AZƏrbaycan mġLLĠ elmlər akademġyasi hüseyn cavġDĠn ev muzeyġ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/21
tarix01.04.2017
ölçüsü2,8 Kb.
#13191
1   2   3   4   5   6   7   8   9   ...   21

        
Gülbəniz  BABAXANLI 

 
23 
                                         G Ġ R Ġ ġ 
 
Hüseyn Cavid ədəbi fəaliyyətə XX əvvəllərindən başlasa da, 
öz  əsərləri  və  görüşləri  haqqında  ədəbi  tənqidin  ilk  sözünü 
sovet  dövründə  eşidən  yazıçılardandır.  İnqilabdan  əvvəlki 
mətbuatda  Cavid  haqqında  heç  bir  tənqidi  mülahizəyə  təsadüf 
etmirik. Onun yaradıcılıq taleyi ilə birinci dəfə marksist tənqidi 
məşğul  olmuşdur.  Bu  təsadüfi  deyildi.  İnqilaba  qədər  Cavidin 
əsərlərinin  ancaq  az  bir  hissəsi  nəşr  olunmuşdu.  Şairin 
dramlarından  heç  biri  tamaşaya  qoyulmamışdı.  Cavid  bir 
dramaturq  kimi  ilk  dəfə  əsasən  sovet  dövründə  səhnə  üzü 
görmüşdür. 1921-ci ildən başlayaraq 1936-cı ilə qədər Cavidin 
―Şeyda‖,  ―Şeyx  Sənan‖,  ―İblis‖,  ―Uçurum‖,  ―Knyaz‖, 
―Səyavuş‖  və  başqa  dramları  müxtəlif  quruluşda  həmişə 
Azərbaycan  teatrlarının  repertuarında  xüsusi  yer  tutmuşdur. 
Cavidin bir dramaturq kimi  inkişafına, kamilləşməsinə kömək 
edən  də  yenə  sovet  səhnəsi  olmuşdur.  Yazıçı,  demək  olar  ki, 
özünün  bütün  əsas  əsərlərinin  kütləvi  nəşrini  ancaq  sovet 
dövründə görmüşdür. 
İnqilabdan  əvvəl  Cavidin  şəxsi  həyatı  da  çox  ağır  keçmiş, 
şair  həmişə  maddi  ehtiyac  duymuş,  əsərlərini  vaxtlı-vaxtında 
nəşr  etdirə  bilməmişdir;  o  bir  müəllim  kimi  daimi  iş  yeri  tapa 
bilməmiş,  şəhərdən-şəhərə  köçmüş,  hətta  bir  müddət  ehtiyac 
ucundan  Gəncədə  dəmir  yolunda  mühasiblik  etməyə  məcbur 
olmuşdur. Sovet  hakimiyyəti illərində isə Cavid  həmişə qayğı 
ilə  əhatə  olunmuş,  hər  gün  yeni  bir  əsərini  səhnədə,  yeni  bir 
şeirini  mətbuatda  görməyə  müvəffəq  olmuş,  nəhayət,  sovet 
yazıçısı kimi şərəfli bir ada layiq görülmüş, Azərbaycan Sovet 
Yazıçıları İttifaqı üzvlüyünə qəbul edilmişdir. Deməli, Hüseyn 
Cavid  əsil  şairlik  şöhrətini  və  hörmətini  sovet  dövründə 
qazanmışdır. 
Bütün  bu  ümumi  qayğıkeşilyə  uyğun  olaraq  Sovet 
hakimyyətinin  ilk  illərindən  başlayaraq  Sovet  Azərbaycanının 
tənqidçi və yazıçıları da Cavidin yaradıcılığını diqqətlə izləmiş 

 
24 
və  demək  olar  ki,  onun  hər  bir  yeni  əsəri  haqqında  məqalələr 
yazmış,  fikir  söyləmiş,  xeyirxah  bir  niyyətlə  onun  əsərləri  və 
görüşlərində  olan  müvəffəqiyyət  və  nöqsanları  göstərmişlər. 
Bu  obyektiv  elmi  tənqidin  də  şairin  yaradıcılıq  inkişafına  çox 
müsbət təsiri olmuşdur. 
Cavidin  görüşlərində  olan  bütün  ziddiyyətlərdə,  onun 
yaradıcılığında  müəyyən  dövrdə  əmələ  gələn  tərəddüdlərə, 
hətta  ciddi  ideya  səhvlərinə  baxmayaraq,  xalqımız,  qabaqcıl 
ziyalılarımız 
və 
ədəbi-bədii 
təşkilatlarımız 
Cavidin 
xidmətlərini və gələcəyini də unutmayaraq onun yaradıcılığına 
həmişə geniş ürəklə, qayğı ilə yanaşmışdır. 
Azərbaycan  sovet  tənqidi  Cavidin  istedad  və  sənətkarlığını 
qiymətləndirməklə  bərabər,  həmişə  onun  qarşısına  yeni 
tələblər, vəzifələr qoymuş və şairin yaradıcılıq çətinliklərindən 
qurtarması  üçün  yollar  göstərməyə  çalışmışdır.  Bununla  belə 
Cavid 
yaradıcılığına 
marksist  münasibətin  birdən-birə 
yarandığını demək olmaz. 
Cavidin  yaradıcılığı  ilə  məşğul  olan  ilk  sovet  tənqidçisi 
Hənəfi Zeynallıdır. O, 1923-1926-cı illərdə ―Şeyda‖ xüsusunda 
qısa  bir  mülahizə‖,  ―Şeyx  Sənan‖  haqqında  mülahizələrim‖, 
―Cavidin  Peyğəmbəri  haqqında  mülahizələrim‖  məqalələrini 
yazmışdı
1
.
 
Məqalələrin  adından  da  göründüyü  kimi, 
H.Zeynallının  mülahizələri  əsasən  şairin  inqilabdan  əvvəl 
yazdığı  əsərlər  haqqında  idi.  Tənqidçinin  xüsusən  ―Şeyx 
Sənan‖,  ―Şeyda‖  və  ―Maral‖  haqqında  mülahizələri,  təhlilləri 
maraqlı  idi.  O,  haqlı  olaraq,  ―Şeyx  Sənan‖ı  ruhaniliyi, 
fanatizmi, bütün köhnəlmiş din və təriqətləri rədd edən bir əsər 
hesab  edir,  ―Şeyda‖  faciəsində  şairin  inqilabçılara  rəğbət 
bəslədiyini,  ―Maral‖da  feodal  zülmünü  və  əxlaqını  ittiham 
etdiyini,  qadın  hüququnu  müdafiə  etdiyini  göstərirdi. 
H.Zeynallı Cavidin Şeyda kimi romantik qəhrəmanlarında olan 
zəif  cəhətləri,  ziddiyyətləri,  tərəddüdləri  də  meydana  çıxarır, 
tənqid  edirdi.  Bütün  bunlarla  bərabər,  H.Zeynallı  çox  vaxt 
                                                 
1
Bax: ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1923 № 1, 2; 1926, № 9, 10, 11, 12
  

 
25 
Cavidin  yaradıcılığına  birtərəfli  yanaşırdı.  Onun  bu 
məqalələrində  1920-1926-cı  illərdə  yeni  həyata  çox  laqeyd 
münasibət  bəsləyən  Cavidə  keçmiş  xidmətlərinə  görə  bir  növ 
bəraət  qazandırmaq  meyli  var  idi.  Bu  illərdə,  demək  olar  ki, 
H.Zeynallı  özü də hələ  marksist  estetikası və ədəbi  tənqidinin 
prinsiplərini  tamamilə  mənimsəyə  bilməmişdi.  Buna  görə  də 
tənqidçi  səhv  olaraq  Cavidin  ―Peyğəmbər‖  əsərində  də  ―çox 
parlaq‖  bir  müasirlik  görür,  bu  əsərdəki  mücərrəd 
insanpərvərliyin,  köhnəlmiş  panteist  görüşlərin  və  dini 
modernizə  etmək  təşəbbüslərinin  də  müasir  inqilabi  ideyalarla 
səsləşdiyini iddia edirdi. 
H.Cavidin  yaradıcılığına  ilk  dəfə  nisbətən  düzgün  qiymət 
verən  tənqidçi  Mustafa  Quliyev  olmuşdur.  1926-cı  ildən 
başlayaraq  Cavidin  yaradıcılığını  diqqətlə  izləyən  M.Quliyev 
şairin ayrı-ayrı əsərlərinin təhlilinə xüsusi məqalələr həsr etmiş 
başqa  məqalələrində  də  Cavidin  hər  bir  yeni  əsərinə  öz 
münasibətini bildirməyə çalışmışdır. 
M.Quliyev  müasir  ədəbiyyatın  vəziyyəti  və  gələcək 
perspektivlərinə  partiya  və  dövlət  nöqteyi-nəzərindən  yanaşan 
bir  mədəniyyət  xadimi  idi.  O,  Cavidin  də  əsərlərinə  bu 
cəbhədən  yanaşır  şairə  təsir  etməyə,  Cavidin  yaradıcılığına 
xalqın mənafeyinə və müasir ədəbiyyatın tələblərinə uyğun bir 
istiqamət  verməyə  çalışırdı.  O, Cavidin səhv  addımlarına  görə 
hamıdan artıq kəskinliklə, bəzən də çox amansız şəkildə tənqid 
edirdi.  Lakin  bu,  əsasən,  səmimi,  haqlı,  ədalətli  və  hər  cür 
yersiz  hücumlardan  qərəzçilikdən uzaq olan obyektiv marksist 
tənqid  idi.  M.Quliyev  şairin  yalnız  səhvlərini  əsas  götürüb, 
onun  sənəti  haqqında  birtərəfli  mülahizələr  yürütmürdü; 
Cavidin  keçdiyi  yaradıcılıq  yolunun  mürəkkəbliyini  nəzərdə 
tutaraq  onun  qarşısında  yeni  tələblər  qoyurdu.  O,  Cavidin 
inqilabdan əvvəlki yaradıcılığını qiymətləndirir, başqaları kimi 
heç də onu dəlilsiz-sübutsuz ―füyuzatçı şair‖, ―mürtecə  burjua 
romantiki‖  adlandırmırdı.  Çünki  dünyagörüşü  və  sənəti 

 
26 
etibarilə Cavid həmişə mürtəce romantizmdən uzaq olmuşdu
 1

―Füyuzat‖da  isə  şair  gəncliyində  təkcə  bir  şeir  çap  etdirmişdi 
ki, bu şeirin də məzmunca ―Füyuzat‖ın ideya istiqaməti ilə heç 
bir  əlaqəsi  yox  idi.  M.Quliyev  ―Şeyda‖  faciəsini  nəzərdə 
tutaraq  Cavidin  1917-1918-ci  illərdə  inqilaba  xüsusi  rəğbət 
bəslədiyini,  ―inqilabın  qarşısında  səcdə  etdiyini‖  də  qeyd 
edirdi.  Tənqidçinin  nəzərində  H.Cavid  burjua-dvoryan  ictimai 
quruluşundan  narazı  olan,  burjua-mülkədar  dünyagörüşünün 
puçluğunu  dərk  edən,  bununla  belə  1926-cı  ilə  qədər  proletar 
inqilabı  ideyalarını  da  çətinliklə  mənimsəyən  yazıçılardan  biri 
idi. 
M.Quliyev tamamilə haqlı olaraq belə hesab edirdi ki, Cavid 
kimi yazıçıları yersiz hücumlarla yeni həyatdan uzaqlaşdırmaq 
yox,  əksinə  onların  proletar  inqilabı  cəbhəsinə  keçməsinə 
kömək  etmək  lazımdır.  Bu  kömək  də  quru  təriflərdən  ibarət 
olmayıb,  kəskin  marksist  tənqid  yolu  olmalı  idi.  O  yazırdı  ki: 
―...biz  Cavid  kimi  şairlərdən  inqilab  tərəfinə  keçməyi  tələb 
edirik. İnqilab treni var qüvvəsi ilə qoşur. Əziz şairlər, inqilab 
dalğaları üzərində daha yuxarı qalxa bilərsiniz‖
 2
. Bu, keçmişdə 
burjua-mülkədar  zülmündən  fəryad  edən,  köhnə  ictimai 
quruluş  alt-üst  olandan  sonra  isə  gec-tez  proletar  inqilabı 
cəbhəsinə  keçəcəklərinə  heç  bir  şübhə  qalmayan  Cavid  kimi 
yazıçılara  düzgün  marksist  münasibət  idi.  Mustafa  Quliyevin 
belə yazıçılara münasibətində diqqəti cəlb edən başqa bir cəhət 
də  var  idi:  tənqidçi,  eyni  zamanda,  nəzərdə  tuturdu  ki,  bu 
yazıçıların sosialist inqilabı cəbhəsinə keçməsini arxayınçılıqla 
oturub gözləmək də olmaz. Bu məqsədə nail olmaq üçün onları 
hərəkətə  gətirmək,  onlara  sağlam  və  tələbkar  inqilabi  tənqid 
yolu ilə təsir etmək lazımdır, onların hər bir səhvini və bu səhvi 
düzəltmək yollarını göstərmək lazımdır. 
Cavidin  1920-1926-cı  illərdə  yeni  həyatdan  heç  nə 
yazmaması,  əsərlərində  yeni  cəmiyyət  quruluşuna  öz 
                                                 
1
 Bax: Azərbaycan ədəbiyyatı tarixi,  II cild, Bakı, 1960 ―Romantizm‖ bəhsi. 
2
 ―İnqilab və mədəniyyət‖ məcmuəsi, 1928, № 8-9. 

 
27 
münasibətini  aydın  bildirməməsi  bütün  ədəbi  ictimaiyyəti, 
eləcə də M.Quliyevi çox narahat edirdi. Tənqidçi, haqlı olaraq, 
Cavidin  xalq  tarixinin  ən  məsuliyyətli  bir  dövründə  böyük, 
cahanşümul  ictimai-siyasi  hadisələrə  laqeyd  qalmasını  onun 
yaradıcılığında və görüşlərində ciddi, bağışlanılmaz bir gerilik 
hesab  edirdi.  Xüsusən  Cavidin  1926-cı  ildə  ―Topal  Teymur‖ 
əsərini nəşr etdirməsini nəzərdə tutaraq M.Quliyev qeyd edirdi 
ki,  Cavidin  belə  bir  əsəri  yazması  ―onun  inqilabi  yaşayış 
məsələlərinin həllindən üz çevirdiyini göstərir‖
 1

―Hüseyn Cavidin ―Uçurumu‖ məqaləsində M.Quliyev şairin 
inqilabdan  əvvəl  yazıb,  ilk  dəfə  1926-cı  ildə  nəşr  etdirdiyi 
―Uçurum‖ faciəsini də ətraflı təhlil etmiş və əsərin nöqsanlarını 
göstərmişdir. Kəskin tənqidləri ilə şairə kömək etməyə çalışan 
M.Quliyev  onun  yeni  həyata  yaxınlaşması,  yeni  ideyaları 
mənimsəməsi  üçün  qayğı  bəsləyir,  təkidlə  şairi  müasir  həyata 
doğru səsləyirdi; o, nədən yazmaq, necə yazmaq haqqında şairə 
məsləhət  verməkdən  də  çəkinməyib  deyirdi  ki,  ―Cavid  müasir 
həyatın 
böyük 
məsələləri, 
möhtəşəm 
vəzifələri 
ilə 
yaşamalıdır‖
2

Bu illərdə bəzi sadəlövh Cavid kimi yazıçılara elə baxırdılar 
ki,  guya  bu  yazıçılar  marksizmi  çox  yaxşı  bilə-bilə  ona  əməl 
etmək istəmirlər. M.Quliyev belə sadəlövhlükdən çox uzaq idi 
ki,  bu  da  onun  tənqidinin  ən  yaxşı  cəhətlərindən  biri  idi.  Bu 
zaman  həm  klassiklərə,  həm  də  müasir  təcrübəli  yazıçılara 
haqsız  hücumlar  edən  təsadüfi  savadsız  ―tənqidçilər‖  də 
tapılırdı.  İ.Cahangirov  yazırdı  ki:  ―Cəfər  Cabbarlının  ―Aydın‖ 
və  ―Oqtay  Eloğlu‖  əsərləri  Şura  hökumətinə  tamamilə  zidd 
əsərlərdir.  Məhəmməd  Hadi  və  Hüseyn  Cavid  burjuaziyasının 
şeypur çalanlarıdır‖. ―İblis‖də bütün varlıq inkar edilir. Burada 
insanlar da iblis olaraq göstərilir. ―Şeyx Sənan‖ bir sözlə bütün 
                                                 
1
 ―İnqilab və mədəniyyət‖ məcmuəsi, 1928, № 11. 
2
 ―Maarif və mədəniyyət‖ məcmuəsi, 1926, № 11. 

 
28 
dünyada islam dinini nəşr etdirmək istəyir‖
1
. Belə cızmaqaralar 
ədəbi  hadisələrə,  özünəməxsus  yaradıcılıq  yolu  ilə  gedən 
sənətkarlara, qeyri-elmi, yanlış münasibətin nəticəsi idi. 
M.Quliyev  təcrübəli  yazıçılara,  çığırdaşlara  münasibətdə 
partiya  göstərişlərini  əsas  tutaraq  belə  hesab  edirdi  ki,  Cavid 
kimi  orijinal  bir  sənətkarı  zorakılıqla  müasir  ədəbi  həyatdan 
uzaqlaşdırmaq, əsassız olaraq onu düşmən cəbhəsinə atmaq və 
öz  çirkin  fikirlərini  yaymaq  üçün  Azərbaycan  şairinin 
nüfuzundan  sui-istifadəyə  çalışan  düşmənə  imkan  vermək 
böyük səhvdir, ədalətsizlikdir, partiyanın ədəbiyyat sahəsindəki 
siyasətinə ziddir. 
Cavidin gec-tez sosialist quruluşunun böyük əməllərini dərk 
edəcəyinə, yeni yaradıcılıq yolu tutacağına, yeni ədəbi hərəkata 
qoşulacağına  şübhə  ola  bilməzdi.  Onun  yaradıcılığının  və 
görüşlərinin  təbii  istiqaməti  buna  ümid  verirdi.  İnqilabdan 
əvvəl  Cavid,  bütün  ziddiyyətlərinə  baxmayaraq,  burjua-
mülkədar  münasibətlərinə  və  əxlaqına,  dini  təəssübkeşliyin 
müdafiəçisi 
olan 
ruhaniliyə, 
beynəlxalq 
imperializmə, 
müstəmləkə  əsarətinə  nifrət  bəsləyən  və  zəhmətkeşlərin 
―füqərayi-kasibənin‖  faciəli  taleyini  düşünən,  inqilaba  rəğbət 
bəsləyən radikal xırda burjua görüşlü yazıçılardan biri idi. Belə 
bir  yazıçı  üçün  sosialist  inqilabı  ideyalarına  yaxınlaşmaqdan 
başqa bir yol ola bilməzdi. Marksist tənqidçilər üçün bu aydın 
bir həqiqət idi. 
Cavidin  inqilabdan  əvvəlki  yaradıcılığı  çox  ziddiyyətli  idi. 
Onun  görüşlərində  müəyyən  dərəcədə  burjua  mövhumatı, 
mücərrəd ―azadlıq‖ ideyaları, fərdiyyətçilik var idi. Şair ―Topal 
Teymur‖  kimi  məfkurəcə  nöqsanlı  bir  əsəri  yazdığı  illərdə  də 
bu  burjua  mövhumatı  təsirlərindən  hələ  xilas  ola  bilməmişdi. 
Lakin  20-ci  illərə  qədərki  Cavid,  bütün  qüvvətli  və  zəif 
cəhətləri  ilə  bərabər,  köhnə  cəmiyyət  quruluşunun  yaratdığı 
Cavid  idi.  Yeni  şərait,  sovet  varlığı,  inqilabi  ideyalar  isə 
                                                 
1
 İ.Cahangirov. ―Azərbaycan Dövlət Bədaye Teatrı‖, Bakı, Azərnəşr, 1923, 
səh. 67-79. 

 
29 
Cavidi, tədriclə də olsa, dəyişirdi, yeni Cavid hazırlayırdı. Həm 
də  bu  dəyişiklik  bir  şairin  yox,  bütün  təcrübəli  yazıçıların, 
cığırdaşların  yaradıcılığında  aydın  görsənirdi.  Bir  çoxları  bu 
həqiqəti görmürdülər. Onlar ancaq keçmiş Cavidi nəzərdə tutur 
və  öz  aləmlərində  ona  ―müasir  tələblər‖  nöqteyi-nəzərindən 
yanaşır,  onun  keçmiş  yaradıcılıq  ideyalarını  yeni  cəmiyyət 
quruculuğuna qarşı qoyurdular; şairin yeni həyata münasibətini 
―İblis‖,  ―Şeyda‖,  ―Şeyx  Sənan‖  əsərləri  ilə  ölçürdülər. 
Ümumiyyətlə  bədii  yaradıcılığın  mürəkkəb  bir  hadisə 
olduğunu, ədəbi prosesin dialektikasını başa düşürdülər. Bunlar 
şəraiti, 
sovet 
varlığının 
böyük 
təsir 
gücünü 
qiymətləndirməyənlər,  şüuru  varlıqdan  irəli  tutanlar  idi. 
M.Quliyev  isə  bəzən  yazılarında  ―solçuluğa‖  yol  verməsinə 
baxmayaraq,  belə  düzgün  bir  prinsipə  əsaslanırdı  ki,  varlıq 
bədii  şüuru  dəyişdirməyə  qadirdir.  Buna  görə  də  bütün  başqa 
marksist  yazıçılar,  tənqidçilər  kimi,  o  da  Cavidi  vurub  aradan 
çıxarmağa  yox,  dəyişməkdə,  yeni  cəmiyyət  quruculuğu 
uğrunda  mübarizəyə  qoşulmaqda  ona  kömək  etməyə  çalışırdı. 
O,  şairin  yeni  bir  yaradıcılıq  istiqaməti  tutacağına  ümidini 
itirmirdi.  Belə  də  oldu:  artıq  20-ci  illərin  ortalarından  Cavidin 
yaradıcılığında və dünyagörüşündə ciddi bir dönüş başlandı. 
Şairin  marksist  tənqidçiləri  bu  dönüşü  diqqətlə  izləyirdilər. 
Cavid  ―Azər‖  poemasından  ilk  parçaları  nəşr  etdirdiyi  zaman 
M.Quliyev  yazırdı  ki,  ―bu  axır  zamanlarda  Hüseyn  Cavidin 
―Azər‖  adlı  yeni  əsəri  dərc  edilir...  ―İnqilab  və  mədəniyyət‖ 
məcmuəsində  dərc  edilən  parçalara  istinad    edərək  Cavidin 
―Teymurləng‖  yolundan  çıxıb,  yeni  yol  aradığını  qeyd  etmək 
olar‖
1
.  Doğrudan  da,  ―Azər‖  poeması  nəinki  Cavidin 
yaradıcılığında, 
ümumiyyətlə 
1926-1930-cu 
illərin 
poeziyasında  mühüm  ədəbi  hadisələrdən  biri  idi.  Hərçənd  bu 
əsərin  məziyyətlərinin  o  zaman  layiqli  qiymətləndirildiyini 
iddia 
etmək 
olmaz; 
bununla 
belə 
―Azər‖in  şairin 
                                                 
1
 ―İnqilab və mədəniyyət‖ məcmuəsi, 1928, № 8-9. 

 
30 
yaradıcılığındakı  dönüşün  başlanğıcı  kimi  qiymətləndirilməsi 
də az əhəmiyyətli deyildir. 
Cavidin  qardaş  gürcü  xalqının  Sovet  hakimiyyəti  uğrunda 
mübarizəsindən  bəhs  edən  ―Knyaz‖  (1929)  əsəri  ədəbi 
ictimaiyyəti, 

cümlədən 
də 
M.Quliyevi 
daha 
çox 
sevindirmişdi.  Həmin  ildə  nəşr  etdirdiyi  bir  məqaləsində 
M.Quliyev  yazırdı:  ―Nəhayət,  Azərbaycan  şairi  Hüseyn  Cavid 
bizim  inqilab  qatarımıza  oturdu.  O  ağır,  çətin  ağrılardan 
sonra...  Şura  Gürcüstanında  inqilab  hadisələrini  az-çox  təsvir 
edən belə bir pyes doğdu...
1

  
  
H.Cavidin yaradıcılığını izləyən yazıçılardan biri də Hüseyn 
Mehdi  idi.  H.Mehdi  Cavidin  yaradıcılığı  və  əsərləri  haqqında 
ilk  mülahizələrini  1933-1934-cü  illərdə  irəli  sürmüşdür.  Bu 
illərdə  artıq  Cavid  ―Azər‖dən  bir  çox  parçalar  nəşr  etdirmiş, 
―Knyaz‖, ―Səyavuş‖, ―Şəhla‖, ―Telli saz‖ dramlarını yazmış və 
sovet  yazıçısı  kimi  tanınmışdı.  Odur  ki,  H.Mehdinin,  hər 
şeydən  əvvəl,  şairin  yaradıcılığında  və  görüşlərində  əmələ 
gələn  dönüşü,  məfkurəvi  inkişafı  sovet  varlığının  şairin 
yaradıcılığına göstərdiyi müsbət təsir ilə izah edərək yazırdı ki, 
―Proletar  hakimiyyəti  Cavid  kimi  yazıçıların  yenidən  doğuşu 
və  inqilab  səngərinə  keçə  bilməsi  üçün  bütün  imkanları 
yaratmış,  yaşamağa  haqlı  olan  əsil  gözəl  sənətin  yaradılışı, 
çiçəklənməsi üçün geniş yollar açmışdır‖
2
.
  
 Müəllif qeyd edirdi 
ki,  Cavidin  də  ―birdən  birə  gəncləşməsinə‖,  ―irəliyə‖  doğru 
addım  atmasına  ―şairin  az-çox  inqilabi  ideyalarla  tənəffüs 
etməsi
3

  
 səbəb olmuşdur. 
H.Mehdi  də  Cavidin  yaradıcılığındakı  dönüşün  ―Azər‖dən 
çap  olunmuş  parçalar  ilə  başlandığını  söyləyir.  ―Knyaz‖ 
dramını  şairin  ―proletar  inqilabına  doğru  gəldiyini  ifadə  edən, 
menşeviklərin çirkin simasını açan‖, ―istismara qarşı dərin bir 
kin ifadə edən‖ əsər kimi qiymətləndirir və yazırdı ki, ―azadlıq 
                                                 
1
 ―İnqilab və mədəniyyət‖ məcmuəsi, 1928, № 8-9. 
2
 Yenə orada, 1923, № 1. 
3
 Yenə orada.
 

 
31 
uğrunda  mübarizədə  istismarçıları  əzib  məhv  etmək  üçün 
müsəlləh  üsyan  və  gərgin  mübarizə  fikrini  irəli  sürməsi 
Cavidin  ―Knyaz‖  əsərinin  ən  müsbət  cəhətlərindən  biridir‖
1
.
 
 
H.Mehdi  ―Azər‖dən  parçaları  və  ―Knyaz‖ı  nəzərdə  tutaraq 
qeyd  edirdi  ki,  bu  əsərləri  yazdığı  illərdə  ―proletariatın 
kimsədən  gizli  olmayan  sinfi  siyasəti  Cavidə  artıq  əvvəlki 
qədər  yabançı  deyildi,  bəlkə  qismən  yaxın  idi.  Çünki  Cavid 
istismarın qatı düşməni olmağa başlamışdı‖

.
 
 
H.Cavid inqilabdan əvvəl də zülmə, istismara ikrah hissi ilə 
yanaşırdı. Lakin o zaman bu, sadəcə bi narazılıq, şikayət olaraq 
qalmış, qəti, aydın və mübariz bir ideya şəklini ala bilməmişdi. 
Şairi  istismarın  qatı  düşməninə  çevirən  ancaq  yeni  həyatın 
təsiri idi və tənqidçi bu cəhəti xüsusi qeyd etməkdə haqlı idi. 
H.Mehdi Cavidin 1933-cü ildə yazdığı ―Səyavuş‖ əsərini də 
şairin məfkurəvi-bədii inkişafında ―irəliyə doğru daha yeni bir 
addım‖  hesab  edirdi.  O,  ―Səyavuş‖u  ―bir  çox  qiymətli,  odlu 
misralarla zəngin‖ olan, ―Cavidi gəncləşdirən‖,  ―yeni tipli‖ bir 
əsər adlandırıb, bu nəticəyə gəlirdi ki, ―Cavidin ―Səyavuş‖dakı 
ən müsbət cəhətlərindən biri Səyavuşun şəxsi ixtilaflarını təşrih 
etməyə çalışmasıdır. Bu nöqtədə Cavid həqiqi bir sənətkar kimi 
meydana  çıxır.  ―Səyavuş‖da  Cavid  ―köləlik  dünyasını 
canlandırmış‖,  feodalizm  üsuli-idarəsinin  bir  sıra  mühüm 
nişanələrini  göstərmişdir.  Cavid  göstərmişdir  ki,  əsil  insanlar 
əli qabarlı, bir qrup istismarçıların zövqünü təmin etmək üçün 
alın təri axıtmağa məcbur edilən əməkçilərdir‖
3
. Sonra tənqidçi 
yazırdı ki, ―...Cavid, eyni zamanda, əsil qəhrəmanların əməkçi 
kütlələrdən,  bu  əsil  insanlar  içərisindən  çıxdığını  göstərməyə 
çalışmışdır‖
 4

Bütün  bunlarla  bərabər,  H.Mehdinin  Cavid  haqqındakı  ilk 
məqalələrində  şairin  yaradıcılığının  sinfi  kökləri  və  onun 
romantizmi  haqqında,  ötəri  şəkildə  deyilmiş  olsa  da,  birtərəfli 
                                                 
1
 H.Mehdi. Cavid haqqında bir neçə söz, ―Səyavuş‖, Bakı, Azərnəşr, 1934, müqəddimə. 
2
 Yenə orada. 
3
 Yenə orada. 
4
 Yenə orada. 

 
32 
və  tənqidçinin  əsas  fikirləri  ilə  ziddiyyət  təşkil  edən 
mülahizələr  də  var  idi.  H.Mehdi  bir  tərəfdən  Cavidin  keçmiş 
romantizmindən  danışanda,  başqa  tənqidçilərdən  fərqli  olaraq, 
bu  romantizmi  ―mücadiləçi  romantizm‖  adlandırdı
1  
.  O  bu 
romantizmdə realist ünsürlər də görüb, qeyd edirdi ki, ―Cavidin 
romantizmi  çox  zaman  canlı  həyatdan  uzaqlaşmağa  meyl 
göstərən  sənətkarın  romantizmi  olmuşdur,  lakin  bu  heç  də 
Cavidin fantaziya aləminə qapılmış olduğu iddia etmək deyil
2
‖. 
Digər  tərəfdən,  müəllif  şairin  keçmiş  yaradıcılıq  metodundan 
danışarkən bəzən bu metodu ―burjua romantizmi‖ adlandırırdı
3

O belə hesab edirdi ki, sovet dövründəki  yaradıcılığı ilə Cavid 
özünün  keçmiş  ―burjua  romantizmini  məğlub  edərək  realizmə 
yaxınlaşmışdır‖. H.Mehdi bununla Cavidin 1926-cı ildən sonra 
yazdığı əsərlərdəki romantizmin artıq ―yeni keyfiyyətli‖, ―yeni 
ünsürlərə  malik‖,  az-çox  real  həqiqətlərdən  doğan  bir 
romantizm  olduğunu  sübut  etməyə  çalışırdı.  Bu  niyyətində 
tənqidçi  haqlı  idi.  Həqiqətən  ―Azər‖,  ―Knyaz‖,  ―Səyavuş‖ 
müəllifi olan ―gəncləşmiş‖ Cavidin romantizmi və romantikası 
―keçmiş  Cavidin‖  romantizmindən  və  romantikasından  kəskin 
surətdə  fərqlənirdi.  Çox  güman  ki,  H.Mehdi  ―mücadiləçi 
romantizm‖  sözləri  ilə  ―mürtəce  burjua  romantizmi‖, 
―feodalizm  ilə  mübarizə  aciz,  zəif  olan  burjua  yazıçısı‖ 
sözlərinin  bir  araya  sığmadığını,  birinci  tərifin  Cavid 
romantizmi  üçün  daha  səciyyəvi  olduğunu  yəqin  etdiyi 
üçündür  ki,  həmin  məqalələri  yenidən  nəşr  etdirdikdə  ―burjua 
romantizmi‖  kimi  sözləri  pozub  atmış,  ancaq  ―mücadiləçi 
romantizm‖ sözlərini saxlamışdır
 4

H.Mehdi  ilk məqalələrində  Cavidin orijinal  bədii söz ustası 
olduğunu qeyd edir ki, onun sənətini ―alovlu sənət‖, ―yaşamağa 
                                                 
1
 H.Mehdi. Cavid haqqında bir neçə söz, ―Səyavuş‖, Bakı, Azərnəşr, 1934, müqəddimə. 
2
 ―İnqilab və mədəniyyət‖ məcmuəsi, 1933, № 1. 
3
 ―Səyavuş‖, Bakı, Azərnəşr, 1934, müqəddimə. 
4
 Bax: H.Mehdi. ―Ədəbiyyat və sənət məsələləri‖, Bakı, Azərnəşr, 1958. ―Cavid haqqında bir 
neçə söz‖ məqaləsi. 

 
33 
haqlı olan əsil gözəl sənət‖, şeirini isə ―çoşqun musiqiyə malik 
olan romantik şeir‖ adlandırırdı
1

M.Quliyev  kimi,  H.Mehdi  də  Cavidi  kəskin  tənqid  edən, 
şairin məfkurə səhvlərinə güzəştə getməyən tənqidçilərdən idi. 
Bəzi  məhdud  ―solçuluq‖  meyllərinə  baxmayaraq  bu  tənqid 
əsasən,  xeyirxah  tənqid  idi.  Cavid  yaradıcılığına  qayğıkeş 
münasibət  H.Mehdinin  1959-cu  ildə  nəşr  etdirdiyi  ―Ədəbiyyat 
və  müasirlik‖  məqaləsində  də  çox  aydın  əks  olunmuşdur.  Bu 
məqalədə  tənqidçi  yazırdı  ki,  ―...Hüseyn  Cavid  kimi  nadir 
ədəbi  bir  simanı  mədəniyyət  tariximizdən  silib  atmaq,  ən  azı 
ədalətsizlik  və  bəlkə  də  cinayət  olardı.  Biz  ―Şeyx  Sənan‖, 
―İblis‖ və ―Səyavuş‖ əsərlərinin müəllifini heç bir vaxt və heç 
bir  vəchlə  düşmənlərimizə  verə  bilmərik.  Hüseyn  Cavid 
Azərbaycan  xalqının  oğludur.  Onun  poetik  yaradıcılığı 
Azərbaycan xalqının milli sərvətləri xəzinəsinə daxildir. Bizim 
borcumuz  Hüseyn  Cavid  irsinin  düzgün  qiymətini  verməkdən 
ibarətdir. Biz bu irsə ehtiyat və qayğı ilə yanaşmalıyıq
  2
.‖ 
Cavid haqqında son illərdə də bir sıra xüsusi məqalələr nəşr 
olunmuşdur.  Böyük  bir  qismi  ―Şeyx  Sənan‖ın  yeni  quruluşda 
tamaşaya  qoyulması  münasibətilə  yazılmış  bu  məqalələrdə, 
müxtəsər  və  ümumi  şəkildə  olsa  da,  şairin  görüşləri,  sənəti  və 
Azərbaycan  ədəbiyyatında  tutduğu  mövqe  haqqında  maraqlı 
fikirlər  irəli  sürülmüşdür.  Məsələn,  Əkbər  Ağayev  ―Hüseyn 
Cavid və onun ―Şeyx Sənan‖ əsəri‖ məqaləsində, haqlı olaraq, 
Cavidin  inqilabdan  əvvəlki  əsərlərində  və  görüşlərində  olan 
ziddiyyətləri o dövrün həyatında, real ictimai münasibətlərində 
olan ziddiyyətləri əlaqələndirir, şairin  görüşlərindəki mücərrəd 
insanpərvərlik, qurtuluşu ümumi məhəbbət ideyasında görmək, 
fəlsəfi  idealizmə  qapılmaq,  bədii  dildə  təbiiliyə,  xəlqiliyə  az 
fikir  vermək  kimi  zəif  tərəfləri  göstərməklə  bərabər,  onun 
yaradıcılığının  qüvvətli  tərəfləri,  əsas  ideyaları  haqqında  da 
                                                 
1
 Bax: H.Mehdi. ―Ədəbiyyat və sənət məsələləri‖, Bakı, Azərnəşr, 1958. ―Cavid haqqında bir 
neçə söz‖ məqaləsi. 
2
 ―Azərbaycan‖ məcmuəsi, 1959, № 1. 
 

 
34 
orijinal  mülahizələr  yeridir  və  bu  nəticəyə  gəlir  ki,  inqilabdan 
əvvəl  ―Cavidi  bir  şair  kimi  düşündürən  ən  mühüm 
məsələlərdən  biri  sinifli  cəmiyyətdəki  ictimai  bərabərsizlik, 
burjua  hakimiyyətinin  yaratdığı  zülm  və  istismar  məsələsi  idi. 
Cavidin ilk şeirlərindən və pyeslərindən başlayaraq aydın hiss 
olunur  ki,  bu  qüdrətli  sənətkar  sinifli  cəmiyyətin,  kapital 
hökmranlığının 
doğurduğu 
eybəcərlikləri, 
zənginlərin 
qudurğanlığını,  yoxsulların  hüquqsuzluğunu  görüb duymuş və 
bu ziddiyyətin haradan, hansı səbəblərdən doğduğunu özü izah 
etməyə  çalışmışdır.  Onun  bütün  əsərlərində  aydın  hiss  olunur 
ki,  Cavid  həyatın  mənasını  yaşayıb  yaratmaqda,  insanların 
dünyanın  bütün  nemətlərindən  bolluca  istifadə  etməsində, 
bütün  zövqlərin  və  gözəlliklərin  insana  tabe  olmasında,  bütün 
xalqların  və  millətlərin  təntənəsinə  nail  olmaqda  görürdü‖
1  

Tənqidçi  şairin  bu  arzularında  olan  müəyyən  mücərrədliyi  də 
göstərməyi  unutmayaraq  əlavə  edir  ki,  ―lakin  Caviddə  həyata 
romantik  bir  münasibət  var.  O,  dünyanın  yalnız  bir  guşəsinə 
yox,  bütün  kainata  nəzər  salmaq,  bir  xalqı  və  ya  milləti  yox, 
ümumiyyətlə  bütün  bəşəriyyəti  görmək  və  onun  əhvalındakı 
(Cavidin  öz  anlayışına  görə)  xəstə  olan  cəhətləri  göstərmək 
istəyirdi‖
 2

Bir  qədər  mücərrəd  şəkildə  və  pafosla  deyilmiş  olan  bu 
mülahizələr  Cavidin  görüşlərində  həqiqətən  mühüm  yer  tutan 
ümumbəşəri 
ideyaları 
və 
onları 
doğuran 
səbəbləri 
aydınlaşdırmağa kömək edə bilən mülahizələrdir. Lakin Əkbər 
Ağayev bu məqaləsində Cavidin 1905-ci il inqilabi ideyalarına 
münasibətini 
M.Ə.Sabir  və  M.Hadinin  inqilaba  olan 
münasibəti  ilə  eyniləşdirməyə  çalışır  ki,  bu  fikir  ilə  heç  cür 
razılaşmaq  olmaz.  Tənqidçi  yazır  ki,  ―Cavid  köhnə  həyat 
tərzini,  mövcud  ictimai  quruluşu  sarsıdan,  kütlələrdə  inqilabi 
şüuru  və  praktik  inqilabi  pafosunu  alovlandıran  1905-ci  il 
inqilabının yetişdirmiş olduğu Sabir və Hadi kimi sənətkarlarla 
                                                 
1
 ―Ədəbiyyat və incəsənət‖ qəzeti, 1956, № 45. 
2
 Yenə orada № 44-45. 

 
35 
yanaşı  olaraq,  böyümüş  bir  hürriyyət  fədakarı  idi‖
1
.  Şübhəsiz 
ki,  tənqidçi  bu  yerdə  hissə  qapılmışdır.  Sabir  1905-ci  il 
inqilabının doğurduğu qabaqcıl ideyaları və bu inqilabın təsiri 
ilə  Cənubi  Azərbaycanda  alovlanan  azadlıq  hərəkatının 
qüdrətini, həmin inqilabın pafosunu əks etdirən bir sənətkar idi. 
Cavid  isə  1905-ci  il  inqilabının  zəif  tərəflərini  əks  etdirən,  ən 
yaxşı  hallarda  inqilaba  ancaq  sadəcə  rəğbət  bəsləyən  bir 
sənətkar  idi.  1905-ci  il  inqilabına  münasibətdə  Cavidi  nəinki 
inqilabçı  demokrat  şair,  Azərbaycan  xalqının  mübariz 
müğənnisi,  realist  Sabirlə,  heç  romantik  şair  Hadi  ilə  də 
müqayisə etmək mümkün deyildir. 
Hüseyn  Cavidin  sovet  dövründəki  yaradıcılığı  haqqında 
müxtəsər  şəkildə  olsa  da,  1957-ci  ildə  nəşr  olunmuş 
―Azərbaycan  ədəbiyyatı  tarixi‖nin  III  cildində  də  bəhs 
edilmişdir
2  
.  Bunlardan  başqa  tənqidçi  və  sənətşünas  Cəfər 
Cəfərov  ―Azərbaycan  Dram  Teatrı‖  kitabının  1959-cu  il 
nəşrində  Cavidin  əsərlərinin  səhnə  tarixini,  şairin  ideya  və 
sənətkarlıq  inkişafında  Azərbaycan  Dram  Teatrının  rolunu 
aydınlaşdırmış, yeri gəldikcə ―Maral‖, ―Şeyx Sənan‖, ―Şeyda‖, 
―Knyaz‖ və ―Səyavuş‖ əsərlərinə qısa təhlil vermişdir
 3

Bütün 
bunlar 
hamısı 
marksist 
tənqidimizin 
və 
ədəbiyyatşünaslıq  elmimizin  Cavid  yaradıcılığı  ilə  yenidən 
ciddi məşğul olduğunu və görüşlərində çox ziddiyyətli olan bu 
şairi  düzgün  başa  düşməkdə  oxuculara  kömək  etməyə 
çalışdığını göstərir.  
Bu  kiçik  monoqrafiyada  isə  məqsəd  mümkün  qədər  Cavid 
yaradıcılığını  bütün  ziddiyyətləri  ilə  bərabər  tədqiq  etmək, 
onun 
ədəbiyyat 
tariximizdə 
tutduğu 
mövqeyi 
müəyyənləşdirmək  və  xüsusilə  Cavid  şeirində  müasir 
ideyalarla səsləşən cəhətləri aydınlaşdırmaqdır. 
                                                 
1
 ―Ədəbiyyat və incəsənət‖ qəzeti, 1956, № 44-45. 
2
 Bax: ―Azərbaycan ədəbiyyatı tarixi‖, III cild, Bakı, 1957, səh. 43, 45. 
3
 Bax: Cəfər Cəfərov. ―Azərbaycan Dram Teatrı‖. Azərnəşr, Bakı, 1959.
 

 
36 
BİRİNCİ FƏSİL 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin