 
ağalığının  qızğın  dövrü  idi.  Cavid  müsavatla  hesablaşmadı, 
                                                 
1
 Yenə orada. 
2
 M. H a d i. ―Füyuzat‖, 1907, № 18. 

 
163 
müsavatı saymadı. O, bəylər, xanlar, milyonerlər hökumətinin 
nə lehinə, nə də əleyhinə heç nə yazmadı, bu ağır dövrü dərin 
sükutla qarşıladı. 
Məlumdur  ki,  bu  dövr,  eyni  zamanda,  müsavat  quruluşu 
əleyhinə  və  Azərbaycanda  Sovet  hakimiyyəti  uğrunda 
mübarizə  illəri  idi.  Ölkəni  fəhlə  hərəkatı,  kəndli  üsyanları 
bürümüşdü.  Məfkurə  sahəsində  qızğın  mübarizələr  gedirdi. 
Azərbaycanın  ən  qabaqcıl  ziyalıları,  yazıçılarının  bir  çoxu  bu 
mübarizəyə qoşulub, məfkurə sahəsində əksinqilabla çarpışırdı. 
Cavid  bu illərdə  fəhlə mətbuatında bəzi  mütərəqqi  şeirlər nəşr 
etdirdiyinə  baxmayaraq,  əsasən,  müasirləri  olan  qabaqcıl 
ziyalılar  cəbhəsindən,  inqilab  cəbhəsindən  də  uzaq  idi.  Şair 
həmin  illərdə  Cənubi  Azərbaycanda  gedən  inqilabi  hərəkata, 
Şeyx  Məhəmməd  Xiyabaninin  başçılıq  etdiyi  demokratik 
hərəkata da münasibətini aydın bildirmirdi. Halbuki bütün bun- 
lar  hamısı  nəinki  yazıçı  və  ədibləri,  mühərrirləri,  bütünlüklə 
xalqı  məşğul  edən  mühüm  ictimai-siyasi  məsələlər  idi.  Bütün 
bunlar  vətənin  ağır  günlərində  H.Cavidin  tərəddüd  etdiyini, 
ciddi  məfkurə  böhranı  keçirdiyini  göstərirdi.  Azərbaycanın 
azadlıq və istiqlaliyyət üçün  yeni  yollar axtardığı, ölkənin hər 
iki tərəfində xalqın demokratiya uğrunda, müstəqil Azərbaycan 
uğrunda  qan  axıtdığı,  xüsusən  Şimali  Azərbaycanda  fəhlə  və 
kəndlilərin  sosialist  inqilabının  qələbəsi  uğrunda  mübarizə 
apardığı  bir  dövrdə  Cavidin  susması  onun  bağışlanılmaz 
nöqsanı, zəifliyi və dünyagörüşünün məhdudluğu əlaməti idi. 
 

 
164 
ÜÇÜNCÜ FƏSİL 
 
MƏFKURƏVĠ TƏRƏDDÜD ĠLLƏRĠ 
 
1. ―PEYĞƏMBƏR‖ VƏ DĠNĠ MODERNĠZƏ 
ETMƏK CƏHDLƏRĠ 
 
1920-ci  ildə  Azərbaycanda  Sovet  hakimiyyəti  quruldu. 
Ölkənin  maddi  və  mədəni  inkişafı  üçün  geniş  imkanlar 
yaradıldı. Bütün qabaqcıl yazıçılar yeni həyat uğrunda, mədəni 
inqilab  uğrunda  mübarizəyə  qoşuldular.  Lakin  Cavid  20-26-cı 
illər  arasında  yeni  həyatdan  yazmadı;  o,  bir-birinin  dalınca 
tarixi keçmişə dair əsərlər yazıb Topal Teymuru və islam pey- 
ğəmbərini  idealizə  etdi,  onda  müasir  həyatdan  və  siyasətdən 
uzaqlaşmaq meyli qüvvətləndi. 
Bunun  səbəblərini  və  sonrakı  illərdə  Cavid  yaradıcılığında 
əmələ gəlmiş dönüşlə bu tərəddüd arasındakı dialektik əlaqəni 
düzgün və həqiqətə uyğun bir şəkildə izah etmək lazımdır. 
Hələ  25  il  bundan  qabaq  H.Mehdi  yazırdı  ki,  ―biz  onun  — 
Cavidin  müasir  varlığımızdan  uzaqlaşmasını  inqilaba  zidd  bir 
cəbhə  tutması  ilə  deyil,  bəlkə  bu  inqilabın  mürəkkəbliyi  və 
Cavid  tərəfindən  çox  çətinliklə  qavranılması  ilə,  çətin 
anlaşılması  ilə  izah  edirik‖
  1
.  Cavidin  proletar  inqilabına 
münasibəti  haqqında  bu  fikir  tamamilə  düzgün,  həqiqətə  uy- 
ğun idi. Xüsusən 20-26-cı illər Cavid üçün məfkurəvi tərəddüd 
dövrü  idi  ki,  bu  da  onun  proletar  inqilabının  əsas  qayəsini 
aydın dərk edə bilməməsindən irəli gəlirdi. 
Əlbəttə,  burada  başqa  səbəblər  də  yox  deyildi. 
Məlumdur  ki,  20-26-cı  illər  Azərbaycan  sovet  ədəbiyya- 
tının  ilk  təşəkkül  dövrü  idi.  Yeni  ədəbi  nəsil  hələ 
yetişməmişdi,  köhnə  təcrübəli  yazıçılardan  proletar 
inqilabının  böyük  mənasını  aydın  dərk  edən  Süleyman 
Sani  Axundov,  M.S.Ordubadi,  Cəlil  Məmmədquluzadə, 
                                                 
1
 
H. M e h d i .  Ədəbiyyat və sənət məsələləri, Azərnəşr, Bakı, 1958, səh. 10.
 

 
165 
Cəfər Cabbarlı və bu kimi yazıçılar yeni inqilabi ideyalar 
cəbhəsindən  olsa  da,  əsərlərinin  mühüm  bir  qisminin 
mövzusunu  keçmiş  həyatdan  alırdılar  (―Oqtay  Eloğlu‖, 
―Köhnə dudman‖, ―Od gəlini‖, ―Dəli  yığıncağı‖, ―Eşq və 
intiqam‖  əsərləri  kimi).  Cəlil  Məmmədquluzadə  yeni 
həyat  hadisələrini,  istismarçı  siniflərin  ölümünü  əks 
etdirən 
―Bəlkə 
də 
qaytardılar‖, 
Ə.Haqverdiyev 
Azərbaycanda  sosialist  inqilabının  qələbəsindən  bəhs 
edən  ―Ağac  kölgəsində‖  əsərini  1926-cı  ildə  yazmışdı. 
Cabbarlı  ―Sevil‖i  1928-ci  ildə,  ―Almas‖ı  1930-cu  ildə 
yazmışdı.  20-25-ci  illərdə  romantiklər,  xüsusən  Cavid 
kimi  əvvəlləri  daha  çox ümumi məhəbbət  ideyasına  bağlı 
olan  ziddiyyətli  yazıçılar  yeni  həyatı  qavramaqda  və  əks 
etdirməkdə çox çətinlik çəkirdilər. 
İkinci  tərəfdən,  Azərbaycanda  Sovet  hakimiyyəti 
qurulmasının  ilk  illərində  möhkəm  bir  ədəbi  təşkilatın 
yoxluğu  sənətdə  müasirliyin  inkişafını  müəyyən  dərəcə 
ləngidirdi. Bu illərdə marksist tənqidinin hələ zəif olması 
da  işə  mənfi  təsir  edirdi.  İlk  yazıçılar  təşkilatı 
(―Ədəbiyyat  cəmiyyəti‖)  1925-ci  ildə  təşkil  olunmuşdu. 
Ondan  əvvəlki  illər,  demək  olar  ki,  bir  növ  təşkilatsız 
yaradıcılıq  illəri  idi.  Möhkəm  bir  yazıçı  təşkilatının 
olmaması  üzündən  təcrübəli  yazıçıları  yeni  yaradıcılıq 
əməllərinə  cəlb  etmək  işi  zəif  idi.  Bu  zəruri  işə  təşkilati 
surətdə  ancaq  partiyanın  18  iyun  1925-ci  il  qərarından 
sonra başlanmışdı. 
Lakin  bütün  bu  şəraiti  nəzərə  almaqla  bərabər,  20-26-
cı  illərdə  Cavidin  yeni  həyat  haqqında  yazmamasının 
səbəbini  yalnız  bu  xüsusi  şəraitdə  axtarmaq  sadəlik 
olardı.  Əsas  səbəb  budur  ki,  bu  illərdə  Cavid  sosialist 
inqilabının  mahiyyətini  başa  düşməmişdi.  Caviddə  yeni 
həyat,  bu  həyatın  böyük  mənası  və  gələcəyi  haqqında 
aydın  bir  təsəvvür  yox  idi;  onda  proletar  inqilabının 
xilaskar  roluna  qəti  bir  inam  da  yox  idi.  Bu  həqiqəti 

 
166 
gizlətməyə  ehtiyac  yoxdur.  Əgər  bu  cəhəti  nəzərə 
almasaq,  biz  inqilabın  və  yeni  həyatın  sonrakı  illərdə 
Cavid  yaradıcılığına  göstərdiyi  müsbət  təsirləri  də 
düzgün qiymətləndirə bilmərik. 
Proletar  inqilabı,  kəskin  sinfi  mübarizə  dövrü  və 
şəraiti  Cavidin  gözləmədiyi,  o  vaxta  qədər  təsəvvür  edə 
bilmədiyi  yeni  bir  aləm  idi.  Cavid  uzun  müddət 
əsərlərində  ―həyat  mübarizədir,  haqqını  sən  mübarizə  ilə 
ala  bilərsən‖  deyib  coşduqda  sadəcə  olaraq  zəiflər  üçün 
əlverişli  olan  müəyyən  xeyirxah  bir  ideyanın  həyata 
keçirilməsini  nəzərdə  tuturdu.  Proletar  inqilabı  isə  belə 
mücərrəd  ―xeyirxahlıq‖  ideyasından,  məzlumların  halını 
―bir  qədər  yaxşılaşdırmaq‖  məqsədindən  uzaq  idi; 
mücərrəd,  ümumi  məhəbbət  mövhumatına  zidd  idi.  Bu 
inqilab  köhnə  cəmiyyətin  nəinki  siyasi  təsisatını,  habelə 
cəmiyyətin  zülm  və  haqsızlığa  əsaslanan  iqtisadi-ictimai 
təməllərini  də  kökündən  sarsıtmışdı  və  amansız  sinfi 
mübarizə  yolu  ilə  köhnə  münasibətlərin  xərabələri 
üzərində yeni cəmiyyət qurur, yaradırdı. 
Proletar  inqilabının  bu  böyük  amalı  və  cəmiyyəti 
yenidən  qurmaq  işi,  mücərrəd,  ümumi  məhəbbət  fəlsə- 
fəsinə  aludə  olmuş  romantik  şairə  çatmırdı.  Bu  illərdə 
Cavidin  siyasətdən  uzaqlaşması,  ―ədəbiyyat,  sənət  başqa, 
təbliğat  başqadır‖  və  ya  ―romantik  şairin  keçmişdən 
yazması  təbiidir‖  deyib  bəhanə  gətirməsi,  tarixi 
mövzulara,  uzaq  və  yaxın  keçmişə  əl  atması  da  buradan 
irəli  gəlirdi.  Cavid  heç  bir  əsərində  proletar  inqilabına 
zidd  cəbhə  tutmamışdı;  o,  inqilaba  mənfi  münasibət 
bəsləmirdi; eyni zamanda o, susur, hələ inqilabın xeyrinə 
bir söz də demirdi. 
Yuxarıda  deyildiyi  kimi,  Cəlil  Məmmədquluzadə, 
C.Cabbarlı,  Ə.Haqverdiyev  və  bir  çox  başqaları  keç- 
mişdən  yazsalar da, onlar bu əsərlərində də, inqilabın ilk 
illərində  də  yeni  dövrün  yazıçıları  idilər,  yeni  cəmiyyət 

 
167 
quruculuğuna  xidmət  edirdilər.  Onlar  keçmiş  həyata  da 
bu  günün  nöqteyi-nəzərindən  yanaşırdılar.  Cavid  isə 
xüsusən  ―Topal  Teymur‖  əsərində  keçmişə  bu  nöqteyi-
nəzərdən 
yanaşmırdı. 
Özünün 
mücərrəd, 
ümumi 
məhəbbət  və  həyat  mübarizəsi  haqqında  birtərəfli, 
idealist  görüşləri  cəbhəsindən  yanaşırdı.  Bütün  bunlar 
onu ciddi məfkurə tərəddüdlərə aparıb çıxarmışdı. 
Cavidin  ―Uçurum‖  faciəsində  fəlsəfə  maraqlısı  Əkrəm 
rəssam Cəlalı nəzərdə tutaraq: 
 
Mən oylə bir rəssam olsaydım əgər,  
Hicaz ölkəsinə edərdim səfər. 
UğraĢıb dururdum bir xeyli müddət, 
Bir çox düĢüncədən sonra, nəhayət  
Təsvir eylər idim gənclik çağında  
Böyük Məhəmmədi Hirra dağında. 
Bir halda ki, göydən enmiĢ bir mələk—
1
 
 
— dedikdə gənc İldırım ona belə cavab verir: 
 
Hirra, mələk həp birər əfsanə, biz, 
ġimdi artıq həqiqət dövründəyiz. 
 
Çox  qəribədir  ki,  Cavid  1917-ci  ildə  yazdığı  ―Uçu- 
rum‖da  İldırımın  dili  ilə  peyğəmbər,  Hirra  və  mələyi 
―əfsanə‖  adlandırdığı,  ―həqiqət  əsrində‖  belə  xəyalların 
mənasız  olduğunu  təsdiq  etdiyi  və  ondan  əvvəlki  ―Şeyx 
Sənan‖,  ―Bir  xatirə‖  kimi  əsərlərində  bu  mövqedə 
durduğu  halda,  ―Peyğəmbər‖  əsərində  özü  bu  mütərəqqi 
fikirlərdən uzaqlaşır, Əkrəmin səviyyəsinə enirdi. 
―Peyğəmbər‖  dramının  ilk  səhnəsində  remarkada 
Cavid  Məhəmmədi  Hirra  dağında  məhz  ―Uçurum‖da 
Əkrəmin təsəvvür etdiyi şəkildə göstərir, bu köhnə zövqə 
                                                 
1
 ―Uçurum‖, Bakı. Azərnəşr, 1926, səh. 10. 

 
168 
uyğun  təsirli  bir  tablo  yaradır:  ―Aydın  və  yaldızlı  bir 
gecə, 
Məkkə  yaxınlığında  Hirra  dağı...  Ətrafda 
mağaralar,  yalçın  qayalar,  sarp  enişlər,  qorxunc 
uçurumlar.  Peyğəmbər  əli  alnında  dərin  düşüncələrə 
dalmışdır...  Bir  ud  zümzüməsini  dinləyərək  uyuyur  kimi 
kəndindən  keçmiş...  Bu  sırada  pənbə,  mavi  mənəkşə 
nurlar  içində  altun  qanadlı  füsunkar  bir  mələk  göydən 
enər  və  ilahi  bir  ahənglə  Peyğəmbərə  xitab  etməyə 
başlar‖.
1
 
―Peyğəmbər‖in  hansı  ildə  yazıldığını,  dramaturqun 
onu  nə  zaman  planlaşdırdığını,  nə  zaman  başlayıb  nə 
zaman  bitirdiyini  dəqiq  müəyyən  etmək  hələ  çətin  olsa 
da,  çox  güman  ki,  bu  əsər  1920-1922-ci  illər  arasında 
yazılmışdır.  Bu  ehtimalın  həqiqətə  yaxınlığını  təsdiq 
edən  faktlardan  biri  budur  ki,  ―Peyğəmbər‖  ilk  dəfə 
Azərbaycan  Xalq  Maarif  Komissarlığı  nəşriyyatı 
tərəfindən buraxıldığı zaman əsərin titul vərəqində ―Bakı, 
1922-23-cü  il‖  sözləri  yazılmışdır.  Bu,  əvvələn  o 
deməkdir  ki,  dram  müəyyən  səbəblərə  görə  iki  ilə  nəşr 
olunmuşdur,  ikincisi,  bu  əsər  hər  halda  nəşriyyata  1922-
ci  ildə,  ya  da  ondan  bir  az  əvvəl  verilmişdir.  Odur  ki, 
―Peyğəmbər‖in  indiyə  qədər  dərsliklərdə  göstərildiyi 
kimi  23-cü  ildə  deyil,  ondan  əvvəl  yazıldığını  təsdiq 
etmək  lazımdır.  Ola  bilər  ki,  şair  əsər  üzərində  sonrakı 
illərdə  də  işləmişdir.  Hər  halda  ―Peyğəmbər‖  ilk  dəfə 
1923-cü ildə düşünülmüş mövzu sayıla bilməz. 
Məhəmməd  haqqında  Caviddən  qabaq  da  bədii  əsər 
yazanlar  olmuşdur.  Demək  olar  ki,  bu  əsərlərin  heç  bi- 
rində  tarixin  xəbər  verdiyi  əsil  ərəbistanlı  Məhəmməd  və 
onun  təbliğ  etdiyi  dini  görüşlər,  bu  dinin  mahiyyəti  əsas 
alınmamışdır. 
İslam 
peyğəmbərinin 
surətini 
və 
şəxsiyyətini hərə öz zövqünə, təbliğ etmək istədiyi fəlsəfi 
fikirlərə  bir  növ  uyğunlaşdırmağa  çalışmışdır.  Məsələn, 
                                                 
1
 H. C a v i d ―Peyğəmbər‖, 1926, AzərnəĢr, səh. 5-6. 

 
169 
məşhur  fransız  yazıçısı  —  filosofu  Volter  səhnədə  dini 
görüşləri,  xüsusən  xristianlığı  açıq  tənqid  etməkdən 
çəkindiyinə  görə  özünün  ―Peyğəmbər  Məhəmməd  və  ya 
fanatizm‖  (1740)  faciəsində  Məhəmməd  surətindən  elə 
məharətlə  istifadə  etmişdi  ki,  əsər  zahirdə  Məhəmmədə 
və müsəlman dininin əleyhinə olduğundan Roma papasını 
da müəyyən dərəcədə razı sala bilmişdi. Halbuki Volterin 
―Məhəmməd‖i  mahiyyət  etibarı  ilə  yalnız  islam  dininin 
deyil,  bütün  dinlərin  və  birinci  növbədə  xristianlığın 
əleyhinə  yazılmışdı.  Volter  çox  sərbəst  hərəkət  edərək 
Məhəmmədə  və  islam  dininə,  habelə  təkallahlılıq 
əqidəsinə  qarşı  qoyduğu  bütpərəst  surətlərini  öz  ateist 
ideyalarının  qüvvətli  ruporuna  çevirmişdi.  Volterin  faci- 
əsində  Məhəmməd  yalançı,  hiyləgər,  vəhşi  qatil  bir  şəxs 
kimi,  öz  mənfəəti  xatirinə,  hakimiyyət  xatirinə  şüurlu 
surətdə  vətəndaşlarını  aldadan,  yoldan  çıxaran,  insanları 
açıqdan-açığa  cinayətə sövq edən, ifrat xudbin,  zalım bir 
despot kimi göstərilmişdir. 
Bunun  əksinə  alman  şairi  Gete  gəncliyində  Mə- 
həmməd  haqqında  dram  yazmaq  istərkən  düşündüyü 
planda Məhəmməd surətini tamamilə başqa şəkildə təsəv- 
vür  etmişdir.  Gete  bu  əsəri  yazıb  başa  çatdıra 
bilməmişdir.  Lakin  mühafizə  olunan  ―Məhəmməd‖  və 
―Məhəmmədin  mahnısı‖  parçaları  və  dramın  irəlicədən 
düşünülmüş  və  yazılmış  planı  göstərir  ki,  Gete 
Məhəmməd  surətində  gəncliyində  çox  bağlı  olduğu  idea- 
list  fəlsəfi  görüşlərini  təbliğ  etmək  istəmişdir.  Getenin 
düşündüyü  planda  Məhəmməd  dünyaya  gəlir,  müəyyən 
ideya  gətirir,  sonra  qılınc  gücünə  bu  ideyanı  həyata 
keçirib  ölür.  Onun  gətirdiyi  mütləq  ideya  həqiqətə 
çevrilir,  bəşəriyyətin  bir  hissəsi  bu  ideyanın,  mü- 
səlmançılığın yolçusu olur. Gete Məhəmmədi Volter kimi 
yalançı,  xain  deyil,  yeni  bir  ideya,  etiqad  axtarıcısı,  bir 
mütəfəkkir kimi göstərir. Məsələn, ―Məhəmməd‖ adlanan 

 
170 
birinci  parçada  Məhəmməd  ulduzlu  bir  gecədə  ucsuz-
bucaqsız  bir  səhrada  oturmuş,  dərin  düşüncələrə 
dalmışdır.  O,  aya,  ulduzlara  müraciət  edir,  onlardan  öz 
qövmü  üçün  işıq,  qüvvət,  idrak,  doğru  yol  istəyir.  Bu 
zaman  Məhəmmədin  süd  anası  Həlimə  gəlib  onu  tapır, 
belə  bir  qorxulu  yerdə  nə  üçün  tək-tənha  oturduğunu 
soruşur.  Məhəmməd  tək  olmadığını,  öz  allahı  ilə  bərabər 
olduğunu,  allahının  şəfqət  və  mərhəməti  ilə  bəxtiyar 
olduğunu  söyləyir.  Həlimənin  maraqla  ―sən  allahı 
görmüsənmi?‖  sualına  Məhəmməd  təəccüblə  cavab  verir 
ki, bəs  sən onu  görmürsən?  Sonra  süd  anasına  anladır  ki, 
onun  allahını  təbiətin  bütün  hadisələrində,  hər  bir  güldə, 
çiçəkdə belə görmək mümkündür. Məhəmməd öz allahına 
yalvarır ki, onun süd anasına, Həliməyə də elə bir istedad 
versin ki, o da allahı təbiətdə görüb dərk edə bilsin. 
Qoca  Həlimə  bütpərəstlikdə  inad  göstərir.  Məhəmməd 
isə bildirir ki, daşdan, palçıqdan qayrılmış bütlərə sitayiş 
edən  qövm  çox  bədbəxtdir.  Məgər  daşın,  saxsının  qulağı 
var  ki,  insanın  dərdini  dinləsin?  Məgər  onların  əlləri  var 
ki,  insanlara  kömək  etsin?  Cansız  bütlərə  sitayiş  edənlər 
qonşunu qonşuya, qardaşı qardaşa salışdırmaq istəyən, öz 
malikanələrini  genişləndirmək  arzusu  ilə  yaşayan 
adamlardır.  Onun,  Məhəmmədin  allahının  nəzərində  isə 
hamı  insanlar  birdir.  Onun  allahı  hamının  bir-birini 
sevməsini  istəyir.  Həlimənin:  ―sənin  allahının  yaşadığı 
yer  haradır?‖  sualına  Məhəmməd  cavab  verir  ki,  hər  yer. 
Sonra  Məhəmməd  göylərdən  təmənna  edir  ki,  ―insan 
nəslini zəncirdən, mənəvi əsarətdən xilas etsin‖
1

Bu  müqayisədən  aydın  olur  ki,  hər  iki  mütəfəkkir 
yazıçı  Məhəmməd  surətini  eyni  şəkildə  təsəvvür  et- 
məmişdir;  müəyyən  məqsədə,  təbliğ  etmək  istədikləri 
ideyaların  xatirinə,  hərə  öz  fantaziyasının  gücünə  görə 
                                                 
1
 Bax: G e t e .  Əsərləri, Dövlət Bədii Ədəbiyyat NəĢriyyatı, Moskva-Leninqrad, 1932, II 
cild, səh. 73-76. 
  

 
171 
onu  bir  cür  təsəvvür  etmişdir.  Volterin  məqsədi  ateizmi 
təbliğ etmək olduğundan Məhəmməd onun əsərində bütün 
din  xadimləri  kimi  yalançı,  qatil,  fırıldaqçıdır;  Gete  isə 
bu  surətlə  özünün  humanist  görüşlərini  təbliğ  etdiyindən 
onun əsərində Məhəmməd, tarixi həqiqətin əksinə olaraq, 
humanist bir mütəfəkkirdir. 
Ərəbistanlı 
Məhəmmədin 
şəxsiyyətinə 
müxtəlif 
münasibətlərə  klassik  Azərbaycan  ədəbiyyatında  da  tez-
tez  rast  gəlirik.  Məsələn,  Nizami  əsərlərinin  rəsmi 
hissəsində  olsa  da,  Məhəmmədi  ideallaşdırır  və  demək 
olar  ki,  öz  şəxsiyyətini,  bir  çox  görüşlərini  islam 
peyğəmbərinə  isnad  edərək  onu  ―azadələrin  dostu, 
kölgəli  ağac‖  (―Şərəfnamə‖),  ―əqlin  sultanı,  səxavət 
mülkünün  böyüyü,  bütün  möhtacların  pənahı,  lovğalığın 
düşməni‖  (―Leyli  və  Məcnun‖),  ―məğrurlara  qarşı 
amansız,  düşkünlərə  kömək  edən,  yaxşı  insanlara  rəğbət 
bəsləyən,  pis  adamlara  nifrət  edən,  zəhmətsevən‖ 
(―Yeddi  gözəl‖),  ―yetimlərin  dostu,  ağıl  və  bilikdən 
qüvvət  alan,  ədalətli‖  (―Xosrov  və  Şirin‖),  ―taxt-tac 
düşməni,  qəlbiqırıqların  dostu,  xəstə  dünyanın  hakimi‖ 
(―İqbalnamə‖) və sair adlandırır. 
Mirzə Fətəli Axundov isə tamamilə əksinə və həqiqətə 
uyğun  olaraq  yazırdı  ki,  Məhəmməd  ―özü  də  tərbiyə 
səviyyəsincə  əsrinin  ərəblərindən  biri  idi.  Özü  də  başqa 
ərəblər  kimi  təbiət  və  fəlsəfə  elmlərindən  xəbərsizdi  və 
mələk,  cin  və  cəmi  adətdən  kənar  şeylərin  varlığına 
ürəkdən  inanır  və  belə  zənn  edirdi  ki,  külli  kainatda  bu 
növ  şeylərə  etiqad  etməyən  heç  bir  tayfa  tapılmaz  və  bu 
etiqadla  tam  bir  xatircəmliklə  əshabi-kəhf  nağılını,  hüd-
hüd və Bülqeys nağılını və Çin tayfasının iman  gətirməsi 
və bu qəbil əfsanələri Quranda xəbər verir və əsla ağlına 
gəlmir  ki,  qərinələr  və  əsrlər  keçdikdən  sonra  təbiət  və 
fəlsəfə elmləri dünyada tam tərəqqi qazanacaq və onların 
qüdrəti  ilə  insanlar  belə  nağılları  mənasız  və  tiflanə 

 
172 
xəbərlər sayacaqlar və onlara güləcəklər‖
1

Demək  lazımdır  ki,  Cavid  Məhəmməd  surətini  ya- 
radarkən  çox  sərbəst  hərəkət  etmişdir.  Onun  əsərində 
Məhəmmədin  40  yaşında  ikən  özünü  peyğəmbər  elan  et-
məsi,  özünə  tərəfdar  toplaması,  Məkkədən  Mədinəyə 
köçməsi,  bütpərəstlərlə  mübarizəsi,  nəhayət,  qılınc  və 
təbliğat  gücünə  islamiyyəti  əsaslandırması  həqiqətən 
tarixin  xəbər  verdiyi  hadisələrdir.  Bunlarla  bərabər, 
Cavid  Məhəmmədi  yoxsul  ərəblərin  müdafiəçisi,  ədalət, 
hüquq  bərabərliyi  ideyasının  təbliğatçısı,  əsarət,  köləlik 
əleyhinə çıxan bir qəhrəman, qadın azadlığı tərəfdarı, hər 
cür  mövhumat,  xurafat,  cəhalət  əleyhinə  mübarizə 
aparan,  elm,  mədəniyyət  aşiqi,  şair  təbiətli,  sülhpərvər 
bir  insan  və  nəhayət  panteist  bir  mütəfəkkir  kimi 
göstərmişdir  ki,  Məhəmmədə  verilən  bu  sifətləri  tarixi 
həqiqətə uyğun hesab  etmək olmaz və bunlar əsərin zəif, 
mənfi cəhətlərindəndir. 
Cavidin  hələ  1910-1916-cı  illərdə  müxtəlif  əsərlərdə 
təbliğ  etdiyi  bəzi  fikirləri  yenidən  bu  dramda 
Məhəmmədin  dili  ilə  təkrar  etməsi  də  onun  Məhəmməd 
surətinin,  hər  şeydən  əvvəl,  bir  romantik  şair 
fantaziyasının  məhsulu  olduğunu  təsdiq  edir.  Məsələn, 
―Keçmiş  günlər‖də  nəşr  etdirdiyi  ―Qadın‖  sərlövhəli 
şeirində Cavid qadın əsarətinə qarşı çıxaraq yazmışdı: 
 
Ana övladını bəslər, böyüdür. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin