AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   ...   7   8   9   10   11   12   13   14   ...   21

 
 
―İblis‖  faciəsində  Cavidin  toxunmaq  istədiyi  həqiqətlərdən 
biri, oxucu və tamaşaçılarına çatdırmaq istədiyi əsas fikirlərdən 
biri  Şərqə  məxsus  bu  zülmə  müqavimət  göstərməmək, 
mərhəmət,  vicdan,  fəlsəfəsinin  yeni  şəraitdəki  gücsüzlüyünü, 
vecsizliyini  sübuta  yetirmək  olmuşdur.  İblisin  dili ilə  deyilmiş 
aşağıdakı mənalı, istehzalı sözlər şairin bu etiraz və üsyanlarını 
çox aydın əks etdirirdi: 
 
Dərdə bax, millətə bax, qeyrətə bax! 
Ölülərdən ölülər feyz alacaq.
 2
 
 
Yuxarıda biz gördük ki, bu məsələ Cavidi, demək olar ki, ilk 
şeirlərindən  düşündürməyə  başlamışdı.  Burada,  ―İblis‖də  isə 
şair  həmin  məsələnin  daha  ətraflı,  bədii  həllini  vermək 
istəmişdi.  1925-1937-ci  illər  arasında  yazılmış  bir  sıra  başqa 
əsərləri  göstərir  ki,  bu  problem  şairi  sonralar  da  ciddi  məşğul 
etmişdir. 
―İblis‖də  Cavidin  oxucuya  çatdırmaq  istədiyi  ikinci  əsas 
fikir  isə  müharibə  tərəfdarlarının  mənfur  simasını  göstərmək 
olmuşdur.  ―İblis‖də  müharibə  fitnəkarları  kimlərdir?  Bu 
fitnəkarlarıi  bir  qismi,  şairə  görə,  ruhani  cildinə  girmiş 
müstəmləkəçi  Qərb  imperialistlərinin  casusları,  əmmaməli,  ağ 
başlı  ilanlar,  papaslar,  xaxamlardır.  İblisin:  ―Onların  tanrısı 
altundur,  əvət‖  sözləri  millətləri,  xalqları  bir-birinə  salışdıran 
bu  casusların  çirkin  niyyətlərini  açır.  Dünyanın  hər  hansı 
hissəsində  olursa-olsun  dinlə,  məzhəblə,  siyasətlə  əlaqədar 
olaraq  hər  hansı  bir  fırtına,  fitnə-fəsad  qopursa,  bu  casusların 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh, 368. 
2
 Yenə orada. səh, 376. 

 
151 
qanlı  əli  ilə  əmələ  gəlir.  Onlar  gah  Şərqdə  abid,  gah  Qərbdə 
zahid cildinə girirlər. Özlərini papa adlandırır, cənnət satır, gah 
bir  qazı  olub,  fitnələr  icad  edir,  gah  da  bir  mürşid  olub,  aləmi 
bərbad edirlər. Dünyanı çaxnaşdıran əsil iblisləri göylərdə yox, 
bu  ruhani  cildinə  girmiş  fitnəkarlar  arasında  axtarmaq  və 
görmək  lazımdır.  Əsərdə  İblisin  acı,  sarsıdıcı  kinayələri  bu 
fikrin aydınlaşdırılmasına xidmət edir: 
 
Həp din ilə, məzhəblə, siyasətlə cahanda  
Hər fırtına qopmuşsa, əvət, mən varam onda.  
Hər yerdə ki vardır əzəmət, qəhr ilə dəhşət,  
Hakimdir, o yerlərdə şu qarşındakı xilqət  
...Röya kimi hər an olaraq zahirü qaib, 
Mən Şərqdə abid olurum, Qərbdə rahib. 
Bir qazı olub, gah edərəm fitnələr icad, 
Bir mürşid olub, gah edərəm aləmi bərbad, 
Bəzən olurum bir papa!.. Cənnət sataram mən, 
İsa dirilib gəlsə də, qorxar qəzəbimdən.
 1
 
 
Müharibə fitnəkarlarının başqa: bir nəsli, şairə görə, dar və 
murdar  şəxsi  mənfəətləri  üçün  xalqları,  millətləri  əllərində 
oyuncağa  çevirən,  qanlı  vuruşmalarda  özləri  üçün  səadət 
axtaran, insanlıq sifətlərini itirmiş, vəhşiləşmiş başçılar, ―çılğın 
dərəbəylər‖,  ―kinli  krallar‖,  pul,  sərvət,  mənsəb  və  şöhrət 
düşkünü olan, idrakı sönük başçılar, dövlət və siyasət adamları, 
şahlar,  xaqanlar  və  onların  satın  alınmış  hərbçi  nökərləridir. 
İblisin kinayəli hücumları bir tərəfdən də bu fikrin bədii həllinə 
xidmət edir: 
 
Mənsiz də, əmin ol, sizə rəhbərlik edən var: 
Qan püskürən, atəş sovuran kinli krallar, 
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər, 
Altun və qadın düşkünü divanə bəbəklər, 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh 367-368. 

 
152 
 
Min hiylə quran tülkü siyasilər, o hər an — 
Məzhəb çıxaran, yol ayıran xadimi-ədyan. 
 
Onlar, əvət, onlar sizi çeynətməyə kafi, 
Kafi sizi qəhr etməyə, məhv etməyə kafi...
 1
 
 
―İblis‖də  başqa  surətlərə  nisbətən  realist  planda  verilmiş 
zabit  ibn  Yəmin  də  bu  tipli  fitnəkarlardan  biridir.  İbn  Yəmin 
―kefə  milyonlar  sərf  etmək‖  niyyəti  ilə  müharibəyə  qoşulmuş 
yırtıcı,  canavar  təbiətli  hərbçidir.  O,  çirkin  cinayətlərini 
doğrultmaq üçün özünə layiq xüsusi bir ―fəlsəfə‖ də tapmışdır. 
―Kim  güclü  isə,  o  yaşamalıdır;  həyat  daimi  mübarizədən 
ibarətdir‖.  İbn  Yəmin  vətənə,  millətə,  hətta  dostlarına  da  xain 
çıxmış  bir  qatildir.  Bununla  belə  o,  siyasət  aləmində,  dövlət 
yanında  yenə  də  ən  etibarlı  adam  sayılır.  İbn  Yəminin 
aşağıdakı  sözləri  həm  onun  özünün,  həm  də  məhz  ibn 
yəminlərə  arxalanan  hərbçi  dövlətlərin  simasını  çox  aydın 
göstərir: 
 
Bir böyük ordu, bir yığın insan 
Mənim uğrumda oldu həp qurban. 
Keyfə sərf eylədim də milyonlar, 
Yenə dövlətcə etibarım var.
 2 
 
İblis surətinə gəlincə, onun özünün dediyi kimi,  
―İblis nədir?‖ 
— Cümlə xəyanətlərə bais... 
Ya hər kəsə xain olan insan nədir? 
— İblis!
 3
 
 
                                                 
1
 
H. C a v i d. Seçilmiş əsərləri, səh. 383 -384.
 
2
 
Yenə orada, səh. 319.
 
3
 
Yenə orada, səh, 384.
 

 
153 
Yuxarıda dediyimiz kimi, bu mövhumi surət əsərdə məhz bu 
fikrin  sübuta  yetirilməsinə  xidmət  edir.  Abdulla  Şaiq  İblis 
surəti  haqqında  tamamilə  haqlı  olaraq  yazırdı  ki:  ―Cavidin 
İblisi  bildiyimiz  əsatiri  iblis  deyildir.  O,  ―atəşli  müəmma‖, 
insanlara  hər  cürə  fənalığı  yapdıran,  vəhşətlərə  sürükləyən 
maddi ehti- rasın simvoludur‖
 1

Oxucu  yaxşı  bilir  ki,  doğrudan  da,  birinci  imperialist 
müharibəsi  zamanı  ―qan  püskürən‖  şahlar  və  dərəbəylərlə 
yanaşı  satqın  ruhanilər  də  millətlər  arasında  ədavət  salmaqda 
çox  böyük cinayətlər  işləmişlər və  imperialist orduların hakim 
dairələrdən  olan  komanda  heyətinin  əsas  hissəsi  də  məhz  ibn 
yəminlər  kimi  kefə  milyonlar  sərf  edən  adamlardan  ibarət 
olmuşdur.  Hüseyn  Cavid  ―İblis‖  əsərində  bütün  bunları 
göstərməkdə  haqlı  idi.  Amma  bizi  düşündürməyə  bilməz  ki, 
―İblis‖  müəllifi  imperialist  müharibəsini  törədən  əsas 
qüvvələri,  imperialist  burjuaziyanı  və  müharibəyə  qarşı  duran 
əsas tarixi qüvvəni, proletariatı və onun mübarizəsini nə üçün 
göstərməmişdir?  Bu  sualın  cavabı  budur  ki,  haqqında  bəhs 
etdiyimiz  dövrdə  Hüseyn  Caviddən  bunu  gözləmək  olmazdı. 
Çünki  bu  dövrdə  o  hələ  dünyagörüşü,  məfkurəsi  etibarı  ilə  bu 
dərəcəyə  yüksələ  bilməmişdi.  Hələ  əsrin  ən  qabaqcıl 
ideyalarından  uzaq  olması  ucundan  idi  ki,  onun  müharibə 
əleyhinə  yazdığı  şeirlərdə,  bəzən  ötəri  halda  olsa  da, 
millətçilik, daha dəqiq deyilsə, türkçülük ideyalarının müəyyən 
təsirləri,  izləri  də  özünü  göstərirdi.  ―İblis‖də  də  türkçülük 
ideyalarına rəğbət bəsləyən Yaralı zabit və Kiçik zabit surətləri 
vardı  ki,  onlar  türk  ordusunun  həmlələrindən,  başqa  mil- 
lətlərdən  olan  ordular  üzərindəki  qələbələrindən  ruhlanıb, 
müharibədə  öz  millətləri  üçün  böyük  zəfərlər  arzusunda 
olduqlarını  bildirirdilər.  Lakin  Kiçik  zabit  və  Yaralı  zabit 
surətləri ilə  yanaşı Cavid  Türkiyənin  imperialist  müharibəsinə 
qoşulmasından  narazı  olan  Vasif  surətini  də  yaratmışdı.  Vasif 
Türkiyənin  ―xain  başçılarının‖  ―zavallı  türk  millətini‖  öz 
                                                 
1
 ―Maarif və mədəniyyət‖ məcmuəsi 1925, № 2. 

 
154 
əllərində  oyuncağa  çevirdiklərindən,  açıqdan-açığa  milləti 
uçuruma apardıqlarından danışır: 
 
  Mümkün deyil, əsla olamaz naili-amal, 
Etdikcə xəyanət əli bu milləti pamal. 
 ...İdrakı sönük başçıların qəfləti ancaq, 
       Etmiş, edəcək milləti həp əldə oyuncaq.
 1
 
 
Təbiidir  ki,  bu  sözlər  eyni  zamanda,  müəllifin  türklərin 
müharibəyə  qoşulmasının  əleyhinə  olduğunu  göstərirdi. 
Millətçilik,  türkçülük  azarına  tutulmuş  gənc  türklərin  Türkiyə 
inqilabının nailiyyətlərini ayaqlayaraq imperialist müharibəsinə 
qoşulduqları  bir  dövrdə  Cavidin  türklərin  qanlı  imperialist 
müharibəsinə  cəlb  olunmaları  əleyhinə  çıxması,  ―idrakı  sönük 
başçıların‖  türk  millətini  əllərində  oyuncağa  çevirmək 
istədiyini  göstərməsi  müsbət  bir  hadisə  idi.  Bütün  bunlarla 
bərabər,  ―İblis‖də  Yaralı  zabit  və  Kiçik  zabit  kimi  epizodik 
surətlərin  əsasən  müsbət  planda  verilməsi  Cavidin  bu  dövrdə 
türkçülük  ideyalarının  mənfi  təsirindən  tamamilə  xilas  ola 
bilmədiyini göstərirdi. 
 
* * * 
 
Ümumiyyətlə  yaradıcılığının  ikinci  dövründə  yazdığı 
əsərlərin  çoxunda,  xüsusən  ―İblis‖  faciəsində  sözün  fəlsəfi 
mənasında  ―həyat  mübarizəsi‖  məsələsi  Cavidi  çox 
düşündürmüşdür.  İnsanlıq  əsil  səadətə,  azadlığa,  sülh  və 
əmniyyətə  məhəbbət  ideyası  iləmi  nail  ola  biləcək,  yoxsa 
mübarizə ilə? Bu sual şairi sonrakı əsərlərində də çox məşğul 
etmiş  və  demək  olar  ki,  bir  çox  hallarda  onun  mənəvi 
böhranlarına səbəb olmuşdur. Onu da deyək ki, bu təkcə Cavidi 
deyil, 
ümumiyyətlə  XX  əsr  Azərbaycan  mütərəqqi 
romantiklərinin  hamısını  düşündürən  bir  məsələ  idi.  Cavidin 
                                                 
1
 H.Cavid. Seçilmiş əsərləri, səh, 324. 

 
155 
1918-ci  ildə  ―Bakı  ətrafı  fəhlə,  əsgər  və  matros  şurasının 
əxbarı‖ qəzetində nəşr etdirdiyi ―Haqqını sən mübarizə ilə ala 
bilərsən, yaxud həqiqi bir insanpərvərin ümum-zəiflərə xitabı‖
1
 
adlı şeiri göstərir ki, bu illərdə Cavid məzlumların xilası üçün 
mübarizə  yolunu  daha  üstün  tutmuşdur.  Lakin  bir  sıra  başqa 
əsərlər,  xüsusən  ―Peyğəmbər‖  pyesi  göstərir  ki,  şair  sonrakı 
illərdə  bu  məsələdə  yenə  tərəddüd  etmişdir.  Odur  ki,  ―Həyat 
mübarizəsi‖  məsələsinin  Cavid  tərəfindən  necə  anlaşıldığını 
izah etməyə ehtiyac vardır. 
1906-1917-ci 
illər 
arasında 
Azərbaycan 
mətbuatı 
səhifələrində bir mülahizəyə tez-tez rast gəlmək olurdu: ―Həyat 
mübarizə  meydanıdır‖.  1906-cı  ildə  Nəriman  Nərimanov 
məqalələrinin  birində  yazırdı  ki,  ―Zindəganlıq,  həyat  nə 
olmağını  keçmişdə  filosoflar,  şairlər  tövrbətövr  həll  edirdilər. 
Kimisi  həyat  daimi  bir  müharibədir  —  deyibdir,  kimisi  həyat 
mənasız bir şeydir — deyibdir..., kimisi həyat məhəbbətdir — 
yazıbdır‖.
 2
 
Haqqında  bəhs  etdiyimiz  dövrdə  Nərimanovun  işarə  etdiyi 
bütün  bu  köhnə  anlayışlar  yenidən  baş  qaldırmışdı.  Bunların 
əksinə  inqilabçı  demokrat  yazıçılar  bu  köhnə  fikirlərə  qarşı 
―həyat  mübarizə  meydanıdır‖  şüarı  ilə  zəhmətkeşləri  ictimai 
ədalətsizliyə, sinfi və milli əsarətə qarşı mübarizəyə  çağırırdı- 
lar.  Nərimanov  bu  məsələdən  bəhs  edərək  bu  nəticəyə  gəlirdi 
ki,  ―yaşamaq,  diri  olmaq  əql  və  qəlb  vasitəsilə  qaranlığın 
qüvvələrilə mübarizə etmək deməkdir‖
 3

Bu  fikir  sonralar  məşhur  inqilabçı  demokrat  Şeyx 
Məhəmməd  Xiyabaninin  də  əsərlərində  geniş  yer  tuturdu. 
Xiyabani  yazırdı  ki:  ―Təbiət  bir  ümumi  mübarizə  meydanıdır 
ki, burada qaliblər, zəfər çalanlar yaşamağa müqtədirdirlər. Bu 
böyük  vuruşda,  mübarizədə  gücsüzlər  və  zəiflər  yaşaya 
                                                 
1
 
Qeyd: Bu, 1916-cı ildə yazılmış və 1917-ci ildə ―Bahar şəbnəmləri‖ndə çap olunan ―Hərb və 
fəlakət‖ şeiri idi. Şair birinci variantda olan artıq yerləri ixtisar etmiş və müəyyən əlavələrlə 
yenidən nəşr etdirmişdir. 
2
 
―Həyat‖, 1906, № 109.
 
3
 
Yenə orada.
 

 
156 
bilməzlər‖
 1
.  ―Dünyada  həyat  qazanmaq,  həyatı  təmin  etmək 
üçün  gərək  acizlikdən,  zəiflikdən  uzaq  olasan.  Yaşamaq  üçün 
bütün  həyati  qüvvələri  insan  özündə  cəmləşdirməli  və 
səfərbərliyə  almalıdır‖
  2
.  Xiyabani  yazırdı  ki,  ―Bəşəriyyət 
aləmində  iki  şey  bir-biri  ilə  həmişə  mübarizədədir:  haqq  və 
zor...  Dünyadakı  bütün  bu  keşməkeşlər  və  xarabaçılıqlar  haqq 
ilə  zorun  düşmənçiliyi  nəticəsindədir.  Zoru  haqqa  tabe 
etməlidir...  Bəşəriyyət  heç  bir  vaxt  haqqı  ayaq  altına  almaq 
istəməmişdir...‖
 3
 
Həyat  mübarizəsi  haqqındakı  bu  inqilabi  demokratik 
anlayışın  tamamilə  əksinə  olaraq,  mürtəce  mühərrirlər  ―Həyat 
mübarizə  meydanıdır‖  şüarı  altında  XX  əsrin  ən  qatı  mürtəce 
nəzəriyyəsi  olan  sosial-darvinizmi  və  köhnə  maltusçuluğu 
yayır,  ―Həyat  daimi  müharibədən  ibarətdir‖,  ―insan  insana 
qurddur‖  prinsipinə  əsaslanıb,  bu  şüarlar  altında  irqçilik,  mil- 
lətçilik fikirlərini təbliğ edib, müstəmləkə zülmünə, imperialist 
müharibəsinə  haqq  qazandırırdılar.  Bu  təbliğat  1906-1907-ci 
illərdə füyuzatçılar tərəfindən başlanmışdı. Hələ o vaxt Əlibəy 
Hüseynzadə yazırdı ki: ―Əbnayi-bəşər ələl-qeyrəl-mütənahiyyə 
təkəssür  etməkdədir,  mübarizeyi-həyatın  da  səbəbi  budur‖
  4

Yaxud:  ―Dünya  və  həyat  bir  meydani-cəngdir.  Bütün  zihəyat 
daim  yek  digəri  ilə  rəqabət  və  mühiti-təbiiyyələri  ilə  müba- 
rizədə bulunur‖
 5

İmperialist  müharibəsi  ərəfəsində  mürtəce  mətbuatda  bu 
təbliğat  daha  güclənmişdi.  1912-ci  ildə  füyuzatçıların 
davamçısı,  ―İqbal‖  qəzeti  əməkdaşı  S.Eynullayev  bu  nəticəyə 
gəlirdi  ki:  ―Bəşər  arasında  mübarizə  hər  bir  yırtıcıdan,  hər  bir 
vəhşilər mübarizəsindən daha şiddətli olaraq davam etməkdədir 
                                                 
1
 
Qiyami Şeyx Məhəmməd Xiyabani, səh. 435.
 
2
 
Şərhi hali və iqdamati Şeyx Məhəmməd Xiyabani, be qələmn çənd nəfər əz dustani və 
aşinayani u, Berlin, əz intişarati İran-şəhr. Çapxaneyi İranşəhr, 1926. 
 
3
 
Q. M ə m m ə d ə l i. X i y a b a n i, Azərnəşr, Bakı, 1949, səh.153
 
4
 
―Füyuzat‖, 1907, № 16.
 
5
 
Yenə orada, 1906, № 1.
 

 
157 
və  edəcəkdir‖
 1
.  Eyni  müəllif  yenə  başqa  bir  yerdə  maltusçu- 
luğu  təbliğ  edərək  yazırdı:  ―Zərurəti-həyat  cəmiyyəti- 
bəşəriyyənin  artmasına  nisbətən  bir  çox  dəfə  ziyadəsilə  təzad 
ediyor...  Bu  səbəbdən  millətlərin  biri  digəri  üzərinə  hücum 
edib,  müharibə  açmağa,  onun  toprağını  almağa  və  kəndisini 
istila və istehlak etməyə məcbur olur‖
 2

Bütün 
bu 
nəzəri  əllaməlikdən  məqsəd  imperialist 
müharibəsini və millətçilik ideyasını açıqdan-açığa doğrultmaq 
idi.  Məsələn,  eyni  müəllif  həmin  ―İqbal‖  qəzetində  nəşr 
olunmuş  ―Mərakeşdə  qiyam‖  adlı  məqaləsində  fransız 
imperialistlərinin  Mərakeşdə  törətdikləri  cinayətlərə  haqq 
qazandırıb,  ümumiyyətlə  hər  hansı  bir  millətin  öz  mənafeyi 
xatirinə  başqa  bir  milləti  yer  üzündən  silməyə  çalışmasını 
―insan  təbiətindən  doğan  qanuni  bir  hal‖  adlandırırdı.  Mə- 
qalədə deyilirdi ki, ―bu xüsusda fransızlar zərrə qədər qəbahətli 
deyillər.  Onlar  kəndi  vəzifələrini  ifa  edir,  kəndi  mənfəətlərini 
müdafiə edirlər‖
 3

―Dirilik‖,  ―Şəlalə‖,  ―Açıq  söz‖  kimi  qəzet  və  jurnallar  da 
eyni yolla gedirdilər: XX əsri ―millətçilik əsri‖ adlandırıb, milli 
toqquşmanın, millətçilik ideyalarının guya tarixdən əvvəl, hələ 
―buz  dövründə‖  də  mövcud  olduğunu  və  millətlər  arasındakı 
mübarizənin  yeganə  tərəqqi  vasitəsi  olduğunu  sübuta  çalışır- 
dılar.  ―Şəlalə‖  jurnalında  deyilirdi  ki,  ―devri-cəmudiyyədən 
tutmuş,  milada  qədər  hər  kəsdə  milli  etiqad,  milli  hissin 
mövcud  olması  görünür.  Millətlərdə  kin  yaranarsa,  irəliləmək 
müyəssər olur‖
 4

Mürtəcelər  imperialist  müharibəsinin  ən  tüğyanlı  illərində 
―yeni  fəlsəfənin‖  murdar  mahiyyətini  daha  aydın  büruzə 
verərək 
irqçilik 
nəzəriyyəsinin 
―müsbət 
təcrübəvi‖ 
nəticələrindən  bəhs  edirdilər.  ―Açıq  söz‖  qəzetində  çap 
                                                 
1
 ―İqbal‖, 1912, № 30. 
2
 Yenə orada, № 8. 
3
 ―İqbal‖, 1912, № 32. 
4
 ―Şəlalə‖, 1914, № 12. 
 

 
158 
olunmuş  ―Millətlərin  irq  mübarizəsi‖  sərlövhəli  bir  məqalədə 
deyilirdi ki, müharibənin qələbəsi bir dövlətin, bir məmləkətin 
digər  dövlətə  və  ya  məmləkətə  qələbə  çalması  deyil,  bir  irqin 
digər irqi  yenməsi və basması demək olacaqdır. Hazırda caha- 
nın böyük və mədəni irqlərindən olan latın, anqlosakson, slav 
və alman irqləri mübarizə etməkdədirlər‖
 1

Bu sərsəm millətçilik, irqçilik və müharibə təbliğatına qarşı 
sosial-demokratlar 
ardıcıl  mübarizə  aparırdılar.  Sosial-
demokratlar  ―həyat  mübarizə  meydanıdır‖  dedikdə  siniflər 
mübarizəsini, hakim siniflərlə məhkum siniflər, bürokratiya ilə 
demokratiya  arasında  gedən  mübarizəni  nəzərdə  tuturdular. 
Onların  məqsədi  inqilabi  mübarizəni  davam  etdirmək,  zəh- 
mətkeş  kütlələri  feodalizm-kapitalizm  istismarından  xilas 
etmək idi. 
N.Nərimanov  1906-cı  ildə  rus  inqilabının  gələcək 
inkişafından  bəhs  edərək  yazırdı:  ―Bürokratlar  qansız  öz 
ixtiyarlarını  əldən  buraxmayacaqlar...  Barıtları  işə  vermək 
lazım  gələcəkdir.  İnqilab  təzədən  başlanacaqdır...  Rusiya 
torpağının qana bir də bulanması qandan xilas olmağına səbəb 
olacaqdır‖
 2

1912-ci  ildə  Bakıda  Həmid  Sultanovun  rəhbərliyi  ilə  nəşr 
olunan ―Bakı həyatı‖ qəzeti millətçilik və irqçilik fitnəkarlığına 
qarşı  sinfi  mübarizə  ideyasını  təbliğ  edərək  yazırdı:  ―Hər  bir 
məmləkətin əhalisi iqtisadi-məaş və güzəran cəhətincə növ-növ 
cəmiyyəti-ictimaiyyələrə  təqsim  olunurlar.  Məsələn,  mülkə- 
dar, əkinçi, fəhlə, sahibkar və yaxud sərmayədar, nücəba, əhli-
tüccar  və  qeyrə  və  bu  təbəqə  və  siniflərin  iqtisadi  mənafeləri, 
iqtisadi məqsədləri bir-birinə bilkülliyyə zidd və müğayir olur. 
Məsələn,  sərmayədar  istəyir  fəhləni  çox  işlətsin,  az  məvacib 
versin,  fəhlə  isə  buna  bərəks  olaraq  az  işləyib  çox  almaq 
qəsdindədir.  Mülkədar  öz  əkin  yerini  əkinçiyə  artıq  qiymətə 
icarəyə  vermək,  həm  də  onları  həmişə  özünə  müti  edib, 
                                                 
1
 
―Açıq söz‖, 1916, № 242.
 
2
 ―Həyat‖, 1906, № 122. 

 
159 
üstlərində  ağalıq  etmək  qəsdindədir.  Əkinçi  isə...  özünü  azad 
və  mülkədarın  töhmət  və  riyasətindən  xilas  etmək,  köləlik 
zəncirini  parçalamaq  xəyalındadır.  Və  həmçinin  nücəba  ilə 
əhli-sənaye və əhli-ticarət. Nücəba sinfi hər bir halda tüccar və 
əhli-sənayeyə  həqarətlə  baxıb  onların  tərəqqisinə  mümaniət 
göstərir,  məmləkətin  hökmranlığını  öz  əllərində  saxlamaqdan 
ötrü  bu  təbəqələrin  nüfuzunun  azalmağına  həmişə  ciddi-cəhd 
göstərirlər.  Bunlar  isə  öz  xeyirlərinə  çalışmaq üçün  nücəba  ilə 
daimi  mübarizədə  bulunurlar.  Hər  bir  sinif  hökuməti  əlinə 
keçirmək məqsədilə siyasi firqələr təşkil edib, bir-biri ilə daimi 
mübarizədə bulunurlar‖. Məqalədə deyilirdi ki, istər Avropada, 
istərsə  də  Rusiyada  baş  verən  bütün  inqilablar  müstəmləkə 
zülmünü  və  imperialist  müharibələrini  doğuran  səbəblərin 
hamısı həmin bu siniflər arasında olan ziddiyyətlərdən doğur
 1

Həyat  mübarizəsi  mövzusu  ümumiyyətlə  mütərəqqi  ro- 
mantiklərin,  o  cümlədən  H.Cavidin  də  yaradıcılığında, 
xüsusən, birinci imperialist müharibəsi illərində  çox geniş  yer 
tuturdu.  M.Hadinin  ―İnsanların  tarixi  faciəsi‖,  ―Hərb 
xatirələrindən‖,  ―Ey  zavallı  bəşər!‖,  ―Hərarətli  şeirlər‖, 
―Ulduzlara‖,  ―Hərbi-müsəlləs‖,  H.Cavidin  ―İblis‖,  ―Haqqını 
sən mübarizə ilə alarsan‖, A.Şaiqin ―İdeal və insanlıq‖ və sair 
bir çox əsərlərində bu məsələdən çox geniş bəhs olunmuşdur. 
Hər  şeydən  əvvəl,  demək  lazımdır  ki,  bu  məsələdə 
mütərəqqi  romantiklər  əksinqilabçı,  mürtəce  yazıçıların 
tamamilə ziddinə olan bir cəbhə tuturdular. Mürtəcelər ―həyat 
mübarizə  meydanıdır‖  —  dedikdə  irqçilik,  millətçilik, 
müharibə  ideyalarını  təbliğ  etdikləri  halda,  mütərəqqi 
romantiklər Məhəmməd Hadi kimi: 
 
Bir gözdə, bir nəzərdə tutulsun gərək miləl, 
Ta meyvəbəxşi-aləm ola şaxeyi-əməl — 
 
— deyə  yer üzünün bütün millətlərini qardaş olmağa, birləşib 
                                                 
1
 
―Bakı həyatı‖, 1912 № 3.
 

 
160 
qanlı müharibələrə son qoymağa çağırır, əsərlərində dönə-dönə 
imperialist  müharibəsinin  dəhşətlərini  göstərir,  əsarətdə  olan 
məzlum  millətlərin  müstəmləkə  zülmünə  qarşı  mübarizəsini 
alqışlayırdı.  Mütərəqqi  romantiklər  də  ―cahan  mübarizə 
səhrasıdır‖ deyirdilər.
 1
 Onlar da: 
 
Qüvvəyə bağlıdır aləmdə həyat  
Qüvvədən nəşət edir mövcudat, 
Qüvvətin varsa, yaşarsan məsud, 
Yoxsa, şəksiz olacaqsan nabud
 2
 — 
 
—  deyə  qüvvətli  olmağın,  həyat  mübarizəsində  qalib  gəl- 
məyin zərurətindən danışırdılar. Onlar da: 
 
 Qəvi acizi eyləyir payimal,  
 Həqiqət budur, başqa sözlər xəyal
 3
  
 
—  deyib  iki  qüvvənin,  hakim  qüvvələrlə  məzlumların 
çarpışdığını  söyləyirdilər.  Lakin  zorakılığı,  əsarəti,  köləliyi 
açıqdan-açığa  müdafiəyə  qalxışan  mürtəcelərin  tamamilə 
əksinə  olaraq,  mütərəqqi  romantiklər  ―mənfur  qüvvələr‖ 
dedikdə  təcavüzkar  qüvvələri,  imperialist  burjuaziyanı, 
müstəmləkəçi 
hakim 
millətləri, 
Şərq 
istibdadını, 
zəhmətkeşlərin  qanını  içən  burjua-feodal  aristokratiyasını; 
―məzlumlar,  zəiflər‖  dedikdə  isə  əsarətdə  olan  məhkum 
millətləri,  bütün  insanlıq,  vətəndaşlıq  hüquqlarından  məhrum 
edilən  zəhmətkeşləri  nəzərdə  tuturdular.  ―Həyat  mübarizə 
səhrasıdır‖  dedikdə  isə,  onlar  azadlıqla  əsarət,  qaranlıqla  işıq, 
zorla  haqq,  xeyirlə  şər  arasındakı  mübarizəni  nəzərdə 
tuturdular.  Bu  nöqteyi-nəzərdən  onlar  məzlumlara,  zəiflərə 
                                                 
1
 
M. H a d i, ―Füyuzat‖ 1907, № 18.
 
2
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin